Азярбайъан республикасы дахили ишляр назирлийи


Sual 3. DİO-da rəhbər tərbiyəvi və ideoloji işin əsas təşkilatçısı kimi



Yüklə 364,84 Kb.
səhifə18/29
tarix23.12.2023
ölçüsü364,84 Kb.
#156561
növüMühazirə
1   ...   14   15   16   17   18   19   20   21   ...   29
dioda terbiyevi ve ideoloji isin teskili ixtisasartirma

Sual 3. DİO-da rəhbər tərbiyəvi və ideoloji işin əsas təşkilatçısı kimi.

Hər hansı bir əmək qrupu, birlik, təşkilat və ya müəssisənin rəhbəri adətən bütün iş prosesinin təşkilatçısı kimi çıxış edir. Təşkilati iş bütün rəhbərlərin əmək fəaliyyətinin tərkib hissəsi və əsası hesab olunur. Rəhbərin təşkilatçılıq funksiyasının vacib xüsusiyyəti onun bilavasitə əmək fəaliyyəti ilə məşğul olanların işini təşkil etmək bacarığıdır. Rəhbər, insanların birgə əmək fəaliyyətini təşkil etmək bacarığına malik olmalıdır.


Heç şübhəsiz ki, kollektivdə çalışanlar öz xarakterinə, yaş, cins və milli xüsusiyyətlərinə görə bir-birindən hiss olunacaq dərəcədə fərqlənirlər. Bu özünü ilkin əmək qruplarının fəaliyyətində xüsusilə biruzə verir. Çünki, əmək qruplarında (təşkilatlarda) birgə əmək prosesində insanların bir-birinə təsiri daha böyükdür. Hər hansı bir təşkilatın, kollektivin rəhbəri, nəinki hər bir işin icrasını təşkil edir, həm də işi planlaşdırır. O, hər bir işçinin bilik, bacarıq və vərdişlərini, müəyyən işə fərdi marağını, işi yerinə yetirmə keyfiyyətini və ritmini, qrupda işləyə bilməyə qabiliyyətini, yaxud onun tam müstəqil fəaliyyətə qadir olduğunu mütləq nəzərə alınmalıdır. Başqa sözlə desək, kollektivin rəhbəri daimi olaraq tapşırığın keyfiyyətli və vaxtında yerinə yetirilməsindən asılı olan işlərin xüsusiyyətlərini mütləq nəzərə almalıdır.
Əmək əksər hallarda qrup və birgə xarakter daşıdığı üçün onun təşkil olunmasında insanların bir-birilərini qarşılıqlı əvəz edilməsi, məsləhət vermə qabiliyyətləri, işə kömək etmələri, işə müxtəlif münasibətləri nəzərə alınmalıdır. Burada rəhbərin nəzərindən şəxsiyyətlərarası münasibətlər də qaçmamalıdır. Bu sosial-psixoloji amillərə əsasən eyni tapşırığı yerinə yetirən insanların əməyə sərf etdikləri gücü artırır, işin səmərələləyinə kömək edir, işdə müffəqiyyəti müəyyləşdirir. Sosial-psixoloji amillər məhz belə qarşılıqlı şəkildə kollektiv əmək formalarını tətbiq edən zaman qrupun vahid naryada hazır olmasına öz təsirini göstərir. Rəhbərin fəaliyyətində təşkilati və planlaşdırma işləri ilə yanaşı, daha mühüm olanı tərbiyəvi işdir. İnsanlar arasında qrupda yaranmış davranış formaları, qarşılıqlı kömək və tələbkarlıq əmək qrupundakı hər bir işçiyə öz təsirini göstərir, işçinin davranış və üslubunu, onun məsuliyyət səviyyəsini, əmək öhdəliklərinin yerinə yetirilməsini təmin edir.
Rəhbərin təşkilati işinə aid olan fərdi-psixoloji, sosial psixoloji və tərbiyəvi məqamlar idarəetmə prosesində qarşılıqlı və kompleks şəkildə çıxış edir.
Məhz bu xüsusiyyətlərinə görə rəhbər öz potensialından, bilik, bacarıq və vərdişlərindən tam şəkildə istifadə edərək idarəetmə prosesini təşkil etməlidir. Əks halda onun fəaliyyətinin nəticə göstəriciləri qənaətbəxş olmayacaqdır.
Misal üçün, əgər rəhbər hesab etsə ki, əmək birliyi yaxud qrupunun hər bir üzvünün şəxsi ustalığı vacibdir və yüksək ixtisaslı işçiləri mükafatlandırmağa başlasa, onlara maraqlı iş təklif etsə, bu zaman əmək qrupunda narazı olanlar ortaya çıxmağa başlayacaq. Təbiidir ki, ziddiyyətlər yaranmağa başladıqca, əmək qrupunda kvalifikasiya artımı ləngiyər və bununla da əmək göstəricilərinin səviyyəsi aşağı düşər. Əlbəttə, ən «yatımlı» işçilər belə çətin idarə oluna bilər. Çünki onlar öz qüvvələrinə inandıqları üçün, rəhbəri özlərindən asılı adam kimi hiss edirlər. Deməli, əmək qrupu və ya birliyin fəliyyətinin təşkilində vacib psixoloji-pedaqoji amillərin vahidliyini mütləq nəzərə almaq lazımdır.
Əgər təşkilat üzvlərinin davranışı, onların işinin mühüm əlaməti, kollektivin bütün üzvlərinin ictimai-əhəmiyyətli fəaliyyətində və ümumi məqsədlərində özünü göstərirsə bu məqsədlərin əldə olunması əmək birliklərinin bütün üzvlərinin birgə və qarşılıqlı məsuliyyətli olmasını tələb edir.
Əmək qrupunda çalışan hər bir işçinin rolu onun yalnız normaları və planları yerinə yetirməsindən ibarət deyil, həm də əməyin yeni metodları ilə bağlı təşəbbüsləri, yeni iş üslubunu və imkanlarını mənimsəməsi və s. ilə də ölçülür. Odur ki, əmək qrupunun hər bir üzvünün qarşısında, yerinə yetirdiyi işin metod və məzmununun yaxşılaşmasına inanması kimi çətin və mürəkkəb vəzifə durur.
Rəhbər hər bir işçini səmərəli, fərdi iş üslubuna oriyentirləşdirməli, öz iş dəsti-xəttini tapmağa sövq etməli və tabeliyində olan işçiyə məsləhət verməyi bacarmalıdır. İşçi eyni hərəkəti müxtəlif üsullarla yerinə yetirərkən, edəcəyi əməliyyatları planlaşdıra bilməli, hansı üsulun onun üçün daha əlverişli olduğunu bilməlidir. Tapılmış optimal üsulu qrup üzvü möhkəmləndirməklə, ondan istifadə etməklə düzgün istiqamətlənməlidir.
Rəhbər öz fəaliyyətini kollektivin qarşısında duran vacib həyati məsələlərin həllinə yönəltməlidir. Onların sırasında intensiv təcrübə mübadiləsi mühüm əhəmiyyət kəsb edir ki, bu da öz növbəsində insan amilinin əsası kimi çıxış edərək, işin keyfiyyətinin qalxmasına kömək edir.
Rəhbər öz idarəçilik prosesində tərbiyəvi və ideoloji amilləri əsas götürməklə kollegial idarəçilik formasında qəbul edilən qərarlarda subyektivlik hallarının azaldılmasına və ya belə halların tamamilə aradan qaldırılmasına şərait yaradır, yerliçilik, xudbinlik və şəxsi maraqların yaranma səbəblərinin qarşısını alır.Kollektivin güclənən texnoloji potensialının komponentlərinə onun müsbət ənənələrini, sosial-psixoloji mühitin fikrini, əhval-ruhiyyəsini, özünü idarə etmək səviyyəsini aid etmək olar.
Təşkilati iş bütün rəhbərlərin əmək fəaliyyətinin tərkib hissəsi və əsası hesab olunur. Rəhbərin təşkilatçılıq funksiyasının vacib xüsusiyyəti onun bilavasitə əmək fəaliyyəti ilə məşğul olanların işini təşkil etmək bacarığıdır. Rəhbər, insanların birgə əmək fəaliyyətini təşkil etmək bacarığına malik olmalıdır ki, burada ideoloji işin əhəmiyyəti qeyd olunmalıdır.
Rəhbərin nəzərindən şəxsiyyətlərarası münasibətlər də qaçmamalıdır. Bu sosial-psixoloji amillərə əsasən eyni tapşırığı yerinə yetirən insanların əməyə sərf etdikləri gücü artırır, işin səmərələləyinə kömək edir, işdə müvəffəqiyyəti müəyyənləşdirir.
Sosial-psixoloji amillərlə yanaşı kollektivdə tərbiyəvi və ideoloji iş qarşılıqlı şəkildə kollektiv əmək formalarını tətbiq edən zaman qrupun vahid naryada hazır olmasına öz təsirini göstərir.
Danılmazdır ki, rəhbərin fəaliyyətində təşkilati və planlaşdırma işləri ilə yanaşı, daha mühüm olanı tərbiyəvi işdir. İnsanlar arasında qrupda yaranmış davranış formaları, qarşılıqlı kömək və tələbkarlıq əmək qrupundakı hər bir işçiyə öz təsirini göstərir, işçinin davranış və üslubunu, onun məsuliyyət səviyyəsini, əmək öhdəliklərinin yerinə yetirilməsini təmin edir.
Şəxsi heyətin əməliyyat-xidməti fəaliyyətə mənəvi-psixoloji hazırlığı - əməkdaşların qarşıya qoyulmuş vəzifələrin müsbət və keyfiyyətli həllinə, ekstremal şəraitdə mümkün çətinlikləri dəf etməyə hazırlığını, fəallığını, marağını və səfərbərliyini əks etdirən mənəvi və psixoloji vəziyyətdir. Şəxsi heyətin psixotravmatik faktorlara qarşı mənəvi-psixoloji dösümlüyü - əməkdaşların istənilən şəraitdə yüksək funksional aktivliyi qoruyub saxlamaq və qarşıya qoyulmuş vəzifələri uğurla yerinə yetirmək bacarığını müəyyən edən şəxsi keyfiyyətlər sistemidir (biliyi, səriştəsi, peşə vərdişləri, baxışları, inamı, motivləri, qarşıya qoyduğu məqsəd, xarakterik xüsusiyyətləri). Kollektivdə sosial psixoloji mühit – fərdlərarası münasibətlərin keyfiyyət göstəricisi olmaqla, qrum daxilində əməkdaşın şəxsiyyətinin hərtərəfli inkişafına, birgə səmərəli fəaliyyətinə müsbət və ya mənfi təsir göstərə bilən əxlaqi və psixoloji faktorların məcmusudur.
Tərbiyəvi iş əməkdaşlarda əməliyyat-xidməti fəaliyyət üçün zəruri olan peşəkar və əxlaqi keyfiyyətlər kompleksinin formalaşdırılması üzrə məqsədyönlü fəaliyyətdir. Psixoloji iş isə mənəvi-psixoloji təminatın bir növü olaraq, əməkdaşlarda peşəkarlıq üçün əhəmiyyət kəsb edən şəxsi psixoloji keyfiyyətlərin, psixoloji dayanıqlığın və əməliyyat-xidməti vəzifələri effekli yerinə yetirməyə hazırlığın formalaşdırılmasına yönəlmiş fəaliyyətdir.
Mənəvi-psixoloji təminatın obyektlərinə müxtəlif vəzifəli kateqoriyalardan olan əməkdaşlar və xidməti kollektivlər daxildir. Mənəvi-psixoloji təminatın predmetini - əməkdaşın şəxsi keyfiyyətlər kompleksi, şəxsi heyətin mənəvi-psixoloji durumu və xidməti kollektivdə mövcud olan sosial-psixoloji mühit təşkil edir.
Orqan və hissələrdə mənəvi-psixoloji, tərbiyəvi və ideoloji təminat tədbirlərinin təşkilinə və həyata keçirilməsinə birbaşa cavabdeh olan şəxs rəisdir.
Rəis tabeliyində olan şəxsi heyətlə tərbiyəvi və ideoloji təsir tədbirlərinin təşkili zamanı:

  • Konkret dövr üçün mənəvi-psixoloji təminatın əsas vəzifə və istiqamətlərini, tədbirlərin icra müddətini müəyyənləşdirməli, mənəvi-psixoloji təminat qurumlarının planlarını təsdiq etməli, icrasına nəzarəti həyata keçirməlidir;

  • Xidməti fəaliyyətin və mənəvi-psixoloji təminat tədbirlərinin planlaşdırılmasını əlaqəli aparmalı, rəhbər heyətin onların icrasında iştirakını təmin etməlidir;

  • Mənəvi-psixoloji təminatın həyata keçirilməsində şəxsən iştirak etməli, şəxsi heyətlə fərdi tərbiyəvi iş aparmalıdır;

  • Kollektivdə sağlam sosial-psixoloji mühitin formalaşdırılmasına, şəxsi heyətin xidməti vəzifələri layiqincə icra etmələrinə, əməyinin maddi və mənəvi stimullaşdırılmasına önəm verilməlidir.

  • Mənəvi-psixoloji təminatın təşkili məsələlərinin Kollegiya iclaslarının, əməliyyat müşavirələrinin, attestasiya komissiyalarının müzakirəsinə çıxarılmasını təmin etməli, qəbul edilmiş qəraraların icrasına nəzarət etməlidir;

  • Mənəvi-psixoloji təminat tədbirlərinin həyata keçirilməsində rəhbər heyətin rolunun artırılması və şəxsi iştirakının təmin edilməsi üzrə iş aparmalı, əməliyyat müşavirələrində xidmət rəhbərlərinin şəxsi heyətlə iş sahəsində hesabatlarının dinləməsini təşkil etməli, mənəvi-psixoloji təminatın təkmilləşdirilməsi üzrə zəruri tədbirlər görməlidir;

  • Mənəvi-psixoloji təminat tədbirlərinin tətbiqi zamanı digər hüquq-mühafizə, dövlət və yerli idarəetmə orqanları, ictimai biliklər, qeyri-hökumət, veteranlar təşkilatları, dini qurumlar, kütləvi informasiya vasitələri, elm və incəsənət xadimləri ilə qarşılıqlı əlaqə yaratmalıdır;

  • Əməkdaşların mənəvi-psixoloji hazırlığı üzrə təlim-tədris və dövlət-hüquqi məlumatlandırılması üzrə tədris tədbirlərini, xidməti otaqların əyani təşviqat vasitələri ilə təchizatını təşkil etməlidir;

  • Sosial məsələlər, ximəti intizam komissiyalarının, ictimai qurumların (yığıncaqların, hamiçiliyin) işini təşkil etməli, onların işinə rəhbərliyi həyata keçirməlidir;

  • Xidməti intizam və qanunçulugun möhkəmləndirilməsi, hüquqpozmaların profilaktikası üzrə bütün lazımi tədbirləri görməli, cinayət və hadisələrin uçotdan gizlədilməsi, intizam xətalarına yol verilməsi kimi halların qarşısını qətiyyətlə almalı, belə faktları prinsipillıqla qiymətləndirməlidir;

  • Gündəlik fəaliyyətdə və ekstremal şəraitdə şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yüksək səviyyədə saxlanılmasını təmin etməlidir;

  • Mənəvi-psixoloji təminat tədbirlərinin təşkili və həyata keçirilməsinin nəticələrini ümumiləşdirməlidir.

  • Mənəvi-psixoloji təminat tədbirlərinin nəticələri aşağıdakı meyarlar nəzərə alınmaqla qiymətləndirilir;

  • Mənəvi-psixoloji təminatın əməliyyat-xidməti vəzifələrin uğurla yerinə yetirilməsinə təsiri;

  • Şəxsi heyətin mənəvi-psixoloji durumunun, xidməti intizama və qanunçuluğa riayət edilməsinin, xidməti kollektivdə sosial-psixoloji mühitin vəziyyəti;

  • Mənəvi-psixoloji təminat tədbirlərinə dair planların icrasının keyfiyyəti;

Tərbiyəvi iş Azərbaycan Respublikasının daxili işlər orqanları, təhsil və tibb müəssisələrinin, şəhər, rayon, xətt polis orqanlarının rəisləri, nizami polis hissələrinin komandirləri və onların müavinləri, şəxsi heyətlə iş üzrə qurumlarının (şöbə, bölmə) rəisləri (qrup rəhbərləri) tərəfindən həyata keçirilir.
Tərbiyəvi-ideoloji iş aşğıdakı əsas istiqamətlər üzrə aparılır:
Vətənpərvərlik tərbiyəsi - əməkdaşlarda cəmiyyətin əsaslarının möhkəmləndirilməsi və təkmilləşdirilməsi işində fəal iştirak etmək bacarığının, yüksək vətənpərvərlik şüurunun, əsl vətəndaşlıq mövqeyinin, qanunçuluğun, içtimai asayişin, insanların hüquq və azadlıqlarının, qanuni mənafelərinin təmin edilməsi kimi şəxsi keyfiyyətlərin formalaşdırılması və inkişaf etdirilməsi;
Peşə tərbiyəsi - əməkdaşlarda xidmətin mənəvi əsasları barədə təsəvvürlərin, kollektivdə qarşılıqlı münasibətlərin, xidmətdə və məişətdə davranışın peşə-etik tələblərinə dair biliklərin inkişaf etdirilməsi;
Hüquqi tərbiyə - dövlətin hüquq-mühafizə siyasətinin düzgün dərk edilməsi və icra olunması məqsədilə əməkdaşlarda dərin və dayanıqlı hüquqi biliklərin, baxışların və təsəvvürün, inam və hisslərin formalaşdırılması, onlara yüksək hüquqi mədəniyyətin, vərdişlərin və fəal hüquqi davranış bacarığının aşılanması üzrə məqsədyönlü sistematik təsir göstərməsidir.
Əməliyyat-xidməti fəaliyyətin effektli həyata keçirilməsi üçün əməkdaşlarda peşəkarlığın və şəxsi mənəvi-psixoloji keyfiyyətlərin formalaşdırılması və inkişaf etdirilməsi məqsədilə fərdi tərbiyəvi iş bütün rəislər, rəis müavinləri və şəxsi heyətlə iş üzrə köməkçilər (və ya başqa şəxslər) tərəfindən aparılmalıdır.

Yüklə 364,84 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə