99
sənətkarlarına həsr edilmiş zalının görüntülərini canlandırır.
– Uşaqlar, bu muzeydə hansı sənət əsərlərinə aid nümunələr gördünüz?
Şagirdlər fikir söyləyirlər.
Tədqiqat sualı:
– Gördüyünüz sənət nümunələri haqqında nə bilirsiniz?
Təbriz sənətkarlıq məktəbi haqqında nə eşitmisiniz?
Tədqiqatın aparılması:
Tədqiqata dərslikdəki “Təbriz sənətkarları”
mətninin oxusu ilə başlanır. 2.1.2 alt-standartının tələbinə uyğun olaraq mətn
məntiqi vurğudan düzgün istifadə etməklə oxunur. “Sözlük” izah edilir. 1.1.1
alt-standartını reallaşdırmaq məqsədilə 3-cü çalışmaya müraciət edilir. Şagirdlər
mətnin məzmununa uyğun cümləni tamamlayırlar. Sonra 1.1.2 alt-standartının
tələbilə 1-ci çalışmaya müraciət edilir. Burada şagirdlər mətnə uyğun suallar
verirlər. Bütün bunlar mətnin məzmununu mənimsətmək üçündür.
Sonra müəllim şagirdləri qruplara bölür. 1.1.2 alt-standartının tələbinə
uyğun olaraq şagirdlər öyrəndikləri fakt və hadisələri qruplaşdırırlar. Vaxt
bitdikdən sonra isə qruplar bir-birlərinin işini qiymətləndirirlər (çalışma 5)
Çalışma 4-ün tələbilə 3.1.3 alt-standartı reallaşdırılır; şagirdlər verilmiş plana
dəyişikliklər edir, fikirlərini əsaslandırırlar.
Sonra şagirdlərin rabitəli yazı vərdişlərinə yiyələndiklərini nümayiş
etdirmək məqsədilə 4.1.2; 4.1.3 alt-standartları seçilir. 4.1.2 alt-standartını
reallaşdırmaq üçün çalışma 7, 4.1.3 alt-standartının reallaşdırılması üçün
çalışma 6, 8 uyğundur. Bu zaman şagirdlər həmcins üzvlərin işlənmə
məqamlarını izləmiş olurlar.
BUNLARI BÈLÈRSÈNÈZMÈ?
Eyni bir üzvlə bağlı olub, eyni suala cavab verən bərabərhüquqlu cümlə
üzvləri
həmcins üzvlər adlanr. Bütün cümlə üzvləri həmcins ola bilərlər. Onlar
sadalama intonasiyası ilə deyilir və bəzən tabesizlik bağlayıcıları ilə əlaqələnirlər.
Məsələn: Alimlər bütün həyatlarını
elmə və biliyə sərf edirlər – cümləsində
həmcins tamamlıqlar tabesizlik bağlayıcısı ilə əlaqələnmişlər.
Məlumat mübadiləsi:
Şagirdlər Təbriz sənətkarları haqqında aldıqları
məlumatı müzakirə edirlər.
Nəticə:
Şagirdlər mətni oxuyub belə nəticəyə gəlirlər ki, əsl sənət
heç vaxt ölmür. O, həmişəyaşardır. Hansı dövrdə yaranırsa-yaransın, xalqın
mənəvi irsi hesab olunur. Təbriz Azərbaycanın ayrılmaz parçasıdır. Oradakı
sənətkarlıq məktəbinin nümunələri Şərq sənətkarlığının ən nadir inciləri
hesab edilir. Bütün Şərq aləminin şah əsərləri Təbriz sənətkarlıq məktəbinin
yaratdıqlarıdır.
Yaradıcı tətbiqetmə:
Çalışma 8 üzərində işləmək.
Qiymətləndirmə:
Seçilmiş qiymətləndirmə meyarlarına uyğun aparılır.
Ev tapşırığı:
Mətnin məzmununu danışmaq.
Çap üçün deyil
100
§49. Qara Qarayevin ölməz irsi
(1 saat)
№
Gözlənilən təlim nəticələri
Alt
standart
Fənlərarası
inteqrasiya
1 Dinlədiyi mətndə fakt və hadisələri ümumiləşdirir.
1.1.2
Az.t. –
4.1.1.
Əd. –
2.2.1.;
3.1.2.
2 Müxtəlif mövqeli fikirləri
ümumiləşdirərək təqdim
edir.
2.1.3
3 Mətndəki fikirlərə münasibət bildirir.
3.1.3
4 Həmcins üzvlər, əlavələr, xitab və ara sözlərlə bağlı
durğu işarələri qaydalarına əməl edir.
4.1.3
Dərsin tipi:
İnduktiv
Dərsin forması:
Kiçik
qruplarla iş
Dərsin üsulu:
Beyin həmləsi, sual-cavab,
təqdimat
Resurslar:
Dərslik, dəftər, elektron lövhə,
kompyuter
Motivasiya:
Qara Qarayevin “Yeddi gözəl” baletindən fraqmentlər elek-
tron lövhədə canlandırılır.
– Bu gözəl musiqinin müəllifi kim ola bilər? Bu hansı əsərdir? Şagirdlər
cavab verirlər.
Tədqiqat sualı:
– Qara Qarayev barədə nə bilirsiniz?
Tədqiqatın aparılması:
Tədqiqat dərslikdəki mətnin oxusu üzərində
işlə başlanır. Müəllim tədqiqat sualına cavab tapmaq üçün əvvəlcə mətni
şagirdlərə oxutdurur. Onların məntiqi vurğulu sözləri düzgün tələffüz etməklə
oxumaqlarına nəzarət edir. “Sözlük”də, “Söz ehtiyatı”ndakı sözlərin mənaları
izah edilir, cümlələrdə işlədilir.
Seçilmiş alt-standartlar şagirdlərin dinlədikləri mətndə fakt və hadisələri,
müxtəlif fikirləri ümumiləşdirmək, mətnin məzmununa aid öz fikirlərini
bildirmək, qrammatik cəhətdən cümlə üzvləri ilə bağlı olmayan sözlərlə bağlı
bildiklərini inkişaf etdirmək üçün nəzərdə tutulmuşdur:
1.1.2 alt-standartı üçün çalışma – 1,5
2.1.3 alt-standartı üçün çalışma – 3
3.1.3 alt-standartı üçün çalışma – 2
4.1.3 alt -standartı üçün çalışma – 6,7,8 yerinə yetirmək məqsədəuyğundur.
Müəllim şagirdlərə tapşırıqları icra edərkən nəzarət edir, onları
istiqamətləndirir. Şagirdlər bu dərsdə “əlavələr”lə tanış olduqları üçün bu
mövzü ətrafında düşünür, praktik tapşırıqlar yerinə yetirirlər.
Məlumat mübadiləsi:
Şagirdlər Qara Qarayevin şəxsiyyəti ilə tanış
olur, onun haqqında öyrəndiklərini müzakirə edirlər.
Çap üçün deyil
101
Nəticə:
Azərbaycan musiqisinin tarixi çox qədimdir. Bu musiqi dünya
musiqi aləminə bir çox korifey sənətkarlar bəxş etmişdir. Qara Qarayev də belə
sənətkarlardandır. Onun zəngin irsi musiqimizdə bir dönüş mərhələsidir. Onun
yaradıcılığında Vətən mövzusu bütün əsərlərinin özəyini təşkil edir. Biz fəxr
edirik ki, dünya miqyasında Azərbaycanı tanıdan belə sənətkarlarımız var.
BUNLARI BÈLÈRSÈNÈZMÈ?
Cümlədə özündən əvvəlki üzvün mənasını izah edib konkretləşdirən sözə və
ya söz birləşməsinə
əlavə deyilir. Əlavələr izah etdiyi sözlərdən tire(– ) işarəsi
ilə ayrılır. Bəzən əlavələrdən əvvəl “yəni” bağlayıcısı da işlənir. O zaman “yəni”
bağlayıcısından əvvəl vergül(,) işarəsi qoyulur.
Məsələn: Məhəmməd Füzuli – Azərbaycan ədəbiyyatının ən nəhəng siması
16-cı əsrdə yaşamışdır; Sabah, yəni oktyabrın 18-i Dövlət Müstəqilliyi günü qeyd
ediləcəkdir – cümləsində altından xətt çəkilmiş birləşmələr əlavələrdir.
Yaradıcı tətbiqetmə:
Q.Qarayevin tərcümeyi-halının mühüm məqamları
ilə bağlı təqdimat hazırlamaq.
Qiymətləndirmə:
Seçilmiş qiymətləndirmə meyarlarına uyğun aparılır.
Ev tapşırığı:
Mətnin məzmununu danışmaq.
§50. Səxavət
(1 saat)
№
Gözlənilən təlim nəticələri
Alt
standart
Fənlərarası
inteqrasiya
1
Dinlədiyi mətndəki fikirlərin məntiqi ardıcıllığını
müəyyənləşdirir.
Dinlədiyi mətndə fakt və hadisələri ümumiləşdirir.
1.1.1
1.1.2
Az.t. –
1.3.1.
Əd. – 2.2.1.
2
Əsas fikri nəzərə çarpdırmaq
üçün məntiqi
vurğudan istifadə edir.
Mətndəki fikirlərə münasibət bildirir.
3.1.2
3.1.3
3 Seçdiyi nümunələrlə yazısını zənginləşdirir.
4.1.2
Dərsin tipi:
İnduktiv
Dərsin forması:
Böyük qrupla iş
Dərsin üsulu:
Əqli-hücum, müzakirə, sual-cavab
Resurslar:
Dərslik,
proyektor, kompyuter, dəftər
Motivasiya:
Elektron lövhədə Səttar Bəhlulzadə haqqında filmdən
fraqment işıq landırılır.
Çap üçün deyil