Азярбайъан республикасы дахили ишляр назирлийи


Şəxsiyyəti (insanları) qrup və birliklərdə işləməyə cəlb və məcbur edən səbəblər



Yüklə 364,84 Kb.
səhifə15/29
tarix23.12.2023
ölçüsü364,84 Kb.
#156561
növüMühazirə
1   ...   11   12   13   14   15   16   17   18   ...   29
dioda terbiyevi ve ideoloji isin teskili ixtisasartirma

Şəxsiyyəti (insanları) qrup və birliklərdə işləməyə cəlb və məcbur edən səbəblər:
-Yaşamaq. İnsan qrupda təmsil olunduğu halda daha yüksək statusda olur;
-Ünsiyyətdə olma tələbi. Əgər iş digər insanlarla əlaqə yaratmaq və saxlamaq imkanı vermirsə, onda onlar bundan razı qalmırlar. Digərləri ilə ünsiyyət prosesində olduqda insan özünün gərəkli olmasını dərk edir və özünü daha yaxşı başa düşə bilir;
-Sosial status. İnsanın hər hansı qrupa və təşkilata aid olması ona öz sosial əhəmiyyəti barədə düşünməyə imkan verir;
-İnformasiya tələbi. Fizioloji tələblər ödənildikdən sonra onlar insanın mövcudluğunda ən başlıca tələblərdən biridir;
-Özünü realizasiya və yaradıcılıq. Qrup üzvləri bu tələbləri stimullaşdırırlar. Qrup üzvlərində olan əks əlaqə nəzərdə tutulan məqsədlərə doğru hərəkətə kömək etməklə, bu məqsədləri konkretləşdirir;
-Taleyə meydan oxumaq. Bunu insan o zaman edə bilər ki, ya o artıq heç nəyə baxmır, yaxud da qrupun müdafiəsi altında olur. Belə olduqda o, daha fəal hərəkət edir və onun qərarları daha riskli olur. Biznesdə, elmdə, idmanda, incəsənətdə xeyli nailiyyətlər məhz riskli əməliyyat və qərarlar qrup ümumiləşdirilmələrindən sonra həyata keçirilmişdir.
Hər hansı müəssisə, orqan yaxud təşkilatda işləyən insanlar bir-birindən öz mənəvi vəziyyəti və psixoloji mühitə görə fərqlənə bilərlər. Sağlam, əlverişli mənəvi-psixoloji mühit təşkilat üzvlərinin ümumi əhvali-ruhiyyələrinə yaxşı kömək etməklə, onlarda daha yaxşı və effektiv çalışmağa şərait yaradır. Bu da öz növbəsində işin keyfiyyət əmsalının yüksəlməsəninə və əmək məhsuldarlığının artmasına gətirib çıxarır.
Daxili işlər orqanları kollektivində əlverişli mənəvi-psixoloji mühitin yaradılmasında tərbiyəvi-ideoloji işin düzgün təşkili əhəmiyyətli dərəcədə böyük rol oynayır. Bu zaman kompleks tədbirlərin həyata keçirilməsi, düzgün forma və metodların tətbiqi, beynəlxalq təcrübənin öyrənilməsi və onun müsbət cəhətlərinin gündəlik işimizdə istifadəsi zəruridir.
Tərbiyəvi-ideoloji işin həyata keçirilməsi və bu zaman əyaniliyin təmin edilməsi üçün daxili işlər orqanlarınnın müxtəlif strukturlarında aşağıdakılardan istifadə olunur:
- daxili işlər orqanlarının tarix muzeyləri;
- psixoloji bərpa kabinetləri;
-psixoloji bərpa işlərində istifadə olunan avadanlıqlar və cihaz-proqram kompleksləri;
- müzey ekspozisiyaları;
- kitabxanaların kitab fondları;
- texniki məlumat və təbliğat vasitələri;
-əyani vasitələr (əyani təşviqat vasitələri, divar qəzeti, səyyar əyani təşviqat vasitələri), orqan və hissələrininteryerinin bədii-əyani tərtibatı.

Yüklə 364,84 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə