Азярбайъан республикасы дахили ишляр назирлийи



Yüklə 364,84 Kb.
səhifə5/29
tarix23.12.2023
ölçüsü364,84 Kb.
#156561
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   29
dioda terbiyevi ve ideoloji isin teskili ixtisasartirma

Tərbiyənin mahiyyəti - şəxsiyyəti yüksək insani keyfiyyətlərlə tərbiyələndirmək, onda nəcib əxlaqi, mənəvi keyfiyyətlər aşılamaq, əməyə, həyata hazırlamaq, estetik və fiziki mədəniyyət, ailə münasibətləri mədəniyyəti formalaşdırmaq, cəmiyyətdə düzgün davranış normalarına istiqamətləndirmək, milli və bəşəri dəyərləri mənimsətmək və bütün bunların tərbiyə olunanın intellektual, emosional, daxili aləmindən keçirib onun xarakter əlamətlərinə çevirməkdir.
Tərbiyə prosesi çoxçalarlı, dinamik və dəyişkən prosesdir.
Tərbiyənin bir sıra nisbi mənada tərkib hissələri müəyyənləşdirilmişdir ki, tərbiyə olunanda həmin keyfiyyətlərin aşılanması məqsədəmüvafiqdir. Onları aşağıdakı kimi ayırmaq olar: əxlaq tərbiyəsi, mənəvi tərbiyə, intellekt tərbiyəsi (zehin tərbiyəsi), əmək tərbiyəsi, estetik tərbiyə, fiziki tərbiyə. Bütün bunlarla bərabər tərbiyə prosesində hüquq, ekoloji, iqtisadi, ruhi tərbiyəsi ilə də məşğul olunur. Bütün bunlar tərbiyənin məzmununu təşkil edir. Amma, nəzərə almaq lazımdır ki, tərbiyənin bütün tərkib hissələri bir birilə sıx bağlıdır. Hər hansı bir tərbiyənin tərkib hissəsində digər keyfiyyətlər də tərbiyə olunur və ya olunmalıdır. Bu cəhətdən tərbiyənin tərkib hissələri bir növ şərti xarakter daşıyır, insanın tərbiyə prosesində bütün bu tərbiyəvi keyfiyyətlər kompleks şəkildə həyata keçirilir.
Tərbiyə fəaliyyətində xüsusi, təşkilati cəhətindən söhbət getdikdə, adətən, burada müəyyən şəxsiyyətin formalaşmasına olan təsir assosiasiyası nəzərdə tutulur. Tərbiyə ənənəvi olaraq xüsusi inkişaf edən şəxsiyyətə, onun formalaşması məqsədi ilə cəmiyyət tərəfindən müəyyənləşdirilmiş sosial xassə və keyfiyyətinə pedaqoji təsiridir.
Tərbiyə bu prosesdə həyata keçirilən müxtəlif növlü fəaliyyətin stimullaşdırılmasını və təşkilini nəzərdə tuturuq ki, onlar ictimai təcrübə əldə etmək üçün şəxsiyyətə imkanlar verir. O, bilik, bacarıq, sosial və mənəvi münasibətləri ilə formalaşır.
Tərbiyə prosesi insan doğulandan ölənə qədər davam edir. Ona görə də tərbiyə əbədi hadisədir.
Tərbiyə prosesinə hər şey təsir göstərir. Ona görə də tərbiyə ümumi hadisədir. Cəmiyyətin inkişafı ilə əlaqədar olaraq tərbiyə də inkişaf edir, təkmilləşir, dəyişir. Müxtəlif tarixi dövrlərdə tərbiyənin məzmunu müxtəlif olmuşdur. Ona görə də tərbiyə tarixi hadisədir. Hər bir xalqın, millətin özünəməxsus milli tərbiyə xüsusiyyətləri mövcuddur. Ona görə də tərbiyə milli hadisədir. Bəşəriyyətin əldə etdiyi ən yaxşı keyfiyyətləri, gözəl əxlaqı, davranışı insan əxz edir, onları mənimsəyir. Ona görə də tərbiyə bəşəri hadisədir.

Yüklə 364,84 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə