Baki döVLƏt universiteti



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə45/137
tarix01.07.2018
ölçüsü2,84 Mb.
#52543
növüMühazirə
1   ...   41   42   43   44   45   46   47   48   ...   137

IV mühazirə 
 
 
176
cəmi 6 nəfər). Bakıda eser partiyasının yaranması 1905-ci ildə 
baş verdi. Bakı eserləri qeyri-azərbaycanlılar idi – V.Rizel, 
A.İvanov, M.Prokofyev, S.Rayeski. Bakı eserlərinin sosial 
bazasını  fəhlələr, Xəzər donanmasının matrosları, tələbə 
gənclər təşkil edirdi. 
Eserlərin proqramı çox hallarda sosial-demokratlarınkı ilə 
oxşar olsa da, onların fərqləri də mövcud idi. Eserlər sosial-
demokratların xırda burjuaziya hesab etdiyi kəndlilərin 
maraqlarını müdafiə edirdilər. Onlar torpaqları  kəndli 
icmalarının istifadəsinə verməyi, yəni «sosiallaşdırmağı» tələb 
edirdilər. Eserlər proletariatı yox, kəndliləri inqilabın hə-
rəkətverici qüvvəsi hesab edirdilər. Çarizmlə mübarizədə 
terrordan istifadəni qəbul edirdilər. Bakı eser təşkilatı da terror 
aktları həyata keçirən döyüş drujinasına malik idi. Eserlər belə 
hesab edirdilər ki, milli məsələni konstitusiya vasitəsilə  və 
federasiya daxilində birləşmiş milli dövlətlər yaratmaqla həll 
etmək mümkündür. Bakı eserləri özlərinin «Kavkazskoe slovo» 
(Qafqaz sözü) qəzetini buraxırdılar. Eser təşkilatının  Şuşada, 
Gəncədə  və Zaqatalada filialları mövcud idi. Azərbaycanda 
milli eser təşkilatları olan «İttifaq» və  «Əş-Şəms» (Günəş) də 
yaradılmışdı. «İttifaq»ın üzvləri R.Şərifzadə, M.Cuvarlinski, 
R.Məlikov idi. İttifaqçılar Bakı eserlərinin fikirlərini qəbul edir, 
məqsəd və maraqlarını ümumxalq məqsəd və maraqları elan 
edir və sosialist şüarlarından istifadə edirdilər. 
Azərbaycanın siyasi həyatında liberal təmayüllü partiyalar 
da mühüm rola malik idi. Onların arasında  ən  əhəmiyyətlisi 
konstitusiyalı-demokratlar –kadetlər partiyası idi. Kadetlərin 
Bakı bölməsi 1905-ci ilin dekabrında meydana çıxmışdı. Lakin 
son formalaşması 1906-cı ilin yanvarına təsadüf edir. Kadetlər 
belə hesab edirdilər ki, Rusiya konstitusiyalı  və parlamentli 
monarxiya olmalıdr. Kadetlər üçün ideal dövlət quruluşu 
nümunəsi demokratiya və parlamentarizmin monarxiya üsul –
idarəsi ilə uyğunlaşdığı İngiltərə idi. Bakı kadetlərinin bürosuna 
Şimali Azərbaycan  
1905-1914-cü illərdə 
 
 
177
S.A.Vonsoviç, B.L.Baykov, M.F.Podşibyakin, K.S.Xatisov, 
Ə.M.Topçubaşov, Kaplan, M.Q.Əlibəyov, 
İs.Hacinski, 
S.Taqionosov, knyaz Dadiani, İ.Səfərəliyev,  Şifrin və b. daxil 
idi. Sosial tərkibinə görə kadet partiyasını burjuaziya və liberal 
çoxmillətli ziyalıların nümayəndələri təşkil edirdi. Bakı 
kadetləri arasında milli quruluş məsələsində fikir birliyi yox idi. 
Müsəlman konstitusiyalı partiyası özünün Ə.M.Topçubaşov 
tərəfindən  şərh edilən proqramında yerli muxtariyyət 
verilməsini və qanunvericilik hakimiyyətində  iştirak hüququ 
verən nümayəndəli iclasların olmasını  tələb edirdi. Bu isə 
Rusiyanın federativ əsaslarla yenidən qurulmasının  əsası idi. 
Ə.M.Topçubaşov Qafqazda qanunvericilik funksiyalarına malik 
Seymin yaradılmasının tərəfdarı kimi çıxış edirdi. 
Azərbaycanda digər partiyalar da mövcud idi: sağlar, 
oktyabrçılar, ticarət-sənaye ittifaqı, Bakıda «Yakor» (lövbər) 
təşkilatı tərəfindən təmsil olunan qaragüruhçu təşkilatlar və s. 
Siyasi partiyaların fəaliyyətini ümumiləşdirərək, belə bir 
nəticəyə  gəlmək mümkündür ki, monarxiyalı çar rejiminin 
mövcudluğuna baxmayaraq, XX əsrin birinci onilliyinin 
əvvəlində Azərbaycanda ictimai-siyasi həyatın 
demokratikləşdirilməsi prosesi başlanmışdı. Partiyaların 
yaranması son nəticədə cəmiyyətin əsrlərdən bəri mövcud olan 
dayaqlarını dəyişmiş oldu. 
 
Ədəbiyyat 
1.
 
Mir Mövsün Nəvvab. 1905-1906-cı illərdə erməni-müsəlman 
davası, Bakı, 1993 
2.
 
Rəsulzadə M.Ə. Seçilmiş əsərləri, I c., Bakı, 1997, II c., 2001 
3.
 
Багирова  И.  Политические  партии  и  организации  Азербай-
джана в начале ХХ века. Баку, 1997 
4.
 
Сеидзаде  Д.Б.  Азербайджанские  депутаты  в  Государствен-
ной Думе России. Баку, 1991 
5.
 
Шавров Н.Н. Новая угроза русскому делу в Закавказье: пред-
стоящая  распродажа  Мугани  инородцам  Баку, 1990 (С.-


IV mühazirə 
 
 
178
П.1911), с.60. 
6.
 
Журнал «Наблюдатель», 1905, № 7, с.55-56 
7.
 
Отчет сенатора Кузьминского. СПб., 1907, с.78. 
8.
 
Русский  Азербайджан, 1905-1920. Журнал  «Хазар», 1990, 
№1, с.100-101 
9.
 
Məmmədov X. Azərbaycan milli hərəkatı (1875-1918-ci illər), 
Bakı, 1996, s.84 
10.
 
Rus Azərbaycanı. 1905-1920. «Xəzər» jurnalı, 1990, № 1, s.101. 
11.
 
«Kaspi» qəz., 1906-cı il , 3 yanvar, 12 sentyabr  
12.
 
Eldar  Əzizov. «Difai»: XX əsrin  əvvəllərində erməni-azərbay-
canlı münaqişəsinin ilkin tarixi şərtləri və səbəbləri. Bakı, 2009. 
 


XX əsrin əvvəllərində Şimali Azərbaycanın iqtisadi inkişafı 
(1900 – 1918-ci illər) 
 
178
Dos. M.Q.Abdullayev 
 
V. XX ƏSRİN ƏVVƏLLƏRİNDƏ  
ŞİMALİ AZƏRBAYCANIN İQTİSADİ İNKİŞAFI 
(1900 – 1918-ci illər) 
  
1.
 
Neft sənayesində təmərküzləşmənin güclənməsi 
2.
 
 Sənayenin digər sahələri  
3.
 
Kənd təsərrüfatının vəziyyəti  
4.
 
Birinci Dünya müharibəsi dövründə ölkənin iqtisadi 
vəziyyəti 
 
1. Neft sənayesində təmərküzləşmənin güclənməsi 
 
XX  əsr  Şimali Azərbaycan iqtisadiyyatı üçün çox uğur-
suz başladı. Rusiya sənayesinin inhisarçı kapitalizm 
mərhələsiyə daxil olması 1900 – 1903-cü illər dünya iqtisadi 
böhranının başlanması ilə eyni vaxta düşmüşdü. Böhran Ru-
siyanın müstəmləkəsi olan Şimali Azərbaycanın iqtisadiyyatına 
mənfi təsir göstərmişdi. Neft sənayesinin bütün sahələrində 
iqtisadi böhranın əlamətləri özünü göstərirdi. 1901-ci ildə neft 
hasilatı 671,2 milyon pud olmuşdusa, 1903-cü ildə bu rəqəm 
596,6 milyon puda düşərək 11%-ə yaxın azalmış, qazma işləri 
83 min sajendən 49 min sajenə enmiş, işləyən quyuların 45,5%-
i dayanmışdı. Neft hasilatı  və emalı ilə  məşğul olan 170 
şirkətdən 1903-cü ildə 153-ü fəaliyyət göstərirdi. Bakıda neft 
emal edən 78 zavoddan 1901-ci ildə 76-sı  işləyirdisə, artıq 
1903-cü ildə çoxu öz işini dayandırmışdı. Böhran təkcə neft 
ixracıına öz təsirini göstərməmişdi. Bakıdan neft ixracı 1900-cü 
ildə 88 milyon puda çatmışdı.  İri neft şirkətləri neft ixracını 
inhisara almaq uğrunda kəskin rəqabət aparırdılar. Hətta böhran 
illərində  də iri neft şirkətləri neft satışından böyük gəlir 
götürürdülər. 1902-1904-cü illərdə “Nobel qardaşları”  şirkəti 
V mühazirə 
 
 
179
9,3 milyon manat, “Bakı Neft Cəmiyyəti” 1,5 milyon manatdan 
çox, Rus “Neft” birliyi isə 1 milyon manata yaxın xalis gəıir 
əldə etmişdi.  
İqtisadi böhran nəticəsində  xırda və orta müəssisələrin 
iflasa uğraması neft sənayesində istehsalın təmərküzləşməsi 
prosesini gücləndirmişdi. Bakı üzrə neft şirkətlərinin 3,6%-ni 
təşkil edən 6 nəhəng şirkət (Nobel qardaşları birliyi, Mantaşov, 
Rotşild, Bakı neft cəmiyyəti, Xəzər - Qara dəniz birliyi, Rus 
neft istehsalı  və maye yanacaq cəmiyyəti) Bakıda çıxarılan 
bütün neftin 50%-ni verirdi. Adı  çəkilən ilk üç şirkət 1901-ci 
ildə Bakıda istehsal olunan neftin 25%-ni və ixrac edilən ağ 
neftin 40%-ni, Rusiyaya ixrac olunan neft məhsulların isə 70%-
ni öz əlində cəmləşdirmişdi.  
Neft emalı  sənayesində  də  təmərküzləşmə prosesi ge-
dirdi. 1900-cü ildə 6 iri emal zavodu ağ neftin 44%-ni, təkcə 
“Nobel qardaşları”  şirkətinə  məxsus zavodlar isə 22%-dən 
çoxunu istehsal edirdi. 1904-cü ildə 7 nəhəng zavod bütün ağ 
neftin 50,5%-ni verirdi.  
XX  əsrin  əvvəllərində neft sənayesinə xarici kapitalın 
axını güclənmişdi.1902-ci ildə Bakının neft sənayesində 39,4 
milyon manat kapitalı olan 11 ingilis müəssisəsi fəaliyyət gös-
tərirdi. 1904-cü ildə  İngiltərə  ağ neftə olan tələbatının 47,1%-
ni, Fransa isə 71,1%-ni Bakının hesabına ödəyirdi. Ancaq 
ABŞ-ın iri “Standart oyl” neft şirkəti ilə Bakı  sənayeçilərinin 
1904-cü ildə neft ixracı üzrə bağladıqları müqavilədən sonra 
dünya bazarlarında Bakı  ağ neftinin xüsusi çəkisi getdikcə 
azalırdı.  
XX  əsrin  əvvəllərində Rusiya bank kapitalı Bakı neft 
sənayesinə nüfuz etməyə başlamışdı.Birinci dünya müharibəsi 
ərəfəsində Rusiya – Asiya bankı idarə heyətinin sədri Putilov 
“Lianozov və  K
0
” neft şirkətinin direktoru və “Nobel 
qardaşları”şirkətinin idarə heyətinin üzvü idi. Nobel, Mantaşov, 
Lianozov və başqaları Rusiya bankları  və xarici banklarla sıx 


Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə