Азярбайъан республикасы дахили ишляр назирлийи



Yüklə 364,84 Kb.
səhifə24/29
tarix23.12.2023
ölçüsü364,84 Kb.
#156561
növüMühazirə
1   ...   21   22   23   24   25   26   27   28   29
dioda terbiyevi ve ideoloji isin teskili ixtisasartirma

Kollektiv – dövlət və onun ictimai orqanları tərəfindən rəsmi yaradılan, ümumi məqsədləri birləşdirən, cəmiyyətin mənafeyinin ziddinə getməyən, onun bir hissəsi olan insanların qrupudur.
Kollektiv - vahid məqsədə və iradəyə malik olan və ictimai faydalı fəaliyyətlə məşğul olan insanların birliyidir.
Kollektivçilik - İnsanın öz şəxsi maraqları ilə kollektivin maraqlarının eyniliyinə tam inam və öz kollektivinin maraqları dairəsində çalışmağa olan mənəvi tələbatdır. Daxili işlər orqanları əməkdaşlarının qarşısında ictimai asayişin mühafizəsi, polis orqanlarının fəaliyyətinin xidməti cəhətdən təşkil edilməsində kollektivçiliyin əsaslarının daha da inkişaf etdirilməsi kimi böyük və məsuliyyətli bir vəzifə durur.
Kollektiv cəmiyyət üçün faydalı məqsədlərlə bağlı insanları birləşdirməli, cəmiyyətin inkişafına xidmət etməlidir. Məhz kollektivin məğzi də elə bundadır. Birlik, mütəşəkkillik, intizam, möhkəm əlaqələr və buna müvafiq münasibətlər həm qrup və həm də kollektiv üçün xas olan əlamətlərdir.
Kollektivin funksiyaları müxtəlifdir, lakin onları ənənəvi olaraq dörd böyük qrupda: xidməti, tərbiyəvi, təhsil idarəçilik kimi qruplarda birləşdirirlər.
Daxili işlər orqanları əməkdaşları kollektivinin xidməti funksiyaları onların fəaliyyətinin məqsəd və vəzifələrinə uyğundur. Kollektiv canlı orqanizm kimi şıxış edir. O, bəyənir, qadağan edir, sevinir, hiddətlənir, bu və ya başqa formada kollektivin hər br üzvünün hərəkət və əməllərinə qiymət verir.
Tərbiyəvi funksiyalar hər şeydən əvvəl kollektiv əməkdaşlarında möhkəmlik, mərdlik, əxlaq, iradə, sabitlik, təmkin, xarakterin müvafiq xüsusiyyətləri, polis etikası və digər keyfiyyətləri daxili işlər orqanları əməkdaşlarında tərbiyə edir. Qəbul olunmuş normalardan kənara çıxma halları kollektiv tərəfindən mənfi qiymətləndirilir.
Təhsil funksiyası əməkdaşın xidməti vəzifələrini yerinə yetirərkən onun peşə biliyinə, bacarıq və vərdişlərinə yiyələnməsinin zəruriliyini özündə əks etdirir. Onun üzvlərinin hər hansı birində lazımı bilik və ya vərdiş olmayanda kollektiv həmin üzvdən müvafiq peşə səviyyəsi tələb edir və hamıdan nəticə etibarıilə işin müvafiq səmərəliliyini gözləyir.
Kollektiv eyni zamanda idarəçilik, təşkilati və digər funksiyaları da yerinə yetirir. İdarəçilik elementlərindəki bütün sistemlər eyni zamanda özünüidarə sistemləridir. Daxili işlər orqanlarının fəaliyyətinin gələcək tərəqqisi hər bir əməkdaşın öz psixi və fiziki imkanlarından daha səmərəli istifadə etmə yi və özünüidarəetmə yolu buna nail olmağı tələb edir. İdarəetmənin səviyyəsi yüksək olanda kollektiv yaxşı iş qabiliyyətinə malik olur və daha səmərəli işləyir. DİO-da işin keyfiyyətinin yüksəldilməsi üçün hər bir əməkdaş təşəbbüs göstərməli və işə yaradıcılıqla yanaşmalıdır. Hər bir əməkdaş kollektivin əsas məqsəd və vəzifələrinin yerinə yetirilməsi ilə yanaşı ictimai-mədəni fəallığının inkişaf etdirilməsinə də səy göstərməli, xidməti fəaliyyətindən kənar müxtəlif sahələrdə: idman, elmi-mədəni dərnəklərdə, ictimai işlərdə, bədii özfəaliyyətdə və s.-də iştirak etməlidir. Qeyd etdiyimiz sahələrdə asudə vaxtını mənalı sərf edən əməkdaşın həyatını daha məzmunlu, mənalı yaşamasına və öz işindən zövq almasına gətirib çıxarır.

Yüklə 364,84 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə