67
Əlövsət Vilayət oğlu Allahverdiyev / Ermənistan Azərbaycan Dağlıq Qarabağ Münaqişəsi Zamanı Baş
vətəndaşların üzləşdiyi mənzərə budur. Cəzasızlıq Erməistan və onun silahlı birləşmələrinə daxil olan
şəxslərin daha çox qətllər törətməsinə şərait yaratdı.
Dağlıq Qarabağ uğrunda gedən müharibədə ermənilər işğal etdikləri torpaqları "viran qoymaq"
taktikasına əl atmışdılar. Müharibədə 20 min azərbaycanlı şəhid olmuş, 100 min nəfər yaralanmış, 50 min
nəfər əlil olmuşdu. Qaçqın və köçkünlərin sayı milyonu keçmişdi. Rəsmi məlumata görə, erməni
işğalçıları tərəfindən 4.852 nəfər azərbaycanlı, o cümlədən 323 qadın, 54 uşaq və 410 qoca əsir və girov
götürülmüşdü
2;9;11
. Erməni faşistləri əsir və girovların həqiqi sayını beynəlxalq humanitar
təşkilatlardan gizlədir, onlarla qeyri-insani, amansız rəftar edir, qul kimi işlədir, təhqir edir, alçaldırdılar.
Erməni hərbiçiləri bu əməlləri dinc sakinlərin, ümumiyyətlə, hərbi əməliyyatda iştirak etməyən şəxslərin
başına gətiriblər. Azərbaycan Respublikasına qarşı erməni təcavüzünün faciəvi nəticələrindən biri də odur
ki, Azərbaycan torpaqlarının 20 faizini işğal etməkdən və vətəndaşlara işgəncələr verməkdən əlavə,
ermənilər ölkənin zəbt olunmuş bölgələrində Azərbaycanın milli-mənəvi irsini məhv edirlər. İşğal
nəticəsində Azərbaycana aid cəmi uzunluğu 25 min km olan avtomobil yolu, yenə cəmi uzunluğu 3984 m
olan 160 körpü, 14,5 min km uzunluğunda elektrik xətti, 2500 elektrik trafosu, 2 min km qaz boru xətti,
160 su deposu, 34-dən çox qaz dağıtım stansiyası erməni işğalçılar tərəfindən dağıdılmışdır.Bu kimi
əməllər, insan hüquq və azadlıqlarının ümumbəşəri dəyər kimi qorunduğu, güc tətbiq etməmək və güclə
hədələməmək prinsipinin, ərazi bütövlüyü prinsipinin beynəlxalq səviyyədə təbliğ olunduğu, beynəlxalq
cinayətlərin bütün növlərinə qarşı dövlətlərin birgə əməkdaqşlıq etdiyi bir zamanda, müasir beynəlxalq
hüququn zamanında baş verir.
Göründüyü kimi, Ermənistanın təkcə təcavüz cinayətinə görə deyil, həm də müharibə cinayətlərinə
görə məsuliyyət daşımalıdır. Müharibə cinayətləri onların bütün əməllərinin tərkibində özünü biruzə
verir. Müharibə cinayətlərinin mahiyyətinə diqqət yetirmək və erməni silahlı birləşmələrinin əməlləri ilə
onu əlaqələndirmək daha məqsədəuyğun olardı. Nədir müharibə cinayətləri? “Müharibə cinayətləri”
termini ümumi anlayış olub silahlı münaqişə zamanı tətbiq olunan beynəlxalq humanitar hüquq
normalarının pozulmasını bildirir
3.s.198-201
. Bəzən müharibə cinayətlərinin yalnız Müharibə
qurbanlarının müdafiəsi haqqında 1949-cu il Cenevrə Konvensiyalarında təsbit olunmuş əməlləri əhatə
etməsi haqqında fikirlər söylənilir, lakin həmin əməllər müharibə cinayətlərinin yalnız bir hissəsini, ən
təhlükəli və ciddi əməlləri əhatə edir. Beynəlxalq normativ və presedent təcrübəsində də vahid termindən
istifadə olunmur. Məsələn, Nürnberq Tribunalı Nizamnaməsinin 6-cı maddəsində “müharibə qanun və
adətlərinin pozuntuları” ifadəsi işlədilmişdir. Bu pozuntulara aşağıdakı əməllər aid edilmişdir
4. s. 237
:
işğal olunmuş ərazinin mülki əhalisinin öldürülməsi, əzab verilməsi,
köləliyə və ya digər məqsədlər üçün aparılması;
hərbi əsirlərin və ya dənizdə olan şəxslərin öldürülməsi və ya əzab
verilməsi;
girovgötürmə;
ictimai və xüsusi mülkiyyətin qarət edilməsi;
şəhər və kəndlərin mənasız dağıdılması;
hərbi zərurət olmadan talançılıq və digər cinayətlər.
Göstərilən bu əməlləri, ona görə müharibə cinayətləri hesab etmək olar ki, onlar hərbi zərurətlə
əlaqədar deyil, müharibə əsasən döyüş aparan tərəflər arasında baş verir və lakin bu zaman, müharibənin
birbaşa iştirakçısı olmayan şəxslər zorakılığa və işgəncələrə məruz qalır.
Hərbi əməliyyatlar münaqişə tərəflərinin silahlı qüvvələri arasında aparıldığından beynəlxalq
hüquq normalarına müvafiq olaraq mülki şəxslər heç bir zorakılığa məruz qalmamalıdır. Mülki əhaliyə
qarşı edilən zorakılıq əməlləri qələbə çalmaq üçün məqbul metod sayıla bilməz
1.s.206-208
. Mülki əhali
döyüşlərdə iştirak etməyə cəlb edilməməli, bütün hallarda ona hörmət göstərilməlidir. Mülki əhalinin
təhlükəsizliyi və ya əsaslı hərbi mülahizələr tələb etdikdə, işğalçı dövlət müəyyən ərazidən tamamilə və
ya qismən təxliyəni həyata keçirə bilər. Belə təxliyələr zamanı himayədə olan şəxslər yalnız işğal edilmiş
ərazinin içərilərinə köçürülə bilər, lakin bu, əməli cəhətdən mümkün olmadığı halda istisna təşkil edir. Bu
qaydada təxliyə edilmiş şəxslər həmin ərazidə döyüş əməliyyatları başa çatan kimi öz yerlərinə
qaytarılmalıdır.
Müharibə cinayətləri geniş bir hüquqi kateqoriya olub, həm beynəlxalq xarakterli, həm də qeyri-
beynəlxalq xarakterli silahlı münaqişələr dövründə beynəlxalq humanitar hüququn ciddi pozuntularını
əhatə edir. Bu pozuntuların hər biri özlüyündə konkret cinayət əməlidir və beynəlxalq cinayət məsuliyyəti
doğurur [5.s.145]. Ona görə də müharibə cinayətləri haqqında tam təsəvvür əldə etmək üçün bu
68
III. Uluslararası Türk Dünyası Araştırmaları Sempozyumu
kateqoriyaya daxil olan bütün cinayət tərkiblərini göstərmək lazım gəlir.
Müharibə cinayətlərinin dəqiq siyahısı Beynəlxalq Cinayət Məhkəməsinin Statutunda göstərilmişdir.
Qeyri-beynəlxalq xarakterli silahlı münaqişələr zamanı törədilmiş müharibə cinayətləri də Məhkəmənin
yurisdiksiyasına aid edilmişdir. Hesab edirik ki, müharibə cinayətlərini ehtiva edən əməllər tarixin bir neçə
böyük hadisələrində öz praktiki ifadəsini tapmış və beynəlxalq birlik tərəfindən mənfi qarşılanmışdır.
Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsi bunun bariz nümunəsidir. Ermənistan silahlı
birləşmələri həmişə mülki obyektləri və dinc mülki əhalini hədəf götürmüş və məhv etmişdir. Bir çox
beynəlxalq təşkilatların müraciətinə baxmayaraq, Ermənistan işğal olunmuş bölgələrdə Azərbaycanın
mədəni sərvətlərinin təhlükəsizliyi üçün heç bir konstruktiv addım atmamışdır. İşğal olunmuş ərazidə 500
tarixi-memarlıq və 100-dən çox memarlıq abidəsi, 22 muzey, 4 şəkil qalereyası, 927 kitabxana, 85 musiqi
məktəbi, 4 dövlət teatrı qalmışdır. 700 səhiyyə ocağı: 800 nəfərlik xəstəxana, poliklinikalar, doğum
evləri, aptek binaları, təcili yardım xəstəxanaları dağıdılmış, 140 min şagirdin oxuduğu olan 600 məktəb,
53 min şagirdin təhsil adlığı 65 peşə məktəbi, 2 yüksək öğrənim qurumu məhv edilimişdir. İşğal
nəticəsində tunc dövrünə aid nadir abidələr-100-dən çox Xocalı şəhəri yerlə yeksan edilmişdir
9
. Təkcə
Xocalıda 613 dinc sakin qətlə yetirilmiş, 487 nəfər yaralanmış, 1275 nəfər isə əsir götürülmüşdür.
Onlardan bir çoxu əsirlikdən qayıtmamış və sonrakı taleyi barədə hər hansı məlumat yoxdur. 366-cı alay
Xankəndidən çıxarıldıqdan sonra bu hərbi hissəyə məxsus olan silahlı texnikanın mühüm hissəsi erməni
separatçılarına verildi. İnsan sivilizasiyasının qədim məskənlərindən biri olan Azıx mağarası silah anbarı
kimi istifadə olunmasını Avropa Şurası Parlament Assambleyası təəccüblə qarşılamışdır. Azərbaycanın
ədəbiyyat və incəsənət nümunələrinin ermənilər tərəfındən təhqirə məruz qalması Azərbaycan xalqını
ciddi narahat edir. Bütün bunlar hərbi zərurət olmadan dağıdılmış və viran edilmişdir. Erməni silahlı
birləşmələrinin törətdiyi bu əməllərin hər biri beynəlxalq cinayətlərin bir növü kimi müharibə
cinayətlərinin tərkibini yaradır. Azərbaycan hər zaman bu cinayətləri törədən şəxslərin məsuliyyətə cəlb
olunması ilə bağlı beynəlxalq təşkilatlara və məhkəmələrə müraciət edir. Son illər ərzində beynəlxalq
səviyyədə yürütdüyü ardıcıl siyasət nəticəsində artıq Ermənistanın təcavüzkar olduğu bütün dünyaya
məlum olmuşdur. Müxtəlif səviyyəli görüşlərdə, zirvə toplantılarında, konfranslarda bu məsələ diqqət
mərkəzində saxlanılmış və Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığı dəfələrlə beynəlxalq
sənədlərdə öz təsdiqini tapmışdır. Bu sənədlərin, demək olar ki, hamısında Azərbaycan torpaqlarının işğal
edildiyi göstərilir, bir milyondan çox insanın qaçqın və məcburi köçkün kimi yaşadığı bildirilir. Onların
bəzisində təcavüzkar adı ilə göstərilsə də, təəssüf ki, bu münasibət hələ beynəlxalq birliyin rəsmi ortaq
mövqeyi deyildir. Hər halda uğurlar var və bu uğurlar münaqişənin həllində beynəlxalq hüquq
normalarına əməl olunmasının vacibliyini ön plana çəkmək üçün yaxşı zəmin yaratmışdır. Bu gün də
Azərbaycan vətəndaşları Ermənistan dövlətinin təcavüzkarlıq siyasətinin ifşa olunacağına və təqsirkar
şəxslərin beynəlxalq hüquq normalarına görə məsuliyyətə cəlb olunacağına inanırlar.
ƏDƏBIYYAT
1. L.H.Hüseynov “Beynəlxalq hüquq” Bakı-2002
2. E.Əhmədov. "Ermənistanın Azərbaycana təcavüzü və beynəlxalq
təşkilatlar". Bakı, 1998
3. Маєвська А.А. Універсальна юрисдикція і Римський статут Міжнародного кримінального суду //
Проблеми законності. Вип. 47: Респ. міжвідомч. наук. зб./ Відп. ред. В.Я.Тацій.-Харків: Нац.юрид.акад.
України, 2001, с.198-201.
4. Нюренбергский процесс: Сборник материалов. В 8-и томах. Том Ы, М.: Юридическая литература, 1987,
560 с.
5. Кибальник А.Г. Современное международное уголовное право: понятие, задачи и принципы // Под науч.
ред. доктора юридических наук А.В.Наумова, СПб, Юридический центр Пресс, 2003, 252 с.
6. Wade Mansell and Karen Openshaw: İnternational Law (a critical introduction). Oxford and Portland Oregon
2013. 262 pg
7. Sean D. Murphy İnternational Law 2006 Thomson/West. 506 pg
8. Ceoffrey Robertson QC Crimes Against Humanity 2006. 758 pg.
9. http://files.preslib.az/projects/azerbaijan/gl8.pdf
10. www.azerbaijan.az/portal/Karabakh/Tragedy/humanitarianTragedy_a.html
11. www.virtualkarabakh.az/read.php?lang=1&menu=10&id=11#.Vwt8RJyLTs0
12. www.crimesofwar.org/onnews/news-guinea.html
13. www. crиmes of war.org