Azßrbaycan dèLÈ



Yüklə 3,38 Mb.
Pdf görüntüsü
səhifə42/52
tarix22.10.2018
ölçüsü3,38 Mb.
#75459
1   ...   38   39   40   41   42   43   44   45   ...   52

120
15. Hansı cümlə üzvü cümlədə hərəkətin və ya əlamətin aid olduğu şəxsi 
və ya əşyanı bildirir?  
 A) mübtəda    B)xəbər     C)təyin     D)tamamlıq    E) zərflik
16. Mətnin üçüncü cümləsinin xəbəri felin hansı şəklindədir?
A) əmr         B) xəbər         C)  vacib          D) arzu           E) şərt 
17. Feili birləşməni göstər.
A) Fransızca danışmaq            C)   Xalq ruhu              E) başqa dillərin 
B) Rus yazıçısı                        D) Azərbaycanlı yazıçı
18. İsmi birləşməni tapın.
A) Gözəlliyini bilmədən
B) Ancaq onun
C) Öz dilində 
D) Ruhunu ifadə etmək
E)  Fransızca danışmağı
19. Verilmiş cümlənin neçə üzvü var?
Görkəmli Azərbaycan yazıçısı M.S.Ordubadi demişdir...
A) 3            B) 4          C) 2          D) 5                E) 6
20. Mətnin məzmununa aid olmayan fikir hansıdır?
A) Ana dilindən başqa digər dilləri də öyrənmək vacibdir.
B) Insanın ana dili həmişə doğmadır.
C) Əvvəllər rusca danışmaq Azərbaycanda dəbdə idi.
D) Hər kəs əvvəlcə öz ana dilini gözəl bilməlidir.
E)  Rusiyada keçmişdə aristokrat ailələrdə fransızca danışmağı şərəfli he-
sab edirdilər.  
Mətn üzrə işləyin.
Poçt qutusu
Noyabr ayının 12-ci günü idi. Hava çox soyuq idi. Həkim axırıncı dəfə 
xanın arvadını yoluxub cavab verdi ki, daha naxoşun halı yaxşıdır. Bir həftədən 
sonra yola çıxmaq olar.  Xan İrəvana getməyə çox ...... . Çünki xanı orada çox 
vacib işlər gözləyirdi. Həm də qorxurdu ki, qar yağa, hava daha da soyuya və 
naxoş üçün yola çıxmaq daha çətin ola. Xan qələmi götürüb irəvanlı dostu 
Cəfər ağaya bir kağız yazdı.
Xan kağızı qoydu paketə, üstünü yazıb, markasını yapışdırdı. İstədi nökəri 
çağırsın ki, aparıb salsın poçta. Amma xanın yadına düşdü ki, nökəri göndərib 
Çap üçün deyil


121
başqa işə. Bu zaman qapı döyüldü. Xan çıxdı və gördü ki, qapını döyən öz 
kəndlisi Novruzəlidir...
Bu halda xanın ağlına gəldi ki, yazdığı məktubu versin, Novruzəli aparıb 
poçta salsın.
21. Nöqtələrin yerinə hansı sözü yazmaq lazımdır?
a) sevirdi   b) tələsirdi   c) həvəssizdi  d) istəyirdi  e) tələsmirdi
22. Altından xətt çəkilmiş sözün tərcüməsi:
a) спросить   b) лечить    c) проверить  d) успокоить  e) торопить
23. Mətnin birinci cümləsinin xəbəri? (Dəqiq cavabı seçin)
a) ismi xəbərdir                             d) mürəkkəb feli xəbərdir
b) feli xəbərdir                     
 e) mürəkkəb ismi xəbərdir
c) sadə xəbərdir    
24. Mətndə “kağız” sözünü hansı sözlə əvəz etmək olar?
a) məktub    b) məqalə   c) açıqca  d) əhvalat   e) sirr
25. Cümlədə neçə köməkçi nitq hissəsi işlənib ?  Ardıcıllığı göstərin.
“Həm də qorxurdu ki, qar yağa, hava daha da soyuya və naxoş üçün yola 
çıxmaq daha çətin ola.”
a)  5, bağlayıcı, bağlayıcı, ədat, qoşma, ədat
b)  5, bağlayıcı, ədat, bağlayıcı, qoşma, bağlayıcı
c)  6, bağlayıcı, ədat, bağlayıcı, qoşma, ədat, bağlayıcı
d)  6, bağlayıcı, bağlayıcı, ədat, bağlayıcı, qoşma, ədat
e)  4, bağlayıcı, ədat, qoşma, bağlayıcı
26. Söz birləşməsi ilə bağlı fikirlərdən biri doğru deyil:
a)  Bir sözdən də ibarət ola bilər
b)  İntonasiya bitkinliyi yoxdur
c)  Sözə nisbətən konkretlik bildirir.
d)  Ən azı iki müstəqil sözdən ibarət olur
e)  Bitmiş fikir ifadə etmir
27. Zərf hansı cümlələrdədir?
1.  Sözü birbaşa üzə demək onun adəti idi.
2.  Bağda hava sərindir.
3.  Zeynəb hirslənərək qışqırdı.
4.  Konsertdə qabaq cərgədəki yerlər boş idi.
5.  Xəstənin halı birdən-birə dəyişdi.
a) 3, 4    b) 2, 3    c) 2, 5   d) 1, 5    e) 1, 4
Çap üçün deyil


122
28. Hansı sözün yazılışı səhv verilib?
a) ala – seyrək                c) qurutəhər           e) tünd – göy 
b) açıq – ürəkli               d) al – qırmızı
29. “Stolun üstündəkilər limon üzüm və heyvalar bütün bunlar içəri dax-
il olan uşaqları sevindirdi” cümləsində hansı durğu işarələri buraxılmışdır?
a)  iki qoşa nöqtə, bir vergül, bir tire
b)  bir qoşa nöqtə, bir vergül, bir tire
c)  üç tire, bir vergül
d)  bir qoşa nöqtə, üç vergül, iki tire
e)  iki qoşa nöqtə, iki vergül
30. Verilən parça hansı əməli yazı nümunəsinin başlanğıc hissəsidir?
Bakı şəhəri, H.Ağayev adına 113 saylı orta məktəbin X
a
  sinif şagirdi Nicat 
Əliyevin məktəb sərgisində nümayiş etdirilən rəsm əsərlərinə dair ...
a) bildiriş    b) ərizə   c) rəy   d) izahat   e) annotasiya
ÖZÜNÜZÜ YOXLAYIN II
Mətn üzrə işləyin.
Qol saatı
Qol saatı nisbətən yaxın vaxtlarda, Birinci Dünya müharibəsinin sonunda 
meydana  gəlməyə  başlamışdır.  Ona  qədər  saatları  cibdə,  xüsusi  torbacıqda, 
yaxud  zəncirə  keçirib  boyunda  gəzdirirdilər.  Doğrudur,  ustalar  150  il  bun-
dan əvvəl də bu mexanizmləri daha orijinal görünüşdə hazırlayır, kiçik qadın 
saatlarını  qiymətli  qolbaqlara  salırdılar.  Lakin  belə  konstruksiyalar  geniş 
yayılmadı, nadir bəzək əşyası olaraq qaldı.
Qol saatlarının ................... adı tarixə düşməmişdir. O, rahatlıq üçün cib 
saatını  ilk  dəfə  qoluna  bağlayan  naməlum  bir  əsgər  (fransızlar  onu  fransız, 
almanlar isə alman hesab edirlər) olmuşdur. 1918-ci ildə İsveçrə saatsazı Jan 
Şatnu iki qulaqcığı olan kiçik saatlar düzəltməyə başladı. Onlara enli dəri və ya 
metal qolbaq geydirdi. Belə rahat saatları əvvəlcə idmançılar həvəslə taxırdılar, 
sonra isə onlar hamı tərəfindən istifadə edilməyə başla...dı. 
Çap üçün deyil


123
1.  Nöqtələrin yerinə hansı sözü yazmaq lazımdır?
A) ixtiraçısının            D) qiymətinin
B)   yiyəsinin               E) ünvanının
C) satanın 
2.  Altından xətt çəkilmiş sözün tərcüməsi: 
 
А) часы        В) кольцо    С) браслет      Д) ремень        Е) пояс  
3.  Mətnin I  cümləsində mübtəda nə ilə ifadə olunmuşdur?
A) Isim                                         B) sifət     C) sayla
D) ismi birləşmə    E) feli birləşmə 
4.  Mətndəki “görünüş” sözünü hansı sözlə əvəz etmək olar? 
A) Görünmək         B)görkəm      C)ölçü       D)forma       E)dairə   
5.  Mətndən verilmiş cümlədə hansılar ismi birləşmədir?
Ona qədər saatları cibdə, xüsusi torbacıqda, yaxud zəncirə keçirib bo-
yunda gəzdirirdilər.
A) saatları cibdə       B)  xüsusi torbacıqda     C)  zəncirə keçirib    
D)  ona qədər     E)  boyunda gəzdirirdilər  
6.  Hansı bənddə söz birləşməsi verilməyib?
A) Ona qədər                        B) belə konstruksiyalar     E) İsveçrə saatsazı
A) Dünya müharibəsi            D) qol saatı
7.  Verilmiş cümlənin xəbəri nə ilə ifadə olunub?
...Ustalar  150  il  bundan  əvvəl  ....  kiçik    qadın  saatlarını  qiymətli  qol-
baqlara salırdılar.
A) isim             B)  məsdər          E) frazeoloji birləşmə
C) fel                D) feli sifət 
8.  Hansı sözü cümlədən çıxarsaq, cümlənin mənası dəyişməz?
Doğrudur, ustalar 150 il bundan əvvəl də bu mexanizmləri daha orijinal 
görünüşdə hazırlayırdılar.
A) ustalar     B)  bu     C) doğrudur     D)  orijinal     E) mexanizmləri 
9.  İsmi birləşməni göstər.
A) Qol saatı
B) Yaxşı oxumaq
C) Cibdə gəzdirirdilər
D) Usta düzəldən
E)  Orijinal görunürdü
Çap üçün deyil


Yüklə 3,38 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə