Азярбайъан республикасы дахили ишляр назирлийи


Sual 2. DİO-da mənəvi psixoloji mühitin formalaşdırılmasında tərbiyəvi və ideoloji işin rolu və əhəmiyyəti



Yüklə 364,84 Kb.
səhifə11/29
tarix23.12.2023
ölçüsü364,84 Kb.
#156561
növüMühazirə
1   ...   7   8   9   10   11   12   13   14   ...   29
dioda terbiyevi ve ideoloji isin teskili ixtisasartirma

Sual 2. DİO-da mənəvi psixoloji mühitin formalaşdırılmasında tərbiyəvi və ideoloji işin rolu və əhəmiyyəti.

Mənəvi-psixoloji mühitin başlıca xüsusiyyəti ondan ibarətdir ki, o kollektivin həyatında psixi vəziyyətin bütün cəhətlərinin daha inteqral və dinamik xarakteristikasını verməklə, özündə kollektivdaxili həyatın bütün amillərini və komponentlərini, əhvali-ruhiyyə və fəaliyyəti, rəhbərlik və liderliyi akkumulyasiya edir. Mənəvi-psixoloji mühitdə kollektivin və onun rəhbərinin bütün nailiyyətləri özünü əks etdirir. Kollektiv üzvünün hər birinin və rəhbərin hər hansı, xüsusən mənfi hərəkəti, kollektivin mənəvi mühitində, vəziyyətində hər şeydən qabaq özünü göstərməklə, müsbət amilləri aşağı salmaqla, onu deformasiya edir. Müsbət idarəçilik bacarığı, müsbət kollektiv isə mənəvi-psixoloji mühiti yüksəldir.


Kollektivin həyat fəaliyyətinin bütün strukturunda, o cümlədən sosial-psixoloji şərait, mənəvi-psixoloji mühit nəinki işlək və çevik olur, həm də əhəmiyyətli komponentlərdən ən mühümüdür. Mənəvi-psixoloji mühitin mühüm əhəmiyyəti hər şeydən qabaq onunla bağlıdır ki, o kollektivin əsas vəziyyətini, onun psixoloji atmosferini əks etdirir.
İnsan şüurlu həyatının üçdə bir hissəsindən çoxunu işdə keçirir. Onun əmək fəaliyyətinin hansı şəraitdə keçməsi, kollektivdəki ümumi işgüzar psixoloji əhvalı-ruhiyyə, şəxsi və işgüzar qarşılıqlı münasibətlər əməyin nəticəsinə, işin keyfiyyət və kəmiyyətinə güclü təsir etməklə, insanın bütün həyatına, onun mənəvi vəziyyətinə də öz təsirini göstərir.
Dahi Azərbaycan pedaqoqu, maarifçisi, filosofu M.T.Sidqi (1857-1903) əməyin tərbiyəedici roluna yüksək əhəmiyyət verərək, yazırdı: «Əsl insanlıq, gözəl mənəvi keyfiyyətlər əməkdə formalaşır».
Həyatda gedən sosial dəyişikliklər əmək prosesindən yan keçmədən insanın şüurunun formalaşmasına, onun psixikasına təsir göstərir.
Bu proseslərin mahiyyəti təsadüfən və pərakəndə meydana gəlməmişdir. Cəmiyyətimizin iqtisadi və sosial inkişafına təsir göstərən, öz şəxsi taleyinin yaradıcısı olan əməkçi insanın təşəkkülü tarixi zəmin hazırlayaraq, insan amilinin fəallaşması üçün güclü vasitə olmaqla, fəaliyyətin bütün sahələrində psixologiya elminin istifadə olunması üçün şərait yaratdı.

Yüklə 364,84 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə