Az?Rbaycan



Yüklə 6,37 Mb.
Pdf görüntüsü
səhifə126/135
tarix01.08.2018
ölçüsü6,37 Mb.
#60456
1   ...   122   123   124   125   126   127   128   129   ...   135

 

 

499 



Qarı özünü verdi Şövkət xanımın yanına. Bu qarı da 

özünə görə qarı deyildi, şeytan qarısı idi. Alnan – felnan qızı 

aldadıb  gətirdi  tacirlə  vədləşədiyi  yerə.  Bayaq  ha  qızı 

qamarlayıb  atın  belinə  mindirdilər.  Atlar  götürüldü.  Onlar 

getməkdə olsun, sizə kimdən deyim, Salmandan. 

Salman  səfərdən  gəldi,  gördü  lələ  köçüb,  yurd 

ağlayır. Soruşdu ki, kim apardı, hara apardı. Dedilər Təbriz 

şəhərindən  Cavad  adlı  tacir  gəlmişdi,  oğlunun  da  adı 

Ələmdar. Araya qarı salıb nə elədilərsə, qızı yoldan çıxarıb 

apardılar. 

Salman  sözə  bəndimiş,  tüpürdü  dabanına,  özünü 

çatdırdı Ziyada. Istədi deməsin, Ziyad əl çəkmədi ki, düzünü 

de, qaradan artıq da boya var? Salman dili tutula – tutula bir 

təhər  hal  –  qəziyyəni  danışdı.  Elə  bil  Ziyadı  ilan  vurdu. 

Qapqara qaralıb kömürə döndü. Dedilər, görən buna nə oldu 

belə. Ziyad kirimişçə sazı köynəkdən çıxarıb basdı bağrına: 

 

Dindirməyin, qan ağlaram



Əldən ixtiyarım getdi, 

Çərxi – fələk belə yazıb, 

Verdiyim ilqarım getdi. 

 

Ziyad  sazı  tuta  bilmirdi,  yarpaq  kimi  əsirdi.  Aldı 



ikinci bənddə nə dedi: 

 

Əzəldən qayda qalmadım, 



Əlindən badə almadım. 

Bir gecə mehman olmadım, 

O şirin köftarım getdi. 

 

Ziyadın qədrini bilib, 



Çeşminin yaşını silib, 

                                 Gözüm yollarında qalıb, 

         Şövkət kimi yarım getdi. 

 



 

 

500 



 

Söz  tamama  yetişdi.  Ziyad  dedi  ki,  mən  gedəsi 

oldum, siz sağ qalın. Dedilər hara gedirsən, bir de bilək. 

 

Götürüb belə dedi: 



 

Dost yolunda qəsd eləyib canıma, 

Bir od salıb şirin cana gedirəm. 

Nə bir güldüm, nə sevindim dünyada, 

Baş götürüb biyabana gedirəm. 

 

Mən bilirəm, şirin dilə allanıb, 



Kecavada gözübağlı yollanıb. 

Məhəbbətin ürəyində sallanıb, 

Eşq oduna yana – yana gedirəm. 

 

 



Ziyad  yoldaşlarından  ayrılmaq  istəmirdi.  Aldı  görək 

sözün tapşırmasında nə dedi: 

 

Bu miskin Ziyadı hey yada salın, 



Kimsəsiz qəribdi, qaydına qalın. 

Yardan soraq gəlib, qarışıb halım, 

Şövkət gedən ol məkana gedirəm. 

 

Sözünü  tamam  eliyib,  sazı  qoydu  köynəyinə.  Hal  – 



hekayəti  danışdı,  ata  –  anasını  yoldaşlarına  tapşırıb 

sağollaşdı.  Sonra  atın  belinə  qalxdı.  Bir  xeyli  getmişdi, 

birdən  baxdı  ki,  başının  üstündən  durna  dəsti  keçir.  Dedi 

qoy xəbər alım, bəlkə Şövkəti görüblər?  

 

Göy üzündə uçan düzüm durnalar, 



Deyin görüm yarım haraya getdi? 

Qanadı boynundan uzun durnalar

Deyin görüm yarım haraya getdi? 

 

Uçar ikən açıq olsun yolunuz, 




 

 

501 



Nə məkandır vətəniniz, eliniz? 

Namə verim, çox şirindi diliniz, 

Döndərib qəlbimi yaraya, getdi. 

 

 



 

Ziyadam, çöllərdə qaldım avara, 

Əlacsız dərdimə olunmaz çara. 

Baş götürüb gedim hansı diyara, 

Yoxsa nifaq qatdı araya, getdi? 

Sözünü  tamam  eləyib,  atının  başını  buraxdı.  Az 

getdi,  çox  getdi,  soraqlaşa–soraqlaşa  gəlib  çatdı  Təbriz 

şəhərinə.  Bir  qapını  taqqıldatdı.  Bir  qarı  səndələyə–

səndələyə gəlib qapını açdı, gördü bir cavan oğlandı, dedi: 

–Oğul, kimsən? 

Ziyad cavab verdi: 

–Allah qonağıyam, ay qarı nənə. 

Qarı dedi: 

–Allaha  da  qurban  olum,  qonağına  da.  Oğul,  keç 

içəri.  

Ziyad qarıya pul verib dedi: 

–Get  bazara,  axşama  könlün  nə  istəyir  al,  yavaş–

yavaş şam tədarükü gör.  

Qarı dedi: 

–Sağlığına hər şeyim var. Səhər alaram. 

Oturub  şam  elədilər.  Şamdan  sonra  ordan–burdan 

söhbət saldılar. Axırda Ziyad dedi: 

–Qarı  nənə,  imanın  kamil  olsun.  Mən  Ərdəbildən 

gəlmişəm  bura.  Təbrizdə  Cavad  tacir  var,  oğlunun  da  adı 

Ələmdardı. Mənim nişanlımı nə yollasa aldadıb gətirib. De 

görüm onu tanıyırsan, ya yox? 

Qarı dedi: 

–Oğul,  tanıyıram.  Nə  desən,  mənim  gözüm  üstə. 

Mən imanbeh qarılardanam, nə desən, mənim gözüm üstə.  

Dedi: 


–Nənə, adın nədi? 


 

 

502 



Qarı dedi: 

–Oğul,  adım  Fatmanisədi,  nə  dərdin  olsa,  əlacı 

məndə.  

Ziyad  sazı  köynəkdən  çıxarıb  basdı  sinəsinə,  aldı 

görək qarını necə dindirdi: 

Mən sənə oğulam, sən mənə ana, 

Amandı, dərdimə bir əlac, nənə. 

Haq yetirsin səni dinə–imana, 

Amandı, dərdimə bir əlac, nənə. 

 

Qarı  da  sözdən  kasad  deyildi.  Aldı  cavabında  görək 



nə dedi: 

Qarı nənən alsın sənin qadanı, 

Oğul, mən dərdinə əlac eylərəm.  

Açıq danış, mən eşidim sədanı, 

Qorxma, mən dərdinə əlac eylərəm. 

 

Aldı Ziyad: 



Qara bulud başın üstün alıbdı, 

Gül irəngim saralıbdı, solubdu, 

Mənim yarım Ərdəbildən gəlibdi, 

Amandı, dərdimə bir əlac, nənə. 

 

Aldı Fatmanisə qarı: 



Qadan gəlsin mən qarının canına, 

Onu uydurublar dünya malına. 

Sən gedərsən Şah Abbasın yanına, 

Oğul, mən dərdinə əlac eylərəm.  

Ziyad  bir  az  arxayınlaşıb  aldı  görək  sözün  axırını 

necə tapşırdı: 

O uzax yolları gəldim piyada, 

Canımı yolunda vermişəm bada. 

Ölürəm, rəhm eylə bədbəxt Ziyada

Amandı, dərdimə bir əlac, nənə. 




Yüklə 6,37 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə