Babaxanova Nigar Xan qızı



Yüklə 213,05 Kb.
Pdf görüntüsü
səhifə5/61
tarix10.11.2017
ölçüsü213,05 Kb.
#9577
1   2   3   4   5   6   7   8   9   ...   61

BEYNƏLXALQ ELMİ KOMMUNİKASİYA
MÜSTƏVİSİNDƏ İNFORMASİYA 
MÜBADİLƏSİ
Beynəlxalq informasiya mühiti: 
təşəkkül və inkişaf tarixi
T
arixin axarında obrazlı informasiya mə ka nın dan
müasir, sürətlə yenilənən biliklər mühitinə çe v ri -
lən çağdaş cəmiyyət durmadan inkişaf edir. Belə bir cə miy -
yətdə “kommunikasiya və ya informasiya mü hiti” de    dikdə
in sanın yaratdığı çoxəsrlik yaşayış modeli nin mü ba dilə va si -
tələri deyil, ilk növbədə yeni texnologiyalar va sitəsilə ya ra -
dılan  interaktiv  münasibətlər,  virtuallaşmış  ünsiyyət  və
sər hədsiz əlaqə şəbəkəsi nəzərdə tutulur. Bu yanaşma günün
tə ləbləri kontekstində təbiidir və informasiya mühiti müasir
in sanın şüurunda məhz indiki dövrün sosial-iqtisadi və icti-
mai tərəqqisindən meydana gələn reallıq kimi əks olunur.
Elə buna görədir ki, çağdaş təfəkkürdə qlobal və lokal (öl -
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
17


kədaxili və yaxud məhdud ərazi üzrə) kommunikasiya və in-
formasiya mühitinin sərhədləri mövcud deyil. Çünki müasir
dövrdə  İnternet  və  şəbəkə  infrastrukturunun  cəmiyyətə
təqdim etdiyi imkanlar o qədər genişdir ki, lokal informasiya
mühitinin  harada  və  ya  hansı  həddən  sonra  beynəlxalq
xarakter aldığını müəyyənləşdirmək çox çətindir. Halbuki,
informasiya mühiti müasir anlamda beynəl miləl lə şə nədək
çox uzun tarixi yol keçmişdir. 
İnformasiya mühiti təbiətin özü ilə həmyaşıddır və bu
mə nada kitabxanalar bu məkanda yeni təsisatlardır. Qlobal
informasiya mühiti isə informasiya əsaslı cəmiyyətin ən son
və ən dolğun formasıdır. Çünki beynəlxalq informasiya mü -
hi ti individual informasiya mühiti, ictimai kommunikasiya
və informasiya mühiti (makromühit), ölkədaxili və ölkə lə 
rarası informasiya mühiti və ən nəhayət kitabxanadaxili və
ki tabxanalararası informasiya mühitinin (mikromühit) vəh -
də tindən ibarətdir.
İnformasiyanın biliyə və əksinə, biliyin informasiyaya
çev rilməsi informasiya ilə işləmə səviyyəsindən, ona yana ş -
ma metodundan asılı olduğu üçün informasiyanın seçilməsi,
toplanması, emal olunması, mühafizə edilməsi və yayılması
bütöv bir idarəetmə prosesinin meydana gəlməsini zəruri
edir. Belə bir funksiyanı yerinə yetirən kitabxanalar ictimai
informasiya  resurslarından  biri  kimi  ümumiyyətlə,  infor-
masiya mühitinin vacib hissəsini təşkil edirlər. Bu mənada,
kitabxana  cəmiyyət  yaddaşının  maddiləşmiş  formasıdır.
Çünki informasiya insanla məkan arasında əlaqədir və bu
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
18


əlaqə bəşəriyyətin və məkanın yenilənməsinə nəzərən sabit-
dir. 
Bu əlaqə informasiya mühitinin inkişaf tarixinin bütün
mərhələlərindən, yəni birinci–informasiyanın yalnız şifahi
eşidilib ötürüldüyü ta qədim dövrdən, ikinci–yazının mey-
dana  gəldiyi  zamanlardan,  üçüncü–kitab  çapının  ixtirası
vaxtından, dördüncü-televiziya və radionun meydanagəlmə
tarixindən,  beşinci–fərdi  kompüterlərinin  ixtirasından,
altıncı–müasir  informasiya  cəmiyyəti  əsrinədək  dinamik
inkişaf yolu keçərək möhkəmlənmiş və əhəmiyyətini artır -
mış dır.
Bir çoxlarının təsəvvüründə informasiya mühiti infor-
masiya cəmiyyətinin platforması kimi yalnız müasir infor-
masiya  və  kommunikasiya  texnologiyalarının  yaratdığı
şə bəkənin təzahür formasıdır. Lakin bir daha qeyd etməliyik
ki, informasiya mühitinin formalaşması dövrü çox-çox əv -
vəl lərə qədər gedib çıxır və bu mühit məlumatları toplayıb
emal edən, seçib paylayan elektron vasitələrin, texnolo gi ya -
la rın yaranmasından daha öncə mövcud olmuşdur. Məsələn,
Azərbaycanda ərəb xilafəti dövründə müxtəlif ərazilərlə pay-
taxt arasında əlaqə yaratmaq məqsədilə yaradılmış rabitə
mərkəzlərinin-bərillərin fəaliyyəti xilafət daxilində for ma -
laşdırılmış real informasiya kanalı, poçt məntəqəsi idi. Bu
isə, artıq həmin dövrdə Azərbaycanda informasiya mühitinin
varlığından xəbər verir. Əlbəttə, burada informasiya mühiti
dedikdə müasir telekommunikasiya və rabitə vasitələrinin
köməyi ilə yaradılmış kiberməkandan söhbət getmir. Həmin
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
19


dövrün məlumat şəbəkəsi ilə indiki şəbəkə infrastrukturu
tamamilə fərqli bazisə malik olsalar da, onların hər ikisini
eyni terminlə “informasiya mühiti” deyə ad lan dır maq, məna
baxımdan məqbul, texniki baxımdan isə qeyri-məqbul gö -
rü nə bilər. Çünki ümumiyyətlə, uzun müddət keçməsinə
baxmayaraq, “İnformasiya mühiti” anlayışı yekdil təriflə izah
edilmir. Müxtəlif alimlərin müxtəlif yozumları bu anlayışa
münasibəti çoxmənalı edir. 
Azərbaycanda  rabitə  və  yüksək  texnologiyalar  üzrə
mütəxəssislərin  hazırladığı  mənbələrə  görə,  informasiya
mühiti informasiyanın saxlanması, işlənməsi və ötürül mə si -
nin texniki və proqram vasitələrinin, eləcə də informasiya -
laş manın həyata keçirilməsini təmin edən siyasi, iqtisadi,
mədəni şərtlərin toplusudur [48, s.13]. Və yaxud, elektron
şəbəkələrdən istifadə edərkən meydana gələn bütöv bir elek-
tron  informasiya  məkanıdır.  Bir  başqa  tərifə  görə,  infor-
masiya mühiti informasiya kommunikasiyalarının aparıcı rol
oynadığı müasir ictimai həyatın sahələridir. Bu mənada in-
formasiya məkanı anlayışı informasiya mühiti anlayışı ilə
eynidir [48, s.17].
Rus alimləri Morozov və Polopanova [132] isə hesab
edirlər ki, vahid informasiya məkanı mövcud deyildir: o, re-
gional sistemlərdən təşkil olunsa da onların vəhdəti deyil.
Amerika alimi Maykl Hayma görə [170, s. 29] virtual məkan

əşyaların informasiya ekvivalentidir”.
Avropa və Amerika müəlliflərinin işlərində informasiya
mühiti bir qayda olaraq, informasiya supermagistralı və ya
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
20


Yüklə 213,05 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə