Азярбайъан республикасы дахили ишляр назирлийи



Yüklə 364,84 Kb.
səhifə10/29
tarix23.12.2023
ölçüsü364,84 Kb.
#156561
növüMühazirə
1   ...   6   7   8   9   10   11   12   13   ...   29
dioda terbiyevi ve ideoloji isin teskili ixtisasartirma

İqtisadi tərbiyə. İqtisadi biliklərin mənimsənilməsi, onların əqidəyə çevrilməsi, iqtisadi təfəkkürün formalaşması, hər bir işdə qənaətcilliyə alışmaq iqtisadi tərbiyə adlanır. İnsanlar iqtisadi tərbiyə prosesində belə bir həqiqəti dərk edirlər ki, insanlar yeməyi, geyməyi və digər zəruri yaşayış vasitələrini hazır şəkildə təbiətdən almırlar. İnsanlar özlərini dolandırmaq, nəsli artırmaq üçün maddi nemətləri istehsal etməlidirlər. Bunun üçün isə müəyyən peşəyə sahib olmaq lazımdır. İqtisadi tərbiyənin aşağıdakı komponentləri var:

  • İqtisadi tərbiyənin birinci komponentini iqtisadiyyatın əsaslarına dair biliklər təşkil edir.

  • İqtisadi tərbiyənin ikinci komponenti qənaətcillik şüurunun və iqtisadi təfəkkürün formalaşmasıdır.

  • İqtisadi tərbiyənin üçüncü komponenti iqtisadçı hərəkətlərin formalaşmasıdır. Bu isə o deməkdir ki, iqtisadiyyat haqqındakı biliklər, anlayışlar, hərəkətlər əməli işlə birləşir.

  • İqtisadi tərbiyənin dördüncü komponenti sahibkarlıq və təsərrüfatçılıq qabiliyyətləri və bacarıqlarının formalaşdırılmasıdır. Bu isə o deməkdir ki, tərbiyə olunan yeraltı və yerüstü sərvətlərin qədrini bilməli, meşələrin, çayların, göllərin, dənizlərin təmiz saxlanmasına qayğı göstərməlidir.

  • İqtisadi tərbiyənin beşinci komponenti iqtisadi vərdişlərin formalaşdırılmasıdır. İqtisadi tərbiyə insanlara xeyirxah və diqqətli olmaq, israfçılığa, israfçılıq edənlərə qarşı barışmazlıq kimi keyfiyyətləri tərbiyə edir.

Beləliklə, tərbiyənin məzmununa aid olan elementlər onun ümumi sisteminin formalaşmasında mühüm rol oynayır, tərbiyənin məzmununu, həyata keçirilməsinin forma və metodlarını müəyyən edir, tərbiyəvi işin təşkilinə, bu prosesin davamlılığına və müsbət nəticə ilə tamamlanmasına böyük təsir göstərir.
Tərbiyəvi işin təşkili və həyata keçirilməsi zamanı aşağıda göstərilən mühüm amillər mütləq nəzərə alınmalıdır:
1. Tərbiyə olunana üç istiqamətdə şüuruna, hissiyyatına va davranışına təsir göstərilir.
2. Müsbət nəticə şəxsiyyətin tərbiyə və özünütərbiyəsinin birləşməsi zamanı əldə edilir.
3. Tərbiyə ilə əlaqəsi olan bütün sosial birliklərin, xüsusilə kütləvi məlumat vasitələrinin, ədəbiyyatın, incəsənətin, ailənin, əmək kollektivi və sosial qrupların birliyi və əlaqələndirilməsi kompleks yanaşmanın vacib şərtidir.
4. Şəxsiyyətin keyfiyyətləri tərbiyə işləri sistemi vasitəsilə formalaşdırılır.
5. Kompleks yanaşma tərbiyə prosesinə və onun idarə olunmasına sistemli yanaşmağı nəzərdə tutur.
Tərbiyəyə rəhbərlik o zaman müvəffəqiyyətli olur ki, tərbiyə prosesində iştirak edən daxili və xarici amillər və onlar arasındakı qarşılıqlı əlaqələr nəzərə alınsın. Bu amillərə aşağıdakıları aid etmək olar:

  1. Əməkdaşın yaşayış tərzi və məişəti;

  2. Həyat şəraiti (vərdişlər, adətlər, milli xüsusiyyətlər, təbii şərait);

  3. Kütləvi məlumat və təbliğat vasitələri;

  4. Əməkdaşın şəxsiyyətinə bilavasitə təsir edən kollektivin inkişaf xüsusiyyətləri, onun spesfik tərbiyə-ideoloji sistemi, mənəvi normaları, psixoloji şərait;

  5. Kollektivin daxili qaydaları, kollektivdaxili münasibətlər sistemində əməkdaşın vəziyyəti;

  6. Tərbiyə olunanın fərdi və şəxsi keyfiyyətləri.


Yüklə 364,84 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə