111
2-ci dərsdə müəllim şagirdləri mətnin II hissəsi ilə tanış edir. Mətn
rollar
üzrə oxunur. Çətin söz və ifadələr izah edilir. Şagirdlər 2.1.3 alt-standartına
uyğun olaraq 1,4-cü çalışmaları icra edirlər. Mətnin I hissəsi ilə əlaqəni 3.1.3
alt-standartına uyğun olaraq 2-ci çalışma vasitəsilə həyata keçirir. Şagirdlər
verilmiş cümləni mətndə yerləşdirmək, bəzi sözlərin sinonimlərini tapmaq
kimi işləri 2.1.3 və 4.1.2 alt-standartlarını reallaşdırmaqla həyata keçirirlər.
rabitəli yazı vərdişlərinə aid çalışmalar isə 6,7,9,12-ci çalışmalar seçilir.
Yaradıcı tətbiqetmədə şagirdlər 8-ci çalışmadan istifadə edə bilərlər.
Hekayənin III hissəsi də şagirdlər tərəfindən rollar üzrə oxutdurulur. Əsas
fikir müəyyənləşir. Çətin söz və ifadələr izah edilir (1.1.2 alt-standartı çalışma
1). Bu dərsdə də şagirdlər qruplara bölünür. Qrup üzvləri 2.1.4, 1.1.1, 3.1.3
alt-standartına uyğun olaraq 2,3,4-cü çalışmaları yerinə yetirirlər.
4.1.2 alt-standartı üzrə 5-ci çalışmada şagirdlər seçdiyi nümunələrlə
yazılarını zənginləşdirirlər.
Şagirdlərin tərcümə etmək bacarıqları 6,9,13-cü çalışmalarda möhkəm-
lən dirilir. 4.1.3 alt-standartı üzrə (çalışma 7) şagirdlər qrammatik cəhətdən
cümlə üzvləri ilə bağlı olmayan sözlər üzərində fikir mübadiləsi aparırlar. 4.1.2
alt-standartına əsasən 8,11-ci çalışma yerinə yetirilir.
Məlumat mübadiləsi:
Məlumat mübadiləsi zamanı hər dərsdə şagirdlər
aldıqları məlumatları bir-birlərilə bölüşür, yeni məlumat toplamaq üçün
yaradıcı tətbiqetmə mərhələsinə uyğun şəkildə elmi ədəbiyyatlardan istifadə
edirlər.
Nəticə:
Arılar – uçan həşəratlar ailəsinə aiddirlər. Dünyada 20 mindən
artıq arı növü vardır. Antraktidadan başqa dünyanın istənilən yerində rast
gəlinir.
İşçi arının ömrü 40 gün olur. 17-18 günlükdə arılar artıq bala çıxarırlar.
Qüvvəsi, yəni işçi arı sayı çox olan arı ailəsi ildə 35-40 kq təmiz bal verə bilir.
Onlar 15 km.-ə qədər yol qət edə blirlər. Arı 15 km məsafədə yaxşı şirə
taparsa, qayıdıb o biri arılara da xəbər verə bilir. Bu zaman bütün arılar həmin
yerə uçurlar.
Arılar həm yaxşı şirə olan yeri hiss edirlər, həm də onlara qulluq edən
insanı tanıyırlar.
Onların əmələ gətirdikləri bal faydalı qidadır.
Yaradıcı tətbiqetmə:
Zoologiya fənnindən arılar haqqında öyrəndiklə-
rinizi qısaca esse şəklində yazın.
Qiymətləndirmə:
Seçilmiş qiymətləndirmə meyarlarına uyğun aparılır.
Ev tapşırığı:
Mətnin məzmununu öyrənmək.
Çap üçün deyil
112
§57. Azərbaycan oğluyam
(1 saat)
№
Gözlənilən təlim nəticələri
Alt
standart
Fənlərarası
inteqrasiya
1
Nitqində məntiqi vurğudan düzgün istifadə edir.
Müxtəlif mövqeli fikirləri
ümumiləşdirərək təqdim
edir.
2.1.2
2.1.3
Az.t. –
1.2.1.
Əd. – 1.2.4.
2
Əsas fikri nəzərə çarpdırmaq üçün məntiqi
vurğudan istifadə edir.
Mətndəki fikirlərə münasibət bildirir.
3.1.2
3.1.3
3 Topladığı fakt və məlumatlara münasibətini bildirir.
Seçdiyi nümunələrlə yazısını zənginləşdirir.
4.1.1
4.1.2
Dərsin tipi:
İnduktiv
Dərsin forması:
Böyük
və kiçik qruplarla iş
Dərsin üsulu:
Əqli hücum, müzakirə, təqdimat
Resurslar:
Dərslik,
elektron lövhə, kompyuter
Motivasiya:
Müəllim proyektoru işə salır. Ekranda Bəxtiyar Vahabzadənin
haqqında çəkilmiş film canlandırılır. Bəxtiyar Vahabzadənin səsi eşidilir.
– Bu sənətkarı tanıyırsınızmı? Onun haqqında nə bilirsiniz? Şagirdlər
müxtəlif fikirlər söyləyirlər.
Tədqiqat sualı:
– Bəxtiyar Vahabzadənin haqqında çəkilmiş filmə
əsasən onu necə bir şair olduğunu deyə bilərsinizmi?
Tədqiqatın aparılması:
Tədqiqat dərslikdəki “Azərbaycan oğluyam”
şeirinin oxusu ilə başlanır. Əsas fikri nəzərə çarpdırmaq məqsədilə məntiqi
vurğudan istifadə etməklə şeir ifadəli şəkildə oxutdurulur. (3.1.2 alt-standartı)
“Sözlük”dəki yeni sözlərin mənaları izah edilir. Şeirin məzmununu anlamaq
və daha yaxşı mənimsəmək məqsədilə şifahi şəkildə çalışma 1 yerinə yetirilir.
Sonra müəllim şagirdləri qruplara bölür. 2.1.3 alt-standartının tələbilə
çalışma 2 yerinə yetirilir. Şagirdlər 4 qrupa bölünərək çalışmanın hər bəndi
üzrə təqdimat hazırlayırlar. Vaxt bitdikdə şagirdlər təqdimatlarını bir-bir
təqdim edir, qruplar bir-birlərini qiymətləndirirlər.
3.1.3 alt-standartının tələbilə çalışma 3 yerinə yetirilir. Bu işi də qruplarla
yerinə yetirmək olar.
“Hikmət xəzinəsi”ndən verilən aforizmlər üzərində iş çalışma 5-in
tələblərinə əsaslanır (3.1.2 alt-standartı).
3.1.1. alt-standartının reallaşdırılması üçün 6-cı çalışma seçilmişdir.
Şagirdlər sözlərin sintaktik vəzifələrini müəyyənləşdirirlər. 4.1.2 alt-
standartının reallaşdırılması üçün 4,8-ci çalışmalar seçilmişdir. Şagirdlər
Çap üçün deyil
113
seçdikləri nümunələrlə yazılarını zənginləşdirirlər.
Məlumat mübadiləsi:
Şagirdlər şeirin məzmunu ətrafında məlumat
mübadiləsi aparırlar. B.Vahabzadənin digər şeirlərini də xatırlamış olurlar.
Nəticə:
B.Vahabzadə Azərbaycanın çox istedadlı şairidir. Bu şeir isə onun
vətənpərvərlik mövzusunda yazılmış şeirlərindəndir. Burada vətənpərvərlik
ideyası qabardılaraq ön plana çəkilmişdir. Şair üçün Vətəni sevmək azdır, onun
yolunda həyatından keçməyə hazır olmaq lazımdır. Xalqımızın şanlı keçmişi
hər bir Azərbaycan oğlunun qürur mənbəyidir. Analarımız bizi Vətən üçün
böyütmüşdür.
Biz də Vətənimizi qoruyub, mühafizə etməliyik.
Yaradıcı tətbiqetmə:
Çalışma 7 üzərində işləmək tapşırılır.
Qiymətləndirmə:
Seçilmiş qiymətləndirmə meyarlarına uyğun aparılır.
Ev tapşırığı:
Şeirin məzmununu danışmaq, 1-ci hissəsini əzbərləmək.
§58. Əsrin Heydər tarixi
(1 saat)
№
Gözlənilən təlim nəticələri
Alt
standart
Fənlərarası
inteqrasiya
1 Dinlədiyi mətndəki fikirlərin məntiqi ardıcıllığını
müəyyənləşdirir.
1.1.1
Az.t. –
1.2.2.;
4.1.1.
Əd. –
2.1.1.;
1.1.1.
2
Nitqində məntiqi vurğudan düzgün istifadə edir.
Müxtəlif mövqeli fikirləri ümumiləşdirərək təqdim
edir.
2.1.2
2.1.3
3
Əsas fikri nəzərə çarpdırmaq üçün məntiqi
vurğudan istifadə edir.
Mətndəki fikirlərə münasibət bildirir.
3.1.2
3.1.3
4 Topladığı fakt və məlumatlara münasibətini bildirir.
4.1.1
Dərsin tipi:
İnduktiv
Dərsin forması:
Böyük və kiçik qruplarla iş,
cütlərlə iş
Dərsin üsulu:
Əqli hücum, sual-cavab, təqdimat
Resurslar:
Dərslik, dəftər,
proyektor
Motivasiya:
Elektron lövhədə Ümummilli liderimiz H.Əliyevin müxtəlif
illərdə xalq içərisində olan görüntüləri canlandırılır.
– Bu kadrlar haqqında nə deyə bilərsiniz?
Şagirdlər müxtəlif cavablar söyləyirlər.
Tədqiqat sualı:
– Heydər Əliyevin xalqa dayaq durması, el atası barədə
Çap üçün deyil