Бағышлајан Рәһм едән Аллаһын ады илә



Yüklə 2,7 Mb.
səhifə4/32
tarix01.08.2018
ölçüsü2,7 Mb.
#60465
1   2   3   4   5   6   7   8   9   ...   32

«Üçüncü Görüş»


Mərhum Ayətullah Hacı Şeyx Müctəba Qəzvini Məşhədin tanınmış və adlı-sanlı alimlərindən biri olmuşdur. Və mən özüm ondan dəfələrlə kəramətlər görmüşəm. O 1338-ci hicri şəmsi ilində bu əhvalatı nəql edirdi:

Məşhəd sakini olan Damğanlı Seyyid Məhəmməd Baqir, mərhum hacı Mirzə Mehdi İsfahani Qərəvinin şagirdlərindən biri olmuş və dəfələrlə onun hüzurundan bəhrələnə bilmişdir. O bir neçə il vərəm xəstəliyindən əziyyət çəkdi. O zamanlar həmin xəstəliyin əlacı yox idi. Xəstəlik onu xeyli zəiflətmiş, bunun üçün də hamı naümid olmuşdu. Amma bir vaxt onun tamamilə sağlam və çevik bizim yanımıza gəldiyini gördüm. Hamımız bundan təəccübləndik və sağalmağının səbəbini soruşduq. Dedi: Bir gün hulqumumdan xeyli qan gəldi, həkimlər də dərdimə çarə tapa bilməyib məni lap mə`yus etdilər. Qərara gəldim ki, gərək Ayətullah Qərəvinin yanına gedib vəziyyətimi ona izah edim. O məni dinlədikdən sonra dizi üstə oturdu və təəccüblə dedi: Məgər sən seyyid deyilsən?! Nə üçün əcdadlarından xəstəliyinə şəfa diləmirsən?! Nə üçün İmam Zaman (ə)-ın hüzuruna gedib, hacətini ondan diləmirsən? Məgər bilmirsənmi ki, onlar Allahın gözəl adlarıdırlar? Məgər Kumeyl duasında “Ey o kəs ki, onun adları dərdlərə dəva yad olunması isə bəlalara şəfadır” – münacatını oxumamısanmı? Əgər müsəlmansansa, əgər seyyidsənsə, əgər şiəsənsə, onda gərək günü bu gün şəfanı fədası olduğumuz İmam Zaman (ə)-dan istəyəsən!

Ayətullah Qərəvinin sözləri mənə o qədər tə`sir etdi ki, özümü saxlaya bilməyib zar-zar ağlamağa başladım. Yerimdən qalxdım. Məndə elə hal yarandı ki, sanki, hökmən İmam Zaman (ə)-ın hüzuruna getməliydim. Elə hey ağlayır və öz-özümə zümzümə edərək deyirdim: Ya Huccətubnul-Həsən, ədrikni! “Ey Höccət ibn Həsən, dadıma çat!” Bundan sonra həzrət İmam Əli ibn Musa Rza (ə)-ın müqəddəs ziyarətgahına tərəf getdim. Məscidin qədim həyətinə daxil olduqda oranı bir qədər dəyişgən gördüm. Ora olduqca xəlvət idi. Həyətdə yalnız birgə hərəkət edən yalnız bir neçə nəfər görmək olardı. Onların qarşısında bir seyyid də var idi. Mən başa düşdüm ki, o İmam Zaman (ə)-dır. Öz-özümə dedim ki, onlar gedə və mən onlara çatmaya da bilərəm. Yaxşısı budur ağanı çağırım və ondan xəstəliyimə şəfa istəyim. Bu fikiri zehnimdən keçirirdim ki, gördüm ki, həmin seyyid qayıdıb gözünün ucu ilə mənə nəzər saldı. Bədənimi soyuq tər bürüdü. Birdən məscidin həyətini adi vəziyyətdə gördüm. Artıq həmin bir neçə nəfər şəxs orada görünmirdi, camaat həmişə olduğu kimi orada get-gəl edirdilər. Mən heyrət içində idim. Elə bu vaxt özümün tam sağaldığımı və əziyyət çəkdiyim xəstəlikdən heç bir əsər-əlamətin qalmadığını hiss etdim. Evə qayıtdım və pəhrizə son qoydum. Halım o qədər yaxşı olmuşdu ki, nə qədər istəyirdim öskürəm, öskürə bilmirdim.

Mərhum Hacı Şeyx Müctəba Qəzvini (Allah ona rəhmət etsin) bunu deyib zar-zar ağlamağa başladı. Sonra buyurdu: Bəli, bu idi Seyyid Məhəmməd Baqir Damğaninin əhvalatı. Həmin əhvalatdan bir neçə il sonra yenə də onu gördüm. O, tamamilə sağlam və gümrah idi.

Şair deyir:

Bir baxışla torpağı kimya edənlər,

Olarmı ki, bizə bir nəzər salmasınlar.


«Dördüncü Görüş»


Seyyid Həsən Əbtəhi deyir: 1353-cü hicri şəmsi ilində Mədinəyə getmişdim. Gecə yarısı, küçələr tamamilə xəlvət olduğu vaxt dolanıb bir-bir onları nəzərdən keçirirdim. Babus-səlam tərəfdəki binalar uçurulmuş və hələ indiki kölgəliklər tikilməmişdi.

Peyğəmbər məscidinin divarları ilə üzbəüz prospektə qədər yeni Qəmamə məscidi tikilmişdi. Gecənin axırı olduğundan, ziyarətgahın qapıları hələ açılmadığı üçün yoldaşımla birlikdə Peyğəmbərin məscidinin kənarında oturmuşduq. Hər bir qapı həzrət İman Zamanı (ə) xatırladırdı. Hər ikimiz oturub o həzrətə olan eşq və diqqətimizi izhar edirdik. Yoldaşım birdən mənə dedi: Sizə bir sualım var. Dedim: Buyur soruş. Dedi: Ola bilərmi ki, fədası olduğum İmam Zaman (ə)-ın Mədinədə mənzili olmasın? Dedim: Niyə də ola bilməsin, lazım deyil onun hər şəhərdə evi olsun. Xüsusilə də ona görə ki, dostlarının evi elə onun özünə məxsusdur. Yoldaşım dedi: Yox, mən belə fikirləşirəm o Həzrətin Mədinədə evi vardır. Dedim: O ev haradadır? Dedi: Əgər onun evinin yerini bilsəydim, indi burada oturmazdım. (Mən bilirdim ki, o həzrətin aşiqlərində belə bir hal baş verdikdə, azacıq diqət yetirməklə xeyli faydalanmaq olar. Bunun üçün də dedim:) Mən belə bir əqidədə olsaydım, yə`ni fədası olduğum İmam Zaman (ə)-ın Mədinədə evi olduğunu hesab etsəydim, onun evini tapana qədər şəhərdəki bütün evlərin qapısını döyər və ev sahibinin adını soruşardım. Sonra sözlərimə əlavə edərək dedim: Əgər bu iş tam ciddiyyətlə və düzgün yerinə yetirilərsə beş-altı günə bütün evlərə baş çəkmək olar. Axı, Mədinə nə boyda şəhərdi ki, bu müddət ərzində bu işi görmək olmasın. İşin özü isə o qədər müqəddəs və əhəmiyyətlidir ki, ona görə belə bir zəhmətə qatlaşmağa, xəcalət çəkməyə, hətta kimlərinsə söyüş və təhqirlərinə dözməyə belə dəyər.



Amma mən belə bir əqidədəyəm ki, İmam Zaman (ə)-ın qeyrət və dostlarına olan lütf və məhəbbəti onların bu qədər zəhmətə qatlaşmalarına və kimlərinsə yanında xəcalətli olmalarına yol verməz. Deməli, əgər o istəsə, öz evini iki üç qapını döyməkdən daha tez sizə göstərər.

Lakin bu əqidədə olmadığım üçün, yə`ni, İmam Zaman (ə)-ın müqəddəs Mədinədə evi olmadığını hesab etmədiyim üçün bu işi görmədim. Xülasə, bu barədə mən onunla o qədər danışdım ki, gecə yarısı yatağından qalxdı. Mən də onunla birlikdə qalxdım. O heyrət içində qalıb haradan başlayacağını bilmirdi. Mən isə hər an fədası olduğum İmam Zaman (ə)-ın bizə bir lütf edəcəyini gözləyirdim. Birdən, camaat yuxuda olduğu zaman ətrafa qəribə sükut çökdü. Qəmamə məscidi ilə üzbəüz küçədən bir səs eşitdik, sanki kimsə bizi fars dilində çağırırdı. “Bu tərəfə, bu tərəfə.” Biz səs gələn tərəfə baxdıq, amma uzaqda olduğundan onun kim olduğunu və nə paltar geyindiyini müəyyən edə bilmədik. Deyəsən doğrudan da o bizi çağırırdı. İlk mərhələdə mən elə fikirləşdim ki, o bizi İmam Zaman (ə)-ın evinə tərəf çağırır. Gözlərim doldu və durmadan onun tərəfə hərəkət etməyə başladıq. Amma nədənsə, buna heç inanmağım gəlmirdi və öz-özümə dedim: Yə`qin ki, bu bizi yoldaşları ilə səhv salan hansısa iranlı ziyarətçidir. O, bizi yoldaşlarına oxşadıb elə güman etmişdir ki, biz yolumuzu itirmişik. Həmin şəxs yenə də bizi səsləyir və o tərəfə istiqamətləndirirdi. Amma birdən özü aradakı küçələrdən birinə girib gözdən itdi və biz bir daha onu görmədik. Nəhayət, on dəqiqədən sonra həmin yerə çatdıq, lakin yenə də orada üç yol ayrıcında qalıb nə edəcəyimizi və hansı tərəfdən ketməli olduğumuzu bilmirdik. Amma bu çaşqınlıq çox çəkmədi, birdən güclü matorsiklet səsi küçənin sükutunu pozdu və Qəmamə məscidinin qarşısındakı küçənin sonundan bir motorsikletçi görünməyə başladı. Bizə çatdıqda sürətini azaltdı, bir qədər qarşımızda dayanıb otelin arxasındakı prospektdən ayrılan o biri küçəyə işarə edib fars dilində dedi “bu tərəfdən”, “bu tərəfdən.” Bunu deyib sür`ətlə bizdən uzaqlaşdı. Belə olduqda mən bu istiqamətləndirmələrin təbii olmadığını ehtimal verməyə başladım. Çünki, əgər birinci şəxs təsadüfi olaraq çağırmış olsaydı da, ikinci şəxsin – motorsikletçinin bizə yol göstərməsi heç də adi deyildi. Çünki, iranlılar Mədinədə motorsiklet sürmürdülər. Bəli, bu iş heç də adi iş deyildi. Xüsusilə də ona görə ki, motorsiklet bizi görcək qarşımızda dayanıb kim olduğumuzu yaxından gördü. Bunun üçün də o bizi yoldaşları ilə səhv sala bilməzdi. Beləcə, göz yaşı axıdaraq “Ya Sahibəzzəman!” deyə-deyə bizə göstərilən küçəyə tərəf hərəkət etməyə başladıq. On addım irəliləməmişdik ki, bir də gördük ki, təqribən on nəfər cavan, ərəb paltarında olan alicənab bir şəxsin ətrafına toplaşıb onun dediklərinə qulaq asırlar. Hiss olunurdu ki, onlar evdən təzə çıxıb harasa getmək istəyirdilər. Onlar yavaş-yavaş bizə tərəf gəlirdilər. Bizə çatdıqda həmin alicənab şəxs bizə baxıb dedi: “Salamun Ələykum!” Biz də salamına cavab verdik. Lakin bu salamlaşma və bu baxış o qədər qeyri adi oldu ki, bizi tamamilə heyran etdi. Fikirləşdim ki, görəsən onlar haradan küçəyə çıxmışlar. Başımın arxasına nəzər saldıqda baxıb gördüm ki, evlərdən birində işıq yanır. Və bununla da mə`lum olurdu ki, onlar hansı evdən çıxmışlar. Evin qapısı taxtadan idi, qapının üzərində isə şüşə əvəzinə biri-birindən üç barmaq aralı dəmir millər var idi. Ev olduqca köhnə və bəzək-düzəksiz idi. Qapının arxasında yanan çırağın altında isə bir şəxs dayanmışdı və çox güman ki, o evin xidmətçisi idi. Evin yuxarısına isə kiçik bir lövhə vurulmuşdu, onun üzərinə saçan işıq lövhəni bütünlüklə, ətrafı isə qismən işıqlandırırdı. Lövhənin üzərində qızılı xətlə y
منزل

المهدی الغوث


azılmışdı
: “Mənzilul-Məhdiyyil-ğaus” – birinci sətirdə “mənzil”, ikinci sətirdə isə “Məhdiyyil-ğaus” sözü yazılmışdı:

Evi gördükdə yəqin bildik ki, məqsədimizə çox asanlıqla çatdıq və həzrət Mehdi (ə)-ın nurani evini heç bir zəhmət çəkmədən belə bir tez zamanda tapa bildik. Bu barədə daha çox şey bilmək istədiyim üçün qapıdan həyətə daxil olub çırağın altında dayanan şəxsdən ərəb dilində soruşdum:

Ev sahibi evdədirmi? Həmin şəxs təbəssümlə və böyük mehribanlıq göstərərək dedi: Elə indicə getdi. Bildik ki, ev sahibi qarşımıza çıxan, cavanlarla birgə gələn həmin alicənab şəxs idi. Adı Mehdi, ləqəbi isə “Əl-ğaus”. Amma, doğurdanmı o İmam Zaman (ə) idi? Doğurdanmı, mənim o həzrəti görməyə ləyaqətim çatırdı? Ümumiyyətlə, “Əl-ğaus”un mə`nası nədir? Əl-ğaus – yə`ni, çarəsizlərin yeganə pənahı. Ah-nalə və göz yaşları isə bizə imkan vermirdi. Bir azdan xidmətçi evin işığını söndürdü. Deyəsən, ev sahibini yola salıb özü yatmaq istəyirdi.

Amma fikir məni elə götürmüşdü ki, az qala böyük bir qabı göz yaşlarımla dolduracaqdım. Öz-özümə dedim: Görəsən, mənim kimi bir insanın o həzrəti görməyə ləyaqəti çatırmı? Lakin motorsikletçinin bizimlə fars dilində danışıb yol göstərməsi, əhli sünnənin özlərinə Mehdi adını qoymamaları, hətta Mədinə şiələrinin təqiyyə üzündən çox az bu addan istifadə etmələri məni buna layiq olduğuma ümidvar edirdi. Beləcə, bir saata yaxın həmin qapının arxasında oturduq, sonra durub qaldığımız yerə getdik. Həmin gecənin səhəri ziyarət karvanı Məkkəyə yola düşdü. Və mən bu səfərdə ikinci dəfə həmin qapıya gedə bilmədim. Lakin sonralar Mədinəyə etdiyim ziyarət səfərlərində həmin məhəlləyə getdim. Orada biri-birinə oxşar bir neçə ev var idi, amma onların heç birinin üzərində həmin lövhə yox idi.

Əgər diqqət yetirsəniz, görəcəksiniz ki, İmam Zaman (ə) bizim hətta bir qapını belə döyüb ev sahibinin qarşısında xəcalət çəkməyimizə razı olmamışdı.

Atam-anam fəda olsun, o mehriban şəxsə!




Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə