Az?Rbaycan



Yüklə 6,37 Mb.
Pdf görüntüsü
səhifə124/135
tarix01.08.2018
ölçüsü6,37 Mb.
#60456
1   ...   120   121   122   123   124   125   126   127   ...   135

 

 

491 



Qulluqçu  su  gətirirdi.  Gördü  ki,  Izzət  xan  yıxılıb 

yerə,  günün  qabağına.  Qışqırdı,  evdəkilərin  hamısı  qaçıb 

gəldilər, gördülər Izzət xan çoxdan qəflət yuxusuna gedib. O 

dedi  buna  nə  olub,  bu  dedi  buna  nə  olub?  Dürüst  bir  söz 

deyən olmadı. Qulluqçu dedi: 

–  Mən  suya  gedəndə  Ziyadla  Izzət  xan  aşıq  –  aşıq 

oynayırdılar.  Yanlarında  heç  kim  yox  idi,  buna  nə  olubsa, 

Ziyad eləyib. 

Ziyadı nə qədər axtardılar, tapa bilmədilər. Fətəli xan 

Ziyadın qoca atasını, anasını zindana saldırdı ki, oğlunuzun 

yerini  deyin,  yoxsa  sizə  işıq  üzü  yoxdur.  Izzət  xanın  qırxı, 

iki ayı keçdi. Eşqin közü başladı Şövkət xanımı yandırmağa. 

Nə  eliyim,  nə  təhər  eliyim,  Fətəli  xanın  bir  Salman  adlı 

nökəri  var  idi.  Onun  başına  and  içirdilər.  Şövkət  həmin 

Salmanı çağırıb dedi: 

– Necə bir qardaş – bacı kimi sənə bir söz deyəcəm. 

Salman yerində quruyub qaldı. Dedi: 

– Xanım, nökərlə xanımın nə sözü olar? 

Şövkət dedi: 

–  Qorxma,  sən  mənim  dediyimə  əməl  elə,  mən  səni 

dünya  malından  qane  eləyəcəm.  Sənə  də  heç  kim  bir  söz 

deyə  bilməz.  Bu  sirri  də  bir  adam  bilsə,  sən  də  ölməlisən 

mən də. 

Salman dedi: 

–  Indi  ki,  belə  oldu,  canla  –  başla  hazıram,  nə  olar 

nökər olanda, baxarsan dünyada necəoğlanlar var. 

Bu  burda  qalsın,  görək  Ziyad  necə  oldu.  Çox  yol 

gedəndən sonra  gəlib bir meşəyə  çıxdı, qaranlıq  düşmüşdü, 

dırmaşdı  bir  ağaca  ki,  burda  qurda  –  quşa  tuş  gəlməsin. 

Sonra  da  belindən  kəmərini  açıb,  özünü  ağaca  bağladı  ki, 

yuxlasa  yıxılmasın.  Səhər  işıqlananda  Ziyadın  qulağına  səs 

gəldi.  Gördü  ki,  iki  atlıdır.  Ağacdan  düşüb  atlıların  yanına 

gəldi,  dərdini  onlara  danışdı.  Atlılar  onu  götürüb  özləri  ilə 

apardılar. Ziyad bir – iki ay bu qardaşların yanında qalandan 




 

 

492 



sonra  öz  –  özünə  fikirləşdi  ki,  bə  yaxşı,  mən  özüm  baş 

götürüb  qaşdım,  görən  yazıq ata  –  anamın başına nə  gəldi? 

Nigarançılığını  yoldaşlarına  söylədi.  Üç  adam  olub  üz 

tutdular Ziyadgilin şəhərinə. Günüzdən gəlib şəhərə çatdılar. 

Bir qoca kişi çöldə cüt əkirdi. Ziyadı nə tanıyır, salam verib 

dedilər: 

– Əmi, yorulmayasan. 

– Oğul, sağ olun. 

Ziyad dedi: 

– Əmi, bir söz soruşsam deyərsən? 

– Oğul, bilsəm niyə demirəm. 

Dedi: 


– Əmi, Fətəli xanı tanıyırsan? 

Dedi: 


– Oğul, qorxuram danışmağa. 

Dedi: 


– Qorxma, düzünü de, bizdən sənə xətər gəlməz. 

–  Oğul,  onu  it  donunda  ölsün,  oğluna  nə  bilim  nə 

olmuşdu,  yazıq  o  naxırçını,  arvadını  zindana  saldırıb  gün 

üzünə həsrət qoyub. 

Ziyad  atın  üstündə  quruyub  qaldı.  Bir  söz  deməyib 

qoca  ilə  sağollaşdılar.  Sonra  atı  sürdülər  birbaş  şəhərə. 

Gözlədilər  gün  batıb,  hava  qaraldı.  Fətəli  xan  tutduğu 

əməldən sonra o qədər gözdən düşmüşdü ki, gün batan kimi 

nökər  –  qulluqçu  yıxılıb  yatırdı.  Ziyadgil  gəldi  zindanın 

yanına. Ziyad dedi: 

–  Siz  burda  atları  saxlayın,  mən  ata  –  anamı 

zindandan çıxarım. 

Kəmənd  atıb  düşdü  həyətə,  qapının  dalını  açdı, 

yavaşca girdi içəri, ata – anasını tapdı. Görüşüb öpüşdü. Səs 

– küy qopmamış atı qamçılayıb gözdən itdilər. Səhər açıldı, 

xəbər yayıldı. Fətəli xan onsuz da dərd – qəm içində üzülüb 

getmişdi, bu da ona bir yük oldu. O qədər fikir – xəyal elədi 

ki,  axırı  bağrı  çatlayıb  öldü.  Fətəli  xanı  mənzilinə 




 

 

493 



çatdırdılar.  Xanın  Bəhram  adlı  bir  ağıllı  vəziri  var  idi.  Onu 

özlərinə xan seçdilər. 

Indi görək Şövkət xanım, Salman nə oldular. 

Naxırçı  ilə  arvadının  zindandan  qaçırılmasından 

Şövkət  xanım  bildi  ki, Ziyad  sağdır.  Ürəyinə  dammışdı  ki, 

Ziyad bu işi qəsdən eləməyib. 

Nə isə, keçək əsli mətləbə. 

Şövkət  xanımı  məhəbbət  közü  şam  kimi  əridirdi, 

dedi: 

– Salman sənə durmaq yaraşmır, yolçu yolda gərək. 



Pərişan  zülflərindən  üç  tel  ayırıb  basdı  sinəsinə, 

görək naməni necə yazdı. 

 

Atamnan, anamnan əlim üzüldü



Qədəm basıb bircə bizə gələsən, 

Huş başımdan getdi, uruf bədəndən, 

Ürəyimin gizlin sirrin biləsən. 

 

Atam öldü, başa qara bağlaram



Xuni – ciyar eşq oduna dağlaram. 

Gecə – gündüz səndən ötrü ağlaram, 

Əl uzadıb çeşmim yaşın siləsən. 

 

Qırx gün möhlət qoyub yola baxaram, 



Ürəyimi eşq oduna yaxaram. 

Mən Şövkətəm, din – imandan çıxaram, 

Bircə saat sən üzümə güləsən. 

 

Naməni büküb verdi Salmana dedi: 



– Get, işin avand olsun, xoş xəbərlə gələsən. 

Salman  atı  yəhərləyib,  qalxdı  atın  belinə,  atı 

qamçıladı. Şəhərdən çıxıb düz yolla getməyə başladı. 

Deyir, yara sağalsa, təbib qarşı gələr. Gördü qabaqda 

bir atlı çapa – çapa gedir. Atı dəhmərləyib ona çatdı. Baxdı 



 

 

494 



ki,  bu  bir  yaraxlı  cavandı,  amma  bu  tərəflərin  adamına 

oxşamır. 

Atlı onu görən kimi atın başını çəkib soruşdu: 

– Qardaş, hardan gəlib, hara gedirsən? 

Salman  birdən  –  ikiyə  nə  görmüşdü  nökərçilikdən 

başqa,  dili  topuq  vurdu,  bilmədi  nə  desin.  Atlı  onun  yör  – 

yöndəmindən nə başa düşdüsə, dedi: 

– Gedək mənim qonağım ol. 

Salman bir aşağı baxdı, bir yuxarı. Söhbət edə – edə 

çatdılar  meşəyə.  Bu  atlı  da  Ziyadın  yoldaşı  idi.  Elə  ki 

alacığa  girdilər,  Ziyad  Salmanı  gördü,  durub  özünü  atdı 

onun  üstünə.  Bir  –  birini  duz  kimi  yaladılar.  Salman  hal  – 

qəziyəni  nağıl  elədi.  Sonra  Şövkətin  məktubunu  çıxarıb 

verdi  Ziyada.  Ziyadın  üstünə  gün  doğdu,  naməni  oxudu. 

Qəribçiliyə  düşəndən  bəri  Ziyad  özünə  saz  almışdı.  Üçtelli 

sazı basdı sinəsinə, üzünü Salmana tutub belə dedi: 

 

  

 



Şad xəbərlə gələn qasid, 

  

 



Qurbanam canana mən də. 

  

 



Yollara toz salan qasid, 

  

 



Namə verim ona mən də. 

 

  



 

Namus, qeyrət ardan ötrü, 

  

 

Alagözlü yardan ötrü, 



  

 

Gülüzlü dilbərdən ötrü, 



  

 

Düşdüm biyabana mən də. 



 

  

 



Ziyadın dərdini bildir, 

  

 



Görüşmək işi müşküldür. 

  

 



Şövkət bir qəmli bülbüldür

  

 



Olmuşam divana mən də. 

 

Söz  tamam  yetdi.  Salman  bir  qədər  burda  qalıb, 



Ziyadın  sağ  –  salamat  olmağını  Şövkət  xanıma  yetirmək 


Yüklə 6,37 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə