Baki döVLƏt universiteti



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə53/137
tarix01.07.2018
ölçüsü2,84 Mb.
#52543
növüMühazirə
1   ...   49   50   51   52   53   54   55   56   ...   137

Cənubi Azərbaycan  
1828-1914-cü illərdə 
 
207
1891-ci il martın 9-da Nəsrəddin  şah bütün İranda tütün 
almaq, satmaq və emal etmək üçün ingilislərə konsessiya 
verilməsi barədə müqavilə imzalayır və bunun müqabilində 
şirkət  əldə edəcəyi qazancdan ildə  İran hökumətinə cüzi bir 
məbləği – 15 min funt-sterlinqi ödəməyi öhdəsinə götürürdü. 
İranın bir çox mühüm şəhərlərində  şirkətə  məxsus idarələr 
təşkil edən ingilislər Hindistandan və digər müstəmləkə 
ölkələrindən işçi, qulluqçu adı ilə  dəstə-dəstə öz təbəələrini 
gətirməyə başladılar ki, bu da həmin sahədə çalışan sahibkar, 
tacir, kəndli, sənətkar və fəhlələr arasında həyəcanın artmasına 
səbəb oldu, heç kəs öz tütün və tənbəkisini ingilislərə satmağa 
razı olmadı. Buna cavab olaraq 1891-ci ilin ortalarında ingilis 
şirkəti İran hökumətinin razılığı ilə tütün alverinin və emalının 
yalnız bu şirkətə məxsus olduğunu bildirdi. Buna cavab olaraq
1891-ci il avqustun 19-da Təbriz  əhalisinin böyük 
əksəriyyətinin imzası ilə  şaha göndərilən petisiyada tütün və 
tənbəki inhisarının ləğv edilməsi tələb olundu. Təbriz bazarı 
bağlandı, 20 min adam silahlanaraq hərəkata qarşı baş verə 
biləcək hər hansı hadisəyə müqavimət göstərmək üçün hazır 
vəziyyətdə dayandı. 
Təbrizin ardınca Şiraz, İsfahan və Məşhəddə şirkətə qarşı 
kəskin çıxışlar baş verdi. Tehranın özündə inhisarın ləğv 
edilməsi tələbi ilə  əhali 1892-ci il yanvarın 4-də  şah sarayına 
hücum etdi. Bütün bunlar şahı  məcbur etdi ki, 1892-ci il 
yanvarın 5-də Talbotla bağlanmış müqavilənin ləğv olun-
duğunu rəsmən elan etsin. İrana gəlmiş ingilis məmurları ölkəni 
tərk etməyə məcbur oldular. İranda ilk antiimperialist çıxış olan 
bu hərəkatda Cənubi Azərbaycanın ticarət burjuaziyası, 
sənətkarlar, ruhanilər, digər təbəqələrin nümayəndələri də 
iştirak edirdilər. Xarici kapitalın və yerli irtica qüvvələrinin 
ağalığına qarşı çevrilmiş «Tənbəki üsyanı»  İranda və  Cənubi 
Azərbaycanda milli-azadlıq hərəkatının ilk və çox təsirli 
mərhələsini təşkil etmiş  və xalqın siyasi, milli şüurunun 
VI mühazirə 
 
 
208
oyanmasına və formalaşmasına güclü təkan vermişdi. 
Hələ XIX əsrin sonlarında Tehranda və başqa şəhərlərdə 
vətənpərvər ziyalılar tərəfindən yaradılmağa başlayan siyasi 
təşkilatların sayı az və daxili vəziyyətlə bağlı  fəaliyyət dairəsi 
məhdud olsa da, maarifçi təşkilatlar daha geniş iş aparır, xalqı 
mütləqiyyət, istibdad əleyhinə monarxın hakimiyyətinin 
məhdudlaşdırılması, qanunverici orqanın yaradılması  və s. 
uğrunda mübarizəyə çağırırdı. 1901-ci ildə Tehranda təşkil 
edilmiş gizli cəmiyyət və ya İnqilabi komitə, 1905-ci ildə isə 
Tehranda yaradılan «Əncüməne-məxfi», (Gizli əncümən)
*
 
bütün xalqları, o cümlədən azərbaycanlıları xaricilərin 
zorakılığı  və yerli hakim dairələrinin özbaşınalığı  əleyhinə 
mübarizəyə çağırır, həmçinin burjua ruhunda islahatlar 
keçirmək tələbini irəli sürürdülər. 
XX əsrin əvvəllərində bir neçə il qıtlıq olması və bundan 
istifadə edən mülkədar və alverçilərin taxıl möhtəkirliyinə 
başlaması nəticəsində İranın, o cümlədən Azərbaycanın bir sıra 
şəhərlərində aclıq və bahalığa qarşı həyəcanlar baş verdi. 1903-
                                                 
*
  Ингилаби  комитя 1904-ъц  илдя  Тещранда  ири  торпаг  сащибляриндян, 
тиъарят-сялямчи  даиряляриндян,  рущанилярдян  тутмуш  хырда  сяняткарлара 
гядяр  мцхтялиф  тябягялярдян  чыхан 60-а  йахын  ингилабчы  зийалы  нцмайян-
дяляринин  йыьынъаьында  йарадылды.  Эизли  комитянин 18 маддядян  ибарят 
програм-  лайищяси  «Иранын  мцтярягги  вя  демократик  гцввяляриня  мцтля-
гиййятин мящви вя онун йериндя «азадлыг бинасы» гурулмасы цчцн иътимаи 
вя  сийаси  зиддиййятлярдян  истифадя  етмяк  йоллары»ны  юйрядирди. 1905-ъи 
илин  февралында  диэяр  сийаси  тяшкилат  «Янъцмяне-мяхфи»  тяшкил  олунду. 
Бу тяшкилат Тещранын бюйцк мцътящидляриндян Сейид  Мящяммяд Тябатя-
баи  башда  олмагла  рущаниляр  групу  тяряфиндян  йарадылмышды.  Ингилаб 
яряфясиндя  йаранан  бу  тяшкилат  сцрятля  эенишлянирди.  Онун  цзвляринин 
щяр  бири  тягрибян 30 няфярдян  ибарят  юзяк-дярняклярдя  бирляширди.  Бу 
тяшкилатын  цзвляри  ичярисиндя  рущанилярдян  башга  мцлкядар  вя  буржуа 
нцмайяндяляри  дя  вар  иди. «Янъцмяне-мяхфи»нин  мярам  вя  мягсяди  кющня 
сийаси  гурулушун  деврилмяси  конститусийалы  щакимиййят  йарадылмасы  вя 
буржуа  азадлыгларынын  тямин  олунмасындан  ибарят  иди.  Юз  сийаси-
тяблиьаты  фяалиййятиндя  тяшкилат  Иранын  мцстягил  игтисади  инкишафы 
мясяляляриня  хцсуси  йер  верирди.  Щяр  ики  тяшкилат  ингилаби  щярякатын 
идейа ъящятдян щазырланмасында мцщцм рол ойнамышды.  


Cənubi Azərbaycan  
1828-1914-cü illərdə 
 
209
cü ildə Belçikalılarla bağlanmış yeni gömrük sazişinə qarşı 
çıxışllar başlandı. Göstərilən dövrdə  Cənubi Azərbaycanda 
demokratik fikrin yayılması, milli və siyasi şüurun oyanması, 
xarici imperializmə  və yerli feodal zülmünə qarşı xalq 
mübarizəsinin güclənməsində bir sıra başqa amillər də böyük 
rol oynamışdır. Bu amillər içərisində Bakının fəhlə hərəkatının 
mərkəzinə çevrilməsi, 1905-1907-ci illər I rus inqilabının 
başlanması, 17 oktyabr manifestinin xalqa verdiyi azadlıqlar, 
ölkədə siyasi partiyaların, o cümlədən  Şimali Azərbaycanda 
«Müsəlman konstitusiya (məşrutə)» partiyasının yaranması  və 
s. Cənubi Azərbaycan xalqının demokratik azadlıq və hüquqlar 
uğrunda mübarizəsinin genişlənməsinə  gətirib çıxardı  və bu 
hərəkat öz davamını həmin ilin dekabrında İranda, o cümlədən 
Cənubi Azərbaycanda «Məşrutə inqilabı» nda tapdı. 
Cənubi Azərbaycan 1905-1911-ci illər Məşrutə 
inqilabında.  İnqilab 1905-ci ilin dekabrın 12-də Tehranda 
Kerman  əhalisinə edilən zülmə qarşı  çıxan  demokratik 
qüvvələrə qoşulmuş tacirlərin döyülməsinə cavab olaraq 
ruhanilərin evlərində hökumətə qarşı etiraz yığıncaqları  təşkil 
olunması ilə başladı. Ertəsi gün Seyid Abdulla Behbəhani və 
Seyid Məhəmməd Təbatəbainin başçılığı altında  şah 
məscidində  yığıncaq keçirilməsinə mürtəce ruhanilər mane 
oldular. Dekabrın 14-də Tehranın mütərəqqi ruhanilərindən bir 
qrup başda olmaqla yüzlərlə dini məktəb tələbəsi, minlərlə 
bazar  əhli etiraz əlaməti olaraq Şah  Əbdüləzimdə  bəstə
*
 
oturmaq məqsədilə Tehranı  tərk etdilər.  İnqilab Komitəsi (İK) 
və  «Əncüməni-məxfinin» bir çox görkəmli üzvləri də onlara 
qoşuldu. Tehranda bütün bazarlar, dükanlar və  sənətkar ema-
latxanaları bağlandı. Bəstə oturanlar baş nazirin istefasını tələb 
edirdilər. Onların sayı günü-gündən artdığından hökumət silahı 
işə salmaqdan çəkindi, bəstçilərə güzəştə getməyə, onların bir 
                                                 
*
 Мясчидлярдя, сяфирликлярдя вя щюкумятин эцъ тятбиг едя билмядийи 
диэяр йерлярдя щяйата кечирилян отураг нцмайиш, ирансайаьы протест. 
VI mühazirə 
 
 
210
sıra tələblərini qəbul etməyə məcbur oldu. Hərəkat başçılarının 
hökumətə verdikləri 8 maddəlik tələbnamə 1906-cı il yanvarın 
10-da saray tərəfindən qəbul olundu. Şahın verdiyi fərmanda 
bütün vətəndaşların qanun qarşısında bərabər olacağı, 
«Ədalətxana» təsis ediləcəyi, Tehran və Kerman valilərinin 
vəzifədən kənarlaşdırılacağı, qiymətləri sabitləşdirmək 
məqsədilə Tehran əhalisi tərəfindən seçilmiş bir şura 
yaradılacağı  vəd edilirdi. Yanvarın 12-də  bəstçilər təntənə ilə 
şəhərə qayıtdılar. 
 Sonrakı hadisələr göstərdi ki, şah və baş nazir Ey-
nüddövlənin verdiyi vədlər kütlələri sakitləşdirməkdən başqa 
bir məqsəd daşımırdı. Çox keçmədən  İK-nin başçılarından 
Seyid Cəmaləddin Tehrandan sürgün edildi. Aprel-may 
aylarında  İK-nin digər görkəmli üzvləri də  həbs edildi. Bu 
hadisələrdən sonra İK-nin digər üzvlərinin iştirakı ilə «İslami» 
adlı  mərkəz yaradıldı.  Əncümən,  İnqilabi Komitə  və digər 
qruplar tərəfindən mütləqiyyətin ifşası  əhali içərisində davam 
edən inqilabi əhval-ruhiyyəni artırır, onları gərgin toqquşmalara 
hazırlaşdırırdı. 1906-cı ilin iyulunda hökumətin növbəti həbs 
tədbirləri kütləvi nümayişlərə  səbəb oldu. İyulun 9-dan 
başlayan izdihamlı nümayişlər genişlənib inqilabi hərəkata 
çevrildi.  İyulun 16-da tanınmış müctəhidlər Tehranı  tərk edib 
Quma yola düşdülər. İyulun 17-də konstitusiyaçı 9 tacir İngilis 
səfirliyinin bağında bəstə oturdu. Tezliklə yüzlərlə  tələbə, 
müəllim, tacir, alverçi və sənətkar bəstçilərə qoşuldu. Avqustun 
2-də onların sayı 14 minə çatdı. Bəstçilər aşağıdakı  tələbləri 
şaha təqdim etdilər: Konstitusiya (Məşrutə) elan etmək, Məclis 
çağırmaq, Eynüddövləni vəzifədən kənar etmək, ruhaniləri 
Qumdan geri çağırmaq, sürgün edilmiş inqilabçıları azad etmək 
və s.  
1906-cı ilin yayında Müzəffərəddin  şah inqilabçıların 
tələblərini qəbul etməyə  məcbur oldu. Avqustın 5-də Kons-
titusiya verilməsi haqqında  şah fərmanı imzalandı. Avqustun 


Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə