Азярбайъан республикасы дахили ишляр назирлийи


Tərbiyəvi-ideoloji (mənəvi-psixoloji təminat) işin təşkili və həyata keçirilməsi zamanı aşağıda qeyd olunan məsələlər mütləq nəzərə alınmalıdır



Yüklə 364,84 Kb.
səhifə16/29
tarix23.12.2023
ölçüsü364,84 Kb.
#156561
növüMühazirə
1   ...   12   13   14   15   16   17   18   19   ...   29
dioda terbiyevi ve ideoloji isin teskili ixtisasartirma

Tərbiyəvi-ideoloji (mənəvi-psixoloji təminat) işin təşkili və həyata keçirilməsi zamanı aşağıda qeyd olunan məsələlər mütləq nəzərə alınmalıdır:
- mənəvi-psixoloji təminatın əməliyyat-xidməti vəzifələrin uğurla yerinə yetirilməsinə təsiri;
- şəxsi heyətin mənəvi-psixoloji durumunun, xidməti intizama və qanunçuluğa riayət edilməsinin, xidməti kollektivdə sosial-psixoloji mühitin vəziyyəti;
- mənəvi-psixoloji təminat tədbirlərinə dair planların icrasının keyfiyyəti;
- rəhbər heyətin mənəvi-psixoloji təminat tədbirlərində iştirakının, habelə metodiki və peşə hazırlığının səviyyəsi;
DİO-da həyata keçirilən tərbiyəvi-ideoloji işin həyata keçirilməsində əsas məqsəd:

  • əməkdaşlarda vətəninə - Azərbaycan Respublikasına, Andına, peşə borcuna sadiqliyin formalaşdırılmasına;

  • əməkdaşların Azərbaycan Respublikası Konstitutsiyasının, qanunlarının, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının, DİN-in normativ-hüquqi aktlarının, Etik Davranış Kodeksinin norma və tələblərinin dönməz icrası ruhunda tərbiyə edilməsinə;

  • əməkdaşların əməliyyat-xidməti vəzifələri effektiv yerinə yetirilməsi, o cümlədən insan və vətəndaş hüquq və azadlıqlarına, xidməti intizam qaydalarına, qanunçuluğa və peşə etikasına ciddi riayət etməsi əsasında əhalinin daxili işlər orqanlarına inamının davamlı şəkildə möhkəmləndirilməsinə və polisin nüfuzunun yüksəldilməsinə;

  • əməkdaşlarda vətənpərvərlik, vətəndaşlıq, peşəkarlıq kimi kompleks mənəvi-psixoloji keyfiyyətlərin, yüksək hüquqi təfəkkürünün, davranış mədəniyyətinin formalaşmasına və inkişaf etdirilməsinə;

  • xidməti kollektivlərdə yüksək bilik və həmrəylik səviyyəsinin, əməkdaşların mənəvi-psixoloji cəhətdən insanların həyatını, sağlamlığını, hüquq və azadlıqlarını, dövlətin, cəmiyyətin, fiziki və hüquqi şəxslərin qanuni manafelərini və mülkiyyətini hüquqazidd əməllərdən qorumağa tam hazır olmalarının təmin edilməsinə;

  • əməkdaşlarda xüsusi bilikləri, bacarıq və təcrübəni artırmağa, peşə ustalığını, o cümlədən tabel silahı, xüsusi texniki və vasitələrlə davranma və düzgün tətbiq etmə bacarığını təkmilləşdirməyə marağın formalaşdırılmasına ;

  • əməkdaşlarda xidmət zamanı və xidmətdənkənar vaxtlarda vətəndaşlar ilə peşəkarlıq baxımından savadlı ünsiyyət qurmaq bacarığının və praktiki vərdişlərin inkişaf etdirilməsinə.


Yüklə 364,84 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə