Азярбайъан республикасы дахили ишляр назирлийи



Yüklə 364,84 Kb.
səhifə7/29
tarix23.12.2023
ölçüsü364,84 Kb.
#156561
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10   ...   29
dioda terbiyevi ve ideoloji isin teskili ixtisasartirma

Tərbiyə işinin məzmunu onun tərkib hissələri və ya istiqamətləri, sahələridir. Tərbiyənin məzmunu çox genişdir və bu bir çox tərbiyə sahələrini əhatə edir. Hər hansı bir tərbiyəvi işdə tərbiyənin müxtəlif sahələri, tərkib hissələri özünü göstərir. Bu baxımdan tərbiyə işi kompleks xarakter daşıyır və şəxsiyyətin hərtərəfli, ahəngdar inkişafına xidmət edir. Ümumiləşmiş şəkildə tərbiyənin məzmununa aiddir:
Zehni tərbiyə. Zehni tərbiyə (əqli tərbiyə) əməkdaşların zehni qüvvələrinin, zehni təfəkkürünün, əqlinin, dünyagörüşünün, intellektinin məqsədyönlü inkişaf etdirilməsi prosesidir. Zehni tərbiyə insanda mənəvi zənginlik yaratmaqla bərabər əxlaqi saflığın da əsasını qoyur. Biliklərə yiyələnmə prosesində intellektual qabiliyyətləır yaradıcı təfəkkür inkişaf edir, nəcib əxlaqi keyfiyyətlər formalaşır. Bu prosesdə insanlarda öz gücünə inam yaranır, bu inam isə təşəbbüskarlıq və yaradıcılıq meyllərinin yaranmasına səbəb olur.
Zehni tərbiyənin aşağıdakı vəzifələri vardır:

  1. Əməkdaşda təfəkkürü, əqli qüvvələri, potensial intellektual qabiliyyətləri inkişaf etdirməkdir.

  2. Əməkdaşları tədqiqatçılıq bacarıq və qabiliyyətlərinə yönəltməkdir.

  3. Əməkdaşları bilik, bacarıq və vərdişlərlə silahlandırmaqla onlarda elmi dünyagörüş və fəlsəfi dünyagörüş formalaşdırmaq, fakt və hadislərə elmi və fəlsəfi dünyagörüş baxımından yanaşmağı öyrətməkdir.

  4. Əməkdaşlara zehni əməyin səmərli təşkili yollarını öyrətməkdir.

  5. Əməkdaşlarda nəzəri biliklərə maraq formalaşdırmaq.

Əxlaq tərbiyəsi. Əxlaq cəmiyyətdə davranış modellərinin cəmidir, xalqın davranış normalarının məcmusudur. Əxlaq tərbiyəsinin məqsədi əməkdaşı cəmiyyətin, toplumun əxlaq normalarına, cəmiyyətdə müəyyən edilmiş davranış qaydalarına əməl etməyə alışdırmaq, onları milli mentalitetə, adət və ənənələrə uyğun hərəkət etməyə sövq etdirməkdir. Əxlaq tərbiyəsi görmüş şəxs cəmiyyətin əxlaq nörmalarına, milli-mənəvi dəyərlərə, milli mentalitetə, adət və ənənələrə əməl edir.

Yüklə 364,84 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə