Азярбайъан республикасы дахили ишляр назирлийи



Yüklə 364,84 Kb.
səhifə13/29
tarix23.12.2023
ölçüsü364,84 Kb.
#156561
növüMühazirə
1   ...   9   10   11   12   13   14   15   16   ...   29
dioda terbiyevi ve ideoloji isin teskili ixtisasartirma

Korporativ motivasiya korporasiya üzvlərinin, daha doğrusu insanların şəxsi maraqlar əsasında birləşmələrini tələb etməklə maraqlarını əks etdirir. Korporasiyalarda insanlar bir-birləri ilə sırf dar qrup maraqları əsasında birgə fəaliyyətlərinin məqsəd və vəzifələrini müəyyən etməklə, adətən, qrup və cəmiyyətlərdən təcrid olunaraq, özlərini digər ümumi birliklərin məqsədlərinə qarşı qoyurlar. Belə qrupların üzvlərinin korporativ motivasiyası mənəvi-psixoloji mühit üçün əlverişli şərait yaratmaqla, qrupla birgə nailiyyət və müvəffəqiyyətin nəticəsinə müsbət təsir göstərir. Lakin korporativ motivasiya yalnız qrup daxilində qapanır. Bu prinsip məhv edildikdə, mənəvi-psixoloji mühitin müsbət istiqaməti də yox olur.
Korporativ motivlər müxtəlif formalarda-hamının bir-birinə zaminliyində, adət, ənənədə, bu və ya digər tərzdə davranışda, hətta qrupun öz maraqlarına, ictimai marağa zidd olduqda belə özünü göstərir.
Əmək kollektivləri və birliklərində münbit mənəvi-psixoloji mühitin ehtimal olunan əlaməti kollektivin yaxud birliyin bütün üzvlərinin iş prosesində fəal iştirakı ilə bağlıdır. 1928-ci ildə Amerika sosioloqu Jon Moreno belə nəticəyə gəlmişdir ki, briqadir, usta yaxud sex, sahə, şöbə rəisi roluna növbə-növbə təşkilatçılıq bacarığına və istedadına malik işçilər sırasından irəli çəkmək lazımdır. Belə yanaşma prinsipi qrupun özünüidarəetmə qazanmasına kömək edər və tədricən qrupdaxili əlaqələrin inkişafına və möhkəmlənməsinə, qrup yaxud birliyin müvəffəqiyyətlərinin formalaşmasına kömək edir, müsbət mənəvi-psixoloji mühitin formalaşmasına güclü təsir göstərir.
Əlverişli mənəvi-psixoloji mühit yaranmış təşkilatlarda iş məsələlərinin müzakirəsində kollektiv üzvlərinin iştirakı bu kollektivin normal fəaliyyətinin təşkil olunması üçün zəruri qərarların qəbul edilməsində iştirak normal hala çevrilir. Vacib iş məsələlərinin həlli, təşkilatın inkişaf perspektivləri, kadr məsələləri diskusiya və müzakirələrin predmeti olmaqla, onlarda kollektivin bütün üzvlərinin iştirak etməsi məqsədəuyğundur.
Kollektivdə müsbət mənəvi-psixoloji mühit əlaməti həm də kollektivin yüksək məhsuldarlığı ilə bağlıdır. Birgə fəaliyyətin yüksək məhsuldarlığını yalnız əməkdaşlığın səmərəli inkişafı əsasında təmin olar. Bu əməkdaşlıq əmək qrupunun, təşkilat yaxud birliyin üzvlərinin hamısının qrupla birgə məqsəd və vəzifələrin müvəffəqiyyətinə şüurlu surətdə istiqamətlənməsi ilə müəyyənləşməlidir. Əmək qrupu yaxud birlikdə hökm sürən mənəvi-psixoloji mühit əməkdaşlığın inkişaf səviyyəsinə həlledici təsir göstərir. Əməkdaşlığın formaları müxtəlif ola bilər. Əməkdaşlığa müsbət ustanovka əmək qrupunda gərginlik və ziddiyyətli vəziyyətlərdən qaçmaqla hər bir kəsin vəzifələrini məqsədəuyğun bölüşdürməyə imkan verir. Əməkdaşlıq səmərəsi əmək qrupunun ayrı-ayrı iştirakçılarının bilik, bacarıq və vərdişlərdən, hərtərəfli istifadə etməsində özünü göstərir.
Qeyd etmək lazımdır ki, qrupla birgə işin yüksək məhsuldarlığı bəzən kollektiv üzvünün bacarığından asılı olmaqla, qarşılıqlı hərəkətlər strukturunu sürətlə dəyişdirmə, vəzifələrin bölgüsü və digər təşkilati, sosial-psixoloji xüsusiyyətlərlə bağlıdır. Buna daha çox konkret vəzifələrin yerinə yetirilməsi məqsədilə yaradılmış, çevik strukturlar, daha doğrusu qrup bölmələri yaxud şöbələr kömək edə bilər. Çünki, çevik strukturlar əsasında olan əməkdaşlıq işdə yüksək, maksimal səmərə əldə olunması üçün vacib əhəmiyyətə malikdir.
Kollektivdə əlverişli mənəvi-psixoloji mühit geniş inkişaf etmiş şəxsiyyətlərarası əlaqələrlə xarakterizə edilir və qanunauyğunluqla müşahidə olunur: Kollektivin sosial inkişaf səviyyəsi nə qədər yüksək olarsa, o qədər də onun iqtisadi-təşkilati strukturu müasir və yetkin olar. Şəxsiyyətlərarası ünsiyyətin səviyyəsi əlverişli mənəvi-psixoloji mühitin formalaşmasına təsir göstərir. Bu, insanların ünsiyyət xüsusiyyətlərində özünü göstərir, onları bir-birinə çəkir, sözlərində, hərəkətlərində vicdanlı, açıq, səmimi olmalarına kömək edir, bir-birinə qarşı nifrətin inkişafına əsas vermir, əksinə qarşılıqlı münasibətlər norması, açıqlıq, xeyirxahlıq və s. formalaşdırır.
Tənqid və özünü tənqidin səviyyəsi lazımi qədər olmazsa, əmək qrupu və birliyində müsbət mənəvi-psixoloji mühit də ola bilməz. Burada əsas yeri əlaqələrin əhəmiyyətliliyinə görə «rəhbər-icraçı» sisteminə vermək lazımdır.

Yüklə 364,84 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə