Baki döVLƏt universiteti



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə42/137
tarix01.07.2018
ölçüsü2,84 Mb.
#52543
növüMühazirə
1   ...   38   39   40   41   42   43   44   45   ...   137

IV mühazirə 
 
 
164
dini və milli məhdudiyyətlərin aradan qaldırılması  və 
Türküstanla Qazaxıstana aid hüquqi qanunun dəyişdirilməsi 
haqqında tələblərini elan etdikdə belə, «Mütərəqqi blok»un 
təmsilçiləri A.F.Kerenskinin təşəbbüsü ilə müsəlman 
deputatları bloka qəbul etməkdən imtina etdilər (hərbi 
əməliyyatlar bəhanəsi ilə). Bu həm də hakimiyyəti dəyişdirmək 
üçün bloka lazım olan 2/3 hissə səs çoxluğunun blok tərəfindən 
artıq toplanması ilə izah edilirdi.  
Beləliklə, Azərbaycanın yuxarı sosial zümrəsinin nüma-
yəndələrinin Rusiyanın Dövlət Dumasındakı fəaliyyəti, onların 
iclaslardakı  çıxışları, komissiyaların işində  iştirakı, həmçinin 
Azərbaycan burjuaziyası ideoloqlarının qəzet səhifələrindəki 
çıxışları onu göstərir ki, onlar öz tələbləri ilə çarizmin 
müstəmləkə siyasətinin  əleyhinə  çıxış edirdilər. Onlar bütün 
ümidlərini Rusiyada mövcud olan dövlət quruluşu çərçivəsində 
islahatlar aparılmasına bağlamışdılar. 
 
3. Azərbaycan xalqının milli  
hərəkatının ikinci mərhələsinin başlanması.  
1905-1906-cı illərdə erməni-Azərbaycan münaqişəsi 
 
XX  əsrin  əvvəllərində Rusiya imperiyasında baş verən 
iqtisadi böhran, siyasi və sosial proseslər onun 
müstəmləkələrinə  də  təsir göstərirdi. Onlar Azərbaycandan da 
yan keçməmişdi və burada Azərbaycanda milli hərəkatın ikinci 
mərhələsinin başlanmasına təkan verən gərgin hadisələr baş 
verirdi. 1875-ci ildə  «Əkinçi» qəzetinin nəşri ilə başlanmış 
Azərbaycan milli hərəkatının birinci mərhələsi maarifçilik və 
milli-mədəni dirçəlişin inkişaf mərhələsi idi. Milli 
mədəniyyətin zəngin  ənənələrini inkişaf etdirən görkəmli 
azərbaycanlılar – M.F.Axundov, H.B.Zərdabi, C.Məmmədqu-
luzadə, M.Ə.Sabir, Ü.Hacıbəyov və başqaları onu keyfiyyətcə 
yeni səviyyəyə qaldırdılar. Onlar xalqın milli-azadlıq 
Şimali Azərbaycan  
1905-1914-cü illərdə 
 
 
165
niyyətlərini  əks etdirirdilər. Eyni zamanda dünya mədəniy-
yətinin dərk edilməsi prosesi baş verirdi. 1905-ci ildən 
başlayaraq Azərbaycanda 1905-1907-ci illər Rusiya inqilabının 
təkan verdiyi milli hərəkatın təşəkkül tapması  və yüksəlməsi 
mərhələsi başlayır. 
Azərbaycan xalqının birləşməsi və milli şüurunun 
inkişafında ermənilər və azərbaycanlılar arasındakı münaqişə 
böyük rola malik idi. Azərbaycanda çoxmillətli burjuaziyanın 
mövcudluğu və iqtisadi, siyasi sahələrdə nüfuz qazanılması 
uğrunda mübarizə ona gətirib çıxarırdı ki, milli əsarətə qarşı 
mübarizə çox zaman öz yerini müxtəlif millətlərə  mənsub 
burjuaziya nümayəndələri arasında, xüsusilə milli Azərbaycan 
və yalançı erməni burjuaziyası arasında mübarizəyə çevirdi. O 
dövrdə erməni burjuaziyası güclü siyasi fəaliyyətə başlamışdı. 
Hələ 1887-ci ildə Cenevrədə erməni millətçi partiyası «Hnçak» 
(Zəng) yaranmışdı. Sonra, 1890-cı ildə Tiflisdə sosial-demokrat 
roluna iddia edən və  dənizdən-dənizə «Böyük Ermənistan» 
yaratmağı qarşısına məqsəd qoyan «Daşnaksütun» (İttifaq) 
meydana çıxmışdı. 
Bu millətçi erməni partiyalarının: «Qnçak»ın 1892-ci ildən, 
«Daşnaksütun»un isə 1903-cü ildən Bakıda da şöbələri var idi. Bu 
dövrdə azərbaycanlıların milli partiyası yox idi. 
XIX  əsrin sonunda Osmanlı imperiyasından erməni 
əhalisi Azərbaycana axışıb gəlirdi. Bu, 90-cı illərdə Osmanlı 
imperiyasında ermənilərin antitürk çıxışlarının yatırılması ilə 
əlaqədar baş verirdi. Erməni  əhalisinin böyük hissəsi  İrəvan, 
Bakı  və Elizavetpol (Gəncə) quberniyalarında yerləşdirildi. 
XIX  əsrin sonlarında Cənubi Qafqazda ermənilərin sayı 900 
min nəfər (1828-1829-cu və sonrakı illər miqrasiyasından 
sonra), 1908-ci ildə isə 1,3 milyon nəfər idi. Azərbaycan və 
Gürcüstan  ərazilərinin bir hissəsinə iddialı olan ermənilər 
Cənubi Qafqazda güclü fəaliyyətə başladılar. Türkiyədən olan 
qaçqınlar üçün Bakının kənarında xüsusi qəsəbə (Ermənikənd) 


IV mühazirə 
 
 
166
salındı  və  şəhər öz torpaqlarının bir qismini güzəştli  şərtlərlə 
ermənilərə verdi. Və yalnız iki il sonra Bakıda kasıb 
müsəlmanlar üçün də belə bir qəsəbənin tikilməsi məsələsi 
qaldırıldı. Hətta o zaman Bakıya gəlmiş rus məmuru öz 
təəssüratını «Neft Kaliforniyasında» məqaləsində  təsvir 
edərkən yazırdı ki, ermənilər «siyasi sayıqlamalara uyublar və 
öz dövlətlərinin nəinki bütün Qafqazda, hətta cənubi Rusiyanın 
bir hissəsində, Rostov-Donda da görürlər». 
Beləliklə, 1905-ci ilin fevralında Bakıda başlamış erməni 
–müsəlman münaqişəsinin kökləri hələ XIX əsrin sonu – XX 
əsrin  əvvəllərində  nəzərə çarpırdı. 1905-ci ilin əvvəlində, rus 
inqilabının başlanması ilə bu münaqişə daha da kəskinləşdi. 
Rusiya imperiyasının  əyalətlərində milli-azadlıq və inqilabi 
hərəkatı başlanan kimi, çarizm onların qarşısını almaq 
məqsədilə milli münaqişələri qızışdırır, bir xalqı o birinin 
üstünə salmaqla qədim, sınaqdan çıxmış prinsip olan Divede et 
impera! (Parçala və hökm sür) siyasətindən istifadə edirdi. 
1905-1906 və 1918-1920-ci illərdə də belə olmuşdu. 
 Milli  ayrı-seçkilik və Azərbaycan xalqına qarşı düş-
mənçilik duyğularının qızışdırılmasında Bakıda və 
Azərbaycanın digər rayonlarında təşkilatları olan erməni milli 
partiyaları, xüsusilə «Daşnaksütun» mühüm rol oynayırdı. 
1904-cü ildə, «Daşnaksütun»un Vyanada keçirilən III 
qurultayında partiyainın  Əsgəri Nizamnaməsi qəbul edildi ki, 
bu nizamnamə  əslində  həmin partiyanı orta əsrlərin hərbi 
ordeni kimi bir təşkilata çevirdi. «Daşnaksütun» erməni-Azər-
baycan münaqişəsində  məsum rol oynayırdı.  İqtisadi amil də 
mühüm səbəblərdən biri idi. Məsələ burasında idi ki, Bakının 
həm sənayesində, həm də ticarətində ermənilər aparıcı mövqe 
tutmağa can atırdılar, bu isə öz növbəsində yerli azərbaycanlı 
əhalinin maraqlarını  sıxışdırır və onları Rusiyanın xüsusi 
himayəsində olan ermənilərdən iqtisadi asılılıq vəziyyətinə 
salırdı. Ermənilər isə müsəlmanları  vəhşi və fanatik xalq kimi 
Şimali Azərbaycan  
1905-1914-cü illərdə 
 
 
167
qələmə verməklə rus hökumətinin müsəlmanlara inamını 
zəiflədirdilər. Bu, ermənilərlə sülh şəraitində yaşamağa çalışan 
azərbaycanlıların narazılığına səbəb olurdu. 
Beləliklə, 1905-ci ilin başlanğıcında vəziyyət son dərəcə 
gərginləşmişdi. İstənilən anda milli və siyasi partlayış baş verə 
bilərdi. Fevralın 6-da Bakının mərkəzində erməni mauzerçiləri 
tərəfindən Sabunçu sakini Ağarza Babayevin öldürülməsi belə 
partlayış detonatoru rolunu oynadı. Bundan az əvvəl 1905-ci il 
yanvarın 12-də azərbaycanlı  məhbusu (Balağa Məmmədrza 
oğlu) istintaqa aparan erməni konvoyu onu yolda öldürdü. Bu 
hadisələr vəziyyəti son həddə  qədər gərginləşdirdi,  şəhərdə 
atışma başladı. Polis və ordu fəaliyyətsiz idilər. Qətillər, 
qarətlər üç gün davam etdi. Senator Kuzminskinin məlumatına 
əsasən nəticədə 262 nəfər həlak oldu. Münaqişə  Cənubi 
Qafqazın digər  ərazilərinə  də keçdi: İrəvan (20-21 fevral), 
Naxçıvan (may), Şuşa (iyun), Gəncə (15-18 noyabr), Tiflis (21 
noyabr), Qazax (sentyabr), sonra yenə Bakı (avqust). Bu 
hadisələr haqqında məlumatlar Amerika alimi Tadeuş 
Svyatoxovskinin kitabında verilir. Natamam məlumatlara 
əsasən bu hadisələr nəticəsində 158 azərbaycanlı və 128 erməni 
kəndi qarət edilib yandırılmışdı. Mənbələrdə ölənlərin sayı 3 
mindən 10 minədək göstərilir. T.Svyatoxovski qeyd edir ki, 
«öldürülmüş azərbaycanlıların sayı ermənilərin sayından çox 
idi». Münaqişə qurbanı olan azərbaycanlıların dəqiq sayını 
hesablamaq çətin idi, çünki müsəlmanlar öldürülənlərlə bağlı 
hər  şeyi gizlədir, ölülərini o saat dəfn edirdilər. Bir çox 
müəlliflər belə hesab edir ki, «müsəlmanlar ermənilərdən çox 
zülm çəkmişdilər». Azərbaycanlılar zərər çəkmiş tərəf oldular, 
çünki özlərinin çoxdan hazırlanan işlərini həyata keçirmək üzrə 
işi var qüvvələri ilə həyata keçirən yaxşı təşkil olunmuş erməni 
xumblarına (dəstələrinə) lazımi müqavimət göstərə bilmədilər. 
Lakin dünya mətbuatında bu hadisələr guya vəhşi və fanatik 
müsəlmanların  əzdiyi xristian ermənilərə münasibətdə  rəğbət 


Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə