114
nə deyə bilərsiniz?
Tədqiqatın aparılması:
Tədqiqat dərslikdəki “Əsrin Heydər tarixi” şeiri-
nin oxusu ilə başlayır. Oxu zamanı sözlərin orfoepiyası və vurğusuna, sait və
sa mitlərin düzgün tələffüzünə diqqət yetirilir, nöqsanlar düzəldilir, sözlərin mən-
tiqi vurğu altında deyilməsinə diqqət yetirilir (2.1.2 alt-standartı – çalışma 1).
“Sözlük” və “Söz ehtiyatı”ndakı çətin sözlərin mənası izah edilir, şagirdlər yeni
söz və ifadələri cümlələrdə işlədirlər( cütlərlə iş üsulundan istifadə edilə bilər).
Şerin məzmununun mənimsədilməsi üzərində iş aparılır:
1.1.1 alt-standartının reallaşdırılması üçün çalışma 2;
2.1.3 alt-standartının reallaşdırılması üçün çalışma 6;
3.1.2 alt-standartının reallaşdırılması üçün çalışma 8;
3.1.3 alt-standartının reallaşdırılması üçün çalışma 3,4;
4.1.1 alt-standartının reallaşdırılması üçün çalışma 5.
Şagirdlərin lüğət ehtiyatlarını zənginləşdirmək məqsədilə çalışma 7-yə
müraciət etmək olar. Şagirdlərin öyrəndikləri şeirin məzmununa dair öz
münasibətlərini bildirmələri üçün müəllim şagirdləri qruplara bölür. Şagirdlər
şeirin bəndlərini nəsrə çevirərək bəndlərin məzmununu ifadə edir, öz fikirlərini
də əlavə edirlər: çalışma 3.
Vaxt bitdikdə qrupların fəaliyyəti qiymətləndirilir.
Məlumat mübadiləsi:
Şagirdlər Ümummilli liderimiz barədə bildik-
lərini ümumiləşdirir, onun fəaliyyəti haqqında bildiklərini müzakirə edirlər.
Nəticə:
H.Əliyev Azərbaycan Respublikasının III Prezidenti kimi
10 oktyabr 1993 – 31 oktyabr 2003-cü il tarixlərində fəaliyyət göstərmişdir.
O, Azərbaycan Respublikasının görkəmli dövlət xadimi, “Ulu öndər” və
“Azərbaycan xalqının Ümummilli lideri” titullarının rəsmi daşıyıcısı kimi
xalqın yaddaşında əbədi yaşamaqdadır. Onun yaşadığı illər də xalq üçün
əvəzedilməzdir. Xalq bu dövrü Heydər dövrü, Heydər tarixi adlandırır.
Azərbaycanı dünyaya tanıdan şəxsiyyət hamımızın fəxridir. İllər keçsə də,
onun milləti üçün etdikləri xatirələrdən silinməyəcəkdir!
Yaradıcı tətbiqetmə:
Əlavə məlumat toplayıb təqdimat hazırlamaq.
Qiymətləndirmə:
Seçilmiş qiymətləndirmə meyarlarına uyğun aparılır.
Ev tapşırığı:
Şeirin məzmununu və ya I hissəsini əzbər öyrənmək.
Çap üçün deyil
115
§59. Azərbaycan Xalq Cümhuriyyəti
(1 saat)
№
Gözlənilən təlim nəticələri
Alt
standart
Fənlərarası
inteqrasiya
1
Dinlədiyi mətndəki fikirlərin məntiqi ardıcıllığını
müəyyənləşdirir.
Dinlədiyi mətndə fakt və hadisələri
ümumiləşdirir.
1.1.1
1.1.2
Az.t. –
3.1.1.;
1.2.2.
Əd. –
2.2.1.;
3.1.2.
2 Söz birləşməsi və sadə cümlələri qrammatik norma-
lara uyğun tələffüz edir.
2.1.1
3 Mətndəki söz və ifadələrin mənasını sintaktik
vəzifəsinə görə dəqiqləşdirir.
3.1.1
4 Seçdiyi nümunələrlə yazısını zənginləşdirir.
4.1.2
Dərsin tipi:
İnduktiv
Dərsin forması:
Böyük qrupla iş
Dərsin üsulu:
Əqli hücum, sual-cavab
Resurslar:
Dərslik, dəftər, kompyuter, elektron lövhə
Motivasiya:
Müəllim elektron lövhədə internet şəhifəsindən istifadə
edərək ADR-in yaranması barədə tarixi-xroniki sənədli filminə baxışı təşkil
edir.
– Gördüyünüz bu hadisələr nə vaxt baş vermişdir?
Şagirdlər müxtəlif fikirlər söyləyirlər.
Tədqiqat sualı:
XX əsrin əvvəllərində hansı tarixi hadisə Azərbaycanın
həyatında dönüş yaratdı? Bu barədə nə bilirsiniz?
Tədqiqatın aparılması:
Tədqiqat dərslikdəki “Azərbaycan Xalq
Cümhuriyyəti” mətninin oxusu ilə başlayır. Şagirdlər mətni oxuyarkən məntiqi
vurğudan düzgün şəkildə istifadə edir, mətndəki fikirlərə münasibət bildirirlər:
2.1.2. alt-standartı, çalışma 1. Çətin söz və ifadələrin mənası izah edilir. “Söz-
lük” və “Söz ehtiyatı”ndakı sözlər cümlədə işlədilir. Çalışma 4-ün tələbinə
görə sözlərə sinonimlər tapılır, şagirdlərin söz ehtiyatlarını artırmaq, düzgün
cümlə qurmaq qabiliyyətlərini inkişaf etdirmək, öyrəndikləri dil materiallarını
praktik yolla tətbiq etmək imkanlarını genişləndirmək məqsədilə çalışmaların
icrasına başlanılır.
1.1.1. alt-standartını reallaşdırmaq, çalışma 3 üzərində işləmək şagird-
lərin sual vermək, mətndəki fikirlərin məntiqi ardıcıllığını müəyyənləşdirmək
üçündür;
1.1.2. alt-standartını reallaşdırmaq, çalışma 2 üzərində işləmək fikirlər-
dəki uyğunsuzluqları bərpa etmək üçündür;
Çap üçün deyil
116
2.1.4. alt-standartının reallaşdırılması, çalışma 5 üzərində işləmək, mətn-
dəki cümlələri əlaqələndirmək, ümumiləşdirmək üçündür;
3.1.1. alt-standartının reallaşdırılması, çalışma 6,9 üzərində işləmək,
şagirdlərin qrammatik bacarıqlarını inkişaf etdirmək üçündür;
4.1.2. alt-standartı ilə çalışma 8 yerinə yetirilir ki, bu da şagirdlərin yazı
bacarıqlarını inkişaf etdirmək üçündür;
2.1.1. alt-standartı çalışma 7 əsasında reallaşdırılır ki, bu da şagirdlərin
nida cümlələri barədə biliklərini möhkəmləndirmək üçündür.
Məlumat mübadiləsi:
Şagirdlər Azərbaycan Xalq Cumhuriyyətinin
yaranması və fəaliyyəti barədə fikir mübadiləsi aparırlar.
Nəticə:
Şagirdlər müasir Azərbaycan Respublikasının 1991-ci ildə
yenidən öz müstəqilliyini bərpa edərək, Azərbaycan Xalq Cumhuriyyətinin
siyasi varisi kimi onun bayrağını, gerbini, himnini qəbul etməsi barədə
məlumatlarını möhkəmləndirmiş olurlar. İstiqlal Bəyannaməsinin elan edildiyi
1918-ci ilin 28 May günü hazırda “Respublika günü” kimi qeyd olunur.
Müsəlman Şərqində ilk parlament respublikası – Azərbaycan Xalq
Cumhuriyyəti xalqımızın qədim dövlətçilik ənənələrini yaşadaraq, müa-
sir dövrə xas dövlət təsisatlarının yaradılmasına nail olmuşdur. Azərbaycan
Respublikasının yaradılmasında M.Ə.Rəsulzadənin, F.Xoyskinin, Ə.Topçu-
başovun, C.Hacınskinin, S.Mehmandarovun böyük rolu əvəzsizdir.
Yaradıcı tətbiqetmə:
Azərbaycan Xalq Cumhuriyyəti haqqında əlavə
məlumat toplamaq.
Qiymətləndirmə:
Müvafiq cədvələ əsasən aparılır.
Ev tapşırığı:
Mətnin məzmununu danışmaq.
§60. Baharın son ayı (1 saat)
№
Gözlənilən təlim nəticələri
Alt
standart
Fənlərarası
inteqrasiya
1 Dinlədiyi mətndəki fikirlərin məntiqi ardıcıllığını
müəyyənləşdirir.
1.1.1
Coğ. –
2.1.3.
Əd. –
2.1.1.;
2.2.1.
2 Nitqində məntiqi vurğudan düzgün istifadə edir.
2.1.2
3
Mətndəki söz və ifadələrin mənasını sintaktik
vəzifəsinə görə dəqiqləşdirir.
Mətndəki fikirlərə münasibət bildirir.
3.1.1
3.1.3
4 Topladığı fakt və məlumatlara münasibətini bildi-
rir.
4.1.1
Dərsin tipi:
İnduktiv
Çap üçün deyil
Dostları ilə paylaş: |