Baki döVLƏt universiteti



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə31/137
tarix01.07.2018
ölçüsü2,84 Mb.
#52543
növüMühazirə
1   ...   27   28   29   30   31   32   33   34   ...   137

Şimali Azərbaycan  
XIX əsrin 40-70-ci illərində  
 121
1.
 
Azərbaycan tarixi üzrə qaynaqlar. Bakı: 1989, sənəd 6. 
2.
 
Azərbaycan tarixi. Red. S.S.Əliyarlı. Bakı: 1996 
3.
 
Azərbaycan tarixi. Bakı: 1994 
4.
 
İsmayılov X. Azərbaycan dövləti və hüquq tarixi. Bakı: 2006 
5.
 
Мурадалиева  Э.Б.  Города  Северного  Азербайджана  второй 
половине XIX в., Баку: 1991 
6.
 
Багиров Ф.Э. Переселенческая политика царизма в Азербай-
джане (1830-1914 гг.). М.: 2009. 


Şimali Azərbaycan XIX əsrin  
70-ci illəri – XX əsrin əvvəllərində 
 
121 
Prof. E.B.Muradəliyeva 
Dos. B.O.Əziz 
 
III. ŞİMALİ AZƏRBAYCAN XIX ƏSRİN  
70-ci İLLƏRİ – XX ƏSRİN ƏVVƏLLƏRİNDƏ 
 
1.
 
Bakının dünya neft sənayesinin mərkəzi kimi təşəkkül 
tapması (XIX əsrin son rübü) 
2.
 
Əhalinin tərkibində sosial dəyişikliklər  
3.
 
Milli azadlıq hərəkatı. Birinci dövr (1875-1904-ci illər) 
 
 
1. Bakının dünya neft sənayesinin  
mərkəzi kimi təşəkkül tapması (XIX əsrin son rübü) 
 
Qədim dövrlərdən bəri neft Azərbaycanın təbii sərvətləri 
arasında birinci yeri tutmuşdur. Hələ X əsrin axırlarında Bakı 
Yaxın  Şərqin, demək olar ki, hər yerində tanınırdı – buradan 
Şərq ölkələrinə neft göndərilirdi. O dövrlərdə neftdən yaşayış 
yerlərini işıqlandırmaq, müalicə  məqsədləri üçün, yanacaq 
kimi, həmçininn hərbi əməliyyatlarda güclü silah kimi istifadə 
olunurdu. Yalnız XIX əsrin son rübündən etibarən neft öz 
simasını  dəyişməyə, daha çox sənaye  əhəmiyyəti kəsb etməyə 
başladı, daş kömür tədricən sıxışdırılaraq dünya 
iqtisadiyyatında əsas energetika yanacağına çevrildi. 
Əgər XIX əsrin axırlarında təbii qazla birlikdə neft 
energetikanın tələbatının cəmi 3,9 faizini təmin edirdisə, XX 
əsrin 70-ci illərinin ortalarına yaxın o, yer kürəsinin energeti-
kasında həlledici rol oynamağa başlamışdır (63,2 faiz), bu 
dövrdə, daş kömürün rolu xeyli azalmışdır (23,5 faizədək). 
1900-cü ildən 1974-cü ilədək dünyada neft hasilatı 126 dəfə, 
təbii qaz hasilatı 197 dəfə, daş kömür hasilatı isə  təqribən 3 
dəfə artmışdır. Bu faktlar göstərir ki, neft əsrin yanacağına 
III mühazirə 
 
 
122
çevrilmişdir. Onun dünya siyasətində rolu məhz bununla 
müəyyən edilir. Zəngin neft regionlarına,  əsas nəqletmə 
yollarına, yeni neft kəmərlərinin tikintisinə  və marşrutlarına 
nəzarət məsələləri iri dövlətlərin xarici siyasətində üstün yer 
tutmuşdur və tutmaqdadır. 
Bakı regionu həmişə dünya neft sənayesinin mühüm 
mərkəzlərindən biri olmuşdur.  Şimali Azərbaycan Rusiya 
tərəfındən qəsb edilənədək neft quyuları xanların əlində idi və 
quyu qazdırmaq işlərini onlar təşkil edirdilər. Lakin neftin satışı 
daha çətin olduğuna görə müxtəlif möhtəkirlərin əlinə keçirdi. 
Rusiya ağalığı  bərqərar ediləndən sonra bu gəlirli sahə dövlət 
əmlakına çevrilmiş, vaxtaşırı olaraq, 1808-1824-cü, 1826-1834-
cü, 1850-1872-ci illərdə dövlətə müəyyən qədər vəsait ödəyən 
şəxslərin ixtiyarına verilmişdir. Yəni iltizam sistemi tətbiq 
olunmuşdur. İltizam sistemi zamanı quyular müəyyən müddətə 
sahibkarların, adətən tacirlərin ixtiyarına keçirdi. Onlar dövlətin 
xəzinəsinə vergi ödəyərək neft quyularından hasilatı öz inhisar-
larına götürürdülər.  İki yüzdən çox neft quyusu bu üsülla 
istismar edilirdi. Bu sistem neftçıxarma sənayesinin sosial-
iqtisadi strukturuna yeni ünsür gətirirdi. Neftçıxarmada daha bir 
mühüm hadisə ondan ibarət idi ki, neft quyularında hələ xanlıq 
dövrlərindən bura cəlb edilmiş Balaxanı  kəndliləri təhkimçi 
kimi işləyirdilər. Onlar gördükləri işin müqabilində sabit 
şəkildə əmək haqqı alır, vergidən azad olunurdular. Uralın dağ-
mədən müəssisələrində də bu cür vəziyyət yaranmışdı (kəndlibr 
icarə ilə işləyirdilər). 
Sonralar da neft sənayesinin strukturunda üzvi də-
yişikliklər baş verirdi. XIX əsrin 50-ci illərində neft quyularının 
sayı xeyli artdı.  Əgər 40-cı illərin axırlarına yaxın bütün Bakı 
regionunda quyuların ümumi sayı 135 idisə, indi onların sayı 
artıb 218-ə çatmışdı. Hasilatı artırmaqdan ötrü təhkimçi 
Balaxanı  kəndlilərinin qüvvəsi daha kifayət etmirdi. 
Balaxanının quyularına təhkim edilmiş  kəndliləri, məsələn, 


Şimali Azərbaycan XIX əsrin  
70-ci illəri – XX əsrin əvvəllərində 
 
123 
Bibiheybətə göndərmək mümkün deyildi. Quyular bir-birindən 
uzaq sahələrdə qazılırdı.  Əvvəllər ancaq Balaxanıda neft 
çıxarılırdısa, indi təzə neftçıxarma sahələri vardı. Yeni işçi 
qüvvəsi tələb olunurdu. Nəticədə iltizam sistemi ilə istismar 
edilən quyularda muzdlu əməkdən istifadə etməyə başladılar. 
1864-cü ildə çarizm dağ-mədən işlərində  təhkimçi kəndlilər 
təsisatını (məcburi əməyi) ləğv etdi, beləliklə, hər yerdə muzdlu 
əmək tətbiq olunmağa başlandı. Yuxarı  təbəqələrin istəyi ilə 
həyata keçirilən bu islahat (1870-ci il kəndli islahatınadək) 
həmçinin neft sənayesi üçün müəyyən şərait yaratmaq tələbatı 
ilə bağlı idi. 
Göründüyü kimi, Şimali Azərbaycanda iri neft səna-
yesinin təşəkkülündən əvvəl onun uzun inkişaf prosesi cərəyan 
etmişdir. Hələ XVIII əsrin axırlarında tətbiq olunan əmək 
bölgüsü-quyuların qazılması, neftin çıxarılması  və daşınması 
neft hasilatı  sənayesinin manufaktura istehsalı keyfıyyətləri 
kəsb etməsinə doğru aparırdı. Təhkimçilik sisteminin ləğv 
edilməsi ilə 1872-ci ildə manufaktura sənayesinin fabrik-zavod 
istehsalı  mərhələsinə keçidi başa çatdı. XIX əsrin 70-90-cı 
illərində neft sənayesinin intensiv inkişaf dövrü, şəxsi 
sahibkarlıq erası başlandı. Məhz həmin illərdə neft istehsalında 
sənaye çevrilişi baş verdi: adi, dədə-baba quyuları neftin tartal 
üsulu ilə çıxarıldığı quyularla əvəz olundu. 
Quyuların mexanizmlə qazılması  nəticəsində adi üsulla 
qazılan quyuların sayı durmadan azalırdı. 1879-cu ildə daha bu 
cür quyu qazılmırdı. Mədənlərdə buxar maşınlarından getdikcə 
daha geniş istifadə edilirdi. 1872-ci ildə 1,4 milyon pud neft 
çıxarıldığı halda, 1894-cü ildə neft hasilatı 340 milyon puda, 
yəni  əslində ABŞ-dakı  səviyyəyə çatmışdı. Sonralar (1901-ci 
ilədək) Bakı neft hasilatına görə dünyada birinci yerə çıxmışdı. 
Lakin dünya bazarında birincilik xammalın həcmi ilə deyil, bu 
bazarda başlıca məhsul sayılan kerosinin həcmi ilə müəyyən 
edilirdi. Bu cəhətdən üstünlük Amerika sənayesinə  məxsus 
III mühazirə 
 
 
124
olaraq qalırdı. Bakı neftayırma sənayesində müvəffəqiyyətlərin 
ən böyük göstəricisi burada istehsal edilən kerosinin xaricə 
daşınması (1883-cü il) oldu. Amerika kerosini Rusiyanın 
bazarlarından sıxışdırılıb çıxarıldı (1885-ci il). 
Beləliklə, qısa müddət ərzində Bakıda misli görünməmiş 
iqtisadi yüksəliş baş verdi. Şəhərdə güclü sənaye potensialı 
yaradıldı, neft hasilatı, emalı və satışı üzrə yüzlərlə iri və xırda 
fırma açıldı. 
Neftin nəql olunması  məsələlərinin həlli Bakının dünya 
neft sənayesi mərkəzinə çevrilməsi prosesində mühüm amilə 
çevrildi. Neft sahibkarlarının birinci qurultayında (1884-cü il) 
göstərilirdi ki, regionda üstün mövqe tutan Bakının neft 
sənayesi Avropaya yol taparsa, transmilli sənaye ola bilər. 
Bakının neft sənayesi öz məhsulunu Avropaya çıxarmadan heç 
vaxt güclü sənaye səviyyəsinə qalxmayacaqdır. 
Abşeron yarımadası neftin çıxarıldığı  əsas  ərazi olub, 
Xəzər dənizinin  şərqində yerləşir. Buradan Xəzər-Volqa vasi-
təsilə Rusiyanın Avropa hissəsinə, həmçinin Xəzər arxasındakı 
yerlərə, İrana yol açılırdı. Qərb tərəfdən dəmir yolunun köməyi 
ilə yarımada Cənubi Qafqazla, Qara dənizlə, oradan Mərkəzi 
Rusiya və xarici ölkələrlə birləşirdi. Deməli, Bakı neft sənayesi 
rayonu neft məhsulları satışı bazarlarına iki yolla – dəniz və 
dəmir yolları ilə çıxırdı. Xəzərdə gəmilər nefti və neft məhsul-
larını Rusiyada və xarici ölkələrdə satmaq üçün Həştərxana 
yalnız altı aylıq naviqasiya ərzində daşıya bilirdi. Buna görə də, 
ilin qalan vaxtlarında Rusiyada və xarici ölkələrdə xam neft 
ehtiyatları olmayan neftayırma zavodları  işləmirdi. Eyni 
zamanda 1880-1881-ci illərdə Bakının özündə o qədər xam neft 
yığılıb qalmışdı ki, hasilatı müvəqqəti dayandırmalı 
olmuşdular, hətta nefti dənizə buraxırdılar. Neftin həddindən 
artıq istehsal edilməsi böhranı birinci dəfə 1882-ci ildə baş 
verdi və dörd ildən sonra təkrar olundu. Onun daşınmasının 
mümkün olmaması  və saxlamaq üçün çənlərin çatışmazlığı 


Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə