Az?Rbaycan


  Sail, yox günahın, bigünah mənəm!    Dən üyüdür



Yüklə 6,37 Mb.
Pdf görüntüsü
səhifə122/135
tarix01.08.2018
ölçüsü6,37 Mb.
#60456
1   ...   118   119   120   121   122   123   124   125   ...   135

 

 

482 



Sail, yox günahın, bigünah mənəm! 

 

Dən üyüdür 



 

Dünya var ki, dəyirmandı, 

Dayanmadan dən üyüdür. 

Baxmır ağı – qarasına, 

Aqil, ağlıkəm üyüdür. 

 

Aqil gedir, sözü qalır, 



Ürəklərdə gözü qalır, 

Demək onun özü qalır, 

Gözəl, gül bədən üyüdür. 

 

Namərd daim mərdi vurub



Sail də nöbədə durub, 

Qurğunu yaradan qurub, 

Canlıları cəm üyüdür. 

 

Əriyər 

Ürəyimdə bir dərdim var

Dağa deyəm, dağ əriyər. 

Əzəl gündən bu qaydadı, 

Piltə yanar, bağ əriyər. 

 

Bülbl yazda gedər bağa, 



Uçub qonar dal budağa. 

Yamin, sirr vermə alçağa, 

Gözlərində yağ əriyər. 

 

Gördüm 

Illərdə həsrət çəkdiyim 

Gülüzlü cananı gördüm. 

Carhovuzun kənarında 



 

 

483 



Yaşılbaş sonanı gördüm. 

 

Dərdim artıb qalxdı minə. 



Bilmirəm söyləyim kimə. 

Büllur buxaq, mərmər sinə

Qaşları kamanı gördüm. 

 

Ağlımı başdan oynatdı, 



Hörüklərin yana atdı. 

Ayrılığın dəmi çatdı. 

Gözləri dolanı gördüm. 

 

Yamin dedi: günahkaram. 



Sağalmazdı qəlbdə yaram. 

Ürək vurdu aram – aram. 

Dərdi – dil qananı gördüm. 

 

Qurbanıyam 

Dinlə məni gözü qara, 

Gözlərinin qurbanıyam. 

Hər kəlməsi ürək açan 

Sözlərinin qurbanıyam. 

 

Hər kəlmən durdu, sədəfdi, 



Sinəm onlara hədəfdi, 

Durnatək kipriklər səfdi. 

"Döz" lərinin qurbanıyam. 

 

Sailəm Əyyub dözümdə, 



Təqsiri gördüm özümdə. 

Qalıb gözlərim gözündə

Gözlərinin qurbanıyam. 

 

 




 

 

484 



 

Gözəl 

Səhər – səhər gülşən bağı 

Asta – asta gəzən gözəl, 

Xoş ətirli gül – çiçəyi 

Buxağına düzən gözəl. 

 

Sənsiz qəddim döndü mimə, 



Dərdimi söyləyim kimə? 

Büllur buxaq mərmər sinə

Barı azca bəzən, gözəl. 

 

Üzün günəş, gözün zülmət, 



Gördükcə artır məhəbbət. 

De sevgi olarmı xəlvət, 

Əlin – əldən üzən gözəl? 

 

Qorxum yoxdur sirdaşından, 



Dəli – dolu qardaşından, 

Sona tək bulaq başından 

Gölə doğru süzən gözəl. 

 

Yaminin bərədə durub, 



Öz torunu sənə qurub. 

Ilk oxun sinənə vurub

Cəfalara dözən gözəl. 

 

 



Фərə əhvalatı 

 

 

Aşıq  Ələsgər  1939–cu  ildə  qonşu  Tənənəm 



kəndindən gəlirmiş. Ilin qış фəsliymiş.  

 

Qabağına  qoca  bir  kişi  çıxır.  Bu  kişi  isə  Tənənəmə 



gedirmiş.  Bir  az  aralanantək  aşıq  görür  ki,  qarın  üstünə 


 

 

485 



ayaqları  bağlı  bir  фərə  düşüb.  Ayağını  üzəngidən  çıxarıb 

фərəni  götürür.  Yapıncının  altınnan  qayışın  altına  soxur, 

oxuya–oxuya  yola  düşür.  Bir  qədər  aralanannan  sonra  kişi 

daldan çağırır:  

-

 

Ay oğul, bir atuvu saxla görək… 



  Aşıq isə soruşur: 

-

 



Əmi, buyur görüm nə deyirsən? 

Kişi deyir:  

-

 

Oğul, Naxçıvanın  yaxınnığında bir Xalxal kəndi 



var, tanıyırsan?  

 Aşıq:  


-

 

Bəli, əmi tanıyıram.  



–  O kənddən bir qonağım bir фərə vermişdi gətirəm 

nəvəmə. Elə buradaca səbətdən düşüb. Səndən başqa adam 

çıxmıyıb  qabağıma.  Oğul,  gəlsən  mənim  nəvəmin  фərəsin 

verəsən… Aşıq zaraфatla soruşur: 

-

 

Əmi, фərə nədir?.  



-

 

Kişi, toyuq da.  



Aşıq:  

-

 



Əmi, bu qarda, boranda mən toyuq axtarmıram.  

-

 



Bə,  ay  oğul,  sənnən  başqa  adam  qabağıma 

çıxmıyıb.  

Aşıq soruşdu:  

-

 



Əmi, sənin adın nədi?  

-

 



Oğul, adım Əmiralıdı.  

Aşıq üzünü qoca kişiyə tutub deyir: –Əmi, qulaq as, 

фəriyivin yerini deyim: 

– 

 



Məndən salam olsun Əmiralıya,  

 

 



Xalxaldan dadanıb фərə daşıya,  

 

 



Keçib gedib Naxçıvanı talaya,  

 

 



Deyirlər addıyıb Irana фərə.  

-

 



Ay oğul, məni dolama, mənim фərəmi ver.  

Aşıq:  


-

 

Əmi, darı dənləyibdi əti yağlıdı.   




 

 

486 



Sinəm üstü çalın–çarpaz dağlıdı,  

Qırmızı çitnən qıçı bağlıdı.  

Deyirlər addayıb Irana фərə.  

–  Oğul,  elə  qırmızı  ipnən  qıçı  bağlıdı.  Elə  фərəm 

səndədi…  

Əmi qulaq as: 

Hanı Əmiralı kişi, qulluqda duran,  

Gah yeriyib, gah da boynunu buran,  

Qar–boran фərəsin eyləyib haram,  

Ortalıqda düşüb borana фərə.  

–  Ay oğul ulağım getdi, canavar dağıdar. Səbətdən 

düşüb, görməmisən? Sən allah, фərəni ver gedim.  

Aşıq kişinin фərəsini verib yola salır. Özü isə yoluna 

düzəlir.  

 

 

 



Bundan belə sevin 

 

Bir  aşıq  olur.  Bının  peşəsi  evdən  çıxıb  qazanca 



getməy  olur.  Neçə  həфtə,  neçə  ay  çəkir.  Sora  qayıdır  evə. 

Bının  bir  inəyi  varmış.  Bı  kişi  səфərə  gedənnən  sora  inəyi 

xəsdələnir.  Kişinin  qardaşı  gəlib  baxır  oyanına,  bu  yanına; 

görür    inək  yaxşı  dəyir.  Inəyin  başını  kəsir.  Kişi  gəlir  ki, 

inəh  ölüpdü,  bı  kişi  gedib  inəyin  dərisinə  baxır.  Sazını 

götürüp inəyə söz deyir:  

 

 

Sahibin gəlib üstünə,  



 

 

Aç gözünü tanı, inək.  



 

 

Etdiyim gözünə dursun 



 

 

Mağmın etdin məni, inək.  



 

Yenə özü inəyin adınnan deyir: 

 

 

Üç aydı yanım yerdədi,  



 

 

Xəbərin var böyün, aşıq? 



 

 

Sərmədin mənim altıma 



 

 

Bircə kürək peyin, aşıq.  



 

Aşıq deyir: 




Yüklə 6,37 Mb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə