Baki döVLƏt universiteti


Şimali Azərbaycan XIX əsrin



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə37/137
tarix01.07.2018
ölçüsü2,84 Mb.
#52543
növüMühazirə
1   ...   33   34   35   36   37   38   39   40   ...   137

Şimali Azərbaycan XIX əsrin  
70-ci illəri – XX əsrin əvvəllərində 
 
145 
edərək millətimizin bu həyat mübarizəsində  məğlub olmaması 
üçün müasir mədəniyyətə yiyələnməsini, Avropa tərzində üsuli-
cədid metodu ilə  məktəblər açılmasını  təklif edirdi. O, yazırdı 
ki, «Avropa mədəniyyətini və maarif sistemini qəbul etməsək, 
qonşularımızın əsiri olaraq qalacaq və məhv olub gedəcəyik». 
H.Zərdabi Avropa maarif sisteminin və tərbiyə üsulunun, 
mədəniyyətinin ana dilində  mənimsənilməsini irəli sürən ilk 
mütəfəkkirimizdir. O, bir millətin yalnız ana dilində yaşayıb 
irəliləyə biləcəyinə inanırdı. Elmin məktəblərdə, hətta 
gimnaziyalarda ana dilində tədris olunmasını istəyən Həsən bəy 
millətə müasir məktəblər təsisini, müasir metodlarla müasir 
elmlər haqqında ana dilində kitablar və  əsərlər nəşrini təklif 
edirdi.  
Həsən bəy «Əkinçi»nin 16.11.1876-cı il tarixli sayında 
bir qədər də irəli gedərək türk dillərinin birləşdirilməsi fikrini 
irəli sürmüşdür. 
 Bundan başqa, o hürriyyət fikrini meydana ataraq yazırdı 
ki, qərbdə hürriyyət mövcud olduğu üçün mədəniyyət inkişaf 
etmişdir. Şərqdə isə məhz hürriyyət yoxdur. Həsən bəy ailədə, 
həyatda və siyasətdə qorxu və  əsarət rejiminin mövcud 
olmasından şikayət edərək uşağı atasının, qadını ərinin, nökəri 
ağasının, rəiyyəti padşahın  əsarətindən xilas etməyin tərəfdarı 
olduğunu göstərir və belə bir rejimə dözdüyümüzə heyrət 
edirdi. 
Həsən bəy «Əkinçi»də elm, bilik, maarif, mədəniyyət 
təbliğ edir və bunlara sahib olmağın zəruriliyini dönə-dönə 
qeyd edirdi. Qəzet yazırdı: «Bizim ilə zindəgənlıq cəngi edən 
millətlər elm təhsil edirlər. Ona binaən gərək biz də elm təhsil 
edək ki, onlara zindəgənlıq cəngində qalib olmasaq da, onların 
bərabərində dayanıb duraq, yoxsa dövlət və xoş güzəranlıq 
onların əlinə keçəcəkdir və biz mirür ilə zindəgənlıq cəngində 
məğlub olub tələf olacağıq». 
Onun elmə, təhsilə bu qədər  əhəmiyyət verməsi millətin 
III mühazirə 
 
 
146
gələcək tərəqqisinin yalnız bu yolla mümkün olması qənaəti ilə 
bağlı idi. Həsən bəyin fikrincə diriliyin və dirçəlişin  əsasında 
milli tərəqqi dayanırdı. 
Ümumiyyətlə, H.B.Zərdabinin irəli sürdüyü məsələnin 
kökündə millətin millət olaraq varlığını, brliyini yaratmaq 
məsələsi dayanırdı. Onun fikrincə, bunun üçün iki başlıca şərt 
vardır: dil birliyi və din birliyi. O yazırdı: «Bizim zəmanəmiz 
elm zamanıdır və elm təhsil etmək hər tayfaya vacibdir ki, 
zindəgənlıq davasında heç olmasa özünü saxlaya bilsin və belə 
elm təhsil etmək ilə  tərəqqi edib irəli gedən vaxtda hər tayfa 
gərək iki şeyi bərk saxlasın ki, bu şeylər hər tayfanın dirəkləri 
hesab olunurlar və onların tayfa olmağına səbəbdirlər. Bu 
şeylərin birisi dil və birisi din və məzhəbdir. Elə ki, bunlardan 
birisi əldən getdi, tayfanın beli sınan kimidir. İkisi də gedəndə, 
tayfa qeyri tayfalara qarışır, mirur ilə yox olur». 
Həsən bəy dil və din bərabərliyi yaradılmasında, elmin 
öyrənilməsində ana dilli demokratik mətbuatın, doğma dildə 
təhsil verən məktəblərin zəruriliyini xüsusi qeyd edirdi.  
Maarifçi və demokratik ideyaları təbliğ edən H.B.Zərdabi 
«Əkinçi» qəzetində fanatizm və mövhumat əleyihə etiraz səsini 
ucaldır, elm və  təhsilə qarşı  çıxan  şəriət xadimlərini kəskin 
tənqid edirdi.  
O, qeyd edirdi ki, din hər bir tayfanın («millətin») 
minillik mənəvi dünyasının qaynağıdır, buna görə də, millət ulu 
babalarının inanc və düşüncə varlığını da, bu varlığın yazılı 
qaynağı olan Müqəddəs kitabını da göz bəbəyi kimi qoruyub 
saxlamalıdır ki, yabançı dünyaların mənəvi basqını qarşısında 
özgələşməsin, dağılıb yox olmasın. Ancaq dinə bağlılıq heç 
vaxt mövhumat, nadanlıq ilə qovuşmamalı, ruhanilər isə siyasi 
dövlətçilik işlərinə qoşulmamalıdırlar.  Əks təqdirdə xalqın 
irəliləyişi yolunda böyük çətinliklər yarana bilərdi. O, daha 
sonra yazırdı: «Elə ki xəlifələrin yerində sultanlar, şahlar, 
xanlar  əyləşdi və xalqın ipi ruhanilərin  əlinə düşdü, hökumət 


Şimali Azərbaycan XIX əsrin  
70-ci illəri – XX əsrin əvvəllərində 
 
147 
əhli öz nəfindən ötrü xalqı gözübağlı saxlamaq üçün 
məktəbxanalarda ancaq şəriət ədəblərin ya boş sözləri bir-birinə 
yapışdırıb ibarə ilə danışmağın dalına düşüb, xalqı yoxsul və 
sərgərdan edib, özləri keyf və  ləzzəti-dünyaya məşğul 
oldular…, məktəbxanalarda da mollalıq məsələlərini araya 
salıb, xalqı elm yolundan uzağa saldılar».  
H.B.Zərdabi milli mətbuata ana dilində yiyələnməyin 
vacibliyini qeyd edərək yazırdı ki «qəzet və jurnal oxumaq 
insanı dünyadan xəbərdar edir, öz dilini öyrədir». Bu səbəbdən 
o, «Əkinçi»nin dilinin mümkün qədər sadə, aydın və  təmiz 
olmasına çalışaraq yazırdı: «Dünyada xəlq olunan millətlər öz 
lisanlarına ana lisanı deyib ol lisan ilə…. insanlıq edirlər. 
Bunun üçün bir lisan bir millətin olanda və lisanın dəxi  əsası 
millət olduğundan bir kişiyə vacibdir ki, daim onun irəli 
getməsinə canın fəda etsin və millətin xidmətində bulunmayan 
kişiyə bir kəs yaxşı deməyəcəkdir». 
H.B.Zərdabinin gərgin  əməyi sayəsində  «Əkinçi» qəzeti 
çar Rusiyasında ictimai siyasi fəaliyyətin qadağan olunduğu 
dövrdə xalqımızın ictimai-siyasi, ədəbi-bədii, fəlsəfi-estetik 
ruporunu milli hərəkatın daşıyıcısına çevrilmişdir.  
Milli oyanışda «Əkinçi»nin fəaliyyəti və yeni Rusiya-
Türkiyə müharibəsi nəticəsində çar senzorları bu qəzeti 1877-ci 
ildə bağladılar. «Ancaq artıq  Əkinçi öz işini görmüş, onun 
səpini bolluca cücərti vermişdir». 
 H.B.Zərdabidən sonra Məhəmmədtağı Əlizadə, Məhbus 
Dərbəndi və başqaları yazılarında artıq «ittifaqi millət»–milli 
birlik fikrini ortaya atmışdılar. Əslində «Əkinçi»nin məqsədi də 
məhz bu idi. H.B.Zərdabinin məqsədini çarizm və onun 
əlaltıları olan ermənilər yaxşı anladıqları üçün ona qarşı 
mübarizəyə başladılar. Bu cəhətdən Tiflisdə Qriqor Arsurinin 
redaktorluğu ilə ermənicə «Mşak» qəzeti xüsusilə  fərqlənirdi. 
O, Həsən bəyi tənqid edərək yazırdı: «… Bizim zəmanədə elm 
oxumuş bir adamın xalqı  «İttihadi-islam» yoluna çağırması 
III mühazirə 
 
 
148
görün-məmiş bir işdir… Neçə yüzildir ki, islam ətrafında olan 
erməni, gürcü və qeyri tayfaları güc ilə islam edilib və indi siz 
bu qədər tayfaları ittihadi-islam ilə birləşdirmək istəyirsiniz… 
Yox qaytarın bizə ki, bizim zəmanə elm zəmanəsidir və biz elm 
istəyirik və elm təhsil etməyə qabiliyətimiz var - bizim 
qardaşlarımızı ki, keçmişdə onları  cəbrən islam eləmisiniz. 
Verin bizə bizim yerləri ki, keçmişdə onları güc ilə  zəbt 
etmisiniz və ondan sonra gedib ittihadi-islamı o səhralarda 
eləyin ki, orada islam bina olub və moğol tayfasını (bu tayfanı 
Avropa əhli biqabiliyyət hesab edir) birləşdirməyə səy edin».  
Görkəmli tarixçi alim S.Əliyarlı doğru olaraq yazır ki «… 
milli hərəkatımızın «Əkinçi» dövründə böyük iş görüldü. «Türk 
milləti» anlayışı ortaya gətirildi, bir millət olmaqla öz varlığını 
qoruyub inkişaf etdirmək üçün dilimizin və dinimizin 
qorunması, yeni tipli məktəbin və  mətbuatın yaradılması 
zərurəti düşünülmüş bir siyasi qayə, bir siyasi proqram kimi 
irəli sürüldü. Başlıcası isə bu istəklərin həyata keçirilməsi 
namına «milli birlik» yaratmağın gərəkli olması aydınlaşdı». 
«Əkinçi» qəzeti bağlandıqan sonra Azərbaycan ziyalıları 
ana dilli mətbuat uğrunda mübarizələrini da-yandırmadılar. 
1879-cu ilin yanvarında Səid  Əfəndi Ünsizadənin redaktorluğu 
ilə Tiflis şəhərində «Ziya» adlı  həftəlik qəzet nəşr olunmağa 
başlandı. Bu qəzet «Əkinçi»  ənənələrini davam etdirərək milli-
mədəni problemlərimizlə bağlı materiallar dərc edirdi. Qəzetdə 
həmçinin ölkə daxilində  və dünyada baş verən ictimai-siyasi 
hadisələrə də yer ayırılırdı. 
1882-ci ildə əvvəlcə Tiflisdə, sonra isə Şamaxıda 1884-cü 
ilə  qədər «Ziyayi-Qafqaziyyə» qəzeti nəşr olundu. Bu qəzetin 
səhiflərində N.Vəzirov, S.Ə.Şirvani və başqaları milli-mədəni 
problemlərimizlə bağlı yazılar dərc etdirirdi.  
1883-cü ildə Tiflisdə  Cəlal Ünsizadənin redaktorluğu ilə 
ana dilində «Kəşkül» adlı ilk juranlın nəşrinə başlandı. 1884-cü 
ilin martından qəzetə çevrilən «Kəşkül» müəyyən fasilələrlə 


Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə