Baki döVLƏt universiteti



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə52/137
tarix01.07.2018
ölçüsü2,84 Mb.
#52543
növüMühazirə
1   ...   48   49   50   51   52   53   54   55   ...   137

Cənubi Azərbaycan  
1828-1914-cü illərdə 
 
203
olmasını  şərtləndirsə  də, başda vəliəhd olmaqla, əyalətin 
müxtəlif inzibati orqanlarına təyin olunmuş  şahzadələr öz ad, 
məqam və malik olduqları ixtiyardan istifadə edərək xalqı daha 
qəddar bir istibdadla incidirdilər. Azərbaycan valisi və onun 
ətrafına toplaşan məmurlar tərəfindən özbaşına artırılan vergilər 
xalqı  fəlakətli bir vəziyyətə  gətirib çıxarmışdı. Beləliklə, həm 
yerli xanların, həm də hakim sülalənin Azərbaycanda zülm 
siyasəti-əhalinin müxtəlif təbəqələri içərisində narazılığın 
artmasına, kütləvi həyacan və  çıxışların baş verməsinə  səbəb 
olurdu. 
XIX əsrin 30-cu illərinin sonu – 40-cı illərdə Təbrizdə bir 
neçə antifeodal həyəcan və çıxışlar baş verdi. Bunların ən geniş 
yayılanı babilər hərəkatı idi. Babilərin  əsas tərkib hissəsini 
xırda tacirlər, sənətkarlar, ruhanilərin aşağı  təbəqəsi və 
kəndlilər təşkil edirdi. Hərbçilər və yuxarı təbəqələr içərisində 
babilik təlimini müdafiə edən qüvvələr var idi. Babilər hərəkatı 
1844-cü il mayın 12-də özünü sonuncu imam Mehdi ilə xalq 
arasında vasitəçi-bab (ərəbcə qapı) elan etmiş Seyidəli 
Məhəmmədin adı ilə bağlıdır. Babın
*
ardıcılları isə babilər 
                                                 
*
 Сейид Яли Мящяммяд 1819-ъу илин октйабрында Ширазда памбыг-парча 
тиъаряти  иля  мяшьул  олан  хырда  таъир  аилясиндя  анадан  олмушдур.  Яввял 
аиля  янянясини  давам  етдириб  тиъарятля  мяшьул  олан  Сейид  Яли  тезликля 
халг  арасында  бюйцк  нцфуза  малик  олан  «Шейхи»  тяригятинин  тяряфдары 
кими таныныр. Кярбялада бяргярар олмуш бу тяригятдя башлыъа идейа-имам 
Мещдинин  зцщур  едяъяйи  вя  йер  цзяриндя  бцтцн  щагсызлыьа  сон  гойаъаьы, 
ядаляти бярпа едяъяйи щаггында фикирляр онун ятрафында чохлу шаэирдля-
рин вя ардыъылларын топланмасына сябяб олду. Тяригятин сон башчысынын 
Шейх  Казымын  вяфатындан (1843) сонра  она  башчылыг  етмиш,  халга  щяги-
гятлярин  чатдырылмасында  юзцнц  сонунъу  имам  Мещди  иля  халг  арасында 
васитячи  елан  етмиш  вя 1844-ъц  илдян  «Баб»  лягябини  эютцряряк  бяйан  ет-
мишдир ки, ясас вязифяси ящалини имам Мещдинин зцщр етмясиня щазырла-
магдыр. 
Бабилийин ясас идейалары онун 1847-ъи илдя Маку галасында щябсдя оларкян 
йаздыьы «Бяйан» китабында юз яксини тапмышды. Иранын тарихиндя йени ера-
нын  башландыьыны  елан  едян  Баб  йени  йарадылаъаг  ъямиййятдя  бярабярлик, 
ядалят шяхсиййятин тохунулмазлыьыны елан едир, юз фикирляриндя ъямиййятин 
касыб  вя  орта  тябягяляринин  (таъир  сяняткар,  кяндлиляр)  арзуларыны  якс  етди-
VI mühazirə 
 
 
204
adlanırdı. 1847-ci ildə Zəncanda sənətkar, xırda tacir və  şəhər 
yoxsulları yerli hakimə qarşı  çıxmış  və onu şəhərdən 
qovmuşdular. 1848-ci ildə  Təbrizdə  şəhər yoxsulları  və 
sənətkarların çıxışları baş verdi. 1849-cu ildə Zəncanda babilər 
üsyana qalxdı.  Şəhərdə babilərin sayı 15 minə çatırdı. Üsyana 
Babın  ən yaxın məsləkdaşı Molla Məhəmməd  Əli rəhbərlik 
edirdi. Onun rəhbərliyi altında vaxtında ehtiyat tədbirləri 
görülmüş, gizli şəkildə  şəhərdə könüllü dəstələri, silah, sursat 
və  ərzaq ehtiyatı yaradılmışdı. Üsyanın başlanması üçün 
bəhanə Molla Məhəmməd  Əlinin xidmətçilərindən birinin 
tutulub zindana salınması oldu. Özünün növbəti hədəf 
olduğunu yaxşı bilən Molla Məhəmməd  Əli həbs olunan 
adamın azad edilməsi haqqında göstəriş verdi. Babilər 
silahlanaraq dərhal zindanı mühasirəyə aldılar. Qubernatorun 
onlara qarşı göndərdiyi qoşunları dəf edən babilər şəhərin əsas 
məhəllələrini  ələ keçirib istehkamlar qurdular. Əks mövqeyi 
müdafiə edən adamları öldürüb əmlakını yandırdılar. Şəhər iki 
hissəyə bölündü. Babilərin sayı ətraf kəndlərin əhalisi hesabına 
xeyli artdı. Qələbədən ruhlanan Molla Məhəmməd  Əli 
müridlərdən təşkil olunmuş  dəstələr arasında nizam-intizamın 
möhkəmləndirilməsi üçün tədbirlər görür, etibarlı adamlardan 
ibarət qərargah yaradır, hərbi rəislər təyin edirdi. Qısa mıddət 
ərzində babi dəstələri hərbi cəhətdən idarə olunan nizami 
                                                                                                        
рирди. 
Яввял Исфащандан Макуйа, орадан ися Урмийа йахынлыьында Чещрик га-
ласына  сцрэцн  едилян  Баб  дяфялярля  дин  хадимляринин  мцщакимясиня  ве-
рилмишди.  Бу  мящкямяляр  ону  рущи  хястя  щесаб  етмиш,  чубуг  ъязасына  вя 
щябся  мящкум  етмишди.  Шащ  щакимиййяти  ящалинин  психоложи  вя  дини 
ящвал-рущиййясини  нязяря  алараг  Баба  вя  онун  тяряфдарларына  гаршы  ещ-
тийатла  мцбаризя  апарырды.  Мящяммяд  шащ  щесаб  едирди  ки,  ня  гядяр  ки, 
Бабын тяряфдарлары иля шия рущаниляри арасында мцбаризя эедир щярякат 
щюкумят цчцн тящлцкя йаратмыр. Лакин бабиляр цсйанынын башланмасы вя 
щярякатын  ятраф  яразиляря  эенишлянмясиндян  сонра  Тябриздя  кечирилян 
шярият  мящкямяси  ону  бидятчи  елан  едяряк  юлцм  ъязасына  мящкум  едир, 
1850-ъи  ил  ийунун 19-да  Сейид  Яли  вя  ян  йахын  мяслякдашы  олан  Аьа  Мя-
щяммяд Яли иля бирликдя едам едилмишди. 


Cənubi Azərbaycan  
1828-1914-cü illərdə 
 
205
dəstələrə çevrildi. Üsyançıların mütəşəkkil qüvvəyə çevrildiyini 
görən Zəncan qubernatoru kömək üçün paytaxta müraciət etdi. 
1849-cu il mayın 27-28-də iki ardıcıl hücumdan sonra babilər 
şəhər qalasını tutdular. Saray tarixçisinin verdiyi məlumata 
görə babilər  şəhərdə 84 möhkəmləndirilmiş  səngər 
qurmuşdular.  İyunun  əvvəlində  şəhəri mühasirəyə alan 
hökumət qüvvələri babilər tərəfindən dəf edilərək geri 
çəkilməyə  məcbur oldular. 1850-ci ilin dekabrında 30 minlik 
şah qoşunu və feodal dəstələri Zəncanı yenidən mühasirəyə 
alaraq hər tərəfdən hücuma keçdilər. Üsyançıların çoxu həlak 
oldu. Onun başçısı Məhəmməd Əli isə yaralandı və üç gün sonra 
vəfat etdi. Şəhərdə qalan 300 nəfərəqədər üsyançı daha 5 gün 
vuruşduqdan sonra şəhəri tərk etməyə imkan vermək  şərti ilə 
mübarizəni dayandırmağa razı olduqlarını bildirdilər. Bu təklifi 
qəbul etmələri haqqında Qurana and içmiş  Şah ordu başçıları 
silahı yerə qoyan üsyançıların hamısını qırdılar. Beləliklə, 1850-
ci il dekabrın sonunda Zəncan üsyanı yatırıldı.  Şəhərdə qalmış 
babilər 1851-ci ildə yenidən üsyan qaldırmağa cəhd göstərsələr 
də, hökumət qoşunları onun ətraf ərazilərə yayılmasının qarşısını 
aldılar və üsyan tezliklə amansızlıqla yatırıldı. 
Zəncan üsyanı ilə eyni vaxtda Yəzddə Seyid Yəhya 
Dərabinin başçılığı ilə qalxan üsyan da müvəffəqiyyətsizliyə 
uğradı. Təbərsiddə, Yəzddə  və digər yerlərdə başlayan 
pərakəndə üsyanlar yatırıldı. 1852-ci ildə babilər şaha qarşı süi-
qəsd təşkil etdilər və onu yaraladılar. Bu hadisə ölkə 
miqyasında babilərin kütləvi şəkildə edamlarının başlanmasına 
səbəb oldu. 1848-1852-ci illərdə bütün İranda babilər məğlub 
edilsə  də, Cənubi Azərbaycanda babilik tərəfdarlarının sayı 
daha da artırdı.  Əhalinin bütün narazı hissələrinin babiliyə 
rəğbəti güclü idi və şah hökuməti onun qarşısını ala bilmədi.  
İranın və  Cənubi Azərbaycanın böyük ərazisini  əhatə 
edən və geniş xalq kütlələrinin antifeodal mübarizəsi olan 
Babilər hərəkatı dini xarakter daşısa da, özünün sosial və siyasi 
VI mühazirə 
 
 
206
əhəmiyyətinə görə XIX əsrin ortalarında baş vermiş  və  ən iri 
xalq hərəkatları-Hindistandakı sipahilər üsyanı, Çindəki 
taypinlər hərəkatı ilə eyni sırada durur. Babilər üsyanı  İran, o 
cümlədən Cənubi Azərbaycan  əhalisinin yaxşı ictimai 
qaydaların yaradılması uğrunda qəti mübarizəyə hazır olduğunu 
əyani olaraq göstərdi. İlk antifeodal çıxış olan babilər hərəkatı 
hökuməti məcbur etdi ki, özünün daxili siyasətinə yenidən 
nəzər salsın, iqtisadiyyatı, ordunu və dövlət idarəçiliyini 
modernləşdirsin. Üsyan həmçinin  İran maarifpərvərlərinə, o 
cümlədən ortadoksal ruhanilərə də öz müsbət təsirini göstərdi, 
gələcəyin bir çox inqilabçılarını yetişdirdi.  
 
 
3. 1905-1911-ci illər  
İran inqilabının başlanması 
 
XIX  əsrin sonu – XX əsrin  əvvəllərində ilk xalq 
çıxışları.  Xarici kapitalın ağalığı, sosial zülm, dövlət 
məmurlarının yerlərdəki özbaşınalığı geniş xalq kütlələri 
içərisində narazılığa səbəb olurdu. Ölkədə vaxtaşırı baş verən 
təbii fəlakətlər(quraqlıq, çəyirtkə basqını, epidemiyalar və s.), 
möhtəkirlər tərəfindən süni surətdə yaradılan ərzaq qıtlığı istər 
şəhər, istərsə  də  kənd yoxsulları içərisində  həyəcanları son 
dərəcə artırırdı. XX əsrin  əvvəllərinə doğru bütün ölkədə 
sosial ziddiyyətlər olduqca kəskinləşmiş,  əyalət, vilayət və 
mahallara başçılıq edən məmurlara qarşı çıxışlar baş vermişdi. 
1870-1871, 1880-ci quraqlıq illərində bütün İranda aclıq baş 
verdiyi zaman Cənubi Azərbaycan 
əhalisi taxıl 
möhtəkirliyinin artmasına etiraz olaraq ayağa qalxdı, 1881-ci 
ildə isə valini əyalətdən qovdu. Bu hadisədən sonra Təbriz və 
başqa  şəhərlərdə baş verən  ən böyük çıxış «Tənbəki üsyanı» 
adı ilə  məhşur hərəkatdır ki, bu da İran xalqlarının, xüsusilə 
də Azərbaycan xalqının, imperializmə qarşı ilk çıxışı olmaqla 
onun siyasi mübarizəyə qoşulmasında mühüm rol oynamışdır. 


Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə