Baki döVLƏt universiteti



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə41/137
tarix01.07.2018
ölçüsü2,84 Mb.
#52543
növüMühazirə
1   ...   37   38   39   40   41   42   43   44   ...   137

IV mühazirə 
 
 
160
qiymətlərin artması və torpaqların «təmin olunmuş kəndlilərin» 
əlində  cəmlənməsi ilə  nəticələnən, «az torpaqlı  və torpaqsız 
kəndliləri kənarda qoyan» kəndli torpaq bankı  və köçürmələr 
vasitəsilə həll etməsi ilə razılaşmadığını bildirdi. 
Aqrar məsələnin müzakirəsi zamanı  əməkçi müsəlman 
fraksiyası adından Z.Zeynalov çıxış etdi. Qeyd etdi ki, Bakı 
quberniyasının kəndliləri heç bir qiymətə torpaq sahələrini 
almaq iqtidarında deyillər. Kəndlilərə torpağı bağışlamaq 
lazımdır. O, xüsusi mülkiyyət  əleyhinə  çıxırdı  və torpaq üçün 
girov verilməsini pisləyirdi. Aqrar məsələnin müzakirələri 
nəticəsiz başa çatdı.  
F.Xoyski 173 deputatla birlikdə 1907-ci il mayın 18-də 
dini inanclar və milli mənsubiyyətlə bağlı  məhdudiyyətlərin 
ləğvi ilə  əlaqədar  əsas müddəaların layihəsi ilə Dumaya mü-
raciət etdi. Ümumi qanunlarda vətəndaşların – bütün Rusiya 
vətəndaşlarına sərbəst yaşayış yeri, köçmək, peşə yönümü 
seçmək hüququnun verilməsi və s. məsələsi qaldırılmışdı. 
Dumanın sədri layihə haqqında deputatlara məlumat verdi, 
müzakirəyə qoyacağına söz verdi və bu məsələ qapandı.  
Yerli məhkəmələr haqqında məruzə X.Xasməmmədov və 
F.Xoyskinin narazılığına səbəb oldu. Belə ki, məruzədə 
göstərimişdi ki, islahat ancaq o quberniyalarda həyata keçirilə 
bilərdi ki, burada zemstvo islahatı aparılmışdır, yəni Rusiyanın 
mərkəzi quberniyaları nəzərdə tutulurdu. 
Hökumət Dumadan inqilabi terrorun pislənməsini tələb 
etdi, lakin deputatların əksəriyyəti bundan imtina etdi. Bundan 
savayı, mayın 17-də Duma polisin hərəkətlərinə qarşı  çıxdı, 
bunun ardınca terrorçu aksiyalar yenidən başladı. Mətbuat 
Dumaya qarşı  çıxaraq, onu «üsyan yayan» adlandırdı. Bu 
şəraitdə hökumət Dumanın buraxılmasını elan etmək qərarına 
gəldi və deputatların bir qismini çar ailəsinə qarşı sui-qəsddə 
günahlandırdı. 
II Nikolay 1907-ci il iyunun 3-də Dumanın buraxılmasını 
Şimali Azərbaycan  
1905-1914-cü illərdə 
 
 
161
elan edərək, 1907-ci il noyabrın 1-də III Dumanın çağırılması 
müddətini təyin etdi. Həmçinin seçki haqqında qanuna 
dəyişikliklər haqqında elan verdi. 
 3 iyun 1907-ci il Manifesti 1915-ci ilin avqustuna qədər 
mövcud olmuş «üç iyun sisteminin» yaradılması üçün əsas 
rolunu oynadı. 
«Əvvəlcə sakitlik, sonra islahatlar» - 1905-1907-ci illər 
inqilabından sonrakı P.A.Stolıpin siyasətinin əsas xəttini təşkil 
edirdi. Eserlərin təşkil etdiyi sui-qəsddən (12 avqust 1906-cı il) 
möcüzə  nəticəsində xilas olduqdan sonra o, hərbi-səhra 
məhkəmələri təsis etdi. Bu məhkəmələr 8 ay ərzində 100-ə 
yaxın ölüm hökmü çıxardılar – bu Rusiyada bu vaxta qədər 
görünməmiş bir rəqəm idi. Həmçinin 260-a yaxın gündəlik 
qəzet bağlandı. 
II Dövlət Duması 103 gün ömür sürdü. Qarşısına qoyduğu 
heç bir məsələni həll etmədi. Yeni seçki qanununa müvafiq 
olaraq deputatların sayı 524-dən 442-yə endirildi. (1.11.1907-
9.06.1912). 
III Dumanın  əsas vəzifələri ölkənin hərbi qüdrətinin 
artırılması və qanun-qaydanın bərpası idi. 
Bəzi şəhərlər, o cümlədən Bakı şəhəri Dumaya seçki nü-
mayəndəliyindən məhrum edildi. Qafqaz 28 əvəzinə 10 deputat 
göndərə bilərdi. Bakı, İrəvan və Yelizavetpol quberniyalarından 
X.Xasməmmədov nümayəndə seçildi. 
III Dövlət Dumasında müsəlman fraksiyası 8 nəfərdən 
ibarət idi. Fraksiyaya X.Xasməmmədov rəhbərlik edirdi. 
Fraksiyanın  əsas məqsədi zemstvo (yerli idarəçilik) 
müəssisələrinin təsis edilməsi, ibtidai təhsilin ana dilində 
aparılması kimi islahatlara və s. nail olmaq idi. 
X.Xasməmmədovun çıxışını  təhlil etdikdən sonra göstər-
mək olar ki, o aşağıdakı  məsələlərə toxunurdu: siyasi azadlıq 
verilməsi, köçkünlük məsələsinin həlli, ana dilində  təlim və 
məhkəmə icraatı, zemstvonun (yerli idarəçilik) tətbiqi. 


IV mühazirə 
 
 
162
1911-ci ildə X.Xasməmmədov hərbi mükəlləfiyyət barədə 
məsələ qaldırdı. Müsəlman fraksiyası  hərbi mükəlləfiyyətin 
müsəlmanlara da şamil edilməsi və  əsgəri borcun yerinə 
yetirilməməsi əvəzində ödənilən xüsusi pul vergisinin əleyhinə 
çıxış etdi. 
 «İrşad» qəzeti yazırdı: III Duma xalqa heç nə vermədi və 
verməyəcək. O yalnız bürokratiyanın  əlində örtük rolunu 
oynayırdı.  Əvvəlki Dumalarda fikir mövcud idi. Düzdür, bu 
fikir xüsusi qüvvəyə malik deyildi, amma var idi. 
 X.Xasməmmədovun çıxışlarının içərisində  ən mühümü 
Qafqaz məsələsi üzrə etdiyi məruzə idi. «Biz belə hesab edirik 
ki, hakimiyyət millətlər arasında heç bir fərq qoymamalıdır, 
bütün millətlər eyni hüquqlardan istifadə etməli və eyni 
məsuliyyəti daşımalıdırlar. Zaqafqaziyanın bütün əhalisi xris-
tianlara və qeyri-xristianlara bölünür. Müsəlmanlara inam 
yoxdur, onlar üçün bir sıra məhdudiyyətlər mövcuddur. 
Məktəblər əhalini təmin etmir, çünki onlarda təlim ana dilində 
aparılmır və məktəblərin sayı azdır». 
Kadet partiyası III Dumada hökumətin daxili siyasi kur-
sunun ünvanına kəskin tənqidlə çıxış etməkdə davam edirdi. 
III Duma milli məsələni də müzakirə edirdi. Hökumət 
Finlandiya haqqında bir neçə qanun layihəsi təqdim etdi. 
Finlandiyada rus və fin vətəndaşların hüquqları 
bərabərləşdirildi və  hərbi mükəlləfiyyət  əvəzinə ödənən pulun 
dəyəri 20 milyon fin markası miqdarında müəyyənləşdirildi. 
Polşa məsələsi kəskin  şəkildə dururdu. Əvvəlki iki 
Dumadan Polşa üçün tam muxtariyyət tələb edən Polşa solosu 
III Dumada digər təkliflər - andlılar məhkəməsinin tətbiqi, 
quberniyalarda özünüidarənin qüvvətləndirilməsi kimi 
məsələlərlə çıxış edirdi. 
1912-ci il iyunun 9-da çarın fərmanına  əsasən III 
Dumanın iclasları dayandırıldı. 
IV Dövlət Duması 1912-ci il noyabrın 15-də M.B.Rod-
Şimali Azərbaycan  
1905-1914-cü illərdə 
 
 
163
zyankonun sədrliyi ilə açıldı. Azərbaycan əhalisindən Məmməd 
Yusif Cəfərov nümayəndə seçilmişdi. Yenidən 7 nəfərdən 
ibarət müsəlman fraksiyası yaradıldı. Fraksiya həm maddi, həm 
də mənəvi baxımdan ağır vəziyyətdə idi. Bu haqda M.Y.Cəfərov 
danışırdı. 
 Əksəriyyət deputatların, xüsusilə sağların fraksiyaya 
münasibəti olduqca təkəbbürlü idi, onları heç kəs dinləmirdi, 
müsəlmanlara hüquqların verilməsi ilə bağlı  məsələ 
qaldırılanda çıxış edənə maneçilik törədilirdi. Bu cür 
münasibətlə demək olar ki, bütün müsəlman deputatları 
rastlaşırdı. 
Fraksiyanın IV Dövlət Dumasında fəaliyyəti qəzet 
səhifələrində işıqlandırılırdı. Bu vaxt Peterburqda olan C.Hacı-
bəyov yazırdı ki, müsəlman fraksiyası  cəmiyyət tərəfindən 
diqqətsiz və müdafiəsiz buraxılıb. 
M.Y.Cəfərov Peterburqda oxuyan azərbaycanlı tələbələrlə 
görüşür, həmçinin Azərbaycanı  gəzir,  əhalinin sosial 
problemləri ilə daha yaxından tanış olurdu. 
M.Y.Cəfərov öz çıxışlarında çarizmin əyalətlərdə yerli 
əhalini sıxışdırmaqla rus elementini gücləndirmək məqsədilə 
köçürmə siyasətinə  mənfi münasibət bildirirdi. Müsəlmanlara 
aid mövcud hüquqi məhdudiyyətlərin ləğvi uğrunda çalışır, 3 
iyun seçki aktının dəyişdirilməsini tələb edir, müsəlmanların 
Dumada məhdud  şəkildə  təmsil olunmasının  əleyhinə olan 
çıxışlar edirdi. 
IV Dövlət Dumasında dövlətə müxalifət qüvvətləndi. 
1915-ci ilin avqustunda «Mütərəqqi blok» yaradıldı (bloka 422 
deputatdan 236-sı daxil oldu). Sədr M.B.Rodzyanko seçildi. 
M.Y.Cəfərovun bloka daxil olmaq haqqında bəyanatı 
qəbul edilmədi. Onlar bunu sədrlik edən K.Tevkelevin 
sessiyanın açılışına gəlməməsi, müsəlman fraksiyasının 
proqramının olmaması ilə izah edirdilər.  
Hətta M.Y.Cəfərov fraksiyanın müsəlmanlara aid hüquqi, 


Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə