Az?Rbaycan



Yüklə 6,37 Mb.
Pdf görüntüsü
səhifə128/135
tarix01.08.2018
ölçüsü6,37 Mb.
#60456
1   ...   124   125   126   127   128   129   130   131   ...   135

 

 

507 



Qaradır qaşların, boyun gülbəstə

Dərib qızıl gülü tutubsan dəstə, 

Bimürvət, dərdindən olmuşam xəstə

Dərdimi sinənə yaz, qadan alım. 

 

Lalədi yanağın, xaldı qarası, 



Bulunubdu bu dərdimin çarası. 

Əlimiə keçibdi işin sırası, 

Urusxat ver, durum tez qadan alım. 

 

Dodaqların güldü, gözlərin ala, 



Niyə məni saldın qovqaya, qala, 

Ziyad da Şövkətdən bir busə ala, 

Olmaya burada söz, qadan alım. 

 

Söz tamama yetişəndə Ələmdar durub dedi: 



–  Aşıq,  sən  sazını  götür,  çıx  get.  Mən  ayrı  aşıq 

gətirəcəyəm.  Sən  mənim  adımı  biyabır  elədin.  Bu  qədər 

camaatın içində sən mənim nişanlımın adını çəkdin. 

Camaat  hərə  bir  tərəfdən  Ələmdarı  danladı  ki,  aşıq 

ala  da  deyər,  kürə  də  deyər,  sözdü  oxuyur,  qoy  oxusun. 

Ələmdar  çəkilib  yerində  oturdu.  Şövkət  xanım  pərdənin 

arasından Ziyada baxıb gülümsədi. Bu vaxt Ziyad aldı görək 

daha nə dedi: 

 

Bir gün gözəlliyin sehrinə vardım, 



Gözüm camalında qaldı, neyləyim. 

Hər qıya baxışın aldı canımı, 

Eşq odu ürəyə doldu, neyləyim. 

 

Aşıq olub ilqar – iman vermişəm, 



Dal gərdəndə siyah zülfün hörmüşəm. 

Öz gözümlə Şövkətimi görmüşəm, 

Nazınan üzümə güldü, neyləyim. 



 

 

508 



 

Eşqin dəryasında üzə bilmirəm, 

Seyrağub sözünə dözə bilmirəm. 

Durub bu məclisdə gəzə bilmirəm

Ziyadı odlara saldı, neyləyim. 

 

Söz  tamama  yetəndə  Ələmdar  durub  Ziyadın 



yaxasınnan yapışdı, dedi: 

–  Başın  bədəninə  ağırlıq  eləməsin.  Vaxt  ikən  sazını 

götür,  çıx  burdan.  Iki  dəfədi  sən  camaatın  içində  mənim 

nişanlımın adını çəkirsən. Mən gedib ayrı aşıq gətirərəm. 

 Şövkət  xanım  pərdənin  dalından  çıxdı,  rübəndin 

üzündən götürüb dedi: 

 –  Camaat,  eşidin  –  bilin,  mən  Ziyadın  nişanlısıyam. 

Cavad  tacir  məni  zorla  gətirib.  Mən  razılıq  verməmişəm, 

toyu  da  özbaşına  eləyir.  Indi  bəxtim  kəsib,  nişanlım  gəlib, 

gedək padşahın yanına. Hamı dərdini desin. Padşah nə desə, 

o da olsun. 

 Sözü bir araya qoyub getdilər şahın hüzuruna. 

Şah kim ola, Şah Abbas. Şah Abbas çox ədalətliydi, 

haqqı  nahaqqa  verməzdi.  Hərənin  şikayətinə  ayrı  –  ayrı 

baxırdı. Şah Abbas əvvəlcə Şövkət xanımdan soruşdu: 

 



Qızım, dərdin nədi, söylə. 

Şövkət  xanım  irəli  yeriyib,  pərvanə  zülflərindən  üç 

tel ayırıb, sinəsinə basıb dedi: 

 

 Başına döndüyüm ədalət şahım, 



Könlümdəki mətləbimi ara sən. 

Ədalət şahımsan, ol qibləgahım, 

Hər kim günahkardı, çəkdir dara sən. 

 

Gedib məni Ərdəbildən götürüb



Beyman qarı sehrə salıb gətirib. 

Baxtım kəsib, Ziyad yarım yetirib, 




 

 

509 



Vurma ürəyimə dürlü yara sən. 

 

Cavad tacir istəyirdi qaça. Padşah dedi: 



– Gəl otur gözümün qabağında. 

 

Görək Şövkət axırıncı xanəni necə dedi: 



 

Qışın çilləsinin yağmış qarıyam, 

Özüm öz yarımın vəfadarıyam. 

Şövkət deyər, mən Ziyadın yarıyam, 

Ədalətlə eylə dərdə çara sən. 

 

Şövkət  sözünü  tamamladı.  Bu  zaman  Ziyad  irəli 



yeriyib, padşahdan icazə aldı. Padşah dedi: 

– Oğlum, de. 

Aldı görək Ziyad nə dedi: 

 

Dağları, daşları yandırır ahım, 



Şahım, möhübümü düzəsən gərək. 

Sən özün ol mənim ümid, pənahım, 

Hərənin taqsırın yazasan gərək. 

 

Gecə – gündüz axıtdım göz yaşımı, 



Qadir Allah, özün düzəlt işimi. 

Dərd əlindən itirmişəm işimi. 

Özün bu işləri pozasan gərək. 

 

Ziyadın varlığı yara bağlıdı, 



Halal bağban bağda bara bağlıdı, 

Iki sevgi düz ilqara bağlıdı, 

Mətləbə çatmağa dözəsən gərək. 

 

Söz tamama yetişdi. Şah Abbas Cavad tacirə dedi: 




 

 

510 



–  Bu  nə  işdi  belə?  Niyə  bu  oğlanın  nişanlısını  zorla 

alıbsan? 

Tacir  nə  qədər  yalavar  –  yaxar  elədisə,  şah  onu 

bağışlamadı.  Əmr  elədi  ona  otuz  şallax  vurdular.  Sonra 

Cavad tacir suyu süzülə – süzülə oğluyla kor – peşman çıxıb 

getdi. 


Şah  Abbas  Ziyada  toy  xərci  verdi.  Sübh  obaşdan 

atlanıb  düzəldilər  yola.  Gecəli  –  gündüzlü  at  sürdülər. 

Axırda  gəlib  Ərdəbil  şəhərinə  çatdılar.  Birinci  Salman 

özünü  atdı  Ziyadla  Şövkətin  üstünə.  Sonra  Salmanı 

göndərdilər  gedib  Ziyadın  ata  –  anasını,  bir  də  meşədəki 

yoldaşlarını  çağırıb  gətirdi.  Görüşüb,  öpüşdülər.  Toyu 

başladılar.  Yeddi  gün,  yeddi  gecə  toy  çaldırdılar.  Ziyadla 

Şövkət  mətləbə  yetişdilər.  Siz  də  öz  mətləbinizə  yetişin. 

Ziyad 

üçtelli 


sazı 

bağrına 


basıb 

dastanını 

bu 

duvaqqapmaynan sona yetirdi: 



 

Qəfildən çıxdın qarşıma, 

Niyə göz – qaş elədin sən. 

Artırdın dərd azarımı, 

Bir dərdim beş elədin sən. 

Saz çaldım məclisində

Bir saat guş elədin sən. 

Guşda guşvara, 

Günümdü qara, 

Oldum avara, 

Dərdimə çara, 

Dərdimə qarış. 

Sinəndi balış. 

Gəl mənlə barış. 

 

Söndürüb mənim eşqimi, 



Baharım qış elədin sən. 

Hər nə desən qayıl oldum, 




Yüklə 6,37 Mb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə