Азярбайъан республикасы дахили ишляр назирлийи


Kollektivin psixoloji potensialını aşağıda göstərilən xüsusiyyətlər təmin edir



Yüklə 364,84 Kb.
səhifə26/29
tarix23.12.2023
ölçüsü364,84 Kb.
#156561
növüMühazirə
1   ...   21   22   23   24   25   26   27   28   29
dioda terbiyevi ve ideoloji isin teskili ixtisasartirma

Kollektivin psixoloji potensialını aşağıda göstərilən xüsusiyyətlər təmin edir:

  • Kollektivin malik olduğu informasiyanın həcmi.

  • Kollektivdə yaradıcılıq imkanları daha yüksək olur. Birlikdə müzakirə zamanı ayrıca götürülmüş əməkdaşdan fərqli olaraq qrup çoxlu fərziyyələr, mülahizələr irəli sürür və onları diqqətlə öyrənir.

  • Problemlərin birlikdə müzakirəsinin keçirilməsi müxtəlif xidmətlərin işçilərini birləşdirir. Ümumi məqsədləri, maraqları müəyyən etməyə imkan verir, qarşılıqlı yardıma və yoldaşlığın inkişafına kömək edir.

  • Əməkdaşların kollektiv idarəetməyə cəlb edilməsi, qrupun üzvlərinin məsələni birgə müzakirə edib, birgə qərar çıxartması, qeyri-ixtiyari olaraq onların həmin problemin həlli zamanı birlikdə məsuliyyət daşımalarına və kollektivdaxili münasibətlərin möhkəmlənməsinə xidmət edir .

Kollegial idarəçilik forması qəbul edilən qərarlarda subyektivlik hallarının azaldılmasına və ya belə halların tamamilə aradan qaldırılmasına şərait yaradır, yerliçilik, xudbinlik və şəxsi maraqların yaranma səbəblərinin qarşısını alır.
Kollektivin güclənən texnoloji potensialının komponentlərinə onun müsbət ənənələrini, sosial-psixoloji mühitin fikrini, əhval-ruhiyyəsini, özünü idarə etmək səviyyəsini aid etmək olar.
Kollektivizm prinsipinə görə, insanlar fədakarlıq göstərməli, ümumi mənafe naminə çalışmalıdırlar. Bu cür istiqamət cəmiy­yət üçün, kollektiv üçün faydalıdır. Unutmaq olmaz ki, kollek­tivizm, həm də avtoritar etikanın əsas prinsiplərindən biridir. Bu prinsipə görə, şəxsiyyət cəmiyyətin təsiri altına düşür, ümumi mənafeyi öz mənafeyindən üstün tutur. Şəxsi məsuliyyət hissi arxa plana keçir, "Xalqın iradəsi" hakim kəsilir. Hər şey ictimai öhdəçiliyə götürülür. Hər şey kollektiv şəkildə - cəmiyyət, döv­lət tərəfindən idarə olunur. "Bir nəfər hamı üçün, hamı bir nəfər üçün" devizi bu prinsipin əsas mahiyyətini ifadə edir. Kollektivizm prinsipinin elementləri:
Məqsəd və iradə birliyi. Vahid məqsəd birgə fəaliyyət gös­tərən insanları daha da yaxınlaşdırır, onların iradəsini möhkəmləndirir və istiqamətləndirir. Sadə şəkildə ifadə etsək, rəhbərliyin tapşırığı kollektiv tərəfindən yerinə yetirilir. Rəhbərlik və kol­lektiv öz məqsəd və iradəsini birləşdirərək ümumi mənafeyi, ri­fahı yaxşılaşdırmağa cəhd edirlər.

Yüklə 364,84 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə