Babaxanova Nigar Xan qızı



Yüklə 213,05 Kb.
Pdf görüntüsü
səhifə4/61
tarix10.11.2017
ölçüsü213,05 Kb.
#9577
1   2   3   4   5   6   7   8   9   ...   61

na larında müvafiq sahə üzrə beynəlxalq təc rü bələrdən is ti -
fadə imkanlarını öyrənmək, o cümlədən, mil li kitabxana işi
sa həsində beynəlxalq standartların tətbiqi vəziyyətini araş -
dır maq; kitab və informasiya mübadiləsi sahəsində bey nəl -
xalq  əməkdaşlığın  zəruriliyini  əsaslandır maq;  müvafiq
sa  hədə mövcud olan problemləri və onların həl li yollarını,
əsas yanaşma və istiqamətləri, iş üsullarını mü əy y  ən ləş dir -
mək; kitabxanaların beynəlxalq kitab mübadiləsi sahəsində
qa zandığı təcrübələri tarixi aspektdən təhlil et mək, ümu mi -
ləşdirmək və əldə olunan təcrübələrə müxtəlif stan dart lar
kon tekstində yanaşaraq gələcək perspektivləri mü əyyən ləş -
dirməkdir. Bu mənada, monoqrafiyanın əsasını təşkil edən
təd qi qatın obyekti Azərbaycan kitabxanaları və onların bey -
nəlxalq fəaliyyətidir. Azərbaycan kitabxanalarının, o cüm lə -
dən AMEA Mərkəzi Elmi Kitabxanasının beynəlxalq kitab
mübadiləsi fəaliyyətinin tarixi aspektdə öyrənilməsi isə təd -
qiqatın predmeti olaraq müəyyənləşdirilmişdir.
Monoqrafiyanın metodoloji əsaslarını biliklər cə miy -
yə ti ilə qloballaşmanın simbiozu şəraitində beynəlxalq infor-
masiya mühitinin kitabxanalara və əksinə, kitabxanaların bu
mü hitə təsir imkanlarının tarixi, nəzəri və konseptual cəhət -
dən öyrənilməsi təşkil edir. Azərbaycan kitabxanalarının bey -
nəl xalq informasiya mühitində iştirak tarixini, beynəlxalq
ki tab mübadiləsinin müasir vəziyyətini və inkişaf perspek -
tiv lərini öyrənmək məqsədilə tərəfimizdən elmi-nəzəri ədə -
biy yatın təhlili aparılmış, kitabxanaların müvafiq sahədəki
fə aliyyəti təhlil edilmiş, əldə edilən nəticələr qarşılıqlı şəkildə
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
13


müqayisə olunaraq, ümumiləşdirilmişdir. Bunun üçün elmi-
ta rixi ümumiləşdirmə və tarixi təhlil, təsvir, müşahidə, elmi-
nəzəri analiz, müqayisəli-təhlil, terminoloji təhlil kimi elmi
tədqiqat metodlarından istifadə olunmuşdur.
Monoqrafiyanın elmi yeniliyi ondadır ki, ilk dəfə olaraq
AMEA Mərkəzi Elmi Kitabxanasının və onun timsalında
digər Azərbaycan kitabxanalarının beynəlxalq kitab və infor-
masiya mübadiləsi sahəsində münasibətlər tarixi, onun mü -
asir  vəziyyəti  və  inkişaf  perspektivləri  kompleks  şəkildə
öy  rənilərək ümumiləşdirilmiş, milli tarixşünaslıq və kitab xa -
naşünaslıq kontekstində müstəqil tədqiqata cəlb olun muş -
dur.  Əldə etdiyimiz elmi yeniliklər isə bunlardır:
- İlk  dəfə  olaraq  beynəlxalq  informasiya  mühitində
Azər baycan kitabxanalarının yeri və funksiyaları müəyyən -
ləş dirilmiş və nəzəri təhlil edilmişdir. 
- Tarixi təhlil və elmi-tarixi ümumiləşdirmə metod la -
rın dan istifadə etməklə AMEA Mərkəzi Elmi Kitabxanasının
beynəlxalq informasiya mühitində iştirak tarixi və onun bey -
nəl xalq əlaqələrinin təkamül mərhələləri ilk dəfə öyrənilmiş,
müasir inkişaf istiqamətləri araşdırılmışdır;
- Azərbaycan kitabxanalarının beynəlxalq elmi infor -
ma  siya  mühitinə  inteqrasiya  imkanları  təhlil  edilmiş,
möv cud  problemlər  təsnifləşdirilmiş  və  onların  həlli  is ti -
qamətində görülə biləcək işlər müəyyənləşdirilmişdir;
- Azərbaycan kitabxanalarının beynəlxalq kitab mü ba -
di ləsi prosesində iştirak reytinqinə təsir edən amillər müəy -
yən ləşdirilmiş və onların konkret göstəricilərə və şərtlərə
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
14


adap tasiya imkanları öyrənilmişdir;
- Azərbaycan kitabxanalarının beynəlxalq qurumlarla
əmək daşlığının elmi-təşkilati aspektləri, o cümlədən beynəl -
xalq tədbirlərdə milli irsin təbliği məsələləri mövcud elmi-
mə dəni münasibətlər prizmasından araşdırılmışdır;
- Beynəlxalq kitab və informasiya mübadiləsi sahəsində
Azərbaycan kitabxanalarının inkişaf prioritetləri irəli sürül -
müş dür.
Monoqrafiyada qaldırdığımız məsələnin nəzəri əhə -
miy yəti Mərkəzi Elmi Kitabxananın nümunəsində iri Azər -
bay can kitabxanalarının beynəlxalq münasibətlər tarixinin
və beynəlxalq fəaliyyət imkanlarının arxiv sənədləri əsasında,
ətraflı şəkildə tədqiq olunmasındadır. Tədqiqat nəticəsində
kitab mübadiləsi üzrə beynəlxalq əməkdaşlığın inkişaf tarixi,
cari vəziyyəti, kitabxanalararası çap məhsulu mübadiləsinin
nəzəri-təşkilati prinsipləri və perspektivləri müəy yən ləş diril -
miş və tarixi aspektdə təhlil olunmuşdur. 
Tədqiqatımızın təcrübi əhəmiyyəti ondadır ki, kitabxa -
na lararası  beynəlxalq  əməkdaşlığın  inkişaf  etdirilməsi,
Azər bay can milli-mədəni sərvətlərinin təbliğinin ge niş lən -
dirilməsi, beynəlxalq elmi informasiya massivləri vasitəsilə
oxu cuların xarici elmi informasiya təminatının yaxşılaş dı rıl -
ma sı, xarici ədəbiyyatın komplektləşdirilməsinin koordina -
si ya  olunması  və  beləliklə,  bu  prosesə  çəkilən  xərclərin
azal  dılması,  beynəlxalq  təcrübədən  səmərəli  istifadənin
təmin edilməsi üçün irəli sürülən metod və təkliflər Azər bay -
can kitabxanalarının beynəlxalq informasiya mühitinə daha
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
15


peşəkar və uzunmüddətli inteqrasiyasını təmin edəcəkdir.
Monoqrafiyada əldə etdiyimiz nəticələrindən respub -
li kanın bütün kitab xanalarında və BDU-nun Kitabxanaçılıq-
informasiya  fakültəsində,  “Azər baycanda  kitabxana  işinin
tarixi”,  “Dünya  kitabxanalarının  tarixi”,  “Dünya  Milli
kitabxanaları”,  “Kitabxanaşünaslığın  müasir  prоblemləri”,
“Beynəlxalq  kitabxana  təsnifatı”,  “ABŞ  və  Qərbi  Avrоpa
ölkələində kitabxana və infоrmasiya işinin müasir prоb lem -
ləri”, “Azərbaycançılıq milli ideologiyasının kütləvi kitabx-
analarda təbliği” və s. fənlərinin tədris olunmasında, həmin
fənlər üzrə dərslik və dərs vəsaitlərinin hazırlanmasında elmi-
nəzəri və praktiki mənbə kimi istifadə olun bilər.
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
16


Yüklə 213,05 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə