Азярбайъан республикасы дахили ишляр назирлийи



Yüklə 364,84 Kb.
səhifə2/29
tarix23.12.2023
ölçüsü364,84 Kb.
#156561
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   29
dioda terbiyevi ve ideoloji isin teskili ixtisasartirma

G İ R İ Ş

Azərbaycan Respublikası öz dövlət müstəqilliyini bərpa etdikdən sonra ictimai həyatın bütün istiqamətlərində köklü dəyişikliklərə başlanmışdır. Bu dəyişikliklər siyasətlə, iqtisadiyyatla, mənəviyyatla, mədəniyyətlə və s. sahələrlə bağlı həyata keçirilir. Yuxarıda göstərilən sahələr arasında hüquq-mühafizə orqanlarının özünə məxsus rolu və yeri vardır. Buna görə də qeyd etmək lazımdır ki, Azərbaycan polisi müstəqil fəaliyyətini köklü elmi əsaslar üzərində ciddi dəyişikliklərin həyata keçirilməsi ilə başlamışdır. DİO-nun fəaliyyətinin hərtərəfli təşkili və həyata keçirilməsində sistemin öz daxilində, onun əhali ilə olan münasibətlərinin düzgün qurulmasında tərbiyəvi və ideoloji işin düzgün qurulması mühüm əhəmiyyət kəsb edir. Məhz bu baxımdan daxili işlər orqanlarında, tərbiyə prosesi, onun mahiyyəti, məqsədi, qanunauyğunluqları, məzmunu, forma və metodları düzgün qaydada mənimsənilməli və aidiyyati xidmətlər tərəfindən həyata keçirilməlidir.


DİO-nun gündəlik xidməti fəaliyyətində mühüm və çox saylı funksiyalar yerinə yetirən tərbiyəvi və ideoloji proses əməkdaşların birgə fəaliyyətinin təşkili forması, kollektivdaxili münasibətlərinin özünü büruzə vermə vasitəsi, onlara təsirli requlasiya mexanizmidir. Məhz bu prosesin bilavasitə köməyilə daxili işlər orqanlarında əlverişli mənəvi psixoloji mühitin formalaşdırılmaq və inkişaf etdirmək mümkündür.
Qeyd edək ki, subordinasiya münasibətləri sistemində davranış normaları və onların səciyyəvi xüsusiyyətləri, rəhbərin fəaliyyəti zamanı yaranan fərdi-psixoloji, sosial-psixoloji tərbiyəvi amillər və metodlar, rəhbərin şəxsiyyətini müəyyənləşdirən sosial, psixoloji və işgüzar keyfiyyətlər idarəetmə fəaliyyətinin düzgün təşkilində və faydalı iş əmsalının inkişaf etdirilməsində mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan daxili işlər orqanları kollektivində və şəxsi heyət arasında tərbiyəvi ideoloji işin düzgün təşkili, onun həyata keçirilməsi və müsbət nəticələrin əldə olunmasında rəhbərin rolu müstəsnadır.
Sual 1. Tərbiyə prosesinin mahiyyəti, məqsədi, qanunauyğunluqları. Tərbiyə işinin məzmunu, forma və metodları.

“Tərbiyə” sözü ərəbcə “əl-tərbiyə” sözünün “rəbb” kökündən əmələ gəlib. O, üç mənanı ifadə edir: “Rəba”- doğru yol göstərmək; “Rəbi” - bəsləmək, yetişdirmək, böyütmək, tamamlamaq; “riba” - çoxaltmaq. “Rəbb” Allahın 99 adından biri olub. “Quranda”da Allah sözündən sonra ən çox (935) işlənən sözdür. Mənası “tərbiyə edən”, “nemət verən”, “maddi və mənəvi kamilliyə doğru yönəldən”, “ərsəyə çatdırma” deməkdir. “Mürəbbi” sözü də “rəbb” kəlməsindən əmələ gəlmişdir. “Ərsəyə çatdırma” dedikdə, uşağın sərbəst yaşamaq, öz taleyi haqqında düşünməyi bacarmaq və davranışını sərbəst olaraq qaydaya salmaq, dünyaya münasibətdə müstəqil dərketmə qabiliyyətinə yiyələnmək səviyyəsinə çatdırmaq mənası başa düşülür. Şəxsiyyətin təşəkkül tapıb formalaşmasında digər amillərlə yanaşı, tərbiyə prosesinin müstəsna dərəcədə böyük rolu vardır. Peyğəmbərimiz Həzrəti Məhəmməd (s.ə) buyururdu ki, “tərbiyə valideynin öz övladına verdiyi ən böyük hədiyyədir”. Hər bir şəxs-istər uşaq, cavan, istərsə də yaşlı olsun daim tərbiyəyə möhtacdır. Hələ vaxtilə ingilis filosofu Con Lokk göstərirdi ki, insanlar arasında fərqləri məhz tərbiyə yaradır. Tərbiyənin əsas qayəsi geniş, mütərəqqi dünyagörüşlü, xeyirxah, mədəni, humanist insanlar yetişdirməkdir.


Pedaqoji anlayış kimi tərbiyənin məzmununun üç əlaməti göstərilir:

  • Məqsədyönlülük;

  • Bəşəriyyətin tarixi inkişafının nailiyyətləri olan sosial-mədəni dəyərlərə müvafiqlik;

  • Təşkil olunan tərbiyəvi təsir sisteminin mövcudluğu.

“Tərbiyə işi insan cəmiyyətinin yarandığı ilk dövrlərdən meydana gəlmiş, şəхsiyyətin fоrmalaşması, inkişafı, davranışı prоsesidir”. “Tərbiyə yaşlı nəslin əldə etdiyi bilik, bacarıq və təcrübənin məqsədyönlü, planlı, mütəşəkkil şəkildə gənc nəslə aşılanmasıdır”.
İnsanın tərbiyə fəaliyyəti onun iş fəaliyyətinin zəruri bir hissəsidir. Tərbiyə fəaliyyəti insanın öz nəslinin davam etdirilməsinə xidmət edir. Bu əməyin nəticəsi maddi nemətlər və dəyərlər deyil, yaxşı təhsil-tərbiyə almış insandır. Tərbiyə mənəvi istehsal sahəsinə aiddir. Buna görə də insan nəslinin davamının əbədi və təbii şərti olan tərbiyə insanın təşəkkülünün ilk mərhələsində əmələ gəlmiş, bir ictimai üsulun digəri ilə əvəz edilməsindən asılı olmayaraq bütün bəşər tarixi boyunca davam etmiş və edəcəkdir.
Hər bir ictimai-iqtisadi formasiyanın özünəməxsus tərbiyə sistemi olmuş, ibtidai icma, quldarlıq, feodalizm, kapitalizm və sosializm quruluşlarında tərbiyə anlayışı müxtəlif forma və məzmunda çıxış edərək, formasiyaların xarakterindən asılı olaraq dəyişikliyə məruz qalmışdır. Lakin, tərbiyə prosesi cəmiyyətin inkişafına xidmət etdiyi və həmin cəmiyyətə lazım olan şəxsiyyəti formalaşdırdığı üçün həmişə bəşəriyyətin tkamülündə mühüm rol oynamışdır.
İbtidai icma quruluşunda, Antik Yunanıstanda (Sparta və Afina tərbiyə sistemləri), qədim Şumerlerdə, qədim Misir, Çin, Hindistanda, qədim Türklərdə (Hunlarda və Göytürklərdə), qədim Azərbaycanda, Zərdüştlükdə (zərdüşt məktəbləri və “Avesta”da tərbiyə məsələləri), İslamiyyətdə (təhsil ocaqları: Suffə, Kuttab, məktəblər, Xanegah və Təkyələr, kitab evləri və kitabxanalar, mədrəsələr), İslamiyyətin sonrakı inkişaf mərhələlərində tərbiyə işinin aparılması və prinsipləri (Qurani-Kərimdə tərbiyə və öyrətmə, Təsəvvüfdə, Mövləvilikdə, Bektaşilikdə, Hürufilikdə, Əxilikdə tərbiyə), Klassik qərb və Rusiya cəmiyyətlərində, daha sonra kapitalist cəmiyyətində tərbiyə prosesinin aparılması, məzmunu və mahiyyəti bu cəmiyyətlərin inkişaf qanunauyğunluqları, onların sosial-siyasi və iqtisadi vəziyyətləri, orada gedən müxtəlif proseslərlə uzlaşmış, öz metod və iş prinsiplərini onlara uyğunlaşdırmışdır.məhz bu səbəbdəndir ki, tərbiyə işi müxtəlif quruluşlarda çoxlu dəyişikliklərə uğramış, zənginləşmiş, inkişaf etmiş və təkmilləşmişdir.

Yüklə 364,84 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə