Азярбайъан республикасы дахили ишляр назирлийи


Həvəsləndirmə rəhbərlik metodundan



Yüklə 364,84 Kb.
səhifə22/29
tarix23.12.2023
ölçüsü364,84 Kb.
#156561
növüMühazirə
1   ...   18   19   20   21   22   23   24   25   ...   29
dioda terbiyevi ve ideoloji isin teskili ixtisasartirma

Həvəsləndirmə rəhbərlik metodundan öz tabeçiliyində olanların tələblərini ödəmək məqsədilə istifadə etmək olar. Bunlar əlavə pul mükafatları, xidməti iş üzrə pillələrlə qalxma, mükafat və ya xüsusi mükafatların təqdimi və s. ola bilər.
Tabeçiliyində olanlara qarşı bu cür təsir metodundan istifadə edən rəhbər işçilərin tələblərini yaxşı dərk etməlidirlər. Bəzən elə ola bilər ki, rəis üçün böyük əhəmiyyət kəsb edən məsələ, tabeçilikdə olanın gözündə heç bir qiymət kəsb etmiş olmaz. Odur ki, bu gün xarici firma rəhbərlərinin çoxu həvəsləndirmə metodundan isitfadə edirlər. Yaxşı işinə görə tabeçilikdə olan, mükafat növləri arasından özünün istədiyini seçə bilir. İşçini ehtiyacları ilə manipulyasiya edən rəhbər tabeçiliyində olanların məqsədlərinə çatmalarına mane də ola bilər. Məqsədə nail olmaq arzusu tabeçilikdə olanı rəhbərin onun qarşısında qoyduqlarına çatmağa məcbur edir.
Ekspert rəhbərlik metodu ona əsaslanır ki, rəhbər işçilərindən mütləq çox bilir, çünki onun təcrübəsi çoxdur, biliyi geniş, ağılı, düşüncəsi daha dərindir. Qrup, yaxud birliyə ekspert rəhbərlik son dərəcədə nüfuzlu rəhbərlik metodu olaraq, rəhbərin nüfuzunu və reytinqini qaldırır. Praktikada bəzən olur ki, rəhbər başı az çıxdığı mürəkkəb məsələlərin müzakirəsində öz nüfuzunu itirməsin deyə, bəzən öz səriştəsizliyini ört-basdır etmək istəyir. Ekspert rəhbərliyə inam təşkilat, qrup və ya birliyin yaşaması üçün vacib şərt kimi qiymətləndirilməlidir.
Müasir texnologiyanın mürəkkəbliyi heç də rəhbərə hər şeyin bilicisi olmağa imkan vermir. Bununla bağlı o, öz tabeçiliyində olanların gücünə, bilik və bacarığına inanmalı, səlahiyyətlərindən bəzilərini bu və ya digər qərarı qəbul edərkən başqalarına tapşırmalıdır. Bu təqdirdə tabeçilikdə olanları idarəetməyə cəlb etmə xüsusən səmərəli olur və bu işçinin özünü göstərə bilməsinə kömək edir. Məsələn, işçilər özləri işləyib hazırladıqları qərarlara həvəslə tabe olurlar.
İnformasiya metodu rəhbər mövqeyinə kommunikasiya mərkəzi kimi əsaslanır. Rəhbərdən qiymətli informasiya alıb onun inam və hörmətini qazanaraq, istehsalat işində bacarığı olan bir adam kimi əməkdaşlar onun reytenqini qaldırır, mövqeyini gücləndirir, əksinə, bu cəhət zəif olarsa, onda bu rəhbərin reytinqini aşağı salır, mövqeyini zəiflədir. İnformasiya axınının nizamlanması ehtiyatların idarə olunması ilə aşkar olub, maddi və insan ehtiyatlarından daha vacib əhəmiyyət kəsb edir. İstehsalat texnologiyasının sirləri ilə bağlı hər hansı informasiyanın yayılması müəssisə yaxud təşkilatın konkurensiya qabiliyyətini itrər və onların məhvinə gətirib çıxarar. Əldə olunan informasiya əsasında rəhbər qrup, əmək birliyinin idarə sükanı olan qərarlar qəbul edir. Rəhbərin işçini işə qəbul etməsi vəzifə pillələri ilə irəli hərəkət etdirməsi, onu mükafatlandırması və işdən azad etməsi, tabeçiliyində olanın taleyinə təsir etmə imkanıdır. Bu da onu rəhbərliyin tələblərinə tabe olmasına məcbur edir. Firma, təşkilat və ya müəssisənin sirrlərini bilən yüksək kvalifikasiyalı mütəxəssisin və əməkdaşın işdən getməsi rəhbərliyin işinə pis təsir edir.

Yüklə 364,84 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə