Азярбайжан Республикасы Тящсил Назирлийи



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə29/69
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#21545
1   ...   25   26   27   28   29   30   31   32   ...   69

 
130 
kəsiklər  almaq  metodikası  müəyyənləşəndə  bu 
orqanoid daha dərindən  öyrənildi, onun strukturu aşkar 
edildi.  Məlum  oldu  ki,  bütün  eukariotlarda  
endoplazmatik  şəbəkə  vardır.  Endoplazmatik  şəbəkə 
quruluşuna  görə  2  cür  olur:  qranulyar  (dənəvər)  və 
aqrannulyar (dənəsiz) endoplazmatik şəbəkə. 
Dənəvər endoplazmatik şəbəkə mürəkkəb kanallar 
və  boşluqlar  sistemidir  ki,  bir-biri  ilə  birləşərək 
şaxələnən  şəbəkə  əmələ  gətirirlər  (Şəkil  35).  Bu 
kanallar  və  şəbəkələrin  eni  hüceyrənin  funksional 
fəallığından asılı olaraq çox dəyişkən olur, lakin ən azı 
20nm,  ən  çoxu  isə  bir  neçə  mm-ə  bərabər  olur.  Belə 
endoplazmatik  şəbəkəni  fərqləndirən  cəhət  odur  ki,  o 
hialoplazma  tərəfdən  diametri  20  nm  olan  çoxlu  kiçik 
dənələrlə  (qranulalarla)  örtülü  olur.  Bu  qranulalar  ilk 
dəfə  C.  Palad  tərəfindən  təsvir  edilmişdir  (Palad 
qranulaları).  O  göstərmişdir  ki,  həmin  qranulalar 
ribonukleoproteid  təbiətlidir.  Hazırda    məlumdur ki,  o 
qranulalar  endoplazmatik  şəbəkənin  membranı  ilə 
əlaqədə  olan  ribosomlardan  başqa  bir  şey  deyildir. 
Membrandakı  ribosomlar  polisomlar  təşkil  edirlər  (bir 
çox ribosomlar bir məlumat RNT-si ilə birləşir). 
Qranulyar endoplazmatik şəbəkə hamar endoplazmatik 
şəbəkədən fərqli olaraq hüceyrədə ya müxtəlif 
membranlar, ya da bu membranların lokal toplusundan 
(eqrastoplazma) ibarət olur . Birinci tip endoplazmatik 
şəbəkə differensasiyaya uğramış hüceyrələrdə və ya 
metobolik proseslər zəif olan hüceyrələrdə
eqrostplazma isə şiddətli sekretor zülal sintez edən 


 
131 
hüceyrələrdə rast gəlinir. Məsələn, qaraciyər 
hüceyrələrində eqrostoplazma hüceyrənin müəyyən 
zonasında toplanır (Berq cisimciyi). O, sinir 
hüceyrələrində, həmçinin müəyyən zonada (pələngvari 
maddə) toplanır. Mədəaltı vəzi hüceyrələrində bazal və 
nüvə ətrafı zonanı tutur və s. 
Endoplazmatik  şəbəkə  üzərində  polisomların  olması, 
onun zülal sintezində böyük rolu olmasını göstərir. Bəzi 
hüceyrələrdə  ribosomlar  bilavasitə  endoplazmatik 
şəbəkə  ilə  əlaqədar  olmayıb  bilavasitə  sitoplazmada 
yerləşir.  Məsələn,  rüşeym    hüceyrələri  differensasiya 
etməyən  hüceyrələr,  çox    tez-tez  bölünən  xərçəng  
şişləri    hüceyrələri  və  s.  Fəal  zülal  sintez  edən 
hüceyrələr,  bölünməyən  hüceyrələr,  ixtisaslaşmış 
hüceyrələrdə  isə  ribosomlar  endoplazmatik    şəbəkənin 
membranı üzərində yerləşir. 
Tədqiqat  nəticəsində    məlum  olmuşdur  ki, 
hüceyrələrdə bütün  zülal sintezi endoplazmatik şəbəkə 
ilə  əlaqədə  olmayıb,  onun  bir  hissəsi  bilavasitə  
sitoplazmanın  özündə  gedir.  Məlum  olmuşdur  ki, 
şiddətli  zülal  sintez  edən,  differensasiyaya  uğramış  
hüceyrələr, fəal böyüyən hüceyrələr çox bazofil olurlar 
(qələvi  təbiətli  rəngləyijilərlə  rənglənirlər).  Bu  cür 
bazofil    sitoplazmanın    RNT-nin  çox  hissəsi  ribosom  
RNT-dir.  Demək    sitoplazmanın    bazofilliyi  onun 
ribosomla  zənginliyi ilə əlaqədardır. Bu isə o deməkdir 
ki,  bir  sıra  hüceyrələrdə  (rüşeym  hüceyrələri,  şiş 
hüceyrələri,  regenerasiyaya  uğrayan  toxumaların 
hüceyrələri  və  s.)  zülal  sintezi  bilavasitə  sitoplazmanın 
özündə  onun  hialoplazma  hissəsində  gedir.  Digər 


 
132 
tərəfdən    ixtisaslaşmış,  differensasiyaya  uğramış,  lakin 
fəal  zülal    sintez  edən    hüceyrələrin  (sinir  hüceyrələri, 
mədəaltı  vəzi  hüceyrələri,  süd  vəziləri  hüceyrələri, 
plazmosidlər  və  s.)  hialoplazmasında  sərbəst    ribosom 
azdır,onlar  əsasən  endoplazmatik  şəbəkə  üzərində 
yerləşirlər. 
Bu  tədqiqatlardan  belə  məlum  olur  ki, 
hialoplazmada  yerləşən  ribosomların sintez  etdiyi  zülal 
həmin  hüceyrənin  öz  ehtiyacını  ödəyir.  Endoplazmatik 
şəbəkənin üzərindəki ribosomların sintez etdiyi zülal isə 
hüceyrələrdən  çıxarılır  və  digər  hüceyrələrin  həyat 
fəaliyyəti proseslərində iştirak  edir. Məsələn,  mədəaltı 
vəzinin  asinus  hüceyrələri  zülal  təbiətli  fermentlər 
(proteinazalar,  lipazalar,  nukleaazalar  və  s.)  sintez 
edirlər. Onlar isə müxtəlif  qida maddələrinin həzmində 
iştirak  edirlər  (qaraciyər  hüceyrələri-qan  albumini, 
plazmositlər-qlobulin,  süd  vəzi  hüceyrələri-kozein, 
tüpürcək  vəzi  hüceyrələri-ptialin,  amilaza,  RNT-aza  və 
s.  sintez  edirlər).  Maraqlı  cəhət  odur  ki,  bitki 
hüceyrələrində  də  biz  həmin  xüsusiyyətə  rast  gəlirik. 
Lakin  buna  baxmayaraq  qranulyar  endoplazmatik 
şəbəkənin  ribosomları  hüceyrədaxili  həzm  (faqositoz) 
üçün  lazım  olan  fermentlərin  də  sintezində  iştirak 
edirlər. 
Bir  çox  tədqiqatlar  göstərmişdir  ki,  qranulyar 
endoplazmatik şəbəkənin sintez etdiyi fermentlər həmin 
hüceyrənin  özünün  maddələr  mübadiləsində  nəinki 
iştirak  etmir,  hətta  çox  halda  həmin  hüceyrə  üçün 
lazımsız və bəzən zərərli olur. Məsələn, süd vəzilərində 


 
133 
sintez edilən kozein onun inkişafı və böyüməsi üçün heç 
lazım deyil. 
Həzm traktı hüceyrələrində çox miqdarda hidrolitik 
fermentlər 
sintez 
olunur 
ki, 
onlar 
bioloji 
makromolekulları  parçalayır.  Əgər  belə  fermentlər 
hüceyrə hialoplazmasında qalsa, onlar hüceyrənin özünü 
həll  edə  bilərlər  (avtoliz)  ki,  o  da  hüceyrənin  məhvinə 
səbəb olar. Bu cür fermentlər hüceyrədən çıxarıldıqdan 
(seqreqrasiya) 
sonra 
qapalı 
membran 
sistemli 
komponentlərdə  toplanırlar.  Buradan  belə  nəticə  çıxır 
ki,  qranulyar  endoplazmatik  şəbəkənin  rolu  təkcə  onun 
membrandakı  ribosomlarla  zülal  sintez  etməklə  bitmir, 
o  həm  də  seqreqrasiya  prosesində  iştirak  edir,  sintez 
olunmuş  zülalları  toplayıb  hüceyrənin  özünün 
funksiyalarını  idarə  edən  zülallardan  ayıraraq,  təcrid 
etmək  və  s.  vəzifələri  yerinə  yetirir.  Qranulyar 
endoplazmatik  şəbəkənin  bu  funksiyasının  hüceyrə 
həyatında  çox  böyük  əhəmiyyəti  var.  Çünki  o  həmin 
fermentlərin  Holci  kompleksi  vakuolları  vasitəsilə 
hüceyrədən  kənar  edilməsində  bir  sıra    proseslərlə 
əlaqədar olaraq fəaliyyət göstərir. Bu prosesdə  mütləq 
ATF  enerjisindən istifadə edilir.  
Bundan  başqa  qranulyar  endoplazmatik  şəbəkədə 
zülalların  modifikasiyası,  onların  şəkərlərlə  birləşməsi, 
kondensasiyalaşması,  iri  qranulyar  əmələ  gətirməsi 
prosesləri  də  gedir.  Beləliklə,  qranulyar  endoplazmatik 
şəbəkə  hüceyrədən  çıxarılan  zülalların  sintezində, 
onların 
hüceyrələrin 
öz 
zülallarından 
ayrılıb 
çıxarılmasında, 
həmin 
zülalların 
daşınmasında, 
modifikasiyasında, lokal kondensasiyasında iştirak edir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə