108
§54. Sonrakı peşmançılıq fayda verməz (1 saat)
№
Gözlənilən təlim nəticələri
Alt
standart
Fənlərarası
inteqrasiya
1 Dinlədiyi mətndəki fikirlərin məntiqi ardıcıllığını
müəyyənləşdirir.
1.1.1
Az. – 1.3.1.
Əd. – 2.2.1.
2
Nitqində məntiqi vurğudan düzgün istifadə edir.
Müxtəlif mövqeli fikirləri
ümumiləşdirərək təqdim
edir.
2.1.2
2.1.3
3 Mətndəki fikirlərə münasibət bildirir.
3.1.3
4
Həmcins üzvlər, əlavələr, xitab və ara sözlərlə bağlı
durğu işarələri qaydalarına əməl edir.
Müxtəlif əməli yazılar (arayış, protokol) yazır.
fikirlərə münasibət bildirir.
4.1.3
4.1.4
Dərsin tipi:
İnduktiv
Dərsin forması:
Böyük
və kiçik qruplarla iş
Dərsin üsulu:
Beyin həmləsi, sual-cavab
Resurslar:
Dərslik, dəftər
Motivasiya:
Müəllim lövhədə bu atalar sözünü yazır:
“Sonrakı peşmançılıq fayda verməz”
– Buna bənzər atalar sözləri bilirsinizmi?
Şagirdlər müxtəlif cavablar verirlər.
Tədqiqat sualı:
Bu atalar sözünün mənasını həyatın hansı məqamlarında
işlətmək olar?
Tədqiqatın aparılması:
Şagirdlər tədqiqat sualına cavab tapmaq üçün
dərslikdəki “Sonrakı peşmançılıq fayda verməz” mətninin oxusuna başlayırlar.
Oxu prosesində müəllimin köməyi ilə çətin söz və ifadələrin mənaları izah
edilir. “Sözlük” və “Söz ehtiyatı”ndakı kəlmələrin mənası müəyyənləşdirilir.
Sonra mətnin məzmunu üzrə işin icrasına başlanılır. Bu zaman müvafiq
standartlar və onların reallaşdırılması üçün çalışmalar seçilir:
1.1.1 alt-standartının reallaşdırılması üçün çalışma 3;
2.1.2 alt-standartının reallaşdırılması üçün çalışma 1;
2.1.3 alt-standartının reallaşdırılması üçün çalışma 4,5;
3.1.3 alt-standartının reallaşdırılması üçün çalışma 6;
4.1.3 alt-standartının reallaşdırılması üçün çalışma 7;
4.1.4 alt-standartının reallaşdırılması üçün çalışma 9;
Bu çalışmalar yerinə yetirilərkən şagirdlər hekayənin məzmunu ilə bağlı
suallar tərtib edib yazır, plan qurur, mətnlə bağlı və ya ona uyğun olmayan
sözlər haqqında düşündüklərini təqdim edirlər. Çalışma 2-nin yerinə yetirilməsi
zamanı şagirdlər qruplara bölünür, ədəbi dilin qrammatik normalarına uyğun
Çap üçün deyil
110
Dərsin tipi:
İnduktiv
Dərsin forması:
Böyük
və kiçik qruplarla iş
Dərsin üsulu:
Beyin həmləsi, sual-cavab, müzakirə
Resurslar:
Dərslik, dəftər,
kompyuter, proyektor
Motivasiya:
Müəllim elektron lövhədə arıların fəaliyyətini əks etdirən
bir film canlandırır.
– Siz arıların işi barədə nə bilirsiniz?
Şagirdlər müxtəlif cavablar söyləyirlər.
Tədqiqat sualı:
Maraqlıdır ki, arılar hər işi birlikdə kollektiv şəkildə
görürlər. siz onların kollektiv işinin nədən ibarət olduğunu bilirsinizmi?
Tədqiqatın aparılması:
Bu dərs üç hissədən ibarət olduğu üçün
əvvəlcə müəllim şagirdlərə mətnin I hissəsini oxutdurur. Mətnin məmunu
anlaşılsın deyə çətin söz və ifadələrin mənası izah edilir. Hekayədəki əsas
fikrin müəyyənləşdirilməsi üçün 2.1.2 alt-standartına uyğun olaraq mətn rollar
üzrə oxutdurulur. Sonra 2.1.1 alt-standartına uyğun olaraq şagirdlər qruplara
bölünür və qrup daxilində fəaliyyət göstərirlər. Qrupların fəaliyyəti bir-biriləri
tərəfindən qiymətləndirilir(çalışma 2,7).
1.1.1. alt-standartının reallaşdırılması üçün şagirdlər 3, 5-ci çalışmaları
icra edirlər.
4.1.2 alt-standartının reallaşdırılması üçün çalışma 6 seçilir.
“Bunları bilirsinizmi?” rubrikasından şagirdlər ara sözlər haqqında
məlumat almış olurlar ki, bu da 4.1.3 alt-standartının reallaşdırılmasıdır.
BUNLARI BÈLÈRSÈNÈZMÈ?
Ara sözlər danışanın ifadə etdiyi fikrə münasibət bildirir. Cümlənin əvvəlində,
ortasında və sonunda işlənə bilir. Cümlə üzvlərindən vergül (,) işarəsi ilə ayrılır.
Onlar bir sıra mənalarda işlənirlər:
Təsdiq bildirənlər:
əlbəttə,
şübhəsiz, həqiqətən, düzü, doğrudan,
doğrusu
Güman, şübhə bildirənlər:
bəlkə(də), güman(ki), deyəsən, ehtimal(ki),
guya, olsun(ki), görəsən, görünür, olmaya,
yəqin ki
Fikrin
mənbəyini, kimə aid
olduğunu bildirənlər:
məncə, bizcə, mənə görə, sənə görə... deyilənə
görə və s.
Nəticə bildirənlər:
nəhayət,
beləliklə, deməli, xülasə, qısası,
əvvəla, əksinə, birincisi, ikincisi və s.
Təəssüf bildirənlər:
heyif (ki), çox heyif, təəssüf (ki) və s.
Çap üçün deyil