Baki döVLƏt universiteti



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə50/137
tarix01.07.2018
ölçüsü2,84 Mb.
#52543
növüMühazirə
1   ...   46   47   48   49   50   51   52   53   ...   137

Cənubi Azərbaycan  
1828-1914-cü illərdə 
 
195
 
K.T.Nəcəfova  
 
VI. CƏNUBİ AZƏRBAYCAN  
1828-1914-cü İLLƏRDƏ 
 
1. Cənubi Azərbaycanda sosial-iqtisadi vəziyyət. 
2. Hakim dairələrin Azərbaycanda zülm siyasəti. Babilər 
hərəkatı. 
3. 1905-1911-ci illər İran inqilabının başlanması. 
4. Təbriz üsyanı. Səttarxan. 
 
1.
 
Cənubi Azərbaycanda sosial-iqtisadi vəziyyət 
 
Türkmənçay müqaviləsindən sonra Cənubi Azərbay-
canın inzibati quruluşu. 1828-ci il Türkmənçay müqaviləsi ilə 
bir zaman bütöv bir ölkə olan Azərbaycanın iki imperiya 
arasında «parçala hökm et» prinsipi əsasında sərhəd xətti etnik-
milli əsaslar üzrə deyil, siyasi mülahizələrə görə təyin edilməsi 
nəticəsində Azərbaycan xalqı öz tarixi boyunca ən ciddi siyasi, 
iqtisadi və  mənəvi zərbə aldı, torpaqlarımızın sonrakı 
bölunmələrinin  əsası qoyuldu. Müqavilənin  şərtlərinə görə 
Arazdan  şimaldakı Azərbaycan torpaqları Rusiya çarının, indi 
Cənubi Azərbaycan adlandırılan  ərazilərimiz isə Qacar 
xanədanının hakimiyyəti altına düşdü. 
İrana qatıldıqdan sonra ölkənin dörd əyalətindən birini 
təşkil edən Azərbaycan  əyalətinin  ərazisinə ilk dövrlərdə 
cənubda Həmədan, cənub-şərqdə  Zəncan və  Qəzvin mahalları 
daxil idi. Sonralar Azərbaycan  əyalətinin inzibati sərhədləri 
daraldılmış  və 1906-cı ildə  qəbul olunmuş seçki 
nizamnaməsində bu əyalətə Təbriz, Urmiya, Xoy, Deyləmqan, 
Maku, Marağa, Binab, Miyandoab, Soucbulaq, Dehxarqan, 
Mərənd, Əhər, Ərdəbil, Meşkin, Astara, Xalxal, Sərab, Miyanə, 
VI mühazirə 
 
 
196
Sainqala mahalları daxil edilmişdi. 
Gülüstan müqaviləsindən sonra İran hökuməti Azərbay-
can  əyalətində Maku, Urmiya, Nəmin və  Gərgər kimi güclü 
xanlıqları istisna etməklə, qalanlarını tamamilə  ləğv etdi. 
Əyalətdə vali vəzifəsindən tutmuş vilayət hakimlərinədək 
şəxslər mərkəzdən göndərilməyə başladı. 
Fətəli  şah zamanından başlayaraq Cənubi Azərbaycan 
«vəliəhdneşin» (vəliəhd  əyləşən yer), Təbriz isə «da-rüssəl-
tənə» (səltənət evi) əhəmiyyəti daşıdığından bir növ ikinci 
paytaxt rolu oynayır və xarici diplomatik nüma-yəndələrin 
iqamətgahı burada yerləşirdi.  Əyalətin idarə olunmasına 
rəhbərlik rəsmən vəliəhdin ixtiyarında idi. Adətən  şahzadələr 
içərisindən təyin olunan valinin(qaimməqam) sərəncamında 
olan böyük idarəçilik aparatına Təbriz  şəhəri bəylərbəyi, 
əyalətdə yerləşən nizami qoşun hissələrinin başçısı-əmir nizam, 
əyalətin maliyyə  işlərinə  nəzarət edən mustofi və digər dövlət 
məmurları, fərraşlar daxil idi. Yerlərdə bu idarəçilik aparatı 
nisbətən kiçik miqyasda təkrar edilirdi. Şahzadə  və onun 
ətrafında toplaşan dövlət məmurları öz vəzifələrindən sui-
istifadə edərək xalqı soyurdular. Yarımmüstəqil Maku 
xanlığında isə bu zülm ikiqat ağır idi. Xanlıqda hərbi-siyasi və 
inzibati-maliyyə  işlərini öz əllərində  cəmləşdirən yarımköçəri 
tayfa başçıları iri silahlı  dəstələrlə xalqı qorxu içərisində 
saxlayır, əsl soyğunçuluqla məşğul olurdular. 
Kənd təsərrüfatı  və  sənətkarlıq.  XIX  əsrin 30-60-cı 
illərində  Cənubi Azərbaycan  əhalisinin  əsas məşğuliyyəti 
əvvəllər olduğu kimi kənd təsərrüfatı,  əkinçilik və maldarlıq 
idi. Təkcə  kənd  əhalisi deyil, şəhər  əhalisinin də bir qismi 
əkinçilik, bağçılıq, bostançılıq və  kənd təsərrüfatının başqa 
səhələrində çalışırdılar. 
XIX  əsrin 30-60-cı illərində  Cənubi Azərbaycanda təbii 
və qismən suvarma əsasında buğda, arpa, çəltik və başqa dənli 
bitkilər  əkilir, barama yetişdirilir, mum hazırlanır, müxtəlif 


Cənubi Azərbaycan  
1828-1914-cü illərdə 
 
197
meyvələr becərilirdi. 1837-1840-cı illərdə  İranda olmuş rus 
zabiti  İ.F.Blaramberqin söylədiyinə görə Azərbaycanın Xoy 
mahalında becərilən pambıq İranda becərilən ən yaxşı pambıq 
növü hesab olunurdu. Təbrizlə Miyana, Mərənd və başqa 
şəhərlər arasında yerləşən kəndlər meyvə bağları ilə zənğin idi. 
Ümumiyyətlə, Cənubi Azərbaycan  İranın  ən məhşur taxılçılıq 
və meyvəçilik rayonlarından biri idi, əyalətdən taxılla yanaşı 
quru meyvələr də ixrac edilirdi. Marağa və Urmiya yüksək 
keyfiyyətli kişmiş istehsal edirdi. Əhalinin köçəri həyat sürən 
hissəsinin əsas məşğuliyyəti maldarlıq idi. Əyalətin zəngin təbii 
yem bazası oturaq və yarımoturaq həyat sürən  əhaliyə  də 
maldarlıqla məşğul olmağa imkan verirdi. Heyvandarlıq 
məhsullarından yun, gön-dəri və s. ölkə daxilində keçə, yəhər 
hazırlanması, xalça-palaz toxunması,  şəhərlərdə  nəfis xalçalar, 
şal və s. istehsalında işlənirdi. 
XIX  əsrin ortalarında Cənubi Azərbaycan  şəhərləri öz 
orta  əsr qiyafəsini saxlamışdı.Şəhərlərin sosial-iqtisadi 
həyatında mühüm rol oynayan sənətkarlar ölkədə istehsal 
edilən  əsas sənaye məhsullarının başlıca istehsalçıları idilər. 
Müharibədən sonra yaranmış nisbi dinclik şəraitində 
sənətkarlıq müəyyən inkişaf imkanı qazandı. Lakin İran 
hökumətinin öz bazarlarının qapılarını  İngiltərə, Rusiya və 
başqa Avropa dövlətlərinin üzünə açması  nəticəsində axıb 
ğələn xarici mallar yerli sənətkarların məhsullarını sıxışdırmağa 
başladı. Durmadan artan xarici mallar axını,  əlbəttə, 
sənətkarlığın ən mühüm sahəsi olan toxuculuq üçün ağır zərbə 
idi. Parça, başlıca olaraq pambıq parça istehsal edən 
sənətkarların müflisləşməsi nəticəsində 30-40-cı illərdə belə 
parçaların istehsalı azaldı. Lakin Təbriz və başqa  şəhərlərdə 
istehsal olunmuş parçalar keçmiş ənənə üzrə qonşu Zaqafqazi-
yada malik olduğu bazarı  hələ itirməmişdi. Təbriz özünün 
yüksək keyfiyyətli yun və ipək parçaları ilə məhşur idi. Xalça, 
keçə, gön-dəri kimi istehsal sahələri xarici malların rəqabəti ilə 
VI mühazirə 
 
 
198
qarşılaşmadığı üçün inkişaf edirdi. 
Cənubi Azərbaycan şəhərlərində orta əsrlərə xas olan sex 
quruluşu qalmaqda idi. Bütün İranda olduğu kimi, Azər-
baycanda da emalatxanalarda adətən 2-3 sənətkar 
işləyirdi.Bununla yanaşı, daxili və xarici bazarda rəqibi olma-
yan malların istehsalı ilə  məşğul olan sahələrdə, ləng də olsa 
irəliləmə prosesi gedir və muzdlu əməkdən istifadə olunur, 
kapitalist istehsal üsulunun inkişafı başlayırdı. 
Xarici kapitalın təsirinin artması  və yeni sənaye 
sahələrinin yaranması. Bütün XIX əsr ərzində İran dövlətinin 
Avropa dövlətlərinə bir-birinin ardınca güzəştə getməsi, onların 
xeyrinə müqavilələr bağlaması ölkənin yarımmüstəmləkəyə 
çevrilməsinə  gətirib çıxardı. Nəticədə  İran iqtisadiyyatı 
birtərəfli istiqamətə yönəldi ki, burada da xarici kapital ağalıq 
etməyə başladı. 
XIX  əsrin II yarısından etibarən  İngiltərə  və çar 
Rusiyasının 
İrana iqtisadi təcavüzünün genişlənməsi 
nəticəsində ölkə sürətlə onların xammal mənbəyi və satış 
bazarına çevrildi. İranda ingilis və rus kapitalistlərinə bir sıra 
yeni güzəşt və imtiyazlar verildi. 1879-cu ildə  İranda rus 
zabitlərinin rəhbərliyi ilə Rusiyadakı kazak polkları 
nümunəsində kazak polku, sonra isə briqadası yaradıldı ki, bu 
da ölkədə çarizmin nüfuzunun saxlanmasında mühüm amil idi. 
1889-cu ildə ingilis baronu Reyter İranda bank («Şahənşah» 
bankı) açdı, bir il sonra isə rus kapitalisti Polyakovla birlikdə 
ölkənin bütün maliyyə sistemini öz nəzarəti altına aldı. Az 
sonra Xəzər dənizində  gəmi nəqliyyatı rus, şosse və  dəmir 
yollarının çəkilişi isə bu iki ölkənin  şirkətlərinin nəzarətinə 
keçdi. 
1901-ci ildə  İran hökumətinin ingilis şirkətinə verdiyi 
imtiyaz  əsasında,  İranın neft yataqlarının istismarını öz əlinə 
keçirmiş kapitalist D/Arsi İngiltərə-İran neft şirkətini yaratdı 
(1909).  İran hökuməti 1862-ci ildən başlayaraq ingilis kapi-


Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə