Азярбайъан республикасы дахили ишляр назирлийи



Yüklə 364,84 Kb.
səhifə8/29
tarix23.12.2023
ölçüsü364,84 Kb.
#156561
növüMühazirə
1   ...   4   5   6   7   8   9   10   11   ...   29
dioda terbiyevi ve ideoloji isin teskili ixtisasartirma

Mənəvi tərbiyə. Mənəviyyаt insanın daxili aləmini, xarakterini, insanlara, ətraf aləmə, hadisələrə münasibətini əks etdirən fərdi kateqoriyadır. Mənəviyyat insаnın intеllеktuаl və təbii mаhiyyətidir ki, bu, оnun ruhi tərbiyəsini, daxili aləmini xarakterizə edir və özünü ifadə edir. Bura ilk növbədə insanın şərəfi, namusu, vicdanı, milli-mənlik şüuru, vətəndaşlıq qeyrəti, fədakarlığı, milli-mənəvi dəyərlərə hörməti, keçmişimizi, tariximizi, dilimizi, mədəniyyətimizi, adət və ənənələrimizi dərindən öyrənməsi, habelə xeyirxahlığı, mərhəmət və qayğıkeşliyi, həssaslığı və humanizmi, tolerantlığı, müasirliyi, insanlara hörmət və sevgisi, vətənə məhəbbəti kimi mənəvi keyfiyyətlər daxildiur. Mənəviyyat insanın olduğu kimi görünməsi, göründüyü kimi olmasıdır. Mənəviyyat insanın daxili aləminin zənginliyinin göstəricisidir. Mənəvi cəhətdən zəngin insanın sağlamlığı da mükəmməl olur. Mənəvi cəhətdən zəngin insan həyatdan zövq alır və rahat yaşayır. Mənəvi cəhətdən zəngin insan hər cür çətinliyə dözə bilir, ən çətin anlarda belə düzgün qərarlar çıxara bilir.
Peşə tərbiyəsi. Hərtərəfli inkişaf etmiş şəxsiyyətə verilən əsas və mühüm tələblərdən biri də şəxsiyyətin əməyə qadir olması, istehsalın, xalq təsərrüfatının bu və ya digər sahəsində fəaliyyət göstərmək bacarığına, əməyə, əmək adamlarına müsbət münasibətlərə malik olmasıdır. Hər kəs, xüsusən həyata atılan yeniyetmə və gənclər, istehsalın bir sahəsində çalışmaq üçün zəruri əmək bacarıq və vərdişlərinə malik olmalıdır. Bu əmək bacarıq və vərdişlərinin həm ailədə, həm də sistemli təhsil müəssisələrində təlimin ilk günlərindən əsası qoyulur. Əmək, bacarıq və vərdişləri məhz əmək tərbiyəsi vasitəsilə həyata keçirilir.
Estetik tərbiyə. “Estetika” yunanca “estezis” sözündən olub, hiss etmək, qavramaq deməkdir. Estetik tərbiyə dedikdə, incəsənət və həyatdakı gözəlliklərin qavranmasına, estetik zövq və qabiliyyətlərin inkişafına yönələn təsirlərin məcmusu nəzərdə tutulur.
Estetik tərbiyə insanları gözəllik aləminə yaxınlaşdırır, estetik zövqlər yaradır, gözəlliyi görmə, qavrama, dərk edərək qiymətləndirmə bacarığı formalaşdırır, yaradıcılıq qabiliyyətlərini inkişaf etdirir. Estetik tərbiyə insanlarda gözəl hisslər yaratmaqla onları həyata gözəllik ünsürləri daxil etməyə təhrik edir. Tərbiyənin digər tərkib hissələri kimi estetik tərbiyə də əxlaq, əqli, fiziki, əmək, hüquq və s. kimi keyfiyyətlərlə qarşılıqlı əlaqədədir.
Estetik tərbiyə şəxsiyyət tərbiyəsində böyük rol oynayır. O, tərbiyənin digər tərkib hissələri ilə sıx bağlıdır. Estetik tərbiyə zehni tərbiyəyə kömək göstərir: o, insana bilik verir, həyatı dərk etməyə yardım edir. Estetik tərbiyə insan əxlaqına güclü təsir göstərir. Ədəbiyyat, incəsənət insan mənəviyyatını zənginləşdirir, humanizm, xeyirxahlıq, vətənpərvərlik və b. müsbət keyfiyyətlər formalaşdırır. Estetik tərbiyə prosesində öncə insanda estetik şüur yaradılmalı, sonra estetik hisslər inkişaf etdirilməli və daha sonra estetik davranışa nail olmaq lazımdır.

Yüklə 364,84 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə