Az?Rbaycan



Yüklə 6,37 Mb.
Pdf görüntüsü
səhifə125/135
tarix01.08.2018
ölçüsü6,37 Mb.
#60456
1   ...   121   122   123   124   125   126   127   128   ...   135

 

 

495 



üçün təzədən atlandı. Salman uzaq yolu yaxın eləyib, özünü 

çatdırdı  Şövkət  xanıma.  Gözaydınlığı  verib,  söz  –  söhbəti 

ona yetirdi. Şövkət xanım pərvanə zülflərindən üç tel ayırıb 

basdı sinəsinə, aldı görək nə dedi: 

 

  

 



Salman, sənə qurban olum

  

 



Ağ eylədin üzüm mənim. 

  

 



Yarımdan namə gətirdin, 

  

 



Işıqlandı gözüm mənim. 

 

  



 

Gözüm yollarda qalmışdı, 

  

 

Gül kimi rəngim solmuşdu



  

 

Vaxtımız tamam olmuşdu, 



  

 

Sənə qurban özüm mənim. 



 

  

 



Şövkət deyərlər adıma, 

  

 



Haq özü yetsin dadıma. 

  

 



Yetişəydim muradıma. 

  

 



Ziyad çəkə nazım mənim. 

 

Nigarançılıqdan  qurtaran  Şövkət  xanım  Salmana 



xeyli  sor  –  sovqat  verib,  onu  razı  saldı.  Bir  həftə  keçəndən 

sonra axtardı görsün ki, Salman nə işlə məşğuldu. Gördü ki, 

Salman  yoxdu.  Soruşdu,  dedilər  ki,  üç  gün  bundan  qabaq 

gedəsi yeri vardı, getdi ora, tezliklə gələsidi. 

Şövkət  xanım  səbirsizliklə  gözləməyə  başladı.  Nə 

isə,  Salman  getməkdə  olsun,  görək  Şövkətin  başına  nə  iş 

gəldi. 

Təbriz  şəhərindən  bir  tacir,  oğlu  ilə  gəlir  Ərdəbil 



şəhərinə  mal  satmağa,  adına  da  Cavad  tacir  deyirlər, 

oğlunun  adı  da  Ələmdardı.  Tacir  mal  verir  Ələmdara,  o  da 

sata  –  sata  gəlib  çıxır  düz  Şövkət  xanımgilin  qapısının 

ağzına.  Başlayır  səsləməyə.  Qulluqçular  səsə  gəlib  görürlər 

ki, bir cavan oğlandı. Gözəl – göyçək parçalar satır. Biri də 



 

 

496 



gedib xanıma deyir ki, bir oğlan elə parça satır ki, istəmirsən 

əlindən yerə qoyasan. Gedək özünə də al, bizə də. 

Xanım  heç  kimin  qəlbinə  dəyməzdi.  Odur  ki,  durub 

çıxdı ki, parçalara baxsın. Oğlan onu görən kimi özünü itirib 

durdu ayağa, bilmədi ki, neyləsin. Şövkət xanım parçanın ən 

gözəlindən bir top  götürüb kənizin qucağına verdi. Soruşdu 

ki,  pulu  nə  qədər  eləyir,  Ələmdar  pulu  almaq  istəmədi, 

sinəsinə söz gəlmişdi, sözünü belə dedi: 

 

Başına döndüyüm gül üzlü xanım, 



Sən mənə verdiyin pul lazım deyil. 

Ağlımı başımdan təqayül etdin, 

Camalın görənə pul lazım deyil. 

 

Aldı Şövkət xanım cavabında: 



Gəl hədyan danışma, ay cavan oğlan

Adaxlıyam, mənə al lazım deyil. 

Al pulunu, gözüm üstə, xoş gəldin

Gətirdiyin tirmə – şal lazım deyil. 

 

Aldı Ələmdar: 



Dərya olub çaylar kimi çağlıyam, 

Məhəbbətlə bil ki, sənə bağlıyam. 

Ələmdaram, Cavad tacir oğluyam, 

Xanım, mənə acı dil lazım deyil. 

 

Şövkət  xanım  parçanı  kənizdən  aldı,  qoydu  yerə, 



hirslə dedi: 

– Al parçanı, götür get. Bir də bu tərəflərə hərlənmə. 

Sonra  dönüb  getdi  evlərinə.  Xanım  getməkdə  olsun, 

görək  Ələmdar  neylədi.  Ayağa  durub  yolu,  imarəti 

bələdləyib  qayıtdı  atasının  yanına.  Əlindəkiləri  bir  tərəfə 

atıb  üzüstə  düşdü  yerə.  Atası  nə  qədər  dil  tökdü,  yalvardı, 

Ələmdar  dinmədi  ki,  dinmədi.  Atası  əlini  qoydu  oğlunun 



 

 

497 



başına. Gördü ki, istiliyi – zadı yoxdu. Ələmdarı evdə qoyub 

üz  tutdu  şəhərə  sarı.  Yolda  Cavad  tacirin  qabağına  bir  qarı 

çıxdı. Tacir dünyagörmüş adam idi. Öz – özünə dedi ki, qoy 

bu qarını dindirim, görüm hansı qarılardandı. Iman qarısıdı, 

şeytan qarısı? 

Odu  ki,  qarıya  yanaşıb,  cibindən  bir  xışma  pul 

çıxarıb, basdı qarının ovcuna. Sonra oğlunun əhvalını qarıya 

danışdı. Qarı iman qarısı idi, dedi: 

– Apar məni oğlunun  yanına. Dərdi – dilini öyrənib 

sənə deyim. 

Cavad  tacir  qarını  götürüb  gəldi.  Qarı  özünü  verdi 

oğlanın  yanına,  tacirə  tapşırdı  ki,  sən  gəlmə.  Bir  az  ordan, 

bir  az  burdan  söz  salıb  dedi,  güldü.  Axırda  oğlan  açıb 

dərdini danışdı.Qarı tacirin yanına qayıdıb dedi: 

– Muştuluğumu ver, oğlun aşiq olub. 

Ata oğlundan soruşdu: 

– Oğul, bu nə sevdadır belə? 

Oğlan dedi: 

  

 

Başına döndüyüm ata, 



  

 

Bir qız məni dərdə salıb. 



  

 

Ağ saqqalın nura bata



  

 

Bir qız məni dərdə salıb. 



 

Aldı Cavad tacir: 

  

 

Başına döndüyüm oğul, 



  

 

Söylə görüm harda salıb? 



  

 

Yedirdim qəndindən noğul, 



  

 

Söylə görüm harda salıb? 



 

Aldı oğlu: 

  

 

Aşiqlər söhbət sazıdı, 



  

 

Göydəki dan ulduzudu. 



  

 

Fətəli xanın qızıdı, 



  

 

Bir qız məni dərdə salıb. 




 

 

498 



 

Aldı Cavad tacir: 

  

 

Dərdi – qəmini atarsan, 



  

 

Muradına tez çatarsan. 



  

 

Sən öz yarını taparsan, 



  

 

Söylə görüm harda salıb? 



 

Aldı oğlu: 

  

 

Ələmdaram, oldum yaman



  

 

Sərimi bürüdü duman. 



  

 

Şövkətdə yoxdu din – iman, 



  

 

Bir qız məni dərdə salıb. 



 

Aldı Cavad tacir: 

  

 

Cavadam, malım sataram, 



  

 

Gedib vətənə çataram, 



                        Onunla toyun edərəm 

  

 



Söylə görüm harda salıb? 

 

Söz  tamama  yetişdi.  Cavad  tacir  işin  nə  yerdə 



olduğunu bilib dedi: 

– Sən otur evdə, mən əlac taparam. 

Yollandı  şəhərə.  Gördü  ki,  bir  qarı  yolda  oturub. 

Qarıya niyaz verib dedi: 

– Qarı nənə, sənə bir işim düşüb. Onu eləsən, səni ala 

– şala bürüyərəm. 

Əhvalatı söylədi. Qarı dedi: 

–  Oranı  mənə  göstər,  sən  get  hazırlaş  beş  –  on 

adamnan qızı qaçırmağa. 

Qarı  dingildəyə  –  dingildəyə  düşdü  tacirin  yanına. 

Tacir onu Şövkət xanımgilin qapısına çatdırdı. Özü qayıdıb 

beş – on adamla qarı tapşırdığı yerdə xəlvətə çəkilib başladı 

gözləməyə. 



Yüklə 6,37 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə