Baki döVLƏt universiteti


XX əsrin əvvəllərində Şimali Azərbaycanın iqtisadi inkişafı



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə47/137
tarix01.07.2018
ölçüsü2,84 Mb.
#52543
növüMühazirə
1   ...   43   44   45   46   47   48   49   50   ...   137

XX əsrin əvvəllərində Şimali Azərbaycanın iqtisadi inkişafı 
(1900 – 1918-ci illər) 
 
184
Şərab istehsalı, milyon vedrə  1,35 1,19 2,0  2,07 1,83  
1,74 2,22 2,55 
Tütündən tənbəki istehsalı, min 
pud 
10,02 
10,1 9  7,7 9,2 9,5 10,6 10,7 15,8 
Biyan kökü emalı,milyon 
pud   
 
 
0,92 0,84 0,79 0,86 0,79 1,05 
 
 
Göstəricilər 
                                 İllər  
1909 1910 1911 1912 1913 1914 1915 1916 1917 
Mis filizi çıxarılması, milyon 
pud 
3,7 3,2 1,8 2,5 1,9 1,0 0,5 0,7 0,2 
Kükürd və mis kolçedanı  çıxa-
rılması, min pud 
210  277,3 293,2 326,5 303,5 252,1 474,2 924,3 213,6
Mis istehsalı, 
min 
pud 
89,3 95,4 96,2 89,0 78,9 55,9 64,7 109,5 118.7
Daş duz istehsalı, min pud 
367,9 386  545.5 610,8 391  456,2 201,1 368,4 344,9
Mahlıc istehsalı,milyon 
pud  1,3 1,7 2,1 2,7 1,8 1,84 1,1 1,1 0,6 
Xam ipək (barama) istehsalı, 
milyon manatlıq 
    14,2 
 27,3 
  
Balıq istehsalı, 
milyon 
pud     7,7 
12,8 
 6,6 
  
Kürü istehsalı, 
min 
pud 
21,9 14,2 24,3 24,6 24  21  22,2  
 
Şərab istehsalı, milyon vedrə  2,56 2,74 2,37 2,27 4,06 2,23  
 
 
Tütündən tənbəki istehsalı, min 
pud 
14  14,4 15  15,6 12,3 12,4  
 
 
Biyan kökü emalı,milyon 
pud  1,5  1,1  0,98 1,8  2,04 0,89 0,29 1,26  
 
Cədvəlin təhlili belə bir nəticəyə  gəlməyə  əsas verir ki
Azərbaycanın metallurgiya, yüngül və yeyinti sənaye sa-
hələrinin inkişaf sürəti sabit səciyyə daşımamış, qısa zaman 
intervalında (1900-1917) artım meyllərini vaxtaşırı azalma 
meylləri  əvəz etmişdi. Dağ-mədən sənayesində kükürd və mis 
kolçedanı  çıxarılması, daş-duz istehsalı, yüngül sənayedə 
mahlıc istehsalı nisbətən sabit inkişaf etmiş, xam ipək istehsalı 
1900-1915-ci illər arasında 13 dəfədən çox, 1900-1913-cü 
illərdə balıq istehsalı 10-12 dəfə,  şərab istehsalı isə 3 dəfədən 
çox artmışdı.  
1910-1914-cü illərdə Rusiyada xam ipəyə olan tələbatın 
artması ilə  əlaqədar Azərbaycanda yeni ipəksarıyan və 
ipəkəyirən müəssisələrin açılması  nəticəsində iri ipək emalı 
fabriklərinin sayı 137-ni keçmişdi. 1915-ci ildə istehsal edilmiş 
27,3 milyon manatlıq xam ipəyin 80%-ni ayrı-ayrı  şirkət və 
V mühazirə 
 
 
185
səhmdar cəmiyyətlərə 
məxsus müəssisələr verirdi. 
Azərbaycanın pambıqtəmizləmə  sənayesində onlarla şirkət və 
və  səhmdar cəmiyyətə  məxsus 100-dən çox zavod ildə orta 
hesabla 1,5 – 2 milyon (çox zaman hətta 2,7 milyon pud) 
mahlıc istehsal edirdi. Bu sənaye sahəsinə qoyulan kapitalın 
80%-i milli burjuaziyaya (H.Z.Tağıyev, Mahmudbəyov qar-
daşları və b.) məxsus idi.  
Müharibə ərəfəsində ölkəmizdəki 160-dan çox gön – dəri 
müəssisəsi ildə orta hesabla 100 min pudadək məhsul istehsal 
edirdi.  
1900-1914-cü illərdə Azərbaycanda 1200-dən çox şərab, 
spirt və araq istehsal edən zavod hər il bağlardan yığdığı 5 – 6 
milyon pud üzüm məhsulunun böyük hissəsini emal edirdi. 
Ümumiyyətlə, Cənubi Qafqazda istehsal olunan şərabın üçdə 
birini, konyakın 45%-ni, pivənin isə 62%-ni Şimali Azərbaycan 
verirdi.  
Müharibə  ərəfəsində, 1913-ildə Azərbaycanda tütün - 
tənbəki və papiros gilizi fabriki 40 min pud məhsul istehsal 
etmişdi.  
Balıqçılıq və balıq emalı sənayesinin 70%-i azərbaycanlı 
sahibkarların (H.Z.Tağıyev, M.Nağıyev, M.Muxtarov, 
T.Səfərəliyev və b.) əlində idi. Balıqçılıq sənayesinin yüksəliş 
keçirdiyi 1913-cü ildə 34 milyon manatlıq dəyərində 12,8 milyon 
puddan çox balıq məhsulu istehsal olunmuşdu. Azərbaycanın 
balıq və kürü məhsulları Rusiya ilə yanaşı, ABŞ, Almaniya, 
Fransa, Polşa və başqa ölkələrə ixrac edilirdi.  
XX  əsrin  əvvəllərində ölkəmizin balıqçılıq sənayesində 
30-dan çox şirkət və 7 səhmdar cəmiyyət fəaliyyət göstərirdi. 
Bütövlükdə balıqçılıq təsərrüfatı  və balıq sənayesinə 24,5 
milyon manat kapital qoyulmuşdu. Balıqçılıq da daxil olmaqla, 
Azərbaycanın yeyinti sənayesi kapital qoyuluşunun həcminə, 
məhsulun ümumi miqdarına və  fəhlələrin sayına görə (təkcə 
balıqçılıqda 40 min nəfərdən çox işçi var idi) neft sənayesindən 


XX əsrin əvvəllərində Şimali Azərbaycanın iqtisadi inkişafı 
(1900 – 1918-ci illər) 
 
186
sonra ikinci yeri tuturdu.  
Danışılan dövrdə Rusiyada biyankökü emal edən 7 za-
voddan 4-ü Azərbaycanda idi.  
Kapitalist sənaye sahələrinin sürətli inkişafı  şəhərlərin 
böyüməsinə  və  şəhər  əhalisinin xüsusi çəkisinin artmasına 
gətirib çıxartmışdı. 1913-cü ildə Azərbaycanda yaşayan 2,5 
milyon nəfərə yaxın əhalinin 580 mindən çoxu (24%-ə qədəri) 
şəhərlərdə yaşayırdı. 1904 – 1913-cü illərdə  Gəncə  şəhərində 
əhalinin sayı 36,8 min nəfərdən 57 min nəfərə, Nuxanın əhalisi 
29,7 mindən 42,6 minə,  Şuşanınkı isə 33,1 mindən 42,7 min 
nəfərə çatmışdı.  Şəhərətrafı  qəsəbələrlə birlikdə Bakıda 300 
min nəfərdən çox əhali yaşayırdı ki, bu da ölkənin bütün şəhər 
əhalisinin 52%-ə yaxını demək idi.  
Şəhər və qəzalarda maliyyə – kredit və bank fəaliyyətinin 
genişlənməsi nəticəsində bu tipli müəssisələrin sayı artırdı. 
Azərbaycanda olan 34 bank müəssisəsinin 20-si Bakıda 
yerləşirdi. Milli kapitalın nümayəndələri olan H.Z.Tağıyev, 
M.Nağıyev və b. təmsil olunduqları Bakı – ticarət – səhmdar 
bankının ilkin kapitalı 3 milyon manata bərabər idi. 
Şimali Azərbaycanın daxili və xarici ticarətində Bakı 
limanı böyük rol oynayırdı. 1912-ci ildə bu limanın ümumi mal 
dövriyyəsi 350 milyon puda çatmışdı. Dəniz yolu ilə Rusiyaya 
300 milyon puddan çox neft məhsulları göndərilirdi. 
Azərbaycandan Rusiyaya pambıq, xam ipək, mis, şərab, balıq 
məhsulları aparılır, oradan isə neft sənayesi üçün avadanlıqlar, 
taxıl, qənd, meşə materialları  və s. gətirilirdi. Cənubi 
Azərbaycanın daxil olduğu İranla aparılan ticarət dövriyyəsinin 
illik dəyəri 20 – 25 milyon manata çatırdı  və ixrac idxalı 
üstələyirdi. 1910 – 1915-ci illərdə Xəzər ticarət donanmasında 
831 gəmi var idi ki, bunun da 261-i buxarla işləyirdi.  
 
3. Kənd təsərrüfatının vəziyyəti 
 
V mühazirə 
 
 
187
XX  əsrin  əvvəllərində aqrar sahədə  də bir çox irəlilə-
yişlər baş vermişdi. Müharibə ərəfəsində 1,3 milyon desyatinə 
çatan  əkinə yararlı torpaq sahələrinin yarıdan çoxunda buğda, 
arpa və düyü, 12%-ində isə pambıq  əkilirdi. 1903-cü ildə 60 
milyon puda yaxın taxıl məhsulları  yığılmışdı. Bütün 
təsərrüfatların 10%-ni təşkil edən qolçomaq (kənd burjuaziyası) 
təsərrüfatlarında 1913-cü ildə 20 milyon pud (ölkə üzrə bütün 
taxılın 1/3-i) taxıl  əldə edilmiş  və bunun 15 milyon pudu 
bazarlara satışa çıxarılmışdı. Ümumiyyətlə, Azərbaycanda hər 
desyatin torpaq sahəsindən orta hesabla 42 pud taxıl 
götürülürdü.  
Bütün Cənubi Qafqazda istehsal edilən çəltik məhsulu-
nun 85%-dən çoxu Şimali Azərbaycanda becərilirdi.  
Kənd təsərrüfatı istehsalının texniki təchizatının zəif ol-
ması, k/t maşınlarının kənardan gətirilməsi, ixtisaslı mütə-
xəssislərin azlığı bu sahənin sürətli inkişafını ləngidən amillərin 
sırasına daxildir.  
XX  əsrin  əvvəllərində aqrar inkişafın  əsas xüsusiyyət-
lərindən biri istehsalın ixtisaslaşmasının daha da dərinləşməsi 
və müəyyən sahədaxili sturuktur dəyişikliyinin baş verməsi 
hesab oluna bilər. Belə ki, sənaye pambıqçılığının inkişafı 1900 
– 1913-cü illərdə pambıq əkini sahələrinin 5,5 dəfə artaraq 19 
min desyatindən 105 min desyatinə çatmasına gətirib 
çıxartmışdı. Pambıqçılqda maşın və traktorlardan istifadə edilir 
və cərgəli əkin üsulu tətbiq olunurdu. Dənli və xüsusilə texniki 
bitkilər  əkinlərinin genişlənməsi yeni suvarma şəbəkələrinin 
yaradılmasını  tələb edirdi. Bu dövrdə Kür və Araz çayları 
üzərində 150-dək suvuran qurğu qurulmuş, Muğan və Mil 
düzündə 500 kilometr uzunluğunda suvarma arxı  və kanalı 
çəkilmişdi. Rusiya sənayesinin mahlıca artan tələbatını  nəzərə 
alan hökumət orqanları pambıqçılıq təsərrüfatının 
genişləndirilməsində maraqlı idi. 1904-cü ildə Qafqaz 
pambıqçılarının birinci qurultayının Ağdaşda keçirilməsi bunu 


Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə