Baki döVLƏt universiteti


Şimali Azərbaycan XIX əsrin



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə34/137
tarix01.07.2018
ölçüsü2,84 Mb.
#52543
növüMühazirə
1   ...   30   31   32   33   34   35   36   37   ...   137

Şimali Azərbaycan XIX əsrin  
70-ci illəri – XX əsrin əvvəllərində 
 
133 
birliyinin təşəkkülünü şərtləndirirdi. 
Bu cəhətdən Bakı çox böyük əhəmiyyət kəsb edirdi. Neft 
və onunla bağlı digər sənaye və ticarət sahələrinin yüksəlişi, 
mədəniyyətin inkişafı  şəhərin görkəmini və orada yaşayan 
əhalinin tərkibini dəyişdirdi. Bakı çox böyük kapitalist şəhəri, 
Azərbaycan millətinin təşəkkülünün başlıca mərkəzi oldu. 
Dəmir yollarının çəkilişi, dəniz nəqliyyatının inkişafı, 
rabitə yollarının yaxşılaşdırılması və s. feodal munasibətlərinin 
dağılmasına, kənd təsərrüfatı sahələrinin ixtisaslaşmasına, bazar 
üçün istehsalın genişlənməsinə yardım göstərdi ki, bu da əmtəə 
istehsalının və kapitalist munasibətlərinin inkişafını 
sürətləndirirdi. 
Bu dövrdə iri kapital sahibləri olan azərbaycanlılar bir 
sıra ən mühüm təsərrüfat sahələrinin inkişafında müəyyənedici 
rol oynayırdılar. Xəzər dənizi nəqliyyatında, ipək və tütün 
sənayesində, müxtəlif liflərin emalında, çəltiktəmizləmə, 
kərpic, mexaniki istehsalda və s. sahələrdə milli kapitalın 
xüsusi çəkisi yüksək idi. Bundan başqa, Azərbaycan 
kapitalistləri torpaq sahələri  əldə etməyə  və yaşayış binaları 
tikintisinə xeyli vəsait sərf edirdilər. 
Formalaşmaqda olan Azərbaycan millətinin aparıcı 
qüvvəsinin  əsasını Bakıda və  Şimali Azərbaycanın digər 
şəhərlərində olan sənaye müəssisələrinin sahibkarları, gəmi 
sahibləri, iri ev sahibləri, tacirlər, ziyalılar və b. təşkil edirdi. 
Məlum olduğu kimi, Şimali Azərbaycan aqraq ölkə idi və 
onun  əhalisinin böyük hissəsi kənd təsərrüfatı ilə  məşğul 
olurdu. Buna görə  də azərbaycanlıların burjua milləti kimi 
təşəkkülü heç də yalnız cəmiyyətin  əsas zümrəsinin – 
Azərbaycan burjuaziyası  və  fəhlələrinin başlıca mənbəyi olan 
Bakı ilə  və  həmçinin burjua cəmiyyətinin təbəqələrinin 
formalaşdığı  qəzalardakı  sənaye mərkəzləri ilə deyil, həm də 
yeni intişar edən kənd təsərrüfatı istehsalı ilə bağlı idi. 
 
XIX yüzilliyin ikinci yarısında kənd təsərrüfatı is-
III mühazirə 
 
 
134
tehsalının özundə burjua cəmiyyətlərinə xas olan meyllər uzə 
çıxır, təsərrufatın kapitalizməqədərki formalarının kapitalist 
formasına keçməsi baş verir, doğulmaqda olan kənd 
burjuaziyası nümayəndələrinin fəaliyyəti genişlənirdi. Bu 
dövrdə  Şimali Azərbaycanın iqisadiyyatı üçün belə bir hal 
xarakterik idi ki, kənd təsərrufatının  əsas sahələrindən olan 
bağçılıq, heyvandarlıq (nisbətən) az dərəcədə kapitalist 
dövriyyəsinə cəlb olunmuşdu. 
Əmtəə-kapitalist istehsalının, ticarət əkinçiliyinin inkişafı 
feodal münasibətlərini zəiflədir və qəzalar arasında sıx iqtisadi 
əlaqələrin yaranmasına, kənd təsərrüfatında kapitalizmin 
inkişafına şərait yaradırdı. Bu inkişaf kəndlilərin təbəqələşməsi 
ilə müşayiət olunmaqla, kəndlilərin çoxəsrlik  ətalətini dağıdır, 
kəndlilikdən çıxma ilə müşayiət edilir, kəndli kütlələrini 
hərəkətə  gətirirdi. Azlıq təşkil edən varlıların təsərrüfatının 
inikşafı, minlərlə  kəndlinin müflisləşməsi və muzdurların 
sırasına keçməsi – Azərbaycan kəndinin kapitaltsi təkamülünün 
mahiyyəti belə idi. 
Beləliklə, XIX yüzilliyin sonunda əmtəə-pul 
münasibətlərinin intensiv inkişafı  nəticəsində Azərbaycan 
kəndində qapalılığın köhnə dayaqları dağılır, daxili əlaqədər 
yaranır və möhkəmlənir, kənddə keyfiyyətcə yeni təbəqələr- 
kənd burjuaziyası  və  fəhlələr meydana gəlirdi. Kəndin bütün 
ölkə ilə daimi iqtisadi əlaqələrə  cəlb edilməsi Azərbaycan 
millətinin təşəkkülü prosesinin ümumi xarakter kəsb etməsini 
göstərirdi. 
Azərbaycan millətinin təşəkkülü milləti xarakterizə edən 
bütün  əlamətlərin inkişafında və möhkəmlənməsində ifadə 
olunurdu. Azərbaycan dili insanların ünsiyyət vəsitəsi kimi, 
ümummilli dil idi. Yadelli işğalçılara qarşı çoxəsrlik 
mübarizəyə, assimilyasiya siyasətinə baxmayaraq, Azərbaycan 
xalqı öz dilini qoruyub saxlaya bildi. 
Feodal qapalılığının aradan qalxması, iqtisadi və mədəni 


Şimali Azərbaycan XIX əsrin  
70-ci illəri – XX əsrin əvvəllərində 
 
135 
mərkəzlərin yaranması,  əhalinin sosial-iqtisadi fəallığının 
artması, ölkənin ayrı-ayrı rayonları arasında iqtisadi və mədəni 
əlaqələrin güclənməsi Azərbaycan milli dilinin inkişafı üçün 
şərait yaradırdı. Azərbaycan dilində ilk qəzet olan «Əkinçi»nin 
nəşri, mətbuatın, kitab nəşrinin daha da inkişafı, Azərbaycan 
ədəbiyyatının M.F.Axundov kimi nəhənglərinin pyeslərində 
əks olunan demokratik cərəyanın formalaşması kimi amillər 
ədəbi dillə xalq danışıq dilinin yaxınlaşmasına yardım etmiş və 
Azərbaycan millətinin təşəkkülünün ilk mərhələsində milli dilin 
inkişafına təkan vermişdir. 
Azərbaycan dilinin lüğət tərkibi getdikcə  zənginləşir və 
bu dil ədəbiyyatda, elmdə, məişətdə  və  təsərrüfat həyatında 
ümummilli və vahid dil olurdu. 
Millətin mühüm əlaməti milli mədəniyyətin, şüur və psi-
xologiyanın spesifik, özünəməxsus ümumiliyi idi. Milli 
mədəniyyətin özünəməxsusluğu Azərbaycan xalqının 
vərdişlərində,  ənənələrində, məişətində  əks olunurdu. 
Azərbaycan millətinə xalqdan irsi olaraq əməksevərlik, 
azadlıqsevərlik, mərdlik keçmişdi. Azərbaycanlıların milli 
xarakterində qonaqpərvərlik, böyüklərə hörmət, xeyirxahlıq, 
yoldaşlığa və dostluğa sədaqət özünü aydın göstərirdi. 
Azərbaycan  ədəbiyyatının M.F.Axundov, C.Məmməd-
quluzadə, Ə.Haqverdiyev, N.Vəzirov, H.Zərdabi, və b. bu kimi 
bir çox görkəmli nümayəndəsi mədəniyyəti yeni ideya 
məzmunu ilə  zənginləşdirir, demokratik istiqaməti inkişaf 
etdirirdilər. Onların  ədəbi və elmi publisistik fəaliyyəti, 
Azərbaycan teatrının və  mədəni-maarif müəssəsələrinin 
yaranması, maarifdə, incəsənətdə, musiqidə, xalq yaradıcılı-
ğında yeni əlamətlərin meydana gəlməsi, digər xalqların 
mədəninyyətinə geniş maraq Azərbaycan xalqının oyanmaqda 
olan milli şüurunu səciyyələndirən əlamətlər idi. 
 Burjuaziyanın bir çox liberal baxışlı nümayəndələri də 
Azərbaycan xalqını maarifə və elmə çağırırdılar. Bakıda çıxan 
III mühazirə 
 
 
136
«Kaspi» qəzetinin  ətrafında  Əhməd bəy Ağayev,  Əli bəy 
Hüseynzadə,  Əlimərdan bəy Topçubaşov kimi maarifpərvər 
xadimlər toplaşmışdılar. 
Məlumdur ki, Rusiyada çar hökuməti tərəfindən «Azər-
baycan» və «azərbaycanlı» terminlərinin işlədilməsinə icazə 
vermirdilər. Azərbaycanlıları müsəlman, tatar adlandırırdılar. 
Lakin Azərbaycan ideyası Azərbaycan ziyalıları  tərəfindən 
yaşadılırdı. 
M.F.Axundoun, H.Zərdabinin işlətdiyi «millət» anla-
yışının  ədəbiyyatda və  mətbuatda meydana çıxması XIX 
yüzlliyin ikinci yarısına aiddir. XIX yüzilliyin 80-cı illərində 
nəşr olunan və öz səhifələrində Azərbaycan milliyyəti ideyasını 
geniş  təbliğ edən «Kəşkül» qəzeti isə ilk dəfə «Azərbaycan 
milləti» anlayışını işlətdi. 
1891-ci ildə «Kaspi» qəzetində Məhəmməd ağa Şaxtaxtlı 
«Zaqafqaziya müsəlmanlarını necə adlandırmalı» məqaləsində 
bu türkdilli millətin azərbaycanlı olduğunu bildirmişdir. 
1892-ci ildə Kamal Ünsizadə xalqımızda milli şüuru 
oyatmaq məqsədi ilə «Azərbaycan» adlı  qəzet çıxarmağa tə-
şəbbüs göstərmiş, ancaq çar hökuməti buna icazə verməmişdi.
 
 
Bütün bunlar maarifçi ziyalılarımızın Azərbaycanlılıq 
ideyasını yaşatdığını aydın göstərir. XX əsrin  əvvəllərində bu 
ideyanı siyasi doktrina şəklində həyata və siyasi səhnəyə M. Ə. 
Rəsulzadə çıxartmışdır. 
Beləliklə, XIX yüzüiiliyn ikinci yarısında intensiv şəkildə 
azərbaycanlıların millət kimi formalaşması prosesi gedirdi. 
Bütün başqa millətlər kimi, təşəkkül tapmaqda olan 
Azərbaycan milləti bütün təbəqələri, sosial qruplar və zümrələri 
birləşdirirdi. 
Azərbaycan millətinin təşəkkülü prosesini Şimali Azər-
baycanın müstəmləkə  vəziyyəti məhdudlaşdırırdı. Rusiyanı 
xalqlar həbsxanasına çevirən, qeyri-rus xalqlara qarşı amansız 


Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə