Baki döVLƏt universiteti



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə57/137
tarix01.07.2018
ölçüsü2,84 Mb.
#52543
növüMühazirə
1   ...   53   54   55   56   57   58   59   60   ...   137

Azərbaycan  
Birinci Dünya müharibəsi illərində
 
 
221
Ə.Ə.Şahverdiyev 
V.R.Nəbiyev 
 
VII. AZƏRBAYCAN  
BİRİNCİ DÜNYA MÜHARİBƏSİ İLLƏRİNDƏ 
 
1.
 
Müharibənin başlanma səbəbləri  
2.
 
Şimali Azərbaycanın insan resurslarının və iqtisadiyyatının 
Rusiyanın tərkib hissəsi kimi müharibəyə cəlb olunması.  
3.
 
Müharibə edən dövlətlərin planlarında «erməni məsələsi» 
və Azərbaycan  
4.
 
Antanta və Dördlər blokuna daxil olan dövlətlərin Azər-
baycan siyasəti.  
5.
 
Cənubi Azərbacyan Birinci dünya müharibəsi illərində  
6.
 
Oktyabr çevrilişindən sonra Sovet Rusiyasının Azərbay-
canla bağlı siyasəti 
7.
 
Müharibənin ikinci mərhələsində Bakı nefti uğrunda gedən 
mübarizə.  
8.
 
Birinci Dünya müharibəsi illərində Naxçıvanda yaranmış 
siyasi vəziyyət. 
 
1.Müharibənin başlanma səbəbləri 
 
Avstriya vəliəhddinin öldürülməsi Birinci Dünya mü-
haribəsinin başlanması üçün əsas səbəb ola bilməzdi. Çünki 
Avropa tarixində dövlət adamlarına sui-qəsd faktı istənilən 
qədərdir. Belə olan halda Avropada müharibələrin sayı-hesabı 
olmazdı. Müharibənin başlıca səbəbləri  İngiltərə  və Fransanın 
Almaniya və onun müttəfiqləri arasında kəskin ziddiyyətlər, iki 
hərbi-siyasi blok arasında qarşıdurma və Balkanlar uğrunda 
alman-slavyan qarşıdurması idi.  
1914-cü il iyul ayının 15-də Avstriya-Macarıstan 
Serbiyaya müharibə elan etdi. Serblərin müttəfiqi olan çar 
VII mühazirə 
 
 
222
Rusiyası bu hadisəyə biganə qalmayaraq, ümumi səfərbərlik 
elan etdi. Buna cavab olaraq iyulun 19-da Almaniya Rusiyaya, 
iyulun 21-də isə Fransaya müharibə elan etdi. Almaniyanın 
Belçikanın neytral mövqe tutduğuna baxmayaraq onu işğal 
etməsi iyul ayının 22-də  İngiltərənin Almaniyaya müharibə 
elan etməsinə gətirib çıxartdı. 
1914-cü il avqust ayının 10-da Yaponiya Almaniyaya 
müharibə elan etdi. Region dövlətlərinin heç biri tək-tək mü-
haribə aparmaq istəmirdi. Ona görə  hərbi-siyasi blok halında 
müharibəyə cəlb olan dövlətin hər birinin özəl iqtisadi və siyasi 
məqsədi var idi. 
Birinci Dünya müharibəsi illərində Azərbaycan möv-
zusuna aydınlıq gətirmək üçün üç mühüm məsələ ön plana 
çəkilməlidir. 
Birincisi, Cənubi Qafqaz regionunda Azərbaycanın geo-
siyasi mövqeyinə aydınlıq gətirmək lazımdır. Beynəlxalq 
münasibətlər sistemində  işlənən «geopolitika» sözü, yunan 
sözü olub iki hissədən ibarətdi. Geo-yer, politikos-hər nə varsa 
dövlətlə bağlıdır və s. mənasını verir.  
Hər bir dövlətin xarici siyasəti bir sıra coğrafi amillərlə 
müəyyən olunur. Ona görə də, Azərbaycanın coğrafi mövqeyi, 
eləcə  də  zəngin təbii sərvətləri daimi dünyanın aparıcı 
dövlətlərinin diqqət mərkəzində olmuşdur. 
İkincisi, 1914-1918-ci ildə  Cənubi Qafqazda «erməni 
məsələsi»nin ön plana keçməsi və müsəlman-türk regionları 
üçün yaratdığı  təhlükə ilə bağlıdır. Belə ki, Birinci Dünya 
müharibəsinin başlanması ilə regionda ictimai-siyasi 
proseslərin müsbət yöndə inkişafına mane olan «erməni 
məsələsi» Azərbaycan üçün də təsirsiz ötüşmədi. 
Bəzi dövlətlər öz maraqlarına uyğun olaraq ermənilərin 
Cənubi Qafqazda dinc müsəlman-türk əhaliyə qarşı törətdikləri 
vəhşiliklərə dəstək verdilər.  
Üçüncüsü, Birinci Dünya müharibəsində  iştirak edən döv-


Azərbaycan  
Birinci Dünya müharibəsi illərində
 
 
223
lətlərin hər birinin Azərbaycana dair müəyyən niyyətləri var idi. 
Rusiyada bolşeviklərin hakimiyyətə  gəlməsi ilə beynəl-
xalq münasibətlərdə yeni mərhələ başlanmış oldu.  
Azərbaycan zəngin və mühüm geosiyasi bir region olaraq 
İran, Osmanlı və Rusiya dövlətləri ilə həmsərhəd idi. Şərqdə – 
Xəzər, Qərbdə – Gürcüstanla əhatə olunan Azərbaycanın 
beynəlxalq yükdaşımaları  həyata keçirmək üçün Bakı kimi 
əlverişli dəniz limanı var idi.  
Azərbaycan  əlverişli coğrafı  şəraiti, xammal ehtiyatları  və 
mühüm geostrateji mövqeyi ilə seçilən bir ölkə idi. 1917-ci ildə 
Azərbaycan  ərazisi (Cənubi və  Şimali Azərbaycan ilə birlikdə – 
Ə.Ş.) 200,5 min kv.km. olmaqla Cənubi Qafqazın ümumi əra-
zisindən böyük idi. Azərbaycan Avropa dövlətləri ilə Şərq ölkələri 
arasında körpü rolunu oynamaqla dünyanın mühüm ticarət 
yollarının kəsişməsində yerləşirdi.  Şimali Azərbaycanda Bakı-
Novorossiysk, Bakı-Batum, Cənubi Azərbaycanda isə  Təbriz-
Bursa-İstanbul və s. kimi ticarət yolları beynəlxalq iqtisadi 
əlaqələrin arteriyasını təşkil edirdi. 
Azərbaycan həm də Cənubi Qafqazın əsas energetika bazası 
idi. Oktyabr çevrilişinə  qədər Bakı nefti Rusiyanın  əsas enerji 
mənbəyi olduğundan bolşeviklər onun itirilməsi faktı ilə heç cür 
razılaşmaq istəmirdi. Digər tərəfdən başqa güclü dövlətlər də 
ciddi-cəhdlə Bakı neftini ələ keçirməyə çalışırdı.  
Oktyabr çevrilişindən sonra Birinci Dünya müharibəsində 
iştirak edən dövlətlərin planında Bakı neftini ələ keçirmək 
başlıca məqsəd daşıyırdı. Eyni zamanda, Azərbaycan Rusiya, 
İran, Osmanlı ilə yanaşı, digər güclü dövlətlər üçün hərbi-siyasi 
əhəmiyyətə malik bir region idi. Azərbaycan  ərazisi Yaxın və 
Orta Asiyaya çıxmaq üçün əlverişli çoğrafı imkanları ilə yanaşı, 
həmçinin müdafiə xarkterli əhəmiyyət kəsb edirdi. 
 
VII mühazirə 
 
 
224
2. Şimali Azərbaycanın insan resurslarının və 
iqtisadiyyatının Rusiyanın tərkib hissəsi kimi müharibəyə 
cəlb olunması 
 
Müharibə böyük dövlətlərin ərazisində yaşayan xalqların, 
o cümlədən Azərbaycan xalqının da iqtisadi və siyasi həyatına 
öz mənfi təsirini göstərdi.  
Birinci Dünya müharibəsi Azərbaycan iqtisadiyyatına 
güclü zərbə endirmiş,  əhalinin vəziyyətini son dərəcə 
pisləşdirmişdi. 
Müharibənin ilk günlərindən Rusiyanın HDD (Hərbi 
Dəniz Donanması) neft yanacağına olan tələbatı artmışdı. Əgər 
rus donanması 1913-cü ildə 250 min pud yanacaq almışdısa, 
1916-cı ildə donanma 18 mln pud mazut və 0,8 mln pud 
müxtəlif neft məhsulları almışdı. 
1916-cı il may ayından, 1917-ci il may ayına kimi 
Rusiyanın HDD 20 mln pud müxtəlif neft məhsulları almışdı. 
Rusiyanın hərbi donanması üçün benzin, kerosin, mazut 
məhsullarının daşınmasını kontrakta uyğun olan «Nobel qar-
daşları» şirkəti həyata keçirdi. 
Ümumiyyətlə, istər müharibə  ərəfəsində, istərsə  də 
müharibə zamanı Bakı nefti Rusiya Hərbi Dəniz Donanmasının 
təhcizatında aparıcı rol oynadı. 
Çar hökuməti bəy nəslindən olan şəxslərin orduya gö-
türülməsinə yol verirdi. Onların bəziləri hərbi məktəblərdə 
təhsil aldıqdan sonra rus ordusunda zabitlik edir və müxtəlif 
cəbhələrdə döyüş əməliyyatında iştirak edirdi. 
Rus ordusunun görkəmli generalları  Səməd bəy 
Mehmandarov,  Əliağa  Şıxlinski, Hüseynxan Naxçıvanski və 
başqları onların sırasına daxil idi. 
Topçu general S.Mehmandarov almanları  dəfələrlə ciddi 
məğlubiyyətə  uğratmış istedadlı  sərkərdə idi. 21-ci piyada 
diviziyasının komandiri olan S.Mehmandarov 1914-cü ilin 


Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə