Baki döVLƏt universiteti



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə54/137
tarix01.07.2018
ölçüsü2,84 Mb.
#52543
növüMühazirə
1   ...   50   51   52   53   54   55   56   57   ...   137

Cənubi Azərbaycan  
1828-1914-cü illərdə 
 
211
19-da hərəkat başçıları, dövlət nazirləri,  əhalinin müxtəlif 
təbəqələrindən 3 min nəfər toplanaraq təntənəli surətdə Məclis 
(Məclese-şoraye-milli) yaradılmasını elan etdilər. Həmin 
yığıncaqda məclisə nümayəndələr seçilməsi üçün nizamnamə 
tərtib edilməsi işi orada təşkil olunmuş müvəqqəti məclisə 
tapşırıldı. Sentyabrın 9-da seçki nizamnaməsi  şah tərəfindən 
imzalandıqdan sonra Tehranda Məclisə seçkilər başlandı. Seçki 
qanunu yüksək  əmlak senzi qoyaraq əhalinin böyük bir 
qismini(fəhlə, kəndli, sənətkarvə tacirlər) seçki hüququndan 
məhrum edir və  gələcək  İran parlamentində feodal 
aristokratiyasının, mülkədar və varlı tacirlərinseçiləcəyinə 
təminat verirdi. Hakim dairələr isə tezliklə konstitusiya 
fərmanını  ləğv etməyə hazırlaşırdı. Bu hal Tehranın ardınca 
əyalətlərdə, xüsusilə də sosial-iqtisadi ziddiyyətlərin əks olduğu 
Cənubi Azərbaycanda geniş xalq hərəkatının başlanmasına 
səbəb oldu. 
 
 
4.Təbriz üsyanı. Səttarxan 
 
1906-cı ilin avqust ayında Tehranda inqilabi hərəkatın 
qələbəsi, konstitusiyanın elan edilməsi, sonra isə mütləqiyyətin 
konstitusiyanı pozmaq cəhdi və şahın məclisə seçkilər haqqında 
nizamnaməyə qol çəkməkdən imtina etməsi xəbəri Təbrizə 
çatdıqda  şəhərin mübariz qüvvələri, onun siyasi cəmiyyətləri 
Tehranda olduğu kimi Təbrizdə  də ümumi tətil təşkil etdilər. 
1906-cı ilin sentyabrında «İsmailiyyə  Əncüməninin» tanınmış 
üzvləri Təbrizdə ingilis konsulxanasında, minlərlə insan 
«Samsam xan» məscidində  bəstə  əyləşdi. Bəstçilər 
Konstitusiyanın elan olunması tələbi ilə şaha müraciət etdilər. 
Təbrizdəki ümumi tətil, kütləvi bəst, geniş yığıncaqlar və 
nümayişlər gizli siyasi cəmiyyətlər tərəfindən təşkil və idarə 
olunmuşdu ki, onlara Bakının sosial-demokrat təşkilatlarının 
VI mühazirə 
 
 
212
güclü təsiri var idi. 1905-ci ildə «Hümmət»in yardımı ilə 
Bakıda çalışan iranlıların tam gizli şəraitdə öz təşkilatı - 
«İctimaiyune amiyyun» (mücahid sosial-demokrat partiyası) 
yaradıldı. Partiyanın yaradılmasında N.Nərimanov, 
M.Axundov, M.Əzizbəyov, B.Qasımovun xüsusi rolu 
olmuşdur. N.Nərimanov tərəfindən RSDFP-nin Azərbaycan 
dilinə  tərcümə edilməsi və çap olunmuş proqram mətni 
partiyanın proqramı kimi əsas götürüldü. Bu proqram sənədi 
yerli siyasi, sosial-iqtisadi şəraitə uyğun  şəkildə  işlənib 
hazırlandı. «Mərkəzi-qeybi» (Gizli mərkəz) adlandırılan Təbriz 
sosial-demokrat təşkilatının başında Əli Müsyö dururdu.  
Nəhayət, 1906-cı il sentyabrın 9-da Məclisə seçkilər ke-
çirilməsi haqqında  əsasnamə imzalandı. 1906-cı il sentyabrın 
20-də  Təbriz üsyançıları öz tələblərinə sarayda müsbət cavab 
aldıqdan sonra ingilis konsulxanasından və «Samsam xan» 
məscidindən çıxaraq bazar və dükanları açdılar. Mübarizənin 
davamı  məqsədilə kütlələri vahid mərkəz  ətrafında 
birləşdirməyi ümdə  vəzifə hesab edən 20 nəfər siyasi lider-
«Əncüməne-əyalətiye-Azərbaycan» adlanan ilk siyasi əncü-
manın əsasını qoydu. Göstərdiyi fəaliyyətin mahiyyəti etibarilə 
bəzən siyasi mübarizənin rəhbərlik mərkəzi, bəzən isə inqilabi 
hökumət vəzifəsi daşıyan bu əncüman yalnız  İran Məclisinin 
ikinci çağırışı dövründə (1909-1911) konstitusiyaya uyğun 
olaraq əyalət əncüməni kimi fəaliyyət göstərmişdir.  
Azərbaycan  əyalət  əncümanı yarandıqdan sonra Təbriz 
nümayəndələrinin məclisə göndərilməsi üçün 1906-cı il 
oktyabrın 20-də seçki əncümanı  təşkil edildi. Nümayəndələrin 
seçilməsi noyabrın 5-də başa çatdırıldı. 1906-cı il no-yabr-
dekabr aylarında  əyalət  əncümanının rəhbəri ilə Azərbaycanın 
digər şəhərlərində (Urmiya, Salmas, Marağa, Ərdəbil, Zəncan, 
Xalxal, Xoy, Maku, Binab, Astara və b.) vilayət  əncümanları 
yaradıldı və beləliklə əncümanın nüfuzu Cənubi Azərbaycanın 
bütün rayon və  şəhərlərinə yayıldı. Seçkilər başa çatdıqdan 


Cənubi Azərbaycan  
1828-1914-cü illərdə 
 
213
sonra da vəliəhd Məməmmədəli Mirzənin tələbinə baxmayaraq 
əncüman öz fəaliyyətini davam etdirirdi. Azərbaycan  əyalət 
əncümanı  təkcə  vəliəhdə qarşı mübarizədə deyil, xalq 
kütlələrinin xeyrinə başladığı islahatlarla, o cümlədən  ərzaq 
mallarının qiymətinin qaydaya salınması, möhtəkirliyin 
məhdudlaşdırılması, məhkəmə  işlərinə  nəzarət, maarif və 
məktəblərin inkişafı  və s. kimi sahələrdə müəyyən 
müvəffəqiyyətlər  əldə edərək kütlələrin dərin hörmət və 
inamını qazanmışdı və güclü hakimiyyət orqanına çevrilmişdi.  
1907-ci il fevralın 8-də Azərbaycan nümayəndələri Teh-
rana gəldi. Onlar paytaxt əhalisi tərəfindən təntənə ilə 
qarşılandılar və Azərbaycan əyalət əncümanının saraya verdiyi 
tələblərin müzakirəsi zamanı möhkəm dəlillərlə  məclisin 
razılığını əldə etdilər. Məclis özü də Məhəmmədəli şah olduğu 
gündən (19 yanvar 1907-ci il) məclisə qarşı  bəslədiyi etinasız 
münasibətdən, nazirlərin məclis qarşısında məsuliyyət 
daşımalarına maneçilik törətməsindən narazı idi. Məclis 
Azərbaycan  əyalət  əncümanının 7 maddədən ibarət tələblərini 
yazılı şəkildə saraya göndərdi və bunların həyata keçirilməsini 
tələb etdi. Lakin şah ölkədə konstitusiya üsuli-idarəsinin 
bərqərar edilməsi, əyalət və vilayət əncümanlarının yaradılması 
və s. haqqında bu tələbləri qəbul etmədi.  
Mütləq monarxiyanı  bərpa etmək fikrindən çəkinməyən 
şah  İranın keçmiş baş naziri Əminüssultan Atabəyi ölkəyə 
çağırmaq, onun vasitəsi ilə inqilabi hərəkatı boğmaq planını 
hazırlayırdı. Mayın 2-də şah tərəfindən baş nazir vəzifəsinə təyin 
edilən Atabəy hakimiyyətə keçdikdən sonra ölkənin hər tərəfində 
feodalların qaragurühçu dəstələri tərəfindən əhaliyə, demokratik 
qüvvələrə qarşı basqınlar təşkl etməyə başladı. Azərbaycanda 
genişlənməkdə olan hərəkata qarşı  şah və Atabəyin istifadə 
etdiyi vasitələrdən biri də Maku feodalı  İqbalüssəltənənin 
qaragührurçu dəstələri idi. Bu dəstələr Maku və Xoy 
vilayətlərinin mühüm hissələrini ələ keçirib inqilab tərəfdarlarına 
VI mühazirə 
 
 
214
divan tuturdular. Xoy şəhərinin müdafiəsində yüzlərlə döyüşçü 
şəhid oldu. Bu hadisələrlə  əlaqədar 3 gün milli matəm elan 
olundu. Bütün bazar və dükanlar bağlandı, 40 min nəfərin 
iştirakı ilə etiraz mitinqi keçirildi. Sosial-demokrat təşkilatları 
Məclis tərəfindən xalq üçün əhəmiyyətli maddələrin olduğu 
konstitusiyaya əlavələrin qəbul edilməsini ciddi tələb edir, irtica 
qüvvələri qarşısında inqilabın  əsas məqsədlərini, qəbul edilmiş 
konstitusiyanın həyata keçirilməsini təmin etməyin yolunu 
kütlələrin gücündə, onların silahlanmasında görür, hətta terror 
aktlarını həyata keçirməkdən çəkinmirdilər. Avqust ayının 31-də 
Atabəy məclisdən çıxarkən Tehran sosial-demokrat təşkilatının 
üzvü Təbrizli Ağaabbas tərəfindən öldürüldü və bu xəbər 
Təbrizdə böyük sevinclə qarşılandı. Terroru həyata keçirdikdən 
sonra intihar edən Abbas ağa üçün matəm mərasimləri keçirildi.  
1907-ci ilin oktyabrında  şah tərəfindən məhdud burjua 
azadlıqlarını  nəzərdə tutan Konstitusiyaya «Əlavələr» qəbul 
edildi və  sənədin təsdiqi inqilab cəbhəsində qüvvələrin 
təbəqələşməsini sürətləndirdi.  İrtica qüvvələri xalq və inqilab 
cəbhəsinə qarşı hücuma hazırlaşmağa başladı və bu yolda bütün 
vasitələrdən-Türkiyə,  İngiltərə  və çar Rusiyası dövlətlərinin 
hakim dairələrinin köməyindən istifadə etməkdən də 
çəkinmədi. 
1907-ci ilin noyabrında şah başda olmaqla irtica qüvvələri 
əksinqilaba qarşı  tədbirlər görməyə başladılar. Demokratik 
hərəkata qarşı hücum hazırlamaq məqsədilə Tehranda 
«Fetovvat» və «Səadət», eyni zamanda Təbrizdə  «İslamiyyə» 
adlı irticaçı  əncümanlar təşkil edildi. İrticaçılar 1908-ci ilin 
əvvəllərində Azərbaycanda və  İranın başqa yerlərində öz 
fitnəkarlıqlarını qüvvətləndirdilər.  Şah və onun ətrafında 
toplaşan mürtəce qüvvələr tərəfindən hələ 1908-ci ilin aprel və 
may aylarında hazırlanmaqda olan hökumət çevrilişi həmin il 
iyun ayının 23-də  həyata keçirildi. Bir gün əvvəl  şah kazak 
briqadasının komandiri polkovnik Lyaxovu polis və digər 


Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə