Азярбайъан республикасы дахили ишляр назирлийи


İnsan amilinin rolunu və əhəmiyyətini iş prosesində artıran əsas istiqamətlərdən mühümü əmək kollektivində mənəvi-psixoloji mühitin (iqlimin) optimallaşdırılmasıdır



Yüklə 364,84 Kb.
səhifə12/29
tarix23.12.2023
ölçüsü364,84 Kb.
#156561
növüMühazirə
1   ...   8   9   10   11   12   13   14   15   ...   29
dioda terbiyevi ve ideoloji isin teskili ixtisasartirma

İnsan amilinin rolunu və əhəmiyyətini iş prosesində artıran əsas istiqamətlərdən mühümü əmək kollektivində mənəvi-psixoloji mühitin (iqlimin) optimallaşdırılmasıdır.
Mənəvi-psixoloji mühit əmək qrupu və yaxud kollektivində onun üzvlərinin nisbətən sabit psixoloji əhvali ruhiyyəsi olub, onların hər cür, rəngarəng fəaliyyətlərində özünü göstərir. Mənəvi-psixoloji mühit əmək qrupu üzvlərinin bir-birinə, əməyə, ətraf hadisələrə, ümumən fərdə, şəxsi dəyər və istiqamətlənmələrə münasibətlər sistemini müəyyənləşdirir. Dediyimiz kimi «dəyərlər oriyentasiyası» anlayışı sosial psixologiyada geniş tətbiq olunmaqla, insan üçün ətraf aləmdəki hadisələrə, müxtəlif predmetlərə müsbət yaxud mənfi mahiyyəti ifadə edir.
Dəyər oriyentasiyalarında insan münasibətlərinin müxtəlif maddi, mənəvi, əxlaqi, siyasi oriyentasiyalarının daxili mahiyyəti əks olunur. Kollektivdə mənəvi psixoloji vəziyyəti (halı) məhz dəyər oriyentasiyaları müəyyənləşdirir. Bu yuxarıda göstərdiyimiz kimi, kollektiv üzvlərinin yeganə dəyər oriyentasiyasının əsasını təşkil edir. Əslində isə əgər bu və ya digər kollektiv üzvlərinin arasında yüksək səviyyəli vahid dəyər oriyentasiyaları əldə olunmuşdursa, onda bu cəhət mənfi əxlaqi-psixoloji mühitin formalaşmasının qarşısını ala bilər. Vahid dəyər oriyentasiyalarının əldə olunmadığı, insan münasibətlərində şəxsi, fərdi dəyərlərin üstünlük təşkil etdiyi, eqoist maraqların yüksəkdə durduğu kollektivdə daimi mənfi mənəvi-psixoloji mühitin inkişafı üçün münbit şərait hökm sürür.
Mənəvi-psixoloji mühitin başlıca xüsusiyyəti ondan ibarətdir ki, o əmək qrupunun həyatında psixi vəziyyətin bütün cəhətlərinin daha inteqral və dinamik xarakteristikasını verməklə, özündə kollektivdaxili həyatın bütün amillərini və komponentlərini, əhvali-ruhiyyə və fəaliyyəti, rəhbərlik və liderliyi akkumulyasiya edir. Mənəvi-psixoloji mühitdə kollektivin və onun rəhbərinin bütün nailiyyətləri özünü əks etdirir. Kollektiv üzvünün hər birinin və rəhbərin hər hansı, xüsusən mənfi hərəkəti, kollektivin mənəvi mühitində, vəziyyətində hər şeydən qabaq özünü göstərməklə, müsbət amilləri aşağı salmaqla, onu deformasiya edir. Və ya əksinə, müsbət idarəçilik bacarığı, müsbət kollektiv hərəkət mənəvi-psixoloji mühiti yüksəldir.
Kollektivin həyat fəaliyyətinin bütün strukturunda, o cümlədən sosial-psixoloji şərait, mənəvi-psixoloji mühit nəinki işlək və çevik olur, həm də əhəmiyyətli komponentlərdən ən mühümdür. Mənəvi-psixoloji mühitin mühüm əhəmiyyəti hər şeydən qabaq onunla bağlıdır ki, o kollektivin (əmək qrupunun) əsas vəziyyətini, onun psixoloji atmosferini əks etdirir.
Məlumdur ki, kollektivin funksiyaları yalnız əmək fəaliyyəti ilə məhdudlaşmır. Onun aparıcı funksiyalarından biri insan şəxsiyyətinin formalaşdırılmasıdır. Bu çox uzun və mürəkkəb proses olmaqla, burada bütün kollektiv iştirak edir. Bu prosesin səmərəliliyi kollektivin inkişaf səviyyəsindən, rəhbərin öz şəxsiyyətindən, təcrübəsindən, sosial qurumlarından və s. kimi amillərdən daha çox asılıdır.
Bütün sadaladığımız amillərdə insanın bu və ya digər məsələlərə münasibətinin formalaşmasını, onun fəaliyyətinə qiymət verilməsini, əks əlaqəsinin özünəməxsus mexanizmini göstərmək olar.
O kollektivdə mənəvi mühitin köməyilə hər bir kəsə böyük təsir göstərmək mümkün olur ki, həmin qrupda şəxsiyyətin formalaşmasında mənəvi-psixoloji amilin aparıcı rolu konkret müəyyənləşmiş olsun. Əmək qrupunda yaranmış mikromühit bu və ya digər qrupunun psixoloji vəziyyətinə təsir göstərərək, əmək qrupunda münasibətlərin formalaşması prosesinə kömək edir.
Mənəvi-psixoloji mühit - yalnız fərdə təsir göstərən psixoloji-pedaqoji amillərin cəmi deyil, ümumilikdə kollektiv (qrup) üzvlərinə güclü təsir amili olub, qrup üzvlərinin hər birinin əhvali-ruhiyyəsinə psixi təsir edən səmərəli vasitə kimi çıxış edir.
Kollektivdəki mənəvi-psixoloji mühitin köməyilə bütün qrupun fəaliyyəti realizə olunur. Burada kollektiv üzvlərinin əhval-ruhiyyəsi və hər bir fərdin fəaliyyətə qoşulması və bu fəaliyyətin səmərəliliyinin ölçüsü üstünlük təşkil edir. Bundan asılı olaraq mənəvi-psixoloji mühit nəinki əmək məhsuldarlığı artımının amilinə çevrilə, həm də əmək qrupu yaxud birliyinin daxili ehtiyatlarını səfərbər edə bilər.
Mənəvi-psixoloji mühitin xarakterindən asılı olaraq onun şəxsiyyətə təsir qüvvəsi də müxtəlif cür olur. O şəxsiyyəti əməyə həvəsləndirməklə, əhvali-ruhiyyənin qalxmasına köməklik göstərməklə, gumrahlığı və inamı artırmaqla yanaşı, həm də əksinə, ona pis təsir edərək, enerji və fəallığını aşağı salaraq, maddi və mənəvi itkilərə gətirib çıxara bilər. Təsirin səmərəsi müsbət və mənfi, sağlam və qeyri-sağlam, əlverişli və əlverişsiz ola bilər. Mühit vəziyyətini müəyyənləşdirən cəhətlər qütblüdür.
Mənəvi-psixoloji mühit haqqında kollektivin daxilində baş verən hadisələrə, onun üzvlərinə verilən emosional qiymətlərə görə fikir yürürtmək olar. Emosional səviyyədə məsələ «xoşuma gəlir, xoşuma gəlmir», «xoşdur, xoş deyil», «həzz alıram» kimi həll olunur. Emosiyalar olmayan yerdə etinasızlıq özünü büruzə verir, onlar olan yerdə isə hadisələr emosional rənglər almaqla, qütbləşirlər.
Kollektivə öz təsirinə görə mənəvi-psixoloji amil həmin kollektivinin inkişafının göstəricisini müəyyənləşdirən amildir. Bu qanunauyğunluq öz məzmununu mühit və kollektivə yuxarıda verilən qiymətlərdə göstərməklə kollektiv üzvləri üçün dəyər oriyentasiyasına xidmət edir.
Bununla belə, kollektiv üzvlərinin əsas məqsəd və vəzifələrini aydın başa düşməsi, dərk etməsi və qəbul etməsi, vasitə və üsulların seçilməsi və əldə edilməsində lazım olan qədər çeviklik təşkilatın inkişafının yüksək səviyyəsini xarakterizə etməklə, qruplarda müsbət mənəvi-psixoloji mühitin formalaşmasının əsasını təşkil edir.
Əmək kollektivlərinin inkişaf səviyyəsi ilə oradakı mənəvi-psixoloji mühit arasında asılılıq var. Kollektivdə inkişaf səviyyəsi yuxarı olduqda, orada mənəvi-psixoloji mühit də o qədər əlverişli olur. Lakin bu asılılıq bir tərəfli xarakter daşıyır. Kollektivin inkişafının yüksək səviyyəsi əlverişli və müsbət mənəvi-psixoloji mühit yaranması yaxud qrup inkişafı səviyyəsinin o qədər də yüksək olmamasını heç də mənəvi-psixoloji səviyyənin əlverişsiz olması ilə əlaqələndirmək vacib deyil. Kollektivin inkişafının əlverişli mənəvi-psixoloji səviyyəsi bir-birinə rəğbəti olan müəyyən insanların seçilməsi, eyni maraqları, yaxın fikirləri, ümumi baxışları, ortaq mövqeləri olan üzvlərin hesabına ola bilər. Lakin belə qruplarda, adətən, əmək qrupunun, əmək prosesinin və cəmiyyətin maraqları kənarda qalır.
Belə kollektivlərdə vəhdət işgüzarlıq hesabına yox, prinsipial əsaslar hesabına olur. Belə vəziyyət, əsasən, inkişaf səviyyəsi yüksək olmayan qrupu xarakterizə edir.
Keyfiyyətli iş əmsalına və effektiv nəticələrə nail olmaq üçün təcrübəli, bilik və bacarıqlara malik rəhbərlərin idarəçilik prosesinə cəlb olunması, əmək kollektivlərində ümumi maraqların təmin olunması və onun iş prosesi ilə uzlaşdırılması və mənəvi-psixoloji mühitin düzgün formalaşdırılması vacibdir.
Ölkəmizin yeni sosial-iqtisadi münasibətlər şəraitində yaşadığı bir dövrdə idarə, müəssisə və təşkilatların, daxili işlər orqanlarının iş prinsiplərinin, taktika və strategiyasının müəyyən edilməsində insan şəxsiyyəti əsas amillərdən biri kimi mühüm əhəmiyyət daşıyır. İnsan amilinin rol və əhəmiyyətini müasir əmək prosesi şəraitində yüksəldən istiqamətlərdən ən vacibi isə əmək kollektivində mənəvi-psixoloji mühitin formalaşdırılmasıdır. 
Hər bir rəhbər fəaliyyət prosesini öz kollektivində hökm sürən mənəvi-psixoloji mühit ilə vəhdətdə görməlidir. Cəmiyyətdə movcud olan hər bir fərdin muəyyən qabiliyyəti vardır. Muxtəlif insanlar eyni bir işi, eyni bir alətlə, eyni səviyyədə yerinə yetirə bilmirlər. Ona gorə də, onların fərdi xususiyyətlərini - hər bir fərdin tələbatını, qabiliyyətini, səriştəsini və psixologiyasını nəzərə almaq lazımdır. Deməli, insani munasibətlər məktəbində hər bir fərdin qabiliyyəti, daxili təlabatı, səriştəsi və psixologiyası nəzərə alınır.
İnsani munasibətlər institutu əmək məhsuldarlığının yuksəldilməsi və son nəticə əldə edilməsi uçun fərdi (şəxsi) munasibətlərin idarə olunmasını, onların sosial və psixoloji vəziyyətlərinin nəzərə alınmasını, rəhbərlərin işcilərə qayğı ilə yanaşması faktorlarını aşkar etdi. Bu institut aşağıdakı bir sıra amillərin idarəetmə sahəsindəki zəruriliyininəzərə almağı tələb edir:
- psixologiya;
- ictimai munasibətlər;
- insan amili;
- hakimiyyət və nufuz;
- motivləşdirmə (həvəsləndirmə);
- işin məzmunu və iş şəraiti;
- rəftar (qarşılıqlı munasibət) və səriştə.
Kollektivin mənəvi-psixoloji mühiti fərdin davranış və fəaliyyətinə öz təsirini göstərir. Mövcud normalar əsasında fərdin sabit baxışları, inamı, vərdişləri formalaşmalıdır. Bunların formalaşması kollektivin fəaliyyətinin vacib istiqamətidir. Fərdin davranışına onun hissləri çox güclü təsir göstərir.
Kollektivdə yaranmış mənəvi-psixoloji mühit məhsuldar bacarıq və vərdişlərin formalaşmasına kömək edir. Bəzən kollektivdə yaranan mənəvi-psixoloji mühit heç də fərdin, şəxsiyyətin maraqlarına uyğun gəlmir və hətta onun özü ilə ziddiyyətdə olur. Bu əsasən şəxsiyyətin tələblərinin ödənilməsindəki imkan və üsullarda özünü göstərir. Əgər bu tələblər yüksək olarsa, o zaman onların ödənilməsi çətinləşir. Kollektivdə fərdin tələblərinin yüksək və yaxud yetərincə qiymətləndirilməməsi buradakı mənəvi-psixoloji mühitə mənfi təsir göstərə bilər.
Əmək kollektivində müsbət mənəvi-psixoloji mühit kollektiv üzvlərinin əməyə münasibətində ictimai əhəmiyyətli motivlər təşkil edir. Əməyə münasibətin müxtəlif tiplərini müəyyənləşdirən çoxsaylı motivlər içərisində üç əsas komponent xüsusi əhəmiyyətə malikdir.

  1. Maddi maraq.

  2. Əmək prosesinə olan maraq.

  3. Əməyin nəticələrinin sosial əhəmiyyəti.

Qeyd etdiyimiz bu komponentlərdə əməyə münasibət maksimallaşmaqla, şəxsiyyətin əmək prosesindən razılığı, ona həvəslə yanaşması özünü göstərir. Kollektivdə əlverişli mənəvi-psixoloji mühit geniş inkişaf etmiş şəxsiyyətlərarası əlaqələrdə xarakterizə olunur. Əmək qrupunun sosial inkişaf səviyyəsi nə qədər yüksək olarsa o qədər də onun iqtisadi-təşkilati strukturu müasir və yetkin olar. Şəxsiyyətlərarası ünsiyyətin səviyyəsi əlverişli mənəvi-psixoloji mühitin formalaşmasına təsir göstərir. Qrup və yaxud kollektivdə müsbət mənəvi-psixoloji mühitin formalaşmasında qrup üzvlərinin qarşlıqlı münasibəti qayğılı olmalıdır. Tənqidin özü də işgüzar, konstruktiv, xeyirxah, etik, daha səmərəli və təmkinli olmalıdır. Tənqid insan inamını qırmamalı, onu alçaltmamalıdır. Tənqidin məqsədi ümumi vəzifələr və məqsədlərin kollektiv şəkildə müvəffəqiyyətli həlli üçün çatışmazlıqların aradan qaldırılmasına kömək göstərməkdir. Özünütənqid də bu prinsiplərə əsaslanmalıdır.
Kollektiv üzvünün hər birinin və ya rəhbərin hər hansı, xüsusən, mənfi hərəkəti kollektivin mənəvi mühitində, vəziyyətində hər şeydən əvvəl özünü göstərməklə müsbət amilləri aşağı salmaqla onu deformasiya edir. Yaxud əksinə, hər hansı müsbət idarəçilik bacarığı, müsbət kollektiv hərəkət mənəvi psixoloji mühiti yüksəldir.
Mənəvi-psixoloji mühitin mühüm əhəmiyyəti hər şeydən əvvəl onunla bağlıdır ki, o kollektivin əsas vəziyyətini, onun psixoloji atmosferini əks etdirir. Əmək qrupunun funksiyaları yalnız əmək fəaliyyəti ilə formalaşmır. Onun aparıcı funksiyalarından biri insan şəxsiyyətinin formalaşdırılmasıdır. Bu prosesdə bütün əmək qrupu iştirak edir.
Kollektivdə insan şəxsiyyətinin formalaşdırılması prosesinin səmərəliliyi kollektivin inkişaf səviyyəsindən, rəhbərin öz şəxsiyyətindəntəcrübəsindən daha çox asılıdır. Qeyd etdiyimiz bu amillərdə insan müxtəlif məsələlərə münasibətinin formalaşması, onun fəaliyyətinə qiymət verilməsi mexanizmi özünü göstərir.
Kollektivdəki mənəvi-psixoloji mühitin köməyi ilə hər bir kəsə təsir göstərmək olur və bu şəxsiyyətin formalaşmasında mənəvi-psixoloji amilin aparıcı rolu konkret müəyyənləşir.
Kollektivdə mövcud mənəvi-psixoloji mühitin köməyi ilə bütün kollektivin fəaliyyəti realizə olunur. Burada kollektiv üzvlərinin əhval-ruhiyyəsi, hər bir fərdin fəaliyyətə qoşulması və bu fəaliyyətin səmərəliliyinin ölçüsü üstünlük təşkil edir. 
Mənəvi-psixoloji mühitin xarakterindən asılı olaraq onun şəxssiyyətə təsir qüvvəsi də müxtəlif olur. Təsirin səmərəsi müsbət və mənfi, sağlam və qeyri-sağlam, əlverişli və əlverişsiz ola bilər.
Kollektiv üzlərinin əsas məqsəd və vəzifələri aydın dərk etməsi və qəbul etməsi, vasitə və üsulların seçilməsi və əldə edilməsində lazım olan qədər çeviklik əmək qrupunun inkişafının yüksək səviyyəsini xarakterizə etməklə, kollektivdə müsbət mənəvi-psixoloji mühitin formalaşmasının əsasını təşkil edir.
Müsbət mənəvi-psixoloji mühit kollektivin inkişafının öz-özünə yaranan məhsulu deyil, bu bütün qrupun, bütün kollektivin məqsədyönlü əməyi olub, onun yaxşı planlaşdırılmış və təşkil olunmuş fəaliyyətinin nəticəsidir.
Fərd (əməkdaş) kollektivdə fəaliyyət göstərən zaman və tapşırıq yerinə yetirərkən digərlərinə mane olmamalı, başqalarının rahatlığını, işini pozmamalıdır. Mövcud normalar əsasında fərdin sabit baxışları, inamı, vərdişləri formalaşmalıdır. Lakin bu proses həmişə düzxətli getmir. Hamı yaxşı bilir və başa düşür ki, əmək hamının rahatlıq mənbəyidir, lakin hamı heç də eyni cür işləmir, zəhmətlə məşğul olmur. Odur ki, sabit davranış normaları, vərdişləri, inamlarının formalaşması əmək qrupunun fəaliyyətinin vacib istiqamətidir. Belə münasibət və inam yaxşı düşünülüb, yaxşı hiss edilən və insan tərəfindən yaşanılıb təcrübə ilə təsdiq olunan zaman yarana bilər.
Fərdin davranışına onun hissələri çox güclü təsir göstərir. Hissələrə söykənmə fərdin davranış səmərəliliyini yüksəldir. Kollektivdə yaradılmış mənəvi-psixoloji mühit məhsuldar bacarıq və vərdişlərin formalaşmasına kömək edir.
Bununla belə düşünmək olmaz ki, qrupda mənəvi-psixoloji proses həmişə müəyyən olunmuş mərhələlərdə gedir.
Bəzən kollektivdə yaranan mənəvi-psixoloji mühit heç də fərdin, şəxsiyyətin maraqları ilə üs-üstə düşmür. Hətta bəzən onların özü ilə ziddiyyətdə olur. Bu əksər hallarda şəxsiyyətin tələblərinin ödənilməsindəki imkan və üsullarda özünü göstərir. Əgər bu tələblər yüksək olursa, o təqdirdə onların ödənilməsi müşkül işə çevrilir. Bu adətən, tərəflərdən birinin fərdin yaxud qrupun narazılığına gətirib çıxarır və əksinə, tələblərin çox da yüksək olmaması, fərdin şüurunda onların ödənilməsini reallaşdırır.
Kollektivdə fərdin (əməkdaşın) tələblərinin yüksək və yaxud lazımınca qiymətləndirilməməsi də əmək qrupundakı mənəvi-psixoloji mühitə mənfi təsir göstərə bilər.
Şəxsiyyətin kollektiv üzvləri ilə qarşılıqlı əməyi, peşəkarlıq fəaliyyəti, iş yerinə münasibəti və hətta tapşırıq yerinə yetirdiyi vaxt uğurlu fəaliyyəti yalnız əlverişli iş şəraiti və müvafiq mənəvi-psixoloji mühit olduqda mümkünləşir.
Müasir psixologiyada «motiv» termini insan fəallığını təmin edən müxtəlif hadisə və vəziyyətlərin qeyd olunmasında tətbiq olunur. Motivlər rolunda insanın tələb və maraqları, inam və təşəbbüsləri, ideal və qurulmaları, emosiya və şövqləri çıxış edə bilər. Təbii ki, hər bir insanın fərdi motivlər toplusunun olması, şəxsiyyətinin istiqamətini müəyyənləşdirməklə, onun əmək fəaliyyəti sahəsində mühüm əhəmiyyət kəsb edir.
Kollektiv və birlikdə mənəvi-psixoloji mühit kollektiv üzvlərinin birgə əmək fəaliyyətinin aparıcı motivləri şəxsi, korperativ və ictimai əhəmiyyətli motivlərə öz nəzərəçarpacaq təsirini göstərir. Əmək kollektivində mənəvi-psixoloji mühitin formalaşmasına təsir edən sadalanmış motivlərdən bir neçəsinə nəzər salaq.
Kollektiv üzvlərində şəxsi-əhəmiyyətli motivasiyalar üstünlük təşkil etdikdə, müsbət mənəvi-psixoloji mühitin inkişafı üçün şərait əlverişsiz olur. Şəxsi əhəmiyyətli motiviasiyanın müxtəlifliyi, yüksək dərəcəli seçmə qabiliyyəti, müxtəlif istiqamətliliyi və «fərdiliyi» bir-birini qarşılıqlı anlama olmadan müşayət olunduqda digər insanların hərəkətlərinin səbəbləri dərk edilmədikdə, davranış və münasibətlərdə gərginliklər yaranır, qrup fəaliyyəti məhsuldarlığı əsaslı şəkildə azalır və hətta əvvəl əldə olunmuş nailiyyətlər bəzən son nəticədə sıfıra enə bilir.

Yüklə 364,84 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə