Азярбайъан республикасы дахили ишляр назирлийи


Daxili işlər orqanları kollektivinin xüsusiyyətləri



Yüklə 364,84 Kb.
səhifə25/29
tarix23.12.2023
ölçüsü364,84 Kb.
#156561
növüMühazirə
1   ...   21   22   23   24   25   26   27   28   29
dioda terbiyevi ve ideoloji isin teskili ixtisasartirma

Daxili işlər orqanları kollektivinin xüsusiyyətləri.
Kollektivin tərbiyəvi, sosial, psixoloji, əməliyyat xidməti və digər imkanları onun daxili psixoloji xarakteri ilə müəyyən olunur. Daxili işlər orqanlarının özünəməxsus xüsusiyyətlərinə aiddir:

  • Kollektivin fəaliyyətinin yüksək ictimai məqsədləri və onun əxlaq səviyyəsinin inkişafı ilə müəyyən olunan ictimai kamillik xüsusiyyətləri. Daxili işlər orqanları yüksək məqsəd və vəzifələri xalqın maraqlarının müdafiəsi, ictimai asayişin mühafizəsi, cinayətkarlıqla mübarizə, qayda-qanun pozucularını tərbiyə etmək və onları yenidən cəmiyyətə qaytarmaq məqsədi daşıyır.

  • Daxili işlər orqanları kollektivi əməkdaşlarının tam və əsaslı birliyi, onları vahid məqsədə nail olmağa istiqamətləndirən keyfiyyətlər. Bu hər bir vəzifəli şəxsin fərdi davranışını, eləcə də bütövlükdə kollektiv üçün əhəmiyyət kəsb edən məsələləri və onların həllində kollektivin birgə fəaliyyətini təmin edir.

  • Fəaliyyət prosesində çətin şəraitdə qarşıya qoyulmuş vəzifənin layiqincə yerinə yetirilməsi üçün hazırlıq və yüksək təşkilatçılıq.

  • Kollektivin yüksək nizam intizamı.

  • Əməliyyat vəziyyətinin dəyişkənliyi nəzərə alınmaqla ətraf mühitə uyğunlaşmaq, reaksiyalara operativ və çevik cavab vermək.

  • Əməkdaşların intizamı və kollektivin optimal idarə olunması.

  • Əməkdaşların təhsili və yüksək peşə hazırlığı səviyyəsi.

Belə kollektivlər böyük və çətin məsələlərin öhdəsindən asanlıqla gəlirlər. Nəzəri bilikləri praktikada düzgün tətbiq edən sadaladığımız keyfiyyətlərə malik kollektivlər daim işlərində müvəffəqiyyət əldə edərək ümumilikdə DİO-nun şərəf və ləyaqətinin qorunmasında, imicinin formalaşmasında böyük uğulara imza atırlar, cəmiyyətin inkişafına öz xeyirxah töhfələrini verirlər. Qeyd etdiyimiz bu məqsədlərə nail olmaq üçün rəhbər tərəfindən tərbiyəvi və ideoloji işin təşkili xüsusi əhəmiyyətə malikdir. Burada kollektivin psixoloji potensialı xüsusilə qeyd olunmalıdır. Bu kollektivdə onun hər bir üzvünün və eləcə də bütövlükdə kollektivin daha səmərəli çalışması üçün mövcud olan ictimai-psixoloji xüsusiyyətlər və halları özündə əks etdirir.
Kollektivin psixoloji potensialı deyərkən nəyi başa düşürük və o nədən ibarətdir?
Bu kollektivdə onun hər bir üzvünün və eləcə də bütövlükdə kollektivin daha səmərəli çalışması üçün mövcud olan ictimai-psixoloji xüsusiyyətlər və halları özündə əks etdirir.

Yüklə 364,84 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə