Азярбайъан республикасы дахили ишляр назирлийи


Müsbət mənəvi-psixoloji mühitin mühüm əlaməti əmək qrupu tərəfindən nəzarətdə saxlanılan əməyin əvəzinin, haqqının ödənilməsi oriyentasiyasıdır



Yüklə 364,84 Kb.
səhifə14/29
tarix23.12.2023
ölçüsü364,84 Kb.
#156561
növüMühazirə
1   ...   10   11   12   13   14   15   16   17   ...   29
dioda terbiyevi ve ideoloji isin teskili ixtisasartirma

Müsbət mənəvi-psixoloji mühitin mühüm əlaməti əmək qrupu tərəfindən nəzarətdə saxlanılan əməyin əvəzinin, haqqının ödənilməsi oriyentasiyasıdır. Məlumdur ki, əmək haqqının bölgüsünə nəzarət əmək qrupunun hər bir üzvünün birgə əməyinin nəticəsi olması ilə yanaşı hər bir şəxs ona öz töhvəsini verməlidir. Əgər insan qrup nəzarət formasını qəbul etmirsə, deməli o, öz şəxsi imkanlarının ölçülərini açmağa meyillidir. Belə olduqda insanların dəyərləri və müəyyən şəraitdə onların realizasiyası haqqında təəssürat yaratmaq olar. Bu isə öz növbəsində mənəvi-psixoloji mühitində birbaşa əks olunaraq onun tərkib hissəsinə çevrilir.
Əlverişli mənəvi-psixoloji mühit əlamətlərindən qrup yaxud birliklərdə yeniliklərin tətbiqinə müsbət ustanovkanı qeyd etmək olar. Elmi-texniki inqilabın təsərrüfatın bütün sahələrini bürüdüyü dövrdə hər bir əmək qrupu və birliklərində yeniliklərin tətbiqi vacibdir. Yeniliklərin tətbiqi cəmiyyətin iqtisadi, sosial və mədəni inkişaf səviyyəsinin bu dövrdə mühüm amili olduğunu sübüt etməyə ehtiyac yoxdur. Bu elmi-texniki tərəqqi şəraitdə özünü daha da qabaqcıl şəkildə göstərir. Qeyd etmək lazımdır ki, bəzən yeniliklərin tətbiqi heç də həmişə qrupları, yaxud birliklərində pozitiv qəbul edilmir. Çünki təklif olunan yeniliklərin texniki-texnoloji yetkinliyi, təşkilati-iqtisadi tədbirlər hələ də onun müvəffəqiyyətlə realizə olunmasının qarantı hesab edilmir.
Bəzən yeniliyin texniki-texnoloji tərəfində daha çox qüvvə sərf edən yeniliklər, onun sosial-psixoloji aspektlərini lazımınca qiymətləndirmirlər.
Təklif olunan yeniliyin texniki cəhətdən düzgünlüyü və yetkinliyi, onun iqtisadi təlimatı, əmək qrupu tərəfindən realizasiyası heç də həmişə müəyyənedici amil olmur. Yeniliklərin realizasiya yollarındakı sədlər hər şeydən əvvəl təşkilatın həyat fəaliyyətinin sosial-psixoloji cəhətləri ilə bağlı olması ilə izah olunmalıdır. Bu amil xeyli vaxtdan bəri nəzərə alınmaqdadır. Yeniliklərin həyata keçirilməsinin müəyyən dövrlərində yeniliyin məzmunundan çox, onunla bağlı müxtəlif sosial-psixoloji və psixoloji sədlərin dəf edilməsi qayğısına qalmaq məqsədəuyğundur.
Bütün bu problemlər müsbət mənəvi-psixoloji mühit olan perspektiv inkişaf məsələlərini möhkəm şəkildə qoyan qrup və biliklərdə daha tez həll olunur.
Əmək qrupları və birliklərdə müsbət mənəvi-psixoloji mühitin formalaşmasının mühüm elementi kollektiv üzvlərinin və bu təşkilatın ətraf infrastrukturunda hansı dəyişikliklər getdiyini və özünün daxilində nə baş verdiyi barədə hamısının tam informasiyalı olmasıdır.
Adətən informasiya çatışmazlığı söz-söhbətin, dedi-qodunun, qeybətin artmasına gətirib çıxarır, qrup və birliklərdə inamsızlıq, şəxsi müdafiəsizlik, qeyri-obyektivlik törədir. İnformasiya nəinki tam, həm də mütləq doğru-dürüst və düzgün olmalıdır.
Əmək qrupları və birliklərində müsbət mənəvi-psixoloji mühitin formalaşmasının zəruri şərtlərindən biri rəhbər tərəfindən tabeçilikdə olanlara təzyiqin olmamasıdır. İcraçı öz baxış və ustanovkasının əksinə olaraq rəhbərlik mövqeyi qəbul edə bilər, lakin bunun psixoloji nəticəsi hər şeydənöncə mənfi olmaqla, fəaliyyətin son nəticələrini zəiflətməkdə özünü göstərəcəkdir. Odur ki, daim icraçıya qulaq asmaq, nöqteyi-nəzərini dərk etmək, araşdırmaq onun müvəffəqiyyət və çatışmazlıqlarını qiymətləndirmək lazımdır. Əgər lüzum vardırsa, icraçıya təklif olunan problemin həlli metodunun doğru-düzgünlüyünə onu inandırmağa çalışmaq lazımdır. İnandırma metodu əməkdaşı şəxsi nümunə ardınca aparmaqla, əmək qrupları və birliklərində müsbət mənəvi-psixoloji mühitin formalaşması üzrə fəaliyyətin əsasını təşkil edir.
Müsbət mənəvi-psixoloji amilin formalaşmasında emosional cəhətdən çox vacib rol oynadığını rəhbər heç vaxt yaddan çıxarmamalıdır. Bəzən uğurlu qurulmuş emosional əlaqə müxtəlif növlü yazılı əmr, sərəncam və onlarca nəsihətli sözlərdən daha səmərəli rol oynayır. Belə hallarda lazımi nəticələr almaq üçün qarşılıqlı emosionallıqla möhkəmləndirilmiş yumşaq bir xahiş də kifayət edir.
Əməyin yüksək mənəvi keyfiyyətlər tərbiyə etmə rolunu qiymətləndirən A.A.Bakıxanov (1794-1847) yazırdı ki, əməklə məşğul olma insan ləyaqətini qorumağın əsas vasitəsi olmaqla, onun mənəvi cəhətdən təmizlənməsi və sağlamlaşmasına xidmət edir. Görkəmli maarifçi alimi və filosofu Məhəmməd Tağı Sidqi əməyə qiymət verərək qeyd etmişdir. “Əsl insanlıq, gözəl mənəvi keyfiyyətlər əməkdə formalaşır”.
Şəxsiyyətin inkişafı onun daxil olduğu qrupun inkişaf qanunları, yaradıcı potensialı ilə üst-üstə düşür. Şəxsiyyət düşünülmüş fəaliyyət prosesində xeyli müvəffəqiyyətlər əldə edə bilər ki, bəzən bu hətta ən istedadlı insanların belə gücü daxilində olmur.
Elektron-hesablama maşınları yaxud məişət cihazlarının hazırlanması, hündür binaların yaxud kiçik qarajların tikintisi-bütün bunlar insan fəaliyyətinin düşünülmüş qarşılıqlı hərəkətlərini və səylərini tələb etməklə, onlarla, yüzlərlə və bəzən minlərlə insanın iştirakı ilə başa gəlir.

Yüklə 364,84 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə