Baki döVLƏt universiteti



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə51/137
tarix01.07.2018
ölçüsü2,84 Mb.
#52543
növüMühazirə
1   ...   47   48   49   50   51   52   53   54   ...   137

Cənubi Azərbaycan  
1828-1914-cü illərdə 
 
199
talistlərinə ölkədə teleqraf xətləri çəkilməsi sahəsində 1888-ci 
ildə isə rus kapitalisti Lianozova Xəzər dənizi hövzəsində 
balıqçılıq sahəsində əlverişli imtiyazlar vermişdi. 
1890-cı illərdən başlayaraq  İran  İngiltərədən ölkənin cə-
nub gömrük gəlirinin girov qoyulması  şərti ilə 500 min funt-
sterlinq, 1900-cü ildə isə çar Rusiyasından İranın şimal kömrük 
gəlirinin girov qoyulması  şərti ilə 22,5 milyon manat 
miqdarında borc aldı. 
Bütün bunların nəticəsində  İran  İngiltərə  və çar Rusi-
yasından həm siyasi, həm də iqtisadi cəhətdən asılı bir dövlətə 
çevrildi. İranın xalq təsərrüfatı müstəmləkə və asılı ölkələrə xas 
olan yeni xüsusiyyətlər kəsb etməyə başladı.  İranın 
Ümumrusiya bazarına cəlb olunması ölkədə  bəzi sənaye 
sahələrinin inkişafına obyektiv olaraq müsbət təsir göstərirdi. 
Lakin bu asılı ölkələrə xas olan birtərəfli inkişaf idi. Kənd 
təsərrüfatının yalnız xarici bazarda onun məhsuluna ehtiyac 
olan sahələri inkişaf edir, xarici bazarda təlabatı olan xalçaçılıq 
istisna olmaqla, sənətkarlığın digər növləri xarici sənaye 
mallarının rəqabəti nəticəsində tənəzzül edir, sənayenin əsasən 
xaricə ixrac edilən kənd təsərrüfatı mallarının ilk emalı ilə 
məşğul olan sahələri genişlənirdi. 
Coğrafi mövqeyinə görə Cənubi Azərbaycanda Rusiyanın 
nüfuzu daha güclü idi. XIX əsrin sonu-XX əsrin  əvvəllərində 
Cənubi Azərbaycanda kənd təsərrüfatının inkişafı Rusiya bazarı 
ilə  əlaqələrin səviyyəsindən və xarakterindən asılı idi. Rusiya 
bazarında, pambıq, xammal, boyaq maddələri, yun, gön-
dəri,bağırsaq və s. kimi əkinçilik və heyvandarlıq məhsullarına, 
həmçinin bəzi sənətkarlıq mallarına olan tələbat həmin 
sahələrin qismən inkişafına təkan verdi. 
XIX  əsrin II yarısından etibarən  əsas məşğuliyyəti mal-
darlıq olan köçəri həyat sürən tayfaların həm  İran dövlətinin 
təşəbbüsü, həm də ticarət  əkinçiliyinin, xüsusilə pambıqçılıq 
kimi sahələrin gəlir verməsi Azərbaycanda tayfa və ellər 
VI mühazirə 
 
 
200
içərisində oturaqlığa keçmək meylini gücləndirdi. Onların 
istehsal etdikləri yun, gön-dəri, bağırsaq və s. həm əyalətin da-
xilində ev sənayesində keçə, yəhər hazırlanmasında, xalça-
palaz toxunmasında, şəhərlərdə nəfis xalçalar, şal, gön-dəri və 
s. istehsalında işlənilir, həm də xammal şəklində Rusiyaya ixrac 
edilirdi.  
Azərbaycan yenə də İranın əsas taxıl bazalarından biri idi. 
XIX əsrin 90-cı illərindən başlayaraq Rusiya səna-yesinin ucuz 
xammala olan tələbatı taxıl, düyü ilə yanaşı, pambıq 
istehsalında da ciddi irəliləyiş yaratdı.  Əsasən Urmiyada 
istehsal olunan tütün Təbriz və digər  şəhərlərdə emal edilirdi. 
XIX  əsrin son rübündə  Cənubi Azərbaycanda öz varlığını 
davam etdirən əsas sənətkarlıq sahələrindən biri xalçaçılıq idi. 
Xalça-xalı istehsalı  sənayenin kapitalist münasibətləri inkişaf 
etmiş  ən başlıca sahəsi idi. Təbrizdə bir sıra kənd təsərrüfatı 
məhsullarının ilkin emalı üzrə xeyli müəssisə  fəaliyyət 
göstərirdi. Təbrizdə, Xalxalda və bəzi başqa şəhərlərdə istehsal 
edilən yun və ipək yaylıqlar, şal, yun, ipək, pambıq parçalar və 
digər toxuculuq məhsulları həm yerli əhalinin tələbatını ödəyir, 
həm də  İranın başqa  əyalətlərinə  və digər ölkələrə ixrac 
olunurdu. 
Sosial vəziyyət: aqrar münasibətlər. Vergi sistemi, 
kəsbkarlığın başlanması.  XIX  əsrin ortalarında Cənubi 
Azərbaycanda  əhalinin sosial tərkibində  nəzərə çarpacaq ciddi 
dəyişikliklər baş verməmişdi. Əyalət əhalisinin yenə də böyük 
əksəriyyətini kəndlilər təşkil edirdi. Şəhər  əhalisi sənətkar, 
tacir, sənətkar  şagirdi, ruhani təbəqəsindən və  şəhər 
yoxsullarından ibarət idi. 
Şəhərin imtiyazlı  təbəqələrini irsən müxtəlif vəzifə  və 
mənsəblərə malik olan əsilzadələr-əyan və əşrəflər təşkil edirdi. 
Bu qəbildən olan iri torpaq sahibləri iqtisadi cəhətdən də güclü 
idilər və  əsasən  şəhərlərdə yaşayırdılar. Kənd təsərrüfatının 
xarici ticarətlə  əlaqəsi ona gətirib çıxarmışdı ki, sələmçi və 


Cənubi Azərbaycan  
1828-1914-cü illərdə 
 
201
varlı  məmurlar öz kapitallarını  sənaye müəssisələrinin 
yaradılmasına deyil, torpaq almağa sərf edir, nəticədə isə iri və 
orta ticarət burjuaziyası ilə feodal torpaq sahibliyi arasında 
güclü  əlaqə yaranırdı. Torpaq üzərində mülkiyyət formaları, 
demək olar ki, elə XVII-XVIII əsrlərdəki kimi idi. XIX əsrin 
sonu-XX  əsrin  əvvəllərində Azərbaycanda iri torpaq sahibləri 
arasında yüzlərlə  və onlarla kəndi olan mülkədarlar var idi. 
Orta torpaq sahibləri  ən çoxu 20 kənddə sahib idilər. 
Qalanlarının 5-6, əksəriyyətinin isə 2-3 kəndi vardı.
 Göstərilən dövrdə  Cənubi Azərbaycanın iri torpaq 
sahibləri Tehran, Təbriz və digər  şəhərlərdə yaşamaqla 
kəndlərini yerlərdə olan nümayəndələri – mübaşir, kəndxuda, 
başqa məmurlarla idarə edirdilər . 
Əksərən torpaqsız olan və başqa istehsal vasitələrinə 
qismən malik kəndli  əkin üçün sahəni feodaldan paydarlıq 
icarəsi  əsasında icarəyə götürürdü. Kəndli çatışmayan digər 
istehsal vasitələrini (su, iş heyvanı, aləti, dənlik toxumu) 
feodaldan almalı olurdu. Bunları hansı tərəfin verməsindən asılı 
olaraq məhsul bölgüsü aparılırdı. Bundan əlavə, mülkədarlar 
kəndlinin malik olduğu bütün gəlir mənbələrindən müəyyən 
faiz alırdılar. Kəndli öz əməyindən başqa heç bir şeyə sahib 
olmadıqda isə, torpaq sahibi məhsulun 70-85%-ni götürürdü. 
Kəndli icarə haqqından başqa, mülkədara  əlavə ver-gilər 
verir, onun üçün ənənəvi feodal mükəlləfiyyətlərini də 
daşıyırdı. Məsələn, istifadə etdiyi ev üçün müəyyən məbləğ, 
təsərrüfatının müxtəlif sahələrindən məhsulla pay(toyuq, yu-
murta, yağ  və s.) vergisi verir, biyara işləyir və başqa mü-
kəlləfiyyətlər daşıyırdı. Bunlar torpaq rentasının bir hissəsini, 
bir çox hallarda isə kəndlinin zəruri əməyinin müəyyən qismini 
əhatə edirdi.Torpaq sahibləri «biyar» mükəlləfiyyəti  əsasında 
kəhrizlərin, mülkədar malikanələrinin təmirində, az hallarda 
tarla işlərində  kəndlinin havayı  əməyindən istifadə edir
«barkərdə»  əsasında isə biçilmiş taxılı, samanı, otu istədikləri 
VI mühazirə 
 
 
202
yerə daşıtdırır, həmin mükəlləfiyyətləri taxıl və ya pulla da 
əvəz edə bilirdilər. 
Kəndlilərin torpaq sahibləri tərəfindən istismarı onların 
kəndlərdəki nümayəndələri (mübaşir, kəndxuda, pakar və s.) 
tərəfindən çox ağır  şəkildə  həyata keçirilirdi. Cənubi 
Azərbaycanın elə yerləri var idi ki, orada feodal asılılığı 
təhkimçilik dərəcəsinə yaxınlaşırdı. Maku və Qaradağda iri 
torpaq sahibləri həbsxanaları, qoşun hissələri və cəza dəstələri 
vasitəsi ilə asılı  kəndlilər üzərində qeyri-iqtisadi məcburiyyət 
həyata keçirir, ən vəhşi cəza tədbirlərini (qulaq, əl kəsmək, 
çubuqla döymək və s.) tətbiq etməkdən və  hətta, kəndlini 
öldürməkdən belə çəkinmirdilər. 
XIX  əsrin son rübündə bir neçə  dəfə yeni əhali sayımı 
keçirməyə  təşəbbüs göstərilsə  və 1890-cı ildən kadastr tərtib 
olunsa da, dövlət  əhalidən vergiləri və digər maliyyə 
ödəmələrini yenə də köhnə qayda ilə-XIX əsrin 30-cu illərində 
tərtib edilmiş vergi siyahıları əsasında toplayırdı. 
İran məşrutə inqilabı (1905-1911-ci illər)  ərəfəsində 
Cənubi Azərbaycanda kəndlilərdən alınan vergilər 10 dəfədən 
çox artırılmışdı. Nəticədə  Cənubi Azərbaycandan Rusiyanın 
içərilərinə (Bakı, Tiflis, Petrovski və başqa şəhərlərə) iş dalınca 
- kəsbkarlığa gedənlərin sayı ildə 50 min nəfərdən 80 minə 
nəfərə çatmışdı. 1903-cü ilin məlumatına görə, Bakıda Cənubi 
Azərbaycandan gəlmiş  işçilərin sayı yerli işiçilərin 22 faizə 
qədərini təşkil edirdi. 
 
2.Şah üsuli-idarəsi və yerli feodalların  
Azərbaycanda zülm siyasəti. Babilər hərəkatı 
  
Xarici kapitalın ağalığı, sosial zülm, dövlət məmurlarının 
yerlərdəki özbaşınalığı, xalqın böyük narazılığına səbəb olurdu. 
Vəliəhdin iqamətgahının Cənubi Azərbaycanda yerləşməsi bir 
tərəfdən vilayətin ölkə miqyasında xüsusi mövqeyə malik 


Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə