Азярбайжан республикасы тящсил назирлийи азярбайжан дювлят игтисад университети



Yüklə 375,3 Kb.
Pdf görüntüsü
səhifə12/13
tarix06.02.2018
ölçüsü375,3 Kb.
#26424
1   ...   5   6   7   8   9   10   11   12   13

38 

 

çox  həcmi  kütləyə  malik  olan  parçalar  sıx  və  kalandırlaşmış  kətan  və  pambıq 



parçalardır.  Məsələn,  buna  misal  olaraq  xovlu  və  daranmış  parçaları  (drapları, 

flanel və pamazı və s.) göstərmək olar. 

Parçaların 

həcmi 


çəkisi 

onların 


istilik 

saxlama 


xassələrinin 

qiymətləndirilməsində əsas rol oynayır. 

Aşağıda  bir  neçə  parçanın  ipliyinin  xətti  sıxlığından  asılı  olaraq  onun  səthi 

sıxlığının  əriş  və  arğac  saplarının  10  sm-də  sıxlığının  dəyişməsini  nəzərdən 

keçirək. 

 

 



 

 

 

 

        Şəkil 2. 

 

 

 

 

 


39 

 

2.4. İPLİK VƏ SAPIN NÖVÜNÜN VƏ QURULUŞUNUN PARÇANIN 



GİGİYENİK XASSƏSİNƏ TƏSİRİNİN TƏDQİQİ. 

 

Parçanın gigiyenik xassəsinə onun xammalının, yəni iplik və sapın tərkibinin, 



növünün  çox  təsiri  var.  Məlum  olduğu  kimi  parçalar  insanın  bədəninin  atmosfer 

təsirindən  qorumaqla  bərabər,  həm  də  insan  orqanizmi  üçün  zərərli  təsirlər 

etməməlidir.  Əksinə,  geyim  zamanı  orqanizmüçün  maksimum  komfort  şərait 

yaratmalıdır.  Orqanizm  üçün  maksimum  kamfort  şərait  yaratmaq  üçün  gərək 

parçalar  geyimin  alt  klimatını  tənzimləsin.  Yəni,  paltarla  bədən  arasında  yaranan 

qazı,  nəmliyi,  istiliyi,  elektrik  və  s.  bədəndən  kənarlaşdırmalıdır.  Belə  ki,  24  saat 

ərzində bədəndən 5 1 karbon qazı ayrılır, 2 1 isə oksigen qazı qəbul edilir. Bu hal 

fıziki  iş  gördükdə bir  neçə dəfə artır. Eyni zamanda bədənin bu qazı qəbul etməsi 

və xaric etməsi sürətlənir. Ona görə də paltarın altında bədənlə təmasda olan parça 

bu prosesi təmin etməlidir. 

Parçanın hava keçirməsi ilə onun par keçirməsi sıx əlaqədardır. Yəni, nə qədər 

hava  keçirmə  sürətlə  gedərsə  par  keçirmə  də  bir  o  qədər  sürətlə  gedər,  bu  da 

bədənin  tez  soyumasına  səbəb  olar.  Bununla  bərabər  parçaların  gigiyenik  xassəsi 

dedikdə,  onun  codluğu,  xarici  tərtibatının  təmizliyi,  onun  tozla,  çirkə  qarşı 

müqaviməti də  nəzərdə tutulur ki,  bu da onun  iplik  və sapın  növü  və quruluşu  ilə 

sıx  əlaqədardır.  Ona  görə  də  parçanın  təyinatından  asılı  olaraq  onun  iplik  və 

sapının  əvvəlcədən  strukturası,  novü  və  tərkibi  müəyyənləşdirilməlidir.  Bütün 

bunları  nəzərə  alaraq  imkan  daxilində  parçanın  əsas  gigiyenik  xassələrinin 

xarakteristikasını verək. 

Hiqroskopiklik.  Təbii  və  süni  lif  tərkibli  parçalar  (yəni  lifin  kimyəvi 

quruluşunda OH qrupu olan 

Havada olan sərbəst su  molekullarını özlərinə çəkmək qabiliyyətinə malikdir. 

Parçanın bu xassələrinə onun hiqroskopikliyi deyilir. 

Hiqroskopiklik  xarakterinə  görə  parçalar  müxtəlif  olurlar.  Hiqroskopiklik 

parçaların  gigiyenik  xassələrindən  ən  əsasıdır.  Bu  xassə  bədəni  həddən  artıq 

temperatur dəyişmələrindən qorumaq üçün yer şərtdir. 



40 

 

İnsan  bədəninin  orta  temperaturu  36,5°C-dir.  Lakin  isti  hava  şəraitində  və 



fiziki  əməklə  məşğul  olduqda  bədəndə  olan  piy  vəzilərinin  bədəni  sıxması  ilə 

əlaqədar  olaraq  tər  ifrazı  çoxalır.  Belə  şəraitdə  bədəndə  nisbi  rütubətin  faizi  artır. 

Bu  da  insan  orqanizminin  fəaliyyətinə  pis  təsir  göstərir.  Ona  görə  də  geyim  üçün 

işlədilən  parça  bədənin  səthində  yaranan  nisbi  rütubəti  kənarlaşdırmaq  üçün 

hiqroskopik  olmalıdır.  Parçaların  hiqroskopikliyi  əsasən  onların  lif  tərkibindən, 

iplik  və  sapın  quruluşundan,  parçanın  özünün  strukturundan,  bəzəndirmə 

xüsusiyyətindən  asılı  olur.  Məsələn,  pambıq  və  kətan  parçalar  daha  çox 

hiqroskopikliyə  malikdir.  Bunlarla  yanaşı  süni  üsulla  alınan  viskoz  lifındən  olan 

ipək parçalar da yüksək hiqroskopikliyə malikdir. 

Parçalar  içərisində ən çox  hiqroskopikliyə  malik olan kətan parçadır ki, onun 

orta  hiqroskopikliyi  30%-ə  kimidir.  Pambıq  və  viskoz  parçaların  hiqroskopikliyi 

11-12%-dir.  Yun  parçalar  və  pambıq  və  kətan  nisbətən  daha  çox  hiqroskopikdir. 

Yun parçalar başqa parçalardan fərqli olaraq rütbəti özünə çox uzun  müddət çəkir 

və çox uzun müddətinə də xaric edir. 

Ona  görə  də  yun  parçalardan  tikilmiş  paltarlar  insan  orqanizmi  üçün  ən 

əlverişli və sabit mikroiqlim yarada bilir. 

Polimelərdən  alınan  sintetik  liflərdən  istehsal  edilən  parçalar  isə  ən  aşağı 

hiqroskopikliyə  malikdir.  Bu  da  sintetik  liflərin  kimyəvi  quruluşunda  «əla» 

qrupunun  olması  ilə  xarakterizə  olunur.  Bu  cəhət  sntetik  liflərdən  olan  parçaların 

ən  mühüm  çatmayan  cəhətidir.  Ona  görə  də  sintetik  liflərindən  toxunacaq 

parçaların  hiqroskopikliyini  artrmaq  üçün,  birinci  növbədə  onun  toxunması  üçün 

işlədiləcək  iplik  və  saplara  müxtəlif  quruluşalar  verilir.  Həmin  quruluş  hesabına 

sintetik parçalarda yeni effekt, yəni hiqroskopiklik artırılır. 

Parçanın qalınlığı nə qədər çox olarsa onun hiqroskopikliyi bir o qədər azalır. 

Hiqroskopikliyi  artırmaq  üçün  parçaların  səthinə  çox  vaxt  hiqroskopik  maddələr 

çəkilir.  Sintetik  parçaların  səthinə  çəkilən  bu  cür  təbəqə  isə  onun 

hiqroskopikliyinin daha da aşağı olmasına şərait yaradır. 

Parçanm  hiqroskopikliyini  təyin  etmək  üçün  50x200  mm  ölçüdə  üç  ədəd 

parça  nümunəsi  götürülmüş  və  hər  biri  ayrı-ayrı  ağzı  açıq  byukslara  qoyularaq, 



Yüklə 375,3 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə