105
Dərsin tipi:
İnduktiv
Dərsin forması:
Qruplarla iş
Dərsin üsulu:
Beyin həmləsi,
müzakirə, təqdimat
Resurslar:
Dərslik, dəftər,
kompyuter,
proyektor
Motivasiya:
Müəllim lövhədə dəniz mənzərəsinin görüntüləri olan
kadrları canlandırır.
– Siz dənizi sevirsinizmi?
Şagirdlər müxtəlif cavablar söyləyirlər.
Tədqiqat sualı:
Sizcə, dənizə vurğun olmaq, onu sevmək, həyatını
onunla bağlamaq hansı peşə sahiblərinə qismət olur?
Tədqiqatın aparılması:
Şagirdlər məntiqi vurğudan istifadə etməklə or-
foepik normalara əsasən mətni oxuyurlar. Bu məqsədlə müəllim əvvəlcədən
tələffüzü və mənası çətin olan sözləri şagirdlərə izah edir. “Sözlük” və “Söz
ehtiyatı” üzərində iş aparılır.
Sonra mətnin məzmunu üzərində iş aparılır. Seçilmiş alt-standartların
reallaşdırılması üçün çalışmalar seçilir:
1.1.1 alt-standartının reallaşdırılması üçün çalışma 4,6;
2.1.2 alt-standartının reallaşdırılması üçün çalışma 1;
3.1.1 alt-standartının reallaşdırılması üçün çalışma 8,9,10;
3.1.3 alt-standartının reallaşdırılması üçün çalışma 2,5;
Bu çalışmaların yerinə yetirilməsi zamanı şagirdlər nitqlərində məntiqi
vurğudan düzgün istifadə etməyi öyrənir, dinlədikləri mətndəki fikirlərin
ardıcıllığını müəyyənləşdirir, söz və ifadələrin sintaktik vəzifələrini dəqiqləş-
di rir, yazı vərdişlərini təkmilləşdirirlər.
Məlumat mübadiləsi:
Şagirdlər balaca balıqçının düşündükləri ətra-
fın da məlumat mübadiləsi aparırlar.
Nəticə:
Hər kəs həyatda istədiyi, sevdiyi işlə məşğul olmalıdır.
Hamının ürəyində həmişə həyata keçirmək istədiyi bir arzusu olur. Bu arzu
lap uşaqlıqdan insanın qəlbində kök atıb onunla birlikdə böyüyür. İnsan elə
yaşamalıdır ki, arzusunu həyata keçirmək üçün imkanı olsun. Onda yaşamaq
da maraqlı olar.
Yaradıcı tətbiqetmə:
“Mənim arzum” mövzusunda kiçik bir esse yaz-
maq.
Qiymətləndirmə:
Seçilmiş qiymətləndirmə meyarlarına uyğun aparılır.
Ev tapşırığı:
Mətnin məzmununu danışmaq.
Çap üçün deyil
106
§53. Hələ bu harasıdır?
(1 saat)
№
Gözlənilən təlim nəticələri
Alt
standart
Fənlərarası
inteqrasiya
1 Dinlədiyi mətndə fakt və hadisələri ümumiləşdirir.
1.1.2
Az.t. –
1.2.2.
Əd. –
2.2.1.;
1.1.1.
2
Söz birləşməsi və sadə
cümlələri qrammatik norma-
lara uyğun tələffüz edir.
Müxtəlif mövqeli fikirləri ümumiləşdirərək təqdim
edir.
Mətnin hissələri arasında
əlaqələri gözləməklə
danışır.
2.1.1
2.1.3
2.1.4
3
Mətndəki söz və ifadələrin mənasını sintaktik
vəzifəsinə görə dəqiqləşdirir.
Mətndəki
fikirlərə münasibət bildirir
3.1.1
3.1.3
4 Topladığı fakt və məlumatlara münasibətini bildirir.
Seçdiyi nümunələrlə yazısını zənginləşdirir.
4.1.1
4.1.2
Dərsin tipi:
İnduktiv
Dərsin forması:
Qruplarla, cütlərlə iş
Dərsin üsulu:
Beyin həmləsi, müzakirə,
sual-cavab
Resurslar:
Dərslik, dəftər, kompyuter, proyektor
Motivasiya:
Müəllim elektron lövhədə S.Vurğunun “Azərbaycan”
şeirinə çəkilmiş klipin görüntülərini canlandırır.
– Bu mənzərələr sizdə hansı hisləri doğurur?
Şagirdlər Vətənimiz barədə danışırlar.
Tədqiqat sualı:
Sizcə, Vətənin gözəllikləri bitib-tükənə bilərmi? Biz öz
sözlərimizlə onu tamam təsvir edib qurtara bilərikmi? Buna bizim sözümüz
çatarmı?
Tədqiqatın aparılması:
Tədqiqat sualına cavab tapmaq məqsədilə
müəllim şagirdlərin diqqətini dərslikdəki “Hələ bu harasıdır?!” şeirinə yönəldir.
Tədqiqat sualına cavab vermək üçün şagirdlər şeiri məntiqi vurğuya riayət
etməklə ifadəli oxuyurlar. Şeir hissə-hissə oxutdurulub, mənası izah edilir.
Qısaca müəllif haqqında da məlumat verilir. “Sözlük” də və “Söz ehtiyatı”ndakı
söz və ifadələrin mənası izah edilir. Şeirin məzmununun mənimsədilməsi
işinə başlanılır. Seçilmiş alt-standartların reallaşdırılması üçün dərslikdəki
çalışmalar seçilir:
1.1.2 alt-standartı üzrə – çalışma 2,12;
2.1.1 alt-standartı üzrə – çalışma 11;
Çap üçün deyil
107
2.1.3 alt-standartı üzrə – çalışma 9;
2.1.4 alt-standartı üzrə – çalışma 15;
3.1.1 alt-standartı üzrə – çalışma 10;
3.1.3 alt-standartı üzrə – çalışma 3,13;
4.1.2 alt-standartı üzrə – çalışma 8,6,7
4.1.3 alt-standartı üzrə – çalışma 14-cü çalışmanın icra edilməsi məqsədə-
uyğundur.
Çalışmalar cütlərlə iş formsında, böyük qrup şəklində yerinə yetirilə bilər.
11-ci çalışmada sual-cavab üsulundan istifadə edilə bilər.
Çalışma 8 şagirdlərin qrammatik anlayışlarını təkmilləşdirmək üçün
nəzərdə tutulmuşdur. Şagirdlər xitab haqqında “Bunları bilirsinizmi?
rubrikasından məlumat alırlar.
BUNLARI BÈLÈRSÈNÈZMÈ?
Cümlədə bəzən elə sözlər işlənir ki, onlar cümlə üzvləri ilə mənaca bağlı ol-
salar da, qrammatik cəhətdən əlaqədə olmurlar. Yəni həmin sözləri cümlədən
çıxarsaq, cümlənin məzmununda ciddi dəyişiklik baş verməyəcəkdir.
Məsələn:
Məncə, məsələni həll etmək çətin olacaq – cümləsində “
məncə”
sözünü işlətməsək də, fikir aydın ifadə ediləcəkdir.
Qrammatik cəhətdən cümlə üzvləri ilə bağlı olmayan sözlər cümlə üzvü hesab
edilmirlər.
Xitab və
ara sözlər qrammatik cəhətdən cümlə üzvləri ilə bağlı olma-
yan sözlərdir.
Məlumat mübadiləsi:
Çalışma 2 üzərində iş aparıla bilər. Şagirdlər
şeiri oxuduqdan, məzmunu mənimsədikdən sonra şeirin əsas ideyası barədə
fikir mübadiləsi aparırlar.
Nəticə:
Hər birimizin qəlbində müqəddəs bir hiss – Vətənə olan
məhəbbət hissi yaşayır. Vətən sevgisi insanın qəlbinə hakim kəsilən, özündən
asılı olmadan yaranan bir ümmandır. Hər bir kəs bu dünyaya göz açdığı anda
ilk olaraq anasını görürsə, ilk qədəmlərini vətən torpağında atır və torpaq sev-
gisinin hərarətini də bu zaman duyur. Bu hərarət zaman keçdikcə o qədər artır
ki, insan bir an belə vətənsiz yaşaya bilmir. Doğma vətənimiz Azərbaycan
müxtəlif fikirli və əqidəli övladları birləşdirən yeganə anadır. O ana ki, övladları
arasında
heç bir fərq qoymur, hamısını böyük məhəbbətlə ağuşuna alır.
Yaradıcı tətbiqetmə:
“Vətənimin nemətləri sonsuzdur” mövzusunda ki-
çik esse yazın.
Qiymətləndirmə:
Müvafiq cədvələ əsasən aparılır.
Ev tapşırığı:
Şeirdən bir hissəni əzbərləmək.
Çap üçün deyil