Азярбайъан республикасы дахили ишляр назирлийи


Rəhbər əməkdaşlarla fərdi, tərbiyəv-ideoloji işi həyata keçirərkən aşağıda göstərilən nəticələrə nail olmağa çalışmalıdır



Yüklə 364,84 Kb.
səhifə29/29
tarix23.12.2023
ölçüsü364,84 Kb.
#156561
növüMühazirə
1   ...   21   22   23   24   25   26   27   28   29
dioda terbiyevi ve ideoloji isin teskili ixtisasartirma

Rəhbər əməkdaşlarla fərdi, tərbiyəv-ideoloji işi həyata keçirərkən aşağıda göstərilən nəticələrə nail olmağa çalışmalıdır:

  • əməkdaşların şəxsi keyfiyyətlərinin, maraqlarının, təlabatlarının, bacarığının, xarakterik xüsusiyyətlərinin hərtərəfli və dərindən öyrənilməsi;

  • əməliyyat-xidməti maraqlar baxımdan əməkdaşların təyinatı üzrə effektli istifadəsi;

  • əməkdaşların xidmətə adapdasiya olunmasında, onlarda peşəkarlığın formalaşmasında köməklik göstərilməsi;

  • əməkdaşların əməliyyat-xidməti tapşırıqları müstəqil həll etməyə hazırlanması;

  • davranışında destruktivlik və dəyişiklik müşahidə edilən əməkdaşlara psixoloji-pedoqoji təsirin təmin edilməsi;

Daxili işlər orqanlarının əməkdaşları öz fəaliyyətlərində həm müxtəlif insanlarla, qrup və kollektivlərlə münasibətdə olurlar. Polis əməkdaşları cinayətkar qruplarda ictimai-psixoloji hadisələrin diaqnozunu müəyyən etmək, onların hüquqazidd fəaliyyətinin qabağını almaq kimi çətin vəzifələri yerinə yetirirlər. Belə qrupların öz qiymətləndirmə sistemi və davranış normaları mövcuddur. Həmin normaları pozan üzvlər və ya onların qarşısını kəsən şəxslər çox sərt şəkildə cəzalandırılırlar. Buradan belə nəticə çıxır ki, daxili işlər orqanlarının əməkdaşlarına müxtəlif qrup və kollektivlərin psixoloji xüsusiyyətlərini xüsusilə bilmək vacibdir. Burada rəhbər idarə etdiyi kollektivi düzgün istiqamətləndirməli və bu zaman tərbiyəvi və ideoloji iş düzgün təşkil olunmalıdır.

NƏTİCƏ

Müstəqil Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarının cinayətkarlıqla mübarizəsi, DİO-nun keyfiyyətli iş əmsalının yüksəldilməsi üçün idarəetmə elminin yüksək nailiyyətlərindən istifadə olunmalıdır. Bu öz növbəsində işçilərin peşəkarlıq ustalığının artırılmasını, yüksək mənəvi keyfiyyətlərin və əməyin elmi əsaslarda təşkilini nəzərdə tutur. Bu baxımdan daxili işlər orqanlarında mənəvi-psixoloji təminat düzgün həyata keçirilməli, bunun üçün isə aidiyyati şəxslər tərəfindən tərbiyəvi-ideoloji iş düzgün və qəbul edilmiş qaydalara və normalara əsaslandırılmalıdır.


Bu prosesin düzgün təşkilində və həyata keçirilməsində rəhbər heyət əsas rol oynayır. Demokratik rəhbərlik prinsipi, onun daxili məzmunu və mexanizmi müasir idarəetmə elminin əsas tələblərini özündə əks etdirməlidir. Daxili işlər orqanlarında rəhbərlik, idarəetmə fəaliyyətinin şəxsiləşdirilmiş hüquqi formasıdır. Onun həcmi və məzmunu rəhbərin vəzifə borcu ilə müəyyən edilir və nizama salınır. Məhz bu baxımdan DİO kollektivində tərbiyəvi – ideoloji işin təşkilatçısı olan rəhbərin üzərinə böyük məsuliyyət düşür. Rəhbər şəxs hər bir işçinin işinə nəzarət, hətta lazım gələrsə, kömək etməli, bu köməyi dostcasına, mehribancasına göstərməlidir. Belə bir şəraitdə işin yeni üsulu meydana gələ bilər ki, bu da digər işçilər üçün yenilik ola bilər. Burada başqalarını ləyaqətli təqlid etmə də əhəmiyyətli ola bilər. Şübhəsiz ki, kollektivdə bir müddətdən sonra eyni adlı işlə məşğul olanların çoxu həmin işçinin professional hərəkətlərinə baxacaq və ondan nümunə götürməyə çalışacaqlar. Beləliklə, kollektiv üzvləri üçün həm şəxsi nümunə, həm formal, həm də qeyri-formal liderə çevrilən rəhbər kollektivdə müsbət mənəvi-psixoloji mühitin formalaşmasına nail olacaqdır ki, bu da öz növbəsində xidmətin keyfiyyətinin yüksəlməsinə, qarşıya qoyulmuş məqsədlərə çatmağa səbəb olacaqdır.
Yüklə 364,84 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə