Baki döVLƏt universiteti



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə39/137
tarix01.07.2018
ölçüsü2,84 Mb.
#52543
növüMühazirə
1   ...   35   36   37   38   39   40   41   42   ...   137

IV mühazirə 
 
 
152
b/m. L.A.Əliyeva  
dos. C.Y.Rüstəmova 
 
IV. ŞİMALİ AZƏRBAYCAN  
1905-1914-cü İLLƏRDƏ 
 
1.
 
XX əsrin əvvəllərində Azərbaycanda ictimai-siyasi vəziyyət 
2.
 
Azərbaycan deputatları Rusiya Dövlət Dumasında 
3.Azərbaycan xalqının milli hərəkatının ikinci mərhələsinin 
başlanması. 1905-1906-cı illərdə erməni-Azərbaycan 
münaqişəsi 
4.
 
Azərbaycanda siyasi partiyaların və ictimai hərəkatların 
yaranması 
 
 
1. XX əsrin əvvəllərində  
Azərbaycanda ictimai-siyasi vəziyyət 
 
XIX  əsrin sonu – XX əsrin  əvvəli dünya tarixində  dərin 
dəyişikliklər dövrüdür. Sosial-iqtisadi həyatdakı  dəyişikliklər, 
sənaye çevrilişinin başa çatması  və dünya iqtisadiyyatının 
inkişafında sənaye mərhələsinə keçid burjuaziya cəmiyyətinin 
formalaşması, siyasi partiyaların yaranması, proletariatın – 
fəhlələrin adından çıxış edən ictimai qüvvə  və qruplar 
tərəfindən siyasi partiya təşkilatların yaranması – bu dövrün 
başlıca xüsusiyyətlərini təşkil edir. 
XX  əsrin ilk illəri Rusiya tarixində xüsusi yer tutur. 
İslahatla bağlı inkişafın yaratdığı bütün ziddiyyətlər (siyasi, so-
sial, iqtisadi) ən yüksək səviyyəyə çatdı. 1900-1903-cü illər 
böhranı Rusiya iqtisadiyyatının dünya kapitalist təsərrüfatı ilə 
qırılmaz  əlaqələrinin mövcudluğunu göstərdi. Böhran mü-
vəqqəti olaraq Rusiya sənayesinə xarici kapital axınını 
dayandırdı. 
Şimali Azərbaycan  
1905-1914-cü illərdə 
 
 
153
XIX  əsrin sonları – XX əsrin  əvvəllərində  həm 
Azərbaycanda, həm də bütün ölkədə neftlə bağlı süni 
canlanmadan sonra iqtisadi böhran başladı. Onun nəticəsi kimi 
kütləvi işsizlik baş verdi və fəhlələrin həyat tərzi pisləşdi. Bu da 
ölkəni fəhlə  hərəkatının mərkəzlərindən birinə çevirdi. Tətil 
mübarizəsi elə ölçülər aldı ki, 1902-ci ilin yanvarında hökumət 
Bakı  şəhərində gücləndirilmiş  nəzarət sistemi tətbiq etdi, yəni 
əslində hərbi vəziyyət elan etdi. 
1900-cü ildən 1903-cü ilə  qədər 112 min fəhlənin 
çalışdığı 3 mindən çox müəssisə bağlandı. Bu şəraitdə 
fəhlələrin siyasi fəallığı yüksəldi. Məhz bu dövrdə  fəhlə 
hərəkatının iqtisadi tətillərdən siyasi tətillərə çevrilməsi baş 
verdi. 
1904-cü ildə Yaponiya Rusiyaya müharibə elan etdi. Çar 
hökuməti müharibənin siyasi mövqeyini möhkəmləndirməkdə 
və inqilabın qarşısını almaqda ona kömək edəcəyini düşünürdü. 
Lakin bu ümidlər doğrulmadı, müharibə çarizmin da-
yaqlarını daha da laxlatdı. Yaponlar Artur limanını mühasirəyə 
aldılar, sonra Mukden ətrafında rus ordusunu darmadağın 
etdilər. 300 minlik ordu bu döyüşdə ölü, yaralı  və  əsir olaraq 
120 min nəfər  əsgər itirdi. Sonra 1905-ci ildə Rus 
donanmasının Susima boğazında məhvi – 20 hərbi gəmidən 13-
nün batırılması, 4-nün əsir alınması daha bir zərbə oldu. Rusiya 
müharibəni uduzdu. 
Müharibədəki məğlubiyyətdən sonra cəmiyyətdəki böhran 
daha da dərinləşdi.  
Yenicə başlanan 1905-ci il inqilabı  tətil hərəkatının 
genişlənməsi dövründə Rusiya müsəlmanlarının siyasi təşkilatı 
– «İttifaqi-müslimum» adlandırılan Ümumrusiya Müsəlman 
İttifaqı yarandı. Azərbaycan burjuaziyası Rusiyanın müsəlman 
burjuaziyası ilə birləşməyə can atırdı. Bu birləşmənin 
təşəbbüskarları Krım və Kazan tatarlarının burjua ziyalılarının 
nümayəndələri R.İbrahimov, Y.Akçurin, İ.Qasprinski idi. 


IV mühazirə 
 
 
154
Hazırlıq işlərində A.M.Topçubaşov fəal iştirak edirdi. İttifaqın 
yaradılması haqqında məsələ  hələ 1905-ci ilin əvvəllərində 
meydana gəlmişdi. Onun ilk qurultayı 15 avqust 1905-ci ildə 
Nijni-Novqorodda, yarmarka vaxtı keçirildi. Qurultayda 
Rusiyanın müsəlman  əhalisinin müxtəlif zümrələri (əsasən 
burjuaziya və ziyalılar) təmsil olunmuşdu. Çıxışlarda,  əsasən, 
«Rusiyanın bütün müsəlmanlarını birləşməyə», müsəlman 
burjuaziyasının hüquqlarının rus burjuaziyasının hüququları ilə 
eyniləşdirilməyə, müsəlmanlara münasibətdə  sıxışdırmaları  və 
hüquq bərabərsizliyini aradan qaldırmağa səsləyən, 
«müsəlmanların doğma dillərində məktəblərin açılmasını, kitab 
və qəzetlərin buraxılmasını tələb edən» çağırışlar səslənirdi. 
II qurultay 1906-cı il yanvar ayının 13-23-də Peterburqda 
qeyri-leqal  şəraitdə keçirildi. Bu qurultayda din xadimləri
burjuaziya və ziyalıların nümayəndələri iştirak edirdi. Bu 
qurultaya qədər ittifaqın üzvləri kadetlərin qurultayında iştirak 
edərək, onların proqramını  qəbul etməyə hazır olduqlarını 
bildirmişdilər. 
II qurultay Dövlət Dumasına seçkilərin taktikasını 
müzakirə etdi. Bu qurultayda, həmçinin ittifaqın vahid siyasi 
partiyanın yaranmasını  təklif edən Nizamnaməsi də  qəbul 
olundu. Qurultay, demək olar ki, tamamilə kadetlərin proq-
ramına uyğun gələn müvəqqəti proqram da qəbul etdi. Onun 
işində Azərbaycandan A.M.Topçubaşov, Q.Qarabəyov, 
A.X.Axudov fəal iştirak edirdilər. 
III qurultay 1906-cı ilin 16-21 avqustunda keçirildi. Bu 
qurultaya A.M.Topçubaşov sədr seçildi. Qurultayda İttifaqın 
proqramı  qəbul edildi: Rusiyanın bütün müsəlmanlarının 
birləşməsi, konstitusiyalı monarxiya ideyası, şəxsi mülkiyyətin 
müqəddəs olması, kəndlilərə torpaq verilməsi, mülkədarlara isə 
bunun  əvəzinin ödənilməsi, milli-mədəni muxtariyyət ideyası, 
dini təsisatların genişləndirilərək, hüquqlarının pravoslav 
ruhanilərlə  bərabərləşdirilməsi (müsəlman ruhanilərini öz 
Şimali Azərbaycan  
1905-1914-cü illərdə 
 
 
155
tərəflərinə  çəkmək cəhdləri). III qurultayda millətlərarası 
toqquşmalarla bağlı qətnamə qəbul edildi. Bu qətnamədə hər iki 
xalqın dini və dünyəvi rəhbərlərinə müraciət edilir və 
«Zaqafqaziya müsəlmanları 
və ermənilərin qarşılıqlı 
barışdırılması işini öz əllərinə almaq» təklif olunurdu. 
Lakin bu ittifaqın Bakı bölməsi yaradılmadı. Qeyd etmək 
lazımdır ki, Bakı  cəmiyyətinin yuxarı  təbəqəsi ümumrusiya 
müsəlman birliyinə onun bütün mövcudluğu dövründə laqeyd 
münasibət göstərirdi. Qurultayda yeni tipli məktəblərin 
yaradılması, məcburi ibtidai təhsilə keçilməsi yolları, 
mədrəsələrin yenidən təşkili, milli adət-ənənələrə diqqətin 
gücləndirilməsi və s. məsələlər müzakirə edildi. 
1905-ci ilin yazı və yayında, ölkədə inqilabi mübarizənin 
gücləndiyi bir dövrdə milli burjuaziya və ziyalılar burjua-liberal 
hərəkatının sülhpərvər, leqal üsullarından – kollektiv 
müraciətlərin verilməsi, çar üsul-idarəsi nümayəndələrilə 
görüşlərdən istifadə edirdilər. Martın 15-də H.Z.Tağıyevin 
sarayında burjuaziya və ziyalıların nümayəndələrinin 
müşavirəsi keçirildi. Burada Qafqazda islahatların 
keçirilməsinin vacibliyi məsələsi müzakirə edildi. 
Müsəlmanlara qoyulan qadağaların göstərildiyi kollektiv 
müraciət tərtib edildi. Bu müraciət çar hökumətinə Azərbaycan 
tərəfindən verilən ilk proqram sənəd idi. Müraciətdə Qafqazda 
zemstvoların (tərkibində çox hissəsi zadəganlardan ibarət olan 
seçkili yerli idarə) tətbiqinin, andlı iclasçılar məhkəməsinin 
yaradılmasının, müsəlmanların hüquqlarının rus zadəgan və 
tacirləri ilə eyniləşdirilməsinin, az torpaqlı  və torpaqsız 
kəndlilərə torpaq verilməsinin vacibliyi və s. məsələlər mühüm 
yer tuturdu. Müraciətdə çarizmin müstəmləkə siyasətinə qarşı 
qəti etiraz ifadə olunurdu. 
Çarizmin yeganə güzəşti müsəlmanlara özlərinə müfti
qazi və  məhəllə ruhanilərini seçmək və öz dinini azad şəkildə 
öyrənib ibadət etmək hüququnun verilməsi idi. 


Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə