Азярбайъан республикасы дахили ишляр назирлийи


Əməkdaşlıq və qarşılıqlı kömək



Yüklə 364,84 Kb.
səhifə27/29
tarix23.12.2023
ölçüsü364,84 Kb.
#156561
növüMühazirə
1   ...   21   22   23   24   25   26   27   28   29
dioda terbiyevi ve ideoloji isin teskili ixtisasartirma

Əməkdaşlıq və qarşılıqlı kömək. Bu bənd kollektivizm prin­sipinin ən mühüm şərtlərindən biridir. Daxili İşlər Orqanlarının kollektivlərində bu cəhət belə bir devizlə ifadə olunur: "Özünü qurban ver, kollektivi xilas et!" Əməkdaşlıq və qarşılıqlı kömək orqanların işində birgə fəaliyyət və əldə olunmuş nailiyyətlərin təcrübədə dəfələrlə təsdiq olunmuş təzahürünü əks elətdirir. Bu­rada yüksək prinsipiallıq hökm sürür, işə laqeyd yanaşanlara, tənbəllərə, işdən yayınanlara yer yoxdur.
Demokratizm. Daxili işlər orqanları kimi ciddi, normativ qurumlarda fəaliyyətin elə xarakterik cəhətləri vardır ki, kollek­tiv birgə qərar əsnasında hərəkət edir və uğurlu nəticələr əldə edir. Elə kollektivlər vardır ki, inzibati-rəsmi münasibətləri işgü­zar əməkdaşlıq münasibətləri ilə uyğunlaşdırır, elə mənəvi-psi­xoloji ab-hava yaradırlar ki, ümumi məqsəd və ümumi mənafe naminə müvəffəqiyyətli nəticə əldə olunur.
İntizam. Mənəvi cəhətdən yetkin kollektivlərdə intizam-ic­timai boyunduruq yox, şüurlu tələbatdır. Məhz işə şüurlu müna­sibət xidməti fəaliyyət zamanı lazım olan nəticəni verir. İntizamlı kollektivdə hər hansı kobudluğa rast gəlmək mümkün deyildir. Belə bir hal olarsa, ən ciddi intizam cəzası tətbiq oluna bilər.
Daxili işlər orqanlarının hər bir işçisi kollektivdə yaradıcılıq axtarışı atmosferi yaratmaqla, qanunçuluğun və əxlaq normalarının pozulmasına qarşı barışmaz mövqe tutmağa çalışmalıdır. DİO kollektivinin ümumi maraqlarının təmin edilməsi və qorunması hər bir əməkdaşın öz xidməti vəzifəsinə ləyaqətlə və vicdanla yanaşmasından, şəxsi maraqlarla kollektivin maraqlarının uzlaşdırılmasından, vəzifəli şəxslərin öz fəaliyyətlərini idarəetmə elminin tələbləri ilə uyğunlaşdıraraq, mənəvi-etik və hüquqi-inzibati metodlardan nəzərdə tutulmuş qaydada istifadə etmələrindən asılıdır.
DİO kollektivində rəhbərin mühüm keyfiyyətlərindən biri də onun təşkilatçılıq qabiliyyəti və mədəniyyəti ilə bağlıdır.
Təşkilatçılıq mədəniyyəti sosial-psixoloji fenomenin vacibliyindən irəli gəlir. Onun məzmununu kollektiv üzvlərinin (əməkdaşların) etik və estetik davranışları təşkil edir. Bu isə əmək qrupları, yaxud birliklərinin işlərinin bir çox cəhətlərində (zahiri görünüş, ictimaiyyət gözündə imic) özünü göstərir. Təşkilatçılıq mədəniyyətinin məzmununu bu qütblərin daxili və zahiri tərəfləri təşkil edir.

Yüklə 364,84 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə