Azßrbaycan dèLÈ



Yüklə 3,38 Mb.
Pdf görüntüsü
səhifə43/52
tarix22.10.2018
ölçüsü3,38 Mb.
#75459
1   ...   39   40   41   42   43   44   45   46   ...   52

124
10. Hansı söz cümlənin mübtədasıdır?
Onlara enli dəri və ya metal qolbaq geydirdi.
A) dəri         C)  qolbaq             E) cümlədə mübtəda işlənməyib
B) metal       D)  onlara  
11. Feili birləşməni göstər?
A) Qoluna bağlayan
B) Enli dəri
C) Bəzək əşyası
D) Qol saatı
E)  Boyunda gəzdirirdilər.
12. Hansı bənddə feili birləşmə verilib?
A) Düzəltməyə başladı
B) Yaxın vaxtlarda 
C) Qiymətli qolbaqlara
D) Zəncirə keçirib
E)  Orijinal görünüşdə hazırlayır.
13. Mətnin  sonuncu  cümləsində  “удобный”  sözünün  tərcüməsi  hansı 
cümlə üzvüdür?
A) mübtəda      B) xəbər      C)  təyin      D) tamamlıq     E)  zərflik 
14. Cümlədəki mübtəda nə ilə ifadə olunmuşdur?
O, rahatlıq üçün cib saatını ilk dəfə qoluna bağlayan naməlum bir əsgər 
olmuşdur.
A) isim      B)  sifət          C)  say       D) əvəzlik        E) zərf 
15. Feili birləşməni göstərin.
A) qol saatı                   B) enli   dəri                       E) usta düzəldən
C) qadın saatı                 D)  dünya müharibəsi  
16. İsmi birləşməni göstərin.
A) orijinal görünəndə            B) Hamı sevinəndə           E)  rahatlıq üçün
C)  qoluna bağlayan               D)  xüsusi torbacıq   
17. Mətnə hansı sualı vermək olmaz?
A) Qol saatı nə vaxt yaranıb?
B) Əvvəlki saatlar necə şəkildə idi?
C) Hansı konstruksiyalar geniş yayılmadı?
D) Nə üçün idmançılar qol saatlarını taxmaqdan imtina edirdilər?
Çap üçün deyil


125
E)  Iki qulaqcığı olan saatlar kim tərəfindən düzəldilmişdi? 
18. Mətndən verilmiş sözlərdən hansı düzəltmədir?
A) tarixə   B)  həvəslə   C) kiçik   D) xüsusi  E) müharibəsinin  
19. Verilmiş cümlənin neçə üzvü var?
1918-ci ildə İsveçrə saatsazı Jan Şatnu iki qulaqcığı olan kiçik saatlar 
düzəltməyə başladı.
a)  1 mübtəda, 2 xəbər, 2 zərflik, 2 təyin.
b)  1 mübtəda, 1 xəbər, 1 zərflik, 3 təyin, 1 tamamlıq
c)  1 xəbər, 1 təyin, 1 mübtəda
d)  1 zərflik, 1təyin, 1 xəbər, 1 tamamlıq
e)  1 mübtəda, 3 təyin, 3 zərflik
20. Sonuncu cümlədə nöqtənin yerinə hansı hərf yazılmalıdır?
a)  r          b) n            c) y           d) ş    
Bu ölkədə hamı şah kimi danışır.
...  Sultan  Səlim  Şah  İsmayılı  gətirdiklərini  deyəndə  çadıra  girdi,  amma 
oturmadı. Ayaq üstündə gözünü çadırın qapısına .....
Şah atdan enəndən sonra kölgəsi çadırın ağzına düşdü və içəri girdi...
Bu vaxt Fərhad bəy də çadıra girib Sultan Səlimin qulağına nəsə pıçıldadı. 
Onun sifəti elə bil işıqlandı. Kinayə ilə Şah İsmayıla baxdı və dedi:
 –  Gətirin. 
Çadıra dəbilqəsi düşmüş, saçları dağılmış Taclıbəyimi gətirdilər.
–  Hə, şah, ölkədə kişi tapılmadı ki, qadınları, öz hərəmlərini də döyüşə 
gətirdin?
Taclıbəyim Şah İsmayılı görüb doluxsundu. Hönkürə-hönkürə dedi:
–    Şahım,  məni  əsir  ala  bilməyəcəkdilər.  Sənin  əsir  alındığını  gördüm 
qollarım boşaldı.
21. Nöqtələrin yerinə hansı sözü yazmaq lazımdır?
a) yumdu    b) baxdı   c) dikdi  d) örtdü    e) açdı
22. Altından xətt çəkilmiş sözün tərcüməsi:
a) шапка  b) кепка   c) шлем   d) панама   e) оружие
23. Mətnin birinci cümləsinin mübtədası nə ilə ifadə olunub?
a) isimlə    b) mürəkkəb adla   c) mürəkkəb sözlə    d) sifətlə   e) əvəzliklə
24. Mətndəki “hərəm” sözünü hansı sözlə əvəz etmək olar?
a) yoldaşı    b) qulluqçusu   c) dostu   d) arvadı    e) sərkərdəsi
Çap üçün deyil


126
25. Cümlədəki feli birləşməni göstər?
“Taclıbəyim Şah İsmayılı görüb doluxsundu.” 
a) Taclıbəyim   b) Şah İsmayılı   c) İsmayılı görüb  d) görüb doluxsundu  
e) Taclıbəyim doluxsundu
26. Cümlələrin birində bütün sözlərin tələffüzü ilə yazılışı fərqlənmir:
a)  Cahangir evə sarı addımladı.
b)  Dostumun işləri heç də yaxşı getmir.
c)  Neftçilər dənizdə yeni buruq qazırdılar.
d)  Sirac dənizçilik məktəbini bitirdi.
e)  Atam bu zavodda işləyir.
27. Hansı cümlədə ismi xəbər işlənməmişdir?
1.  Təbiət gözəldir.
2.  Baykal dünyanın ən dərin gölüdür.
3.  Hər eşitdiyin sözə inanma.
4.  Müəllim müqəddəs varlıqdır.
5.  Pis adətlərdən əl çəkin.
a) 3, 5    b) 3, 4, 5    c) 1, 2, 4    d) 1, 2, 3    e) 1, 4
28. “Şagirdlərin  imtahan  göstəriciləri  sevindiricidir”  cümləsində  hansı 
cümlə üzvləri işlənmişdir?
a)  mübtəda, xəbər
b)  zərflik, tamamlıq, xəbər
c)  mübtəda, zərflik, xəbər
d)  təyin, mübtəda, xəbər
e)  təyin, tamamlıq, xəbər
29. “Kimin ki ağlı, bacarığı var, qalib gəlir” cümləsində neçə xəbər var?
a)  1
b)  2
c)  Heç yoxdur
d)  3
e)  4
30. “Qəlbinə dəymək” birləşməsinin antonimi hansıdır?
a)  könül bağlamaq
b)  qəlbindən keçmək
c)  ürəyinə yatmaq
d)  könül vermək
e)  könlünü almaq
Çap üçün deyil


127
 
ÖZÜNÜZÜ YOXLAYIN III
Mətn üzrə işləyin.
Söyüd kölgəsi
Kəndin kənarında yol ayrıcında bir yer var idi. Ətraf əkin yeri idi. Burada 
kiçik bir bulaq var idi. Yolçular yay günü bu bulaqdan su içməmiş, əl-üzlərini 
yumamış getməzdilər. Ancaq burada bir kölgəlik yox idi ki, yolçular kölgədə 
oturub dincəlsinlər. Salman əmi buna görə yol ağzında bir söyüd ağacı əkdi
beş il ondan yaxşıca muğayat olub böyütdü.
Cavan və .......... ağac qol-budaq atdığı kimi, çoxdan kök buraxıb, rişəsini 
suya yetirmişdi. Bulaq suyundan içir, səhər günəşindən işıq, istilik alır, ildən-ilə 
canlanır, böyüyür, yaşıl budaqlarını yasəmən salxımları kimi yolçuların başına 
sallayır, kölgəsi ilə çölün havasını sərinlədir, gəlib-gedəni salamlayırdı. Lap 
kənardan ötən, bulaqdan xəbərsiz yolçular da söyüd kölgəsində sərinləməyə 
gedirlər. Salman kişi bunu görəndə ürəyi böyüyür, könlü açılır, xoşhal olurdu. 
Mir Cəlal Paşayev
1.  Nöqtələrin yerinə hansı sözü yazmaq olar?
A) Qoca            B) tənha      C) çoxlu           D) söyüd        E) kölgə 
2.  Altından xətt çəkilmiş sözün tərcüməsi:
     А) виноград      В) тень      С) гроздь         D) сирень          Е) корешок 
3.  Mətnin I cümləsində mübtəda hansı sözdür?
A) Yol                B) yer        C) kəndin         D) bir              E) ayrıcında
4.  Mətnin I cümləsindəki mübtəda nə ilə ifadə olunub?
A) Isim              B) sifət        C) say        D) əvəzlik             E) fel 
5.  Cümlədən hansı sözü çıxarsaq, məna dəyişməz?
Burada kiçik bir bulaq var idi.
A) bulaq           B)   kiçik      C) bir         D)  burada           E) var idi
6.  Hansı söz birləşməsi deyil?
A) Kəndin kənarında                  D) Çölün havasını
B) Salman əmi                            E) səhər günəşindən
C) Buna görə  
7.  Mətndə  kursivlə  verilmiş  cümlədə  fərqləndirilmiş  ifadə  hansı  cümlə 
üzvüdür?
Salman əmi buna görə yol ağzında bir söyüd ağacı əkdi ...
A) Mübtəda    B)  xəbər   C) təyin   D) tamamlıq   E) zərflik
Çap üçün deyil


Yüklə 3,38 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə